MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə35/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   31   32   33   34   35   36   37   38   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

109 


tədqiqatçılar  ünsiyyəti  insanların  bir-birini  anlaması  baĢa 

düĢməsi  prosesi  (S.L.RubinĢteyn),  fikirlərin  təəssüratların 

baĢqalarına  verilməsi  prosesi  (L.S.Vıqotski),  insanların 

baĢqalarına  olan  tələbatı  (Y.L.Kolominski)  və  s.  hesab 

etmiĢlər. 

Ünsiyyət  prosesində  insanlar  nəinki  mühit  haqqında 

məlumat  əldə  edir,  eyni  zamanda  müxtəlif  adət  və  vərdiĢlərə 

yiyələnir  ki,  bunlar  da  real  varlığın  dərk  edilməsinə  xüsusi 

istiqamət  verir.  Deməli,  ünsiyyət,  hər  Ģeydən  əvvəl,  obyektiv 

varlığın dərk edilməsini təmin edən əsas Ģərtdir. 

Həyati  faktlar  göstərir  ki,  ünsiyyət  eyni  zamanda  psixi 

proseslərin  təzahüründə  özünəməxsus  tərzdə  iĢtirak  edir. 

Ünsiyyət  psixi  proseslərin  dinamikasına,  təzahürünə  təsir 

göstərir və onları daha da mütəhərrik edir. 

Ünsiyyət  eyni  zamanda  Ģəxsiyyətin  formalaĢmasına  da 

müəyyən  tərzdə  istiqamət  verir.  Demək  olar  ki,  Ģəxsiyyətin 

təĢəkkülü müəyyən mənada ünsiyyət prosesinin məhluludur. 

Ümumi  psixologiya  baxımından  ünsiyyət  probleminin 

maraqlı cəhətlərindən biri də ondan ibarətdir ki, insanın özünü 

dərk  etməsi,  öz  məninə  nəzər  salması,  özünü  baĢqaları  ilə 

müqayisə  edərək  qiymətləndirməsi  belə  ünsiyyət  prosesinin 

məhlulu  kimi  qəbul  edilə  bilir.  Ġnsan  yalnız  baĢqaları  ilə 

ünsiyyət prosesində onları dərk edir.   

Müasir sosial psixologiyada ünsiyyətin üç mühüm tərəfi, 

cəhəti qeyd olunur: 

1) ünsiyyət informasiya mübadiləsi kimi və yaxud ünsiy-

yətin kommunikativ tərəfi

2)  ünsiyyət  qarĢılıqlı  təsir  prosesi  kimi  və  ya  ünsiyyətin 

interaktiv tərəfi; 

3) ünsiyyət insanların bir-birini qavraması, anlaması kimi 

və yaxud ünsiyyətin perseptiv tərəfi. 

Ünsiyyətin özünəməxsus məzmunu, məqsədi və vasitələri 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



110 

mövcuddur (R.S.Nemov). 



Ünsiyyətin  məzmunu  dedikdə  fərdi  təmas  zamanı  bir 

insandan  digərinə  ötürülən  inıormasiya  nəzərdə  tutulur.  Məhz 

öz  məzmunundan  asılı  olaraq  insanların  ünsiyyəti  müxtəlif 

xarakter daĢıya və fərqlənə bilir. 

Ünsiyyətin məzmununu, hər Ģeydən əvvəl, insanın daxili 

motivasiya  və  emosianal  vəziyyəti  haqqında  məlumat  təĢkil 

edə  bilər.  Bu  zaman  insanlar  bir-birinə  mövcud  tələbatları, 

emosional  vəziyyətləri  (razılıq,  narazılıq,  sevinc,  kədər,  qəm, 

əzab  və  s.)  haqqında  məlumatları  çatdırır  ki,  bu  cür 

informasiyalar 

bir 

adamdan 


baĢqalarına 

ötürülməklə 

Ģəxsiyyətlərarası tənzim rolunu oynaya bilər. 

Ünsiyyətin məzmunu ətraf mühit, orada baĢ verən hadisələr haq-

qında  məlumatlardan  da  ibarət  ola  bilər.  Bu  zaman  ünsiyyətdə  olan 

insanlar  bir-birlərinə  mövcud  təhlükə,  həyati  əhəmiyyətə  malik  olan 

amillər haqqında məlumat verə bilərlər. Ünsiyyətin məqsədinə gəldikdə, 

insanda müvafiq fəallığın nə üçün, nəyin xatirinə həyata keçirilməsindən 

ibarətdir.  Bu  baxımdan  insanların  ünsiyyətə  girməsinin  məqsədi  geniĢ 

və  çox  sahəlidir.  Ġnsanların  ünsiyyətə  girmə  məqsədinə  onların  dünya, 

təlim  və tərbiyə, Ģəxsi  və iĢgüzar qarĢılıqlı əlaqələrin  yaradılması və s. 

haqqında  obyektiv  məlumatın  verilməsi  və  ya  alınmasını  daxil  edirlər 

(R.S.Nemov). 

Ġnsanda  ünsiyyətin  vasitələri  ünsiyyət  zamanı  ötürülən  informa-

siyaların  kodlaĢdırılmasında,  ötürülməsində,  iĢləmə  və  açılmasında 

özünü göstərir. 

Ġnformasiyaların kodlaĢdırılması onun bir canlı varlıqdan 

digərinə  ötürülmə  tərzindən  ibarətdir.  Ġnformasiya  insanlar 

tərəfindən  müəyyən  məsafədən,  hiss  üzvləri  vasitəsilə  ötürülə 

və  qavranıla  bilir.  Ġnsanda  dil  və  baĢqa  iĢarələr  sistemi 

vasitəsilə informasiya mübadiləsinə daha çox yer verilir. 

Ünsiyyətin  növləri.  Ünsiyyət  çoxcəhətli,  çoxplanlı  bir 

prosesdir.  Onun  özünəməxsus  növləri  də  vardır.  Hər  Ģeydən 

əvvəl,  psixoloji  ədəbiyyatda  məzmunu,  məqsədi  və 

vasitələrindən  asılı  olaraq  ünsiyyətin  bir  sıra  növləri  qeyd 

olunur. 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

111 


Məzmunundan   asılı olaraq ünsiyyətin  aĢağıdakı növlə-

rini  göstərə  bilərik:    maddi  ünsiyyət  (əĢyalar  və  fəaliyyət 

məhsullarının  mübadiləsi  yolu  ilə);  koqnitiv  ünsiyyət  (bilik 

mübadiləsi);  kondision  ünsiyyət  (psixi  və  fizioloji  vəziyyətin 

mübadiləsi);  motivlərlə  bağlı  ünsiyyət  (təhriklərin,  motivlərin, 

maraqların,  tələbatların  mübadiləsi);  iĢgüzar  fəaliyyətlə  bağlı 

ünsiyyət (iĢ, əməliyyat, bacarıq və vərdiĢlərin mübadiləsi). 

 Məqsəddən  asılı  olaraq  psixoloqlar  ünsiyyətin  bioloji  və  sosial 

növlərini  qeyd  edirlər.  Bioloji  ünsiyyət  orqanizmi  mühafizə  etmək, 

qorumaq,  saxlamaq  və  inkiĢaf        etdirməklə  bağlı  ünsiyyətdir.  Sosial 

ünsiyyətə  gəldikdə  o,  Ģəxsiyyətlərarası  təması,  münasibətləri  yaratmaq 

və  inkiĢaf  etdirmək,  fərdin  Ģəxsi  yüksəliĢini  geniĢləndirmək  və 

möhkəmləndirmək məqsədi güdür. Ünsiyyətin vasitələrindən asılı olaraq  

vasitəsiz və vasitəli növlərini qeyd etmək olar. 

Vasitəsiz ünsiyyət heç bir kənar təhrik və istiqamət olmadan Ģəxsi 

təması  və  ünsiyyətdə  olan  adamların  bir-birini  bilavasitə  ünsiyyət 

aktında qavramasını nəzərdə tutur.  

Vasitəli  ünsiyyətə  gəldikdə  o,  vasitəçilərin  köməyi  ilə  həyata 

keçirilən  ünsiyyətdir.  Adətən,  çox  vaxt  partnyorlar  zaman  və  məkanca 

bir-birlərindən  təcrid  olunduqda  vasitəli  ünsiyyət  özünə  yer  edir.  Bu 

zaman  ünsiyyət  aləti  kimi  partnyorlar  arasında  onları  bir-biri  ilə 

əlaqələndirən  vasitəçidən    istifadə  olunur.  Bunlara  əĢyaları,  qeydləri, 

kitabları,  mədəniyyət  obyektlərini,  vasitəçilik  edən  üçüncü  Ģəxsi, 

mümkün  olan  hər  hansı  vasitəni:  telefonu,  radionu,  televizoru, 

kompyüteri və s. aid etmək olar. Elmi-texniki tərəqqi bu cür vasitələrin 

daha  mütərəqqi  formalarının  aĢkara  çıxmasına  səbəb  olmuĢdur. 

Məsələn,  qlobal  internet  sistemi  istədiyin  adamla  əlaqə  yaratmağa, 

maraqlandığın  mövzuda  məlumatları  əldə  etmək  üçün  ünsiyyətə 

girməyə imkan  verir. Müasir texniki ünsiyyət vasitələri  ictimai həyatın 

bir çox sahələrində müvafiq məsələləri daha səmərəli Ģəkildə həll etmək 

imkanı yaradır. 

Ünsiyyət  vasitələrindən  asılı  olaraq  ünsiyyətin  verbal  və  qeyri 



verbal növləri xüsusilə diqqəti cəlb edir (bunlar barədə sonrakı bölmədə 

bəhs olunacaqdır).    



Ünsiyyətin  funksiyaları.  Ünsiyyət  bir  sıra  mühüm  funksiyaları 

həyata  keçirir.  Psixoloji  ədəbiyyatda  ünsiyyətin  funksiyalarını  müxtəlif 

əsaslar  üzrə  təsnif  edirlər.  L.A.Karpenko  ünsiyyətin  məqsədindən  asılı 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə