MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə5/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   2   3   4   5   6   7   8   9   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

15 


Pedaqoji fəaliyyətin nəticələri psixoloji diaqnostikanın köməyi 

ilə aĢkara çıxarılır. 

Bunlarla  yanaĢı  olaraq  müasir  psixologiya  elmi  öz 

qarĢısında duran ümumi və xüsusi vəzifələri həyata keçirərkən 

pedaqogika  ilə  yaxın  təmasda  fəaliyyət  göstərir,  pedaqogika 

elminin əldə etdiyi nəticələrə istinad edir. 

Müasir  dövrdə  psixologiya  və  dilçilik  arasında  da  sıx 

əlaqə  özünə  geniĢ  yer  tutmağa  baĢlamıĢdır.  Bunun  aydın 

təzahürünü psixolinqvistikanın meydana gəlməsində görürük. 

Psixolinqvistika nitq davranıĢını psixoloq və linqvistlərin 

kompleks  Ģəkildə  öyrənmələrini  nəzərdə  tutan  elm  sahəsidir. 

Linqvistika  və  nitqin  psixologiyası  ilə  müqayisədə 

psixolinqvistika özünün müstəqil tədqiqat predmetinə malikdir. 

Psixolinqvistikanı  daha  çox  psixologiya  «özününkü»  hesab 

edir. Doğrudur, psixologiyada hələ çoxdan mövcud olan sahə - 

nitqin  psixologiyası  sahəsi  vardır.  Nitq  psixologiyasınıın 

predmeti  psixolinqvistikanın  obyekti  və  predmeti  ilə  üst-üstə 

düĢür.  Ona  görə  də  çox  vaxt  bu  iki  fənni  bir-biri  ilə 

qarıĢdırırlar.  Bu  cür eyniləĢdirməyə əsas olsa da,  hər-halda bu 

iki  termini  bir-birindən  fərqləndirən  cəhətlər  də  mövcuddur. 

Onların  fərqi  baĢlıca  olaraq  öyrənmə  predmetində  özünü 

göstərir.  Psixologiya  nitqin  yaranması,  anlaĢılması  və 

formalaĢmasının  gediĢi  zamanı  öz  diqqətini  daha  çox  Ģüurun 

psixi 

funksiyalarının 



xüsusiyyətlərinə 

yönəldirsə, 

psixolinqvistika bunlarla yanaĢı bu funksiyaların insanların nitq 

fəaliyyətində və nitq davranıĢında ifadə vasitələrini (verbal və 

qeyri-verbal) də nəzərə almağa çalıĢır. 

Psixolinqvistika olduqca gənc elmdir. O, təxminən XX əsr 

50-ci  illərin  sonu,  60-cı  illərin  əvvəllərində  meydana  gəlmiĢdir. 

Sovet  psixolinqvistika  məktəbinin  «atası»  A.A.Leontyev 

olmuĢdur. 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



16 

Elm  sahəsinin  geniĢlənməsi  sayəsində  psixolinqvisti-

kanın  müxtəlif sahələri  meydana  gəlmiĢdir. Bunlardan ümumi 

psixolinqvistika, 

xüsusi 

psixolinqvistika, 



sosial 

psixolinqvistika,  yaĢ  psixolinqvistikasını  (ontolinqvistika) 

göstərmək olar. 

Psixologiya  elminin  əsas  sahələri.  Psixologiya  çoxsahəli  bir 

elmdir.  Müasir  dövrdə  psixologiya  elminin  nisbətən  müstəqil 

Ģəkildə  inkiĢaf  edən  müxtəlif  sahələri  vardır.  Məhz  buna  görə 

də  «psixologiya  elmi»  deyil  «psixologiya  elmləri»  termininin 

iĢlədilməsi daha çox  yerinə düĢərdi.  Belə ki,  hər 4-5 ildən bir 

psixologiya  elminin  yeni  bir  sahəsinin  yaranmasının  Ģahidi 

oluruq. 

Psixologiyanın  çoxsaylı  sahələrini  təsnif  etmək  üçün 

müxtəlif  prinsiplərdən  istifadə  olunur.  Hər  Ģeydən  əvvəl 

psixoloji  fənnləri  fundamental  və  tətbiqi,  ümumi  və  xüsusi 

olmaqla təsnif etmək mümkündür. 

Psixologiya  elminin  fundamental  və  ya  baza  sahələri 

psixologiyanı  və  insanların  davranıĢını  kimliyindən  və  hansı 

fəaliyyət sahəsində çalıĢmasından asılı olmayaraq hamının baĢa 

düĢəcəyi  Ģəkildə  Ģərh  etməyə  yönəldilmiĢ  sahələrdir. 

Psixologiyanın  bu  sahələri  psixologiya  və  insan  davranıĢı  ilə 

maraqlanan  adamların  hamısı  üçün  eyni  zəruri  məlumatları 

çatdırır.  Bu  cür  universallığından  asılı  olaraq  psixologiyanın 

həmin sahəsi «ümumi psixologiya» adı altında iĢlədilir. 

Psixologiyanın  tətbiqi  sahələrinə  gəldikdə  buraya  onun 

bilavasitə təcrübəyə tətbiq olunan sahələrini aid edirlər. 

Psixologiyanın  ümumi  sahələri  istisnasız  olaraq  bütün 

elmi  istiqamətlər  üçün  eyni  dərəcədə  əhəmiyyətli  inkiĢaf 

problemlərini  qarĢısına  qoyur  və  həll  edir.  Psixologiyanın  xü-

susi sahələrinə gəldikdə  o, öz qarĢısına hər hansı bir və ya bir 

neçə qrup hadisələri öyrənmək məqsədini qoyur. 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

17 


Müasir  psixoloji  fənnləri  təsnif  etmək  üçün  mövcud 

ədəbiyyatda aĢağıdakı üç prinsipdən də istifadə olunur:  

1.

 

Konkret fəaliyyət sahələrinə görə; 



2.

 

ĠnkiĢafın psixoloji aspektlərinə görə; 



3.

 

Ġnsanın cəmiyyətə münasibətinə görə. 

Həmin  sahələrin  hamısını  əhatə  etmək  mümkün 

olmadığına  görə  burada  onlardan  bilavasitə  təhsillə  bağlı 

olanların bəzilərini qısaca nəzərdən keçirək. 

Psixologiya  elminin  ən  fundamental  sahəsini  ümumi 

psixologiya  təĢkil  edir.  Ümumi  psixologiya  fundamental 

psixoloji  bilikləri  özündə  cəmləĢdirir.  Ümumi  psixologiyanın 

maraqlandığı  və  həll  etməli  olduğu  qlobal  məsələlər,  cavab 

verməli  olduğu  suallar  aĢağıdakılardan  ibarətdir:  Psixika  

nədir? Onun strukturu və funksiyaları nədən ibarətdir? Psixika 

filogenezdə  və  ontogenezdə  hansı  qanunauyğunluqlara 

malikdir?  Psixikanın  hansı  inkiĢaf  səviyyələri  vardır  və  onları 

hansı  kriteriyalara  əsasən  müəyyənləĢdirmək  olar?  Psixika  və 

beyin arasında hansı əlaqə vardır? Psixi inkiĢafda anadangəlmə 

və  həyatda  qazanılan  bioloji  və  sosial  amillərin  rolu  nədən 

ibarətdir? Psixikanın normal və anomal inkiĢafını fərqləndirən 

kriteriyalar hansılardır? 

Bütövlükdə psixikaya aid problemləri öyrənməklə yanaĢı 

ümumi  psixologiya  psixi  proseslər,  psixi  hallar  və  xassələrlə 

bağlı  konkret  məsələlərin  öyrənilməsi  ilə  də  məĢgul  olur. 

Psixologiyanın  maraqlandığı  əsas  obyekt  insan  olduğuna  görə 

ümumi  psixologiya  birinci  növbədə  onun  (insanın)  Ģəxsiyyəti, 

fəaliyyəti,  ünsiyyəti  idrak  prosesləri  ilə,  münasibətlər  sistemi 

(hissləri) və iradi fəaliyyəti, iradi tənzimi ilə baglı məsələlərin 

araĢdırılmasına  diqqət  yetirir,  onları  həm  nəzəri,  nəm  də 

eksperimental  planda  öyrənir.  Deyilənlərdən  aydın  olur  ki, 

ümumi  psixologiya  psixi  hadisələr  haqqında  hamı  üçün  eyni 

dərəcədə  maraq  doguran  ümumiləĢmiĢ  bilikləri  özündə  əks 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə