www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
18
etdirir. Həmin biliklərlə tanıĢ olmaqla hər bir insan
psixologiyanın ümumi sirlərinə yiyələnə bilər.
Psixologiyanın təhsil, təlim və tərbiyə ilə sıx baglı olan
xüsusi sahələrindən bəzilərinə nəzər yetirək.
Psixologiyanın konkret fəaliyyətlə baglı olan və yüksək
praktik əhəmiyyət daĢıyan mühüm xüsusi sahələrindən biri
pedoqoji psixologiyadır. Pedaqoji psixologiya təlim, tərbiyə
və pedaqoji fəaliyyətin psixoloji problemlərini araĢdırır.
Pedaqoji psixologiyanın həll etməli olduğu ən mühüm
problemlər uĢaqların həyatının hər bir senzitiv dövrünü aĢkara
çıxarmaq və həmin dövrdə onların inkiĢafı üçün lazım olan
bütün imkanları müəyyənləĢdirməkdən, təlim və inkiĢafın
qarĢılıqlı əlaqəsini aĢkara çıxarmaqdan, təlim və tərbiyənin
ümumi və yaĢla bağlı olan cəhətlərini, əlaqəsini aĢkara
çıxarmaqdan, təlim və tərbiyənin səmərəliliyini təmin edən
psixoloji qanunauyğunluqları araĢdırmaqdan və s. ibarətdir.
Psixologiya elminin pedaqoji psixologiya ilə sıx baglı
olan digər mühüm bir sahəsi yaş psixologiyasıdır. YaĢ
psixologiyası insanda anadan olandan ömrünün axırına qədər
psixi inkiĢafın dinamikasını, qanunauyğunluqlarını, Ģəxsiyyətin
psixi
prosesləri və xassələrinin ontogenezdə inkiĢaf
xüsusiyyətlərini
öyrənir.
YaĢ
psixologiyasının
uĢaq
psixologiyası, yeniyetmələrin psixologiyası, gənclərin
psixologiyası, yet- gin yaĢın psixologiyası, qocalıq yaĢının
psixologiyası,
uzun-
ömürlülük
psixologiyası
(herontopsixologiya) kimi bölmələri vardır.
Psixologiyanın xüsusi sahələrindən birini də differensial
psixologiya təĢkil edir. Diferensial psixologiya – psixologiya
elminin insanların fərdi – psixoloji və davranıĢ fərqlərini
öyrənən, Ģərh və izah edən sahəsidir. «Diferensial psixologiya»
termini ilk dəfə 1900-cü ildə V.ġtern tərəfindən irəli
www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
19
sürülmüĢdür. Diferensial psixologiyanın əsas metodu testlər
olmuĢdur. Ġlk dövrlər bu testlər fərdi testlər olmuĢ, sonra qrup
testləri meydana gəlmiĢ daha sonra isə proyektiv testlər
yaranmıĢ və onlardan istifadə olunmuĢdur.
Psixologiyanın xüsusi sahələrinə genetik psixologiyanı
da aid etmək olar. Genetik psixologiya psixika və davranıĢın
irsən keçən mexanizmini, onların genotipdən asılılığını öyrənir.
YaĢ psixologiyası, differensial və genetik psixologiya birlikdə
uĢağın psixi inkiĢafının qanunlarını baĢa düĢmək üçün elmi
əsas təĢkil edir.
Müasir dövrdə psixologiyanın diqqəti daha çox cəlb edən
sahələrindən biri sosial psixologiyadır. Sosial psixologiya
birgə fəaliyyət və ünsiyyət prosesində müəyyən sosial qrupda
Ģəxsiyyətlərarası münasibətlər sistemini, həmin münasibətlər
sisteminin bütünlüklə qrupun, eləcə də ayrı-ayrı fərdin
psixologiyasındakı inikasını öyrənən elm sahəsidir. Bu cür
biliklər tərbiyənin psixoloji cəhətdən düzgün təĢkili üçün
zəruridir.
Pixologiyanın mühüm sahələrindən biri olan hüquq
psixologiyası insan tərəfindən hüquq normaları və davranıĢ
qaydalarının öyrənilməsini nəzərdən keçirir, hüquq sisteminin
reallaĢması ilə bağlı olan psixoloji məsələləri aydınlaĢdırır.
Onun məhkəmə psixologiyası, kriminal psixologiya, islah-
əmək psixologiyası və s. bölmələri vardır.
Müasir psixologiyanın özünə xüsusi yer tutmuĢ
sahələrindən biri kimi tibb psixologiyasını qeyd etmək olar.
Tibb psixologiyası həkimin fəaliyyətinin və xəstənin
davranıĢının, onun gigiyena, profilaktika, diaqnostika, müalicə,
ekspertiza və reablitasiyasının psixoloji aspektlərini öyrənir.
Tibb psixologiyası özünə klinik psixologiya, patopsixologiya,
neyropsixologiya,
somatopsixologiya,
ümumi
tibb
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
20
psixologiyası, psixiatriya, psixoprofilaktika və psixogigiyena,
psixokorreksiya və s. bölmələrini daxil edir.
Patopsixologiya, eləcə də psixoterapiya, psixikasında və
davranıĢında qüsurlar olan adamlarla iĢin aparılmasına xidmət
edir. Psixologiyanın bu sahələrinin baĢlıca vəzifəsi mövcud
psixi pozğunluğun səbəblərini və onu aradan qaldırmaq
yollarını öyrənir.
Müasir psixologiya elminin yeni sahələrindən biri olan
psixodiaqnostikaya gəldikdə, o, insanların psixi xassə , prosesi
və hələtlərinin inkiĢaf xüsusiyyətləri haqqında elmi cəhətdən
yoxlanmıĢ və onlar haqqında əsaslı məlumat əldə etməyə
imkan verən metodların köməyi ilə qiymətləndirilməsinin
nəzəriyyəsi və praktikası ilə məĢğul olur.
Yekunda qeyd etmək lazımdır ki, biz burada müasir
psixologiya elminin yalnız bir qismi ilə qısaca tanıĢ olduq.
Psixologiya elminin idman psixologiyası, əmək psixologiyası,
incəsənət psixologiyası, kosmik psixologiya, menecment
psixologiyası, eksperimental psixologiya, etnik psixologiya və
s. sahələrinin də özünəməxsus predmeti və vəzifələri vardır.
ġübhəsiz onların hamısı barədə burada geniĢ məlumat vermək
vəsaitin imkanlarından kənardır.
I.1.3. Psixologiya elminin inkiĢaf mərhələləri
Psixologiya elmi öz inkiĢafında müxtəlif mərhələlərdən
keçmiĢdir. Bunlar aĢağıdakılardan ibarətdir:
Elməqədərki I mərhələ. Qədim dövrdən baĢlayaraq
bizim eradan əvvəlki VII-VI əsrlərə qədərki dövrü əhatə edir.
Bu dövrdə ruh (psixika) haqqında təsəvvürlər çoxsaylı mif və
əfsanələrdə, nağıl və ilkin dini inamlarda, totemlərdə öz əksini
Dostları ilə paylaş: |