MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə63/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   59   60   61   62   63   64   65   66   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



172 

Q.Olport və Q.Merreyin persionoloji nəzəriyyəsidir. Amerika psixoloqu 

Qordon  Olport  (1897-  1967)  Ģəxsiyyətin  öyrənilməsinə  sistemli 

yanaĢmanın ilk təĢəbbüskarlarından biri olmuĢdur. Onun fikrincə insan 

«açıq  sistemdən»  ibarətdir.  Bu  o  deməkdir  ki,  insanın  inkiĢafı  daima 

baĢqa  adamlarla  qarĢılıqlı  əlaqədə,  qarĢılıqlı  münasibətdə  baĢ  verir. 

Ġnsan təkcə onu əhatə edənlərə nə isə bəxĢ etmir, özü də onlardan nə isə 

alır.  Olport  Ģəxsiyyətə    insanlar  arasındakı  geniĢ  əlaqə  sistemindən 

törəyən bir hadisə kimi baxır. Olporta görə Ģəxsiyyət münasibətlərin qəti 

modelidir.  Olporta  görə  Ģəxsiyyətin  inkiĢafı  bioloji  tələbatların 

məcburiyyətindən  azadlığı,  onun  motivlərinin  avtonomluq  dərəcəsi  ilə 

müəyyən edilir.  

ġəxsiyyətin  eksperimental  nəzəriyyələri  içərisində  Amerika 

psixoloqu  A.Kellinin  (1905-  1966)  «Şəxsiyyətin  konstruktorlar» 

konsepsiyası  da  xüsusi  yer  tutur.  Onun  fikrincə  Ģəxsiyyətin  psixi 

proseslərinin  təĢkili    onun  gələcək  hadisələri  qabaqcadan  necə 

sezməsindən,  düĢünməsindən  asılıdır.  Bu  fərziyyələrin  təsdiq 

olunmaması sisteminin çox və ya az dərəcədə yenidən təĢkil edilməsinə 

gətirib  çıxarır  ki,  bu  da  gələcək  haqqında  sonrakı  xəbərvermənin 

adekvatlığını  yüksəltməyə  səbəb  olur.  Kelli  bir  sıra  konkret  psixoloji 

metodikalara tətbiq oluna bilən «repertuar şəbəkə» metodiki prinsipini 

iĢləyib  hazırlamıĢdır.  Hal-hazırda  bundan  klinik  və  təlim 

psixologiyasında müvəffəqiyyətlə istifadə olunur.  

ġəxsiyyətin  əsas  nəzəriyyələri  içərisində  koqnitiv  nəzəriyyə  də 

mühüm  yerlərdən  birini  tutur.  Bunlardan  ən  çox  diqqəti  cəlb  edəni 

Amerika  psixoloqu    L.Festinqerin  koqnitiv  dissonans  nəzəriyyəsidir

Bu nəzəriyyəyə görə əgər fərdin Ģüurunda eyni bir obyektə və hadisəyə 

dair məntiqi cəhətdən bir-birinə zidd olan bilik qarĢılaĢırsa, onda fərd bir 

növ  diskomfortluq  hissi  keçirir  və  o  həmin  hissdən  yaxa  qurtarmağa 

çalıĢır.  Bəzən  obyektiv  Ģəraitdən  asılı  olaraq  bu  və  ya  digər  Ģəkildə 

hərəkət etməli olur. Bu zaman insanın bilikləri ilə real davranıĢı arasında 

ziddiyyət meydana gəlir. Yerinə yetirilən iĢ cansıxıcı olur. Ona görə də 

fərd  bu  vəzifəni  yerinə  yetirmək,  həmin  vəziyyətdən  çıxmaq  üçün 

müvafiq  obyektlər  və  ya  hadisələr  haqqında  öz  biliyini  və  ya  sosial 

ustanovkasını  yenidən  qurmağa,  təĢkil  etməyə  çalıĢır  ki,  onların 

arasındakı  həmin  ziddiyyəti  aradan  götürmüĢ olsun. L.Festinqerə    görə 

öz  hərəkətinə,  davranıĢına  bəraət  qazandırmağı  gücləndirməyə  çalıĢan 

insan  ya  öz  davrvnıĢını  dəyiĢir,  ya  özünün  hərəkətinin  bağlı  olduğu 

obyektə  münasibətini  dəyiĢir,  ya  da  həmin  davranıĢın  özünə  və 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

173 


baĢqalarına əhəmiyyətini qiymətdən salır.  

Şəxsiyyətin  biheviorist  nəzəriyyəsi  də  psixologiya  tarixində 

özünə  müvafiq  yer  tutmuĢdur.  Bu  sahədə  B.F.Skinnerin  (1904-1990) 

nəzəriyyəsi  xüsusilə  diqqəti  cəlb  edir.  B.Skinner  müasir  Amerika 

biheviorist  psixologiya  məktəbinin  nümayəndəsi  olmuĢdur.  O, 

neobiheviorizmin  əleyhinə  çıxmıĢ,    psixologiya  yalnız  stimul,  reaksiya 

və  həmin  reaksiyanın  möhkəmləndirilməsinin  zahiri  müĢahidə  olunan 

qanunauyğunluqlarını  qeyd  etməklə  kifayətlənmiĢdir.  B.Skiner 

«Operant»  (operasiya,  əməliyyat  sözündən)  öyrənmə  konsepsiyasını 

irəli  sürmüĢdür.  Bu  konsepsiyaya  görə  orqanizm  məhz  ona  görə  yeni 

reaksiya verir ki, özü onu möükəmləndirir və yalnız bundan sonra xarici  

stimul  reaksiya  yaradır.  Ġlk  növbədə  Skinner  operant  davranıĢı  bir  sıra 

orijinal  metodika  və  cihazları    tətbiq  etməklə  öyrənmiĢdir.  O, 

proqramlaĢdırılmıĢ təlimin əsasını qoymuĢdur.      

A.Bandur  və  D.Dollardın  sosial  təlim  nəzəriyyələri  də 

Ģəxsiyyətin  biheviorist  nəzəriyyələri  içərisində  özünəməxsus  yer 

tutmuĢdur.  

Nəhayət,  humanist  nəzəriyyə  də  Ģəxsiyyət  haqqında  psixoloji 

nəzəriyyələr  içərisində  özünə  sanballı  yer  tutmuĢdur.  Bunlardan 

K.Rocersin  və  A.Maslounun  özünüaktuallaĢdırma  nəzəriyyəsi  və 

R.Meyyin  ekzistensional  psixologiyası  xüsusi  diqqət  doğurur.  Həmin 

nəzəriyyə  tərəfdarları  Ģəxsiyyətə  cəmiyyətdəki  həyat  və  fəaliyyət 

prosesində  yaranan  hər  hansı  bir  psixoloji  törəmə  kimi,  insan 

təcrübəsinin  inkiĢafı,  ictimai  davranıĢ  formalarının  mənimsənilməsi 

məhsulu kimi baxırlar.  

Həmin istiqamətin nümayəndələrinin əsərlərində tez- tez belə bir 

fikir irəli sürülür ki, insanda əvvəlcədən humaniod, altruistik tələbatlar 

mövcud  olur  və  məhz  həmin  tələbatlar  insan  davranıĢının  mənbəyini 

təĢkil edir.  

Humanist psixologiya məktəbinə mənsub olan amerika psixoloqu 



Karl  Rocers  (1902-  1987)  Ģəxsiyyətin  strukturunun  fundamental 

komponenti  kimi  mən konsepsiyasını qəbul etmiĢdir.  Onun nəzəriyyəsi 



özünüaktuallaşdırma adı ilə məĢhurdur. Onun fikrincə mən konsepsiya 

subyektdə ətraf mühit (birinci növbədə sosial mühit) arasındakı qarĢılıqlı 

təsir  prosesində  formalaĢır  və  onun  davranıĢının  özünütənziminin 

inteqral  mexanizmini  təĢkil  edir.  Mən  konsepsiya  və  ideal  mən 

haqqındakı təsəvvürləri arasındakı uyğunlaĢma, eləcə də bilavasitə real 

təcrübə  və  real  «mən»  arasındakı  uyğunluğun  pozulması 

özünüaktuallaĢdırma cəhdi yaradır.  



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə