www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
208
qütbləĢməsi fenomeni» anlayıĢı ilk dəfə olaraq 1969- cu ildə
S.Moskoviçi və M.Zavolloni tərəfindən irəli sürülmüĢdür.
D.Mayersə görə qrup qütbləĢməsi qrupun təsiri altında onun
üzvlərinin əvvəl mövcud olan ənənələrinin güclənməsi, qrupun
rəyinin parçalanması əvəzinə orta ənənənin öz qütbünə
köçürülməsindən ibarətdir.
1
D.Mayersin
fikrincə,
qrup
qütbləĢməsi fərziyyəsi belə bir qənaətə gəlməyə imkan verir ki,
qrupda aparılan müzakirə hər bir yarımqrup üzvləri üçün
ümumi olan ilkin ustanovkanın güclənməsinə səbəb olur. Əgər
adamlar əvvəlcədən nəyinsə «lehinə» fikir söyləməyə
meyllidirlərsə,
müzakirə
onların
mövqelərini
yalnız
möhkəmləndirir. Əgər onlar nəyinsə «əleyhinə» gedirlərsə,
müzakirədən sonra öz etirazlarını daha güclü Ģəkildə
göstərəcəklər.
Qrupda rəhbərlik və liderlik problemi. Sosial qrurların
strukturunu
nəzərdən
keçirdikdə
onların
daxilində
Ģəxsiyyətlərarası münasibətlərin bərabərlik (paritet) əsasında
qurulmadığı aydın olur. Hər bir qrupda Ģəxsiyyətlərarası
münasibətlər bir növ qrup üzvlərinin sosial- psixoloji statusunu
əks etdirir. Hər hansı qrupda kim isə hökm verir, müəyyən
tələblərin yerinə yetirilməsinə nəzarət edir, onun tələb və
tapĢırıqları isə baĢqaları tərəfindən danıĢıqsız yerinə yetirilir.
BaĢqa sözlə hər bir qrupda ona rəhbərlik edən «rəhbər iĢçi»,
«lider» və onun tapĢırıqlarına əməl edən adamlar: «tabe iĢçilər»
mövcud olur. Qrupun fəaliyyətinin səmərəliliyində ona düzgün
rəhbərliyin rolu olduqca böyükdür. Buradan isə qrup rəhbəri və
liderinin həmin sahədəki peĢəkarlığı, baĢqa sözlə qrupa düzgün
rəübərlik etmək məsələsi ortaya çıxır.
Sosial
psixologiyada
«rəhbərlik»
və
«liderlik»
anlayıĢlarının oxĢar və fərqli cəhətləri qeyd olunur. Həm
«rəhbər», həm də «lider» qrupa baĢçılıq edən adam kimi
nəzərdə tutulur. Adətən, rəhbər nisbətən yüksək səviyyəli,
1
Майерс Д. Социальная психология. – Питер, 1997, с. 377
www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
209
səlahiyyətli təĢkilatlar tərəfindən qrupun idarə olunmasının
təĢkilini təmin edəcək rəsmi adam kimi nəzərdə tutulur. Lider
isə qrupun Ģəxsi nüfuzu sayəsində bir çox və ya bütün
üzvlərinin davranıĢına qeyri-rəsimi ölçülərlə təsir göstərməyi
bacaran üzvlərindən biri kimi qeyd olunur.
Qeyd olunanlardan göründüyü kimi, «rəhbər» və «lider»
anlayıĢının oxĢarlığı hər iki anlayıĢda qrup fəaliyyətinin
təĢkilini həyata keçirməklə bağlılığında ifadə olunur. Fərqli
cəhətlərinə gəldikdə, «rəhbər» rəsmi Ģəkildə təyin olunduğu
halda, lider çox vaxt rəsmi Ģəkildə deyil, qrup üzvlərinin
yüksək nüfuzunu qazanmaq ilə yaranır. Bir çox hallarda
qrupun rəsmi rəhbəri qrup üzvlərinin nüfuzunu qazandığına
görə eyni zamanda onun liderinə çevrilir. Belə olduqda həmin
rəhbər rəsmi lider rolunu oynamaqla qrupun fəaliyyətini daha
səmərəli Ģəkildə idarə etmək imkanına malik olur.
Bütün bunlara baxmayaraq rəhbərlik və liderlik müxtəlif
sosial-psixoloji fenomenlər kimi xarakterizə olunur. Mü-
təxəssislərin fikrincə onların eyniləĢdirilməsi elmi cəhətdən
səhv, praktik nöqteyi-nəzərdən isə zərərlidir.
Sosial psixologiyada rəhbər iĢçi və lider arasındakı
aĢağıdakı fərqlər qeyd olunur (Ġ.V.Parıqin):
1.
Rəhbərlik rəsmi əsasda meydana çıxan müxtəlif sosial
təĢkilat və qurumlarda məqsədyönlü xarakter daĢıyan sosial
prosesdir. Liderliyə gəldikdə, o, qrupdaxili, Ģəxsiyyətlərarası
münasibətlər əsasında spontan Ģəkildə əmələ gələn prosesdir.
O, təĢkilatın əsasən psixoloji səviyyəsini əks etdirir. Rəhbər
iĢçi rəsmi Ģəkildə təyin olunduğu halda, lider qeyri-rəsmi
Ģəkildə irəli sürülür.
2.
Rəhbərlik adətən makromühitin baĢlıca tələbatlarına
və mənafeyinə uyğun Ģəkildə formalaĢdırılır və həyata keçirilir.
O, qrupda yerinə yetirilən iĢlərin vəziyyəti və qrup
fəaliyyətinin nəticələri üçün qanun qarĢısında məsuliyyət
daĢıyır. Liderlik isə spontan bir proses kimi qrup və onun
üzvlərinin tələbat və mənafelərinə müvafiq olaraq meydana
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
210
çıxır və mövcud olur. Lider qrupun fəaliyyəti üçün heç bir
Ģəxsi məsuliyyət daĢımır.
3.
Rəhbərlik daha çox stabil xarakter daĢımaqla daha
geniĢ sahəyə malikdir. Müəyyən reqlament daxilində
makromühitlə əlaqə saxlayır. Rəhbər iĢçi baĢqa təĢkilatlarda öz
qrupunu təmsil edir. Liderlik isə daha çox dinamik xarakter
daĢıyır,
Ģəxsiyyətlərarası
münasibətlərin
formalaĢması
xüsusiyyətlərindən köklü surətdə asılıdır. Liderin təsir sahəsi
əsasən qrupdaxili münasibətlərlə məhdudlaĢır.
4.
Rəhbər iĢçiyə qanunla tənzim olunan müəyyən hüquq
və səlahiyyət verilir. Lider isə qanunla müəyyən edilmiĢ
hüquqlara malik deyildir.
5.
Rəhbər iĢçi tərəfindən hər hansı bir məsələyə qərar
qəbulu əsasən vasitəli xarakter daĢıyır. Onun geniĢ informasiya
kanalları vardır. O, qərar qəbulu zamanı öz səlahiyyətini aĢağı
pillə iĢçilərinə həvalə edə bilər. Lider isə qrup tərəfindən
qərarın qəbul edilməsinə təsir göstərir və həmin qərarın
çıxarılmasında bilavasitə iĢtirak edir. O, müəyyən bir
informasiyanı qeyri-rabitə kanalları sistemi ilə əldə edir.
Rəhbərlik
üslubu. Təcrübə göstərir ki, qrup
fəaliyyətinin səmərəliliyi rəhbərlik üslubundan əsaslı Ģəkildə
asılıdır. Ġdarəetmə ilə bağlı olaraq sosial psixologiyada beĢ cür
rəhbərlik üslubu qeyd olunur : avtokratik, avtoritar,
demokratik, laqeyd (etinasız, liberal) və qeyri-sabit (ardıcıl
olmayan) rəhbərlik üslubu.
Avtokratik rəhbərlik üslubuna malik olan liderlər
(rəhbərlər) bir növ müstəbid olur. Adətən avtokratik və
avtoritar rəhbərlik üslubuna malik olan liderlər qrup üzvlərinin
fikir və ideyalarını nəzərə almadan, müstəqil hərəkət edirlər.
Əmr, göstəriĢ, təlimat, töhmət, təĢəkkür onların qrup üzvləri ilə
əsas əlaqə forması olur. O hər cür məlumatı bir növ özündə
gizlədir, heç kəsin bundan xəbəri olmur, ona görə də ona tabe
olanlar, adətən güman və Ģayiə aləmində olurlar.
Avtoritar lider qrup üzvlərinin imkan və qabiliyyətlərini
Dostları ilə paylaş: |