MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə78/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   74   75   76   77   78   79   80   81   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

211 


aĢağı  qiymətləndirir.  Bu  cür  rəhbərlər  qrup  üzvlərinin 

təĢəbbüslərini  boğur,    ya  da  sadəcə  olaraq  onlardan  istifadə 

etmirlər. Bu cür rəhbərlər belə hesab edirlər ki, onlar «hər Ģeyi 

özləri bilirlər», onsuz da heç kim bu iĢi onun kimi yaxĢı yerinə 

yetirə  bilməz.  Məhz  buna  görə  də  bu  cür  qruplarda  qrup 

üzvlərinin  hamısında  ümumi  iĢə  qarĢı  məsuliyyət  hissi 

zəifləmiĢ olur, əmək onlar üçün sanki formal bir iĢə, vəziyyətə 

çevrilir. 

Adətən  avtoritar  lider  rəhbərlik  etdiyi  qrup  üzvlərindən 

kiminsə  müəyyən  səhvə  yol  verdiyini  gördükdə  onu  necə 

düzəltməyi  məsləhət  görmək  əvəzinə  ona  gülür,  onu  ələ  salır. 

Avtoritar  lider  iĢtirak  etmədikdə  onun  qrupunda  aparılan  iĢ 

ləngiyir, bəzən dayandırılır. K.Levinin təcrübələri göstərmiĢdir 

ki,  avtoritar  lider  otaqdan  çıxan  kimi  qrup  üzvləri  iĢi  kənara 

qoymuĢ,  onu  davam  etdirməmiĢ,  ya  da  fəaliyyətin  səviyyəsi 

kəskin  Ģəkildə  aĢağı  düĢmüĢdür.  Bu  cür  lider  uzun  müddət 

qrupdan uzaq düĢdükdə qrup öz iĢini müstəqil yerinə yetirmək 

və ya onu səmərəli təĢkil etmək imkanından məhrum olmuĢdur.  

Avtoritar liderdən fərqli olaraq demokratik üsluba malik 

olan  lider  qrup  üzvləri  tərəfindən  rəğbətlə  qarĢılanır.  Bu  cür 

rəhbərlik  üslubuna  malik  olan  lider  daima  qrup  üzvləri  ilə 

razılaĢır.  Qərar  qəbul  edərkən  qrup  üzvlərinin  təkliflərini 

nəzərə alır. Demokratik rəhbərlik üslubuna malik olan lider öz 

fəaliyyətini  təkcə  qrup  fəaliyyətinə  nəzarət  və  onu  tənzim 

etməklə məhdudlaĢdırmır, onların tərbiyəsi və təliminə də ciddi 

diqqət  yetirir.  Demokratik  rəhbərlik  hslubuna  malik  olan 

liderlərlə qrup üzvləri arasında olduqca səmərəli təmas yaranır.  

AparılmıĢ  müĢahidə  və  tədqiqatlar  göstərmiĢdir  ki, 



laqeyd rəhbərlik üslubuna malik olan liderlərin qrup üzvləri ilə 

ynsiyyəti  kortəbii  xarakter  daĢıyır.  Çox  vaxt  onların  arasında 

yaranan  ünsiyyət  qrup  üzvləri  tərəfindən  diktə  olunur.  Bu  cür 

liderlər qrupa müəyyən tapĢırıqlar verməklə məhdudlaĢır, onun 

necə  yerinə  yetirilməsinə  əhəmiyyət  vermirlər.  Laqeyd 

rəhbərlər qrupun ayrı-ayrı üzvlərinin iĢinə qarıĢmamağa çalıĢır, 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



212 

bir növ qrupdan təcrid olunur, neytrallığa can atırlar.  



Qeyri-sabit  rəhbərlik  üslubuna  malik  olan  liderlərə 

gəldikdə  onlar  dəyiĢgən  olurlar.  Onların  necə  hərəkət 

edəcəklərini  qabaqcadan  müəyyənləĢdirmək  mümkün  olmur. 

Bir  dəfə  avtoritarlıq  göstərən  bu  cür  liderlər,  baĢqa  vaxt  yerli-

yersiz  ya  demokratik,  ya  da  laqeyd  rəhbərlik  üslubuna  yer 

verirlər.  Bütün  bunlar  isə  onunla  qrup  üzvləri  arasında 

anlaĢıqsızlıq  yaradır.  Nəticədə  qrup  fəaliyyətinin  səmərəliliyi 

üçün zəruri olan Ģərait yaranmır.  

 

 III. 6.4.     ġəxsiyyətlərarası münasibətlər 



 

Qruplarda  Ģəxsiyyətlərarası  münasibətlər  haqqında

Qruplarda  insanlar  birgə  yaĢayıb  və  fəaliyyət  göstərmələrinə 

görə  onların  arasında  istər-istəməz  qarĢılıqlı  münasibətlər 

özünü  göstərir.  Bu  cür  mənasibətlər  sosial  psixologiyada 



şəxsiyyətlərarası  münasibətlər  adlandırılır.  ġəxsiyyətlərarası 

münasibətlər  birgə  fəaliyyət  və  ünsiyyət  prosesində  insanlar 

arasında  təzahür  edən  subyektiv  qarĢılıqlı  təəssüratdan 

ibarətdir.  ġəxsiyyətlərarası  münasibətlər  fərdlərin  bir-birini 

qavraması  Ģəraitində  mümkün  olur.  ġəxsiyyətlararası 

münasibətlər 

insanların 

bir-birində 

qavradığı 

və 


qiymətləndirdiyi  ustanovka,  meyl,  gözləmə,  stereotiplər  və  s. 

sistemindən  ibarətdir.  QavrayıĢ  zamanı  hər  Ģeydən  əvvəl 

qavranılan 

adamın 


anatomik, 

funksional 

və 

sosial 


keyfiyyətlərinin 

müəyyən  məcmuu  əks  etdirilir.  Bu 

keyfiyyətlər  vəhdətdə  olsalar  da  inikas  prosesində  birinci  yerə 

sosial cəhətlər keçir. BaĢqasına rast gəldikdə birinci növbədə « 

O  kimdir?»  sualı  meydana  gəlir.  Bu  sual  hər  Ģeydən  əvvəl 

fərdin sosial mövqeyini müəyyənləĢdirir.  

Bununla  yanaĢı  olaraq  qeyd  etmək  lazımdır  ki, 

Ģəxsiyyətlərarası  münasibətlərdə  subyektiv,  psixoloji  amillər 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

213 


həll  edildiyindən  həmin  amillər  münasibətlər  sistemində 

özünəməxsus  iz  buraxır.  Məhz  buna  görə  də  hər  bir  Ģəxs 

qarĢılıqlı  münasibətdə  olduğu  adamın  subyektiv  mövqeyini 

öyrənməyə çalıĢır.  Bu proses müxtəlif rabitə, yol və vasitələrin 

köməyi ilə həyata keçirilir. Bu vasitələrin köməyi ilə münasibət 

saxlanılan  Ģəxsin  kim  olduğu,  onun  rəğbət  və  yaxud  əks 

hisslərlə  ətrafdakılara  münasibəti,  ictimai  imkanları  və  s. 

aĢkara çıxarılır.  

KeçmiĢ  nəsillər  insan  münasibətləri  haqqında  tədricən 

zəngin məlumat toplamıĢ və «sosial sxem» yaratmıĢlar. 

«Sosial  sxem»  müəyyən  vəzifəni  həyata  keçirmək  üçün 

Ģablondan  ibarətdir.  Hər  bir  insanın  ancaq  ona  məxsus  həyat 

yolu  olsa  da,  davranıĢ  normalarına  xas  olan  üslubda  hərəkət 

etsə  də  «sosial  sxemlərin»  insan  həyatında  və  xüsusilə 

Ģəxsiyyətlərarası  münasibətlərdə  rolu  böyükdür.  Ġnsan  nəinki 

«sosial  sxem»  əsasında  öz  davranıĢını  təĢkil  edir,  o,  eyni 

zamanda  baĢqalarını  bu  etalonlar  əsasında  qavrayır.  Etalonlar 

ictimai həyatda tarixilik səciyyəsi daĢıdığından tarixən dəyiĢir. 

Ġnsanın  davranıĢ  üslubu,  onun  nitqi,  geyimi  və  s.  bu  sxemə 

uyğun olaraq «zamanın tələbləri» səviyyəsinə uyğunlaĢdırılır.  

Məlum 

olduğu  kimi,  davranıĢ  etalonu  tədricən 



yaranmaqla  tez-  tez  dəyiĢir.  Bu  dəyiĢmələr  fərdin  daxil  olmaq 

istədiyi  qrupların  təsiri  ilə  baĢ  verir.  Müxtəlif  qruplarda 

müxtəlif  hadisələrlə  əlaqədar  olan  etalon  çoxluğu  mövcuddur. 

Etalon  seçilməsinə  qrupun  təsirindən  əlavə  fərdin  yaĢ 

xüsusiyyətlərinin və onun mənsubiyyətinin də təsiri vardır.  

Qruplarda 

Ģəxsiyyətlərarası 

münasibətlərin 

səviyyələri.    Qrup  daxilində  mövcud  olan  Ģəxsiyyətlərarası 

münasibətləri  bilmədən  onu  idarə  etmək  mümkün  deyildir. 

Məlum  olduğu  kimi,  Ģəxsiyyətlərarası  münasibətlər  sosial 

qrupun ümumi fəaliyyəti əsasında yaranan çoxcəhətli rabitə və 

münasibətlər 

sistemindən 

ibarətdir. 

ġəxsiyyətlərarası 

münasibətlər  mürəkkəb  və  çoxsəviyyəli  quruluĢa  malikdir. 

Bunlardan  birincisi,  ilk  növbədə  «gözə  çarpanı»  vasitəsiz 




Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə