MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə8/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   4   5   6   7   8   9   10   11   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



24 

inkiĢafı,  o  cümlədən  Ç.  Darvinin  təkamül  nəzəriyyəsi, 

H.Spenserin  və  digər  tədqiqatçıların  iĢlərinin  nəticəsində 

psixologiya  elmi  fəlsəfədən  tamamilə  ayrıldı,  təbiət  elmlərinə 

yaxınlaĢdı.  Bununla  yanaĢı,  öz  predmetini  geniĢləndirərək, 

Ġ.N.Seçenovun  sözləri  ilə  desək  «Ģüur  sahəsindən  davranıĢ 

sahəsinə»  keçirdi.  Beləliklə  idrak  proseslərindən  baĢqa, 

emosional  proseslər  və  davranıĢ  psixologiyanın  predmetinə 

daxil  oldu.  Daha  mühümü  isə  ondan  ibarətdir  ki, 

psixologiyanın  obyektiv  elm  sahəsi  olmaq  cəhdi  psixikanın 

tədqiqində yeni metodların axtarıĢına səbəb olmadı. XIX əsrin 

80-cı  illərinə qədər introspeksiya hələ də  aparıcı  metod olaraq 

qalırdı. 

Psixologiya  elminin  inkiĢafının  III  mərhələsi  Alma-

niyanın  Leypsiq  Ģəhərində  V.Vundtun  ilk  eksperimental 

psixologiya laboratoriyasının yaratması ilə baĢlayır.  

Eksperimental  psixologiya  laboratoriyasının  yaranması 

ilə  psixologiya  müstəqil,  obyektiv  və  eksperimental  elm 

sahəsinə  çevrildi.  Lakin  V.Vundt-un  assosianist  yanaĢmanın 

əsasında  qurduğu  psixoloji  model  insanın  ruhu  aləmi, 

emosianal  haləti,  Ģəxsiyyətin  strukturu,  yaradıcı  fəallığı  ilə 

bağlı yeni faktlar verə bilmədi. 

Belə  vəziyyət  alimləri  psixikanın  tədqiqi  ilə  bağlı  yeni 

metodlar  axtarmağa  sövq  etdi.  Həmin  dövrdə  yaranan  ilk 

psixologiya  məktəbləri  (strukturalizm,  funksionalizm,  Vyur-

sburq  məktəbi)  uzun  müddət  fəaliyyət  göstərə  bilmədi.  Lakin 

onlar  sübut  etdilər  ki,  psixologiyanın  predmeti,  metodları  ilə 

bağlı  fərqli  mövqelər,  yanaĢmalar  mövcuddur.  Beləliklə, 

zamanın  tələblərinə  uyğun  yeni  axtarıĢlar  baĢladı.  Bu  dövrü 

psixoloqlar metodoloji böhran  dövrü adlandırırlar. 

 Vahid  mövqeyə  gələ  bilməmələri  nəticəsində  XX  əsrin 

əvvələrində  psixologiyada  bir  neçə  istiqamət  meydana  çıxdı. 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

25 


Onların hər birinin öz predmeti və tədqiqat metodları  yarandı. 

Nəticədə  psixologiyada  psixoanaliz,  biheviorizm,  qeĢtalt 

psixologiya,  marksist  psixologiya  istiqamətləri  və  məktəbləri 

yarandı.  

XX  əsrin  II  yarısında  yeni  psixologiya  məktəbləri  və 

istiqamətləri:  humanist  psixologiya,  genetik  psixologiya,  koq-

nitiv psixologiya meydana çıxdı. Beləliklə, demək olar ki, XX 

əsrin 60-cı illərindən baĢlayaraq psixologiya elmi özünün yeni 

inkiĢaf  mərhələsinə  daxil  oldu.  Bu  mərhələnin  xarakterik 

xüsusiyyəti  ondan  ibarətdir  ki,  indi  ayrılma,  parçalanma  yox, 

ayrı-ayrı  məktəblərin,  tədqiqat  istiqamətlərinin  birləĢməsi 

prosesi gedir.  

 

I.1.4.  Azərbyacanda psixoloji fikrin və elmi  

psixologiyanın yaranması, inkiĢafı 

 

Azərbyacanda psixoloji fikrin təĢəkkülü və inkiĢafı 

 

Bütün  dünyada  olduğu  kimi,  Azərbaycanda  da  psixoloji 



fikrin  yaranması  və  inkiĢafını  iki  mərhələyə  ayırmaq  olar: 

elməqədərki  və  elmi  psixologiyanın  təĢəkkülü  və  inkiĢafı. 

Əlbəttə, onların  arasında kəskin  sədd qoymaq, sərhəd çəkmək 

də  düzgün  olmazdı.  Onlar  bir-birinin  daxilində  formalaĢmıĢ, 

biri digərinin inkiĢafına zəmin yaratmıĢdır. 

Elməqədərki  psixoloji  fikirlərin  yaranması  tarixi  çox 

qədimdən,  eramızdan  əvvəldən  baĢlanır.  O,  bir  tərəfdən  ġərq 

fəlsəfi fikrindən, digər tərəfdən xalq yaradıcılığından bəhrələn-

miĢdir. O bir tərəfdən həyatın özündən, ictimai-tarixi proseslər-

dən asılı olaraq inkiĢaf etmiĢ, digər tərəfdən baĢ verən proseslər 

psixoloji fikrə öz təsirini göstərmiĢdir. 

Azərbaycanda  psixoloji  fikrin,  psixologiya  elminin 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



26 

tarixinin  araĢdırılmasını  dünya  psixologiya  elminin  inkiĢafı 

kontekstindən ayırmamağı lazım bildik. 

Professorlar Ə.S.Bayramov və Ə.Ə.Əlizadə elməqədərki 

psixologiyanı  eyni  zamanda  «güzəran  psixologiyası»  adlan-

dırırlar. Onlar yazırlar: «Güzəran psixologiyasına aid biliklərin 

mənbəyini  ictimai  və  Ģəxsi  təcrübə  təĢkil  edir.  Hələ  qədim 

zamanlardan  baĢlayaraq  bu  biliklər  nəsildən-nəslə  verilmiĢ 

müxtəlif  obrazlı  ifadələrdə,  atalar  sözlərində,  bayatılarda, 

nağıllarda, dastanlarda və s.-də özünün əksini tapmıĢdır. Bizim 

hər  birimiz  bu  bilikləri  ətraf  adamlardan,  eləcə  də  Ģifahi  xalq 

ədəbiyyatı  vasitəsilə  mənimsəyirik.  Ġnsanın  Ģəxsi  təcrübəsində 

həmin  biliklər  daha  da  dəqiqləĢir,  yeni  məna  çalarları  kəsb 

edir». 


Onlar daha sonra  yazırlar:  «Güzəran psixologiyasına aid 

olan biliklərdə biz hətta müasir psixologiya üçün maraqlı olan 

müəyyən  faktlara  rast  gəlirik.  Lakin  onların  hamısı  üçün  bir 

cəhət  səciyyəvidir  –  güzəran  psixologiyasında  faktlar  ardıcıl 

Ģəkildə izah edilmir, sübut olunmur». 

Ġnsanlar lap qədimlərdən qarĢılıqlı münasibətlərdə olduq-

ları,  ünsiyyətə  girdikləri  insanları  öyrənməyə,  anlamağa,  dərk 

etməyə çalıĢmıĢ, bunun üçün müĢahidələr aparmıĢlar. Tədricən 

toplanan  biliklər  ümumiləĢdirilmiĢ,  dildən-dilə,  ağızdan-ağıza 

keçərək  ümuminin,  hamının  qəbul  etdiyi  fikirlər  olmuĢdur. 

Bunlar  bayatılar,  nağıllar,  atalar  sözləri,  nəğmələr,  laylalar, 

miflər,  əfsanələr  və  s.  Ģəklində,  lakonik  dillə  çatdırılmıĢdır. 

Demək  olar  ki,  elmi  psixologiyanın  tədqiq  etdiyi  sahələr 

içərisində  elə  bir  problem  yoxdur  ki,  xalq  yaradıcılığında  da 

ondan bəhs olunmasın, münasibət bildirilməsin. 

Xalq  yaradıcılığında  xalqın  düĢüncə  və  davranıĢ  tərzi, 

ayrı-ayrı  dövrlərdə  baĢ  verən  hadisələrə  münasibəti  öz  əksini 

bariz  Ģəkildə  tapır.  Yəni  hadisələrə  münasibət,  onun  təhlili, 

ümid və istəklər bu yaradıcılığın əsasını təĢkil edir. 

Psixoloji  fikrin  yaranması  və  inĢasının  digər  bir  istiqa-

məti  isə  yazılı  ədəbiyyat, filosof və  yazıçıların,  Ģairlərin  yara-



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə