MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə84/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   80   81   82   83   84   85   86   87   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



13 

13 


13 

13 


13 

13 


13 

13 


13 

onun  üzərinə  yönəldir  və  onun  ətrafında  mərkəzləĢdirir.  Bu 

zaman  ikinçi  dərəçəli,  kənar  təsirlərə  əhəmiyyət  vermir. 

ġübhəsiz  bu  çür  seçmə halı  olmasa  insanın  lazımi  obyektləri 

aydın  qavraması  mümkün  olmazdı.  Əhəmiyyətli  və  əhəmiy-

yətsiz  obyektləri  bir  birindən  ayırmaq  məhz  diqqətin  seçmə 

funksiyasının  köməyi  ilə  həyata  keçir.  Diqqətin  həyata 

keçirdiyi  ikinçi  mühüm  funksiya  saxlama  finksiyasıdır. 

Ġnsanın hər hansı bir obyekti lazımı Ģəkildə dərk etməsi üçün 

psixi  fəaliyyətini,  diqqətini  müəyyən  vaxt  ərzində  həmin 

obyektin  üzərində  saxlaması  tələb  olunur.  Bu  baxımdan 

diqqətin  həmin  funksiyanı  yerinə  yetirməsi  də  mühüm 

əhəmiyyət kəsb edir. 

Nəhayət,  diqqətin  üçünçü  mühüm  funkiyası  fəaliyyətin 

gediĢini tənzim etmək və ona nəzarət etməkdir. Bu funksiyanı 

yerinə  yetirməklə  diqqət  insanın  fəaliyyətini  bir  növ  tənzim 

edir. 

Diqqətin  insanın  həyat  və  fəaliyyətində  rolu.  

Diqqətin insanın həyat və fəaliyyətində  rolu əvəzolunmazdır. 

Diqqət olmadan insan nə duya, nə qavraya, nə fikirləĢə, nə də 

hər  hansı  bir  iĢi,  hərəkəti  yerinə  yetirə  bilməzdi.  Təlim 

prosesində  diqqətin  oynadığı  rol  xüsusilə  böyükdür.  Dərs 

zamanı  tədris  materiallarını  qavrama,  anlama  və  mənimsəmə 

müxtəlif amillərdən asılıdır. Onların içərisində əsas yeri diqqət 

tutur.  Hətta  əyani  vəsaitlərlə  təchiz  olunan,  məzmun 

baxımından fərqlənən bir dərsdə müəllim Ģagirdlərin diqqətini 

səfərbər edə bilməzsə, o təlim materiallarını yaxĢı mənimsədə 

bilməz. Materialın ilkin qavranılması, onunla aparılan iĢ, onun 

hafizədə  möhkəmlənməsi  Ģagirdin  diqqətinin  davamlı 

olmasını tələb edir. 

K.D.UĢinskinin  sözlərilə  desək,  diqqət  ruhumuzun  elə 

yeqanə  qapısıdır  ki,  Ģüurumuzda  olan  hər  bir  Ģey  mutləq 

buradan keçir. Ona görə də UĢinski müəllimlərə dərs zamanı 

Ģagirdləri  həmin  qapını  açıq  saxlamağa  alıĢdırmağı  məsləhət 

bilirdi. 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

14 



14 

 

 IV. 7. 2. Diqqətin fizioloji mexanizimləri 



 

Digər  psixi  proseslər  kimi  diqqət  də  öz  fizioloji 

mexanizimlərinə  malikdir.  Diqqəti  adətən  sinir  sistemlərinin 

müxtəlif səviyyələrində yerləĢən «süzgəcə» bənzədirlər və bu 

funksiyanı  əsasən  retikulyar  formasiyanın-yəni  törəməli 

Ģaxənin həyata keçirdiyi təsdiq olunmuĢdur. 

Hələ  vaxtilə  akademik  Ġ.P.Pavlov  diqqətin  fizioloji 

əsasını  birinci  növbədə  bələdləşmə  refleksi  ilə  izah  etmiĢdir. 

Adətən,  qarĢılaĢdığımız  hər  bir  yeni  cisim  və  ya  hadisə, 

yenilik bizi maraqlandırır, onunla tanıĢ olmağa, bələdləĢməyə 

sövq edir. Ona görə də diqqətimizi özünə cəlb edir. 

Diqqətin fizioloji əsaslarını baĢa düĢməyə  Ġ.P.Pavlovun 

kəĢf etdiyi «optimal oyanma ocağı» haqqında təlim də xüsusi 

rol oynayır. Bu təlimə görə baĢ beyin yarımkürələrində hər an 

oyanma  üçün  optimal  Ģəraitin  olması  ilə  xarakterizə  olunan 

yüksək  oyanma  ocağı  mövcud  olur.  Sinir  proseslərinin 

induksiyası  qanununa  görə  isə  beynin  bir  sahəsində  yaranan 

oyanma  prosesləri  baĢ  beynin  digər  sahələrində  ləngimə 

yaradır  və  əksinə.  Diqqətimiz  məhz  həmin  oyanma  sahəsilə 

bağlı  olur.  Oyanma  nə  qədər    güclü  olursa  onun  ətrafındakı 

ləngimə də bir o qədər güclü olur. Məsələn, çox vaxt hər hansı 

bir  maraqlı  kitabı  oxuduğumuz  zaman  ona  o  qədər  aludə 

oluruq ki, bizi çağırdıqlarını hiss etmirik.  

Bundan 


baĢqa 

diqqətin 

fizioloji 

əsaslarının 

aydınlaĢdırılması  üçün  A.A.Uxtomskinin  irəli  sürdüyü 

dominantlıq prinsipi də böyük rol oynayır. Dominant oyanma 

sahəsi  optimal  oyanma  sahəsindən  yüksək  davamlılığı  ilə 

fərqlənir.  Belə  dominant  oyanma  ocağı  nəinki  yeni  yaranan 

oyanma ocaqlarını ləngdir, həm də onların hesabına güclənir. 

Məsələn, gərgin zehni fəaliyyətlə məĢğul olan Ģəxslərə kənar 

qıcıqlandırıcı  təsir  etdikdə  onların  əvvəlki  problem  üzərinə 

yönəlməsi  daha  da  güclənir.  Bu  halda  sanki  bütün  qüvvələr 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



15 

15 


15 

15 


15 

15 


15 

15 


15 

səfərbərliyə alınır, diqqətin mərkəzləĢməsi artır. 

Ġstər  optamal  oyanma  sahəsi,  istərsə  də  dominantlıq 

haqqında təlim ixtiyarı diqqətin mexanizmlərini kifayət qədər 

aydınlaĢdırmağa  imkan  vermir.  Çünki  ixtiyarı  diqqət  zamanı 

insan  qarĢısına  məqsəd  qoyur,  öz  diqqətini  tənzim  edir, 

istədiyi obyektə keçirir. 

Müxtəlif  neyrofizioloji  tədqiqatlar  göstərir  ki,  diqqətin 

fizioloji  əsasını  passiv  oyanıqlıqdan  fəal  oyanıqlığa  keçidi 

təmin  edən  ümumi  fəallaĢma  təĢkil  edir.  Bu  isə  müxtəlif  

bələdləĢmə  reaksiyalarında  təzahür  edir.  BələdləĢmə  refleksi  

orqanizmin əksər üzvlərinin fəaliyyətində dəyiĢikliklərə səbəb 

olur (baĢın,  gözün qıcıqlandırıcıya tərəf çevrilməsi, maddələr 

mübadiləsi, ürək-damar sisteminin və s-nin fəaliyyətində). 

Bir  çox  klinik  tədqiqatlar  göstərir  ki,  ixtiyarı  diqqət 

mexanizmlərinin idarə olunmasında beynin alın payı xüsusilə 

böyük  rol  oynayır.  Beynin  alın  payı  zədələnmiĢ  xəstələrdə 

davamlı  gərgin  ixtiyarı  diqqətin  yaradılması  əslində  mümkin 

deyildir. 

 

IV. 7. 3. Diqqətin növləri 



 

Psixoloji  ədəbiyyatda  yönəliĢlik  və  mərkəzləĢmənin 

xarakterindən  asılı  olaraq  diqqətin  3  növünü  qeyd  edirlər: 

qeyri-ixtiyari,  ixtiyari  və  ixtiyaridən  sonrakı  diqqət.  Qeyri-

ixtiyari  diqqət  diqqətin  daha  sadə  növüdür,  o  heç  bir  iradi 

cəhdlə, məqsədlə bağlı olmayan diqqətdir. 

QarĢıya  məqsəd  qoymadan  psixi  fəaliyyətimizin 

müəyyən  obyekt  üzərinə  yönəlməsi  qeyri-ixtyari  diqqət  üçün 

xarakterik haldır. Bu zaman bizi əhatə edən cisim və hadisələr 

diqqətin seçiciliyini təmin edir. 

Qeyri-ixtiyari  diqqətin  yaranması  üçün  qıcıqlandırıcılar 

bir 

sıra 


xüsusiyyətlərə 

malik 


olmalıdırlar. 

Bura 


qıcıqlandırıcıların  intensivliyini,  gözlənilmədən təsirini, onlar 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə