MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə89/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   85   86   87   88   89   90   91   92   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

30 



30 

          540 – 560 

          572 

          600 – 650 

          650 - 780 

          YaĢıl 

           Sarı 

           Çəhrayı 

           Qırmızı  

        


Görmə  duyğularının  reseptorları  gözün  torlu  qiĢasında 

yerləĢir.  Burada  iki  cür  hüceyrələr:  çöpcüklər  və  kolbacıqlar 

mövcuddur.  Çöpcüklər  iĢığı,  kolbacıqlar  rəngləri  duyma 

orqanıdır.  Çöpcüklər  pozulduqda  toyuq  korluğu,  kolbacıqlar 

pozulduqda isə yarasa korluğu baĢ verir. 

EĢitmə  duyğusu.  Bu  duyğular  səslərin  inikasından 

ibarətdir.  EĢitmə  duyğusu  dəyiĢən  hava  dalğalarının  eĢitmə 

analizatoruna təsiri nəticəsində əmələ gəlir. Qulağa təsir edən 

dalğa  aĢağı  və  yuxarı  təzyiq  kimi  əlamətləri  ilə  xarakterizə 

olunur.  Dalğaya  xas  olan  bu  cəhətlər  səsin  ucalığını, 

gurluğunu və tembirini yaradır. Səsin ucalığı dalğanın tezliyi, 

quruluğu  dalğanın  amplitudası,  tembri  isə  dalğanın 

formasından  asılıdır.  Ġnsan  qulağı  saniyədə  20  dən  20 000-ə 

qədər  hersə  bərabər  olan  səsləri  eĢidə  bilir.  Hers  səsi  əmələ 

gətirən dalğanın tezliyinin fiziki ölçü vahididir. 



Ġybilmə  duyğuları.  Ġybilmə  duyğusu  çox  müxtəlif 

iylərin inikasından ibarətdir. Adətən insanlar iyləri onların xoĢ 

yaxud xoĢagəlməz olması baxımından fərqləndirirlər. Ġybilmə 

duyğusunun  reseptoru  burun  boĢluğunun  yuxarı  hissəsində 

yerləĢir. Bu hissədə yerləĢən hüceyrələr müxtəlif  iylərə qarĢı 

çox  həssas  olur.  Cisimlərin  havada  uca  bilən  mikroskopik 

hissəcikləri  hava  ilə  birlikdə  burun  boĢluğuna  daxil  olur  və 

reseptorlara  təsir  edir.  Beləliklə  də  iybilmə  duyğusu  əmələ 

gəlir. 

Dadbilmə duyğuları. Müxtəlif maddələrin suda, yaxud 

tüpürcəkdə həll olunması nəticəsində onların ağız boĢluğunda 

dad  reseptorlarına  təsiri  zamanı  əmələ  gəlir.  P.P.Lazarevin 

nəzəriyyəsinə görə, ağız boĢluğunda dörd növ dad reseptorları 

yerləĢir.  Elə  bu  reseptorlar  da  dörd  növ  dad  duyğusunun 

yaranmasına  səbəb  olur:  Ģirinlik,  acılıq,  duzluluq,  turĢluluq 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



31 

31 


31 

31 


31 

31 


31 

31 


31 

duyğuları. 

Dilin  selikli  qiĢasının  müxtəlif  sahələrinin  həm  eyni, 

həm  də  müxtəlif  dad  qıcıqlandırıcılarına  həssaslığı  cür-

bəcürdür.  Məsələn  adamın  dilinin  ucu  Ģirinə,  ətrafı    turĢuya, 

kökü acıya daha həssasdır. 



Dəri  duyğuları.  Xarici  aləmin  cisimlərinin  bir  sıra 

xassələrini əks etdirir. Dəri duyğuları üç yerə ayrılır: toxunma,  

temperatur, ağrı duyğuları. 

Toxunma  (lamisə)  duyğusu  vasitəsilə  biz  predmetlərin 

dərinliyini, bərkliyini, yumĢaqlığını, kələkötürlülüyünü, yaxud 

səthinin  hamar  olmasını  və  sair  kimi  xüsusiyyətlərini  əks 

etdiririk. Toxunma duyğusunun reseptorları bir milyona qədər 

olmaqla  dəri  üzərində  müxtəlif  sıxlıqda  səpələnmiĢdir.  Bu 

nöqtələr  dilin  ucunda,  barmaqların  ucunda,  bədənin  digər 

hissələrinə  nisbətən  daha  sıx  yerləĢmiĢdir.  Dəri  duyğuları 

hərəkət  duyğusu  ilə  sıx  surətdə  əlaqədardır.  Korlar  hərfləri 

toxunma və hərəkət duyğusunun vasitəsi ilə oxuyurlar. 



Temperatur  duyğusu.  Ġstilik  və  soyuqluq  duyğusu 

olmaqla iki növ duyğu kimi mövcuddur. 

Ġstilik  duyğusu, bədənin  temperaturundan artıq hərarətə 

malik olan cisim dəriyə toxunduqda əmələ gəlir. 

Soyuqluq  duyğusu  isə  bədən  temperaturundan  aĢağı 

olan cisim bilavasitə dəriyə təsir etdikdə yaranır. 

Ağrı  duyğuları.  Ağrı  duyğuları  müxtəlif  xarakterdə 

olur.  Biz  küt  və  bərk  ağrıları,  sanki  kəsən,  doğrayan,  deĢən 

ağrıları, davamlı və ani ağrıları duyuruq. 

Dəri duyğularının hər birinin özünə məxsus reseptorları 

vardır.  Dəridə olan bir çox nöqtələr toxunma, digər nöqtələr 

soyuqluq,  üçüncülər  istilik,  nəhayət  baĢqa  nöqtələr  ağrı 

duyğularını yaradır. 

Əzələ-hərəkət  duyğuları.  Bədənin  ətraf  üzvlərinin 

vəziyyətini,  hərəkətini,  bu  hərəkətin  istiqamət  və  surətini,  bu 

zaman  əzələlərin  gərilmə  dərəcəsini  əks  etdirən  duyğulara 

deyilir.  Əzələ-hərəkət  duyğuları  insanın  həyatında  böyük  rol 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

32 



32 

oynayır.  Əmək  fəaliyyəti  zamanı  olduqca  mürəkkəb  hə-

rəkətlərin  icrası,  bu  hərəkətlərin  tənzim  olunması  hərəkət 

duyğusunun  sayəsində  mümkün  olur.  Əzələ-hərəkət  duyğusu 

görmə  qavrayıĢında,  lamisə  qavrayıĢında  müstəsna  dərəcədə 

əhəmiyyət daĢıyır. 



Müvazinət  duyğuları.  Bu  cür  duyğular    baĢın  və 

bədənin fəzadakı vəziyyətinin inikasından ibarət olub, bədənin 

hərəkətinin  istiqamətini,  kordinasiyasını  saxlamağa  xidmət 

edir.  Bu  duyğunun  reseptoru  daxili  qulaqda  yerləĢən  yarım-

dairəvi  kanalcıqların  içərisindəki  endolimfa  və  bu 

kanalcıqların divarında olan sinir uclarıdır. Bədənin vəziyyəti 

dəyiĢdikdə endolimfa hərəkətə gəlir və kanalın divarında olan 

sinir  uclarını  qıcıqlandırır.  Bununla  da  biz  bədənimizin 

vəziyyətini əks etdiririk. 

  Üzvü 



duyğular 

daxili 


üzvlərin 

vəziyyətinin 

daxilindəki  dəyiĢmələrin  inikasından  ibarətdir.  Bu  duyğular 

aclıq,  susuzluq,  toxluq,  ürək  bulanması  haqqında,  bədənin 

sağlamlıq  və  xəstə    vəziyyətdə  daxili  üzvlərində  baĢ  verən 

ağrılar  haqqında  xəbər  verir.  Üzvi  duyğuların  reseptorları 

daxili  üzvlərin  səthində,  selikli  qiĢasında  yerləĢən  sinir 

uclarından ibarətdir. Üzvü duyğulara cinsi duyğuları da daxil 

edir. 

 

IV.8.3. Duyğuların ümumi qanunauyğunluqları 



 

Hər  bir  duyğuya  xas  olan  xarakterik  cəhətlərlə  yanaĢı 

bütün duyğulara aid olan ümumi cəhətlər də mövcuddur. Son 

psixoloji ədəbiyyatlarda  bu ümumi cəhətlərin aĢağıdakılardan 

ibarət olduğu göstərilir. 

       Keyfiyyət  cəhəti.  Bu,  bir  duyğunu  baĢqa  duyğulardan 

fərqləndirən  cəhət  olub  duyğuya  xas  olan  modallıq 

xüsusiyyətidir. 

Duyğunun  intensivliyi    duyğulara  xas  olan  baĢqa  bir 

ümumi cəhət olub, təsir  edən baĢqa qıcıqlandırıcının qüvvəsi 




Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə