www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
27
dıcılığıdır. Bu mənada «Kitabi-Dədə Qorqud» dastanı, S.ġirazi,
Nizami, N.Tusi, Nəsimi, Füzuli, M.F.Axundov, Sabir, C.Məm-
mədquluzadə və digər mütəfəkkirlərin yaradıcılığı Azərbaycan
psixoloji fikrinin yaranması, inkiĢafı və formalaĢmasında
əhəmiyyətli rol oynamıĢdır. Onların yaradıcılıığı bir tərəfdən
xalqın təfəkkür tərzinin inkiĢafına təkan vermiĢ, digər tərəfdən
bu əsərlərin özündə həyat reallıqları əksini tapmıĢdır. Yəni
Azərbaycan xalqının keçdiyi inkiĢaf yolunun mərhələlərini
müəyyənləĢdirməkdə bu əsərlər gözəl bir mənbədir.
Professor Ə.S.Bayramov yazır: «Hər bir xalq və ya etnos
özünü düzgün dərk edib qiymətləndirmək və tərəqqiyə nail
olmaq üçün yalnız özünün sosial-iqtisadi tarixi keçmiĢinə
deyil, həm də öz psixoloji keçmiĢinə dərindən bələd olmalıdır».
Azərbaycan xalqının islam dininin Azərbaycana gəliĢinə
qədərki həyat, məiĢət və təfəkkür tərzi Ģifahi xalq ədəbiyyatın-
da və «Kitabi-Dədə Qorqud» dastanında çox bariz Ģəkildə öz
əksini tapmıĢdır.
Dastanda totemizmin, Ģamanizmin, çoxallahlığın xeyli
açıq və gizli əlamətləri vardır. Əsərdə Basatı aslan bəsləyir və
eyni zamanda Basat deyir: «Anam adın sorar olsan Qaba Ağac,
atam adın deyirsən Qocan Aslan, mənim adım sorarsan Aruz
oğlu Basat».
Dastan belə baĢlayır: «Xanım hey!»
Belə bir baĢlanğıc, «hey» nidadır, niskildir, çağırıĢdır. Əl
çatmayan, ötüb keçmiĢ, yanğı yaradan bir hissdir. Daxilin,
genin, idrakın uyuĢmadığı bir mühitə düĢərək xiffəti,
fəryadıdır.
Tarixçi Gizo yazırdı: «Elə ki, xalqların arxasında uzun və
Ģərəfli tarix durdu, onlar nə qədər çalıĢsalar da, bu keçmiĢdən
ayrıla bilməyəcəklər. Onlar hətta bu keçmiĢi məhv etməyə
çalıĢdıqları zaman belə onun təsiri altında olacaqlar».
Qədim türklər islamdan qabaq çoxallahlı idilər. Onlar öz
qılınclarına and içir, suyla xəbərləĢir, qurd üzü mübarəkdir
deyirdilər.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
28
Deməli, xalqın etnogeni ilə mühiti arasında uyğunluq
olduqda xalq inkiĢaf edir. Onların arasında ziddiyyət olduqda
isə mənəviyyatda, əxlaqda deformasiya baĢ verir. Bəzən xalqın
etnogeninə, düĢüncə tərzinə yad, yabançı olanı ona doğru,
düzgün kimi təqdim edir, inandırmağa çalıĢırlar.
Psixoloji fikrin inkiĢaf mərhələlərinin müəyyənləĢdiril-
məsində Ģifahi xalq ədəbiyyatının, klassiklərimizin yaratdıqları
əvəzsiz xəzinədir.
«Kitabi-Dədə Qorqud»da baĢlıca ideyalardan biri əsarət-
dən, mütilikdən, kökünə, soyuna dönük çıxmaqdan ölümün üs-
tün tutulmasıdır. Etibar, inam, sədaqət, ləyaqət aparıcı
xətlərdən birini təĢkil edir. Beyrəyin niĢanlısı yalnız onun
dirisinə yox, ölüsünə də sadiq qalacağını bildirir: «Erkək sinəyi
(milçəyi) üzərimə qondurmam», - deyir.
Dastanda ən çox diqqəti cəlb edən azadlıq, azad fikir,
qadın və kiĢi bərabərliyi, qadının uca, yüksək tutulmasıdır.
Qanlı Qoca oğlu Qanturalı evləndirmək istəyir və ondan nə
sayaq qız itsədiyini soruĢur. Qantural deyir: «Baba, mən
yerimdən durmadan ol durmuĢ ola, mən qanlı kafər əlinə
varmadan ol varmıĢ, mənə baĢ gətirmiĢ ola».
Mərdlik, məğrurluq, qeyrət eynilə qıza, qadına da xas
olub. Ərləriylə, sevgililəriylə bir meydanda döyüĢən qadınlar
eyni zamanda onların qürurunu sındırmamağa, kiĢilərin
yanında qürrələnməməyə çalıĢıblar: «Öyünərsə ər öyünsün –
aslandı. Öyünməklik övrətlərə böhtandır. Öyünməklə övrət ər
olmaz», - deyiblər.
Dədə Qorqud dünyasının əxlaq qaydaları, mərdlik, ləya-
qət, Ģərəf, nəciblik anlayıĢları azərbaycanlı psixologiyasının,
xarakterinin təməlidir. Zaman-zaman dəyiĢən, zənginləĢən,
bəziləri itib-batan, bir çox keyfiyyətləri deformasiyaya uğrayan
azərbaycanlı psixologiyasının etnogeni, nüvəsi Dədə Qorqud
dövründə təĢəkkül tapmıĢ, formalaĢmıĢdır.
Dədə Qorqud fəlsəfəsi bəĢəridir, ölməzdir, insanı saflaĢ-
www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
29
dırandır. «Hanı dediyim bəy ərənlər? Dünya mənim deyənlər?
Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Gəlimli, gedimli
dünya. Son ucu ölümlü dünya».
Azərbaycanda psixoloji fikrin birinci mərhələsi eramız-
dan əvvəl baĢlayıb, islam dininin Azərbaycana gəliĢiylə baĢa
çatır. Lakin ikinci dövr asanlıqla, birdən-birə yaranmadı. Neçə
əsrlər boyu paralel yaĢadı. Elə bugünkü günümüzdə də bu para-
lelliyin bir çox cəhətləri davam edir, yaĢayır: adət-ənənələri-
mizdə, andımızda, xarakterimizdə.
«Ġslamiyyətdə milli mənsubiyyət yoxdur» Ģüarı ilə
Azəbaycan dünyasına daxil olan islam dini millətlərin,
xalqların müxtəlifliyini, özünəməxsusluğunu, milli simasını
dini biliklərlə əvəz etməyə çalıĢdı. Bu isə təfəkkürdə,
düĢüncədə inam və əqidədə yeniləĢmə demək idi.
Ġslam dini təkcə qılıncla yox, siyasətlə, ideologiya ilə,
Ģüurlara təsirlə, inandırma yolu ilə yayıldı. Bu yayılma
müəyyən müddət türk dilinin sıxıĢdırılması, fars və ərəb dilinin
yayılması idi. Yalnız XV-XVI əsrlərdən baĢlayaraq yenidən
türk dili ədəbiyyata, mədəniyyətə qayıtmağa baĢladı. Xətai,
Füzuli kimi böyük Ģairlər yetiĢdi. AĢıq Ģeri inkiĢaf etdi. Bu,
xalqın təfəkkürünün, oyanıĢının, Ģüurunun yeni dövrü idi. Xalq
fars, ərəb təsirindən qurtulub, kökünə qayıtmaq istəyirdi. Bu,
yeni qayıdıĢ idi. Artıq bu dövrdə qədim türklərdəki adət-
ənənələr, qadın sərbəstliyi, inamlar dəyiĢmiĢdi. Əgər islam dini
ərəblərə inkiĢaf, qadın hüququ, cəhalətdən qurtarmaq imkanı
vermiĢdisə, qədim türklərin bir çox sərbəstliyi, azadlığı
buxovlanmıĢdı.
Ġslam dininin Azərbaycana gəliĢi ilə burada ərəb, fars,
türk və digər etnos və xalqların dünyagörüĢü, mədəniyyəti,
adət-ənənələrinin sintezindən yeni mədəniyyət, yeni təfəkkür
yaranmağa baĢladı. Farsların ədəbiyyatı, ərəblərin fəlsəfəsi,
türklərin ictimai-siyasi, sosial-iqtisadi təfəkküründən, adət-
ənənələrindən yeni dünyagörüĢü yarandı.
ġəxsiyyətin formalaĢmasında orta əsrlərdən baĢlayaraq
Dostları ilə paylaş: |