www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
48
48
öz əyriliyini dəyiĢir. Məsələn, yaxında olan cisimlərə
baxdıqda əzələ yığılması baĢ verir və nəticədə göz büllurunun
gərilmə dərəcəsi azaldığına görə onun forması daha qabarıq
olur. Qavradığımız cisim uzaqda olduqda isə əksinə hal baĢ
verir. Bu hal yaxında və uzaqda olan cisimlərin həcmini
düzgün qavramağa imkan yaradır. Adətən, yaĢ artdıqca büllur
cismin elastikliyi tədricən azalır və göz özünün akkomodasiya
qabiliyətini itirir. Nəticədə uzaqgörmə inkiĢaf edir. Ona görə
də göz büllurunun həmin funksiyasını (gərilmə və açılma
funksiyasını) eynəkdə qoyulan linzalarla əvəz etmək lazim
gəlir.
Akkomodasiya hadisəsi konvergensiya ilə əlaqədardır.
Konvergensiya görmə oxlarının qavranılan cismin üzərinə
düĢməsindən ibarətdir. Adətən müəyyən akkomodasiya
vəziyyəti görmə oxlarının müvafiq qovuĢma dərəcəsini tələb
edir və əksinə, müəyyən akkomodasiya dərəcəsi görmə
oxunun bu və ya digər kəsiĢməsinə uyğun gəlir. Bunlar
olmadan cisimlərin həcmini düzgün qavraya bilməzdik.
Zaman qavrayıĢı. Zaman da məkan kimi materiyanın
mövcudluq formalarından biridir. Zaman qavrayıĢı gerçəkliyin
hadisələrinin obyektiv müddətinin, sürətinin və ardıcıllığının
inikasından ibarətdir. Zaman qavrayıĢı obyektiv gerçəkliyi əks
etdirməklə insana, ətraf mühitə bələdiləĢmək imkanı verir.
Zaman qavrayıĢında müxtəlif analizatorlar iĢtirak edir,
bununla belə kineztesik (hərəki) və eĢitmə duyğuları əsas rol
oynayır. Hərəkət duyğuları hadisələrin müddətini, surətini,
ardıcıllığını daha dəqiq əks etdirməyi təmin edir. Bu duyğu
ritmin qavranılmasında da mühüm rol oynayır.
Ritmin qavranılması, adətən hərəkətlə müĢayət olunur.
Psixoloqlardan B.M.Teplovun yazdığına görə «ritm hissi öz
əsasına görə hərəki təbiətə malikdir». Ritmi eĢitmək mümkün
deyil. Biz ritmdən o zaman təsirlənirik ki, biz onu icra edirik.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
49
49
49
49
49
49
49
49
49
Zaman obyektiv mövcudluqdur, lakin onun qavranılması
subyektiv xarakterdə olur. Əgər qavradığımız zaman maraqlı
hadisələrlə zəngindirsə, bizə elə gəlir ki, vaxt əslində
olduğundan sürətlə keçir. Əksinə, həmin vaxtda baĢ verən
hadisələr maraqsızdırsa biz vaxtın çox ağır, ləng keçdiyini
zənn edirik. Hadisələrə münasibətimiz keçirdiyimiz hisslər də
zamanın qavranılmasına təsir edir. Hadisələr bizdə müsbət
hisslər yaradırsa vaxt sürətlə keçir. Deməli, zaman qavrayıĢı
çox dəqiq olmur, ona subyektiv amillər təsir göstərir, adam
vaxtı qiymətləndirməkdə ciddi səhvlərə yol verir. Elə buna
görə də vaxtı düzgün qiymətləndirmək üçün saatdan istifadə
edirik.
Hərəkət qavrayıĢı. Hərəkət qavrayıĢı həm məkan,
həm də zaman amillərindən - cismin uzaqlığından, onların
yerdəyiĢmə sürətindən, həm də qavrayanın özünün məkanda
hərəkətindən asılıdır. Məsələn, saatın əqrəbinin hərəkətini
bilavasitə görmək olmur. Onun əvvəlki yeri ilə hazırki yerini
müqayisə etməklə hərəkət etdiyini söyləyirik. Həddən artıq
surətli hərəkətləri də qavramaq mümkün olmur. Hərəkətin
qavranılması bir sıra analizatorların fəaliyyəti ilə bağlıdır.
Belə ki, görmə, hərəkət, eĢitmə analizatorları hərəkətin
qavranılmasında iĢtirak edir.
Hərəkətin qavranılmasında hərəkətin müxtəlif xassə və
xüsusiyyətləri əks olunur. Məsələn, hərəkətin səciyyəsi
(əyilmə, qalxma), forması (düzxətli, əyrixətli), istiqaməti
(aĢağı, yuxarı, sola, sağa), müddəti (uzun, yoxsa qısa müddət),
sürəti (cəld, ağır və s.).
Qarşıda məqsədin olub-olmasından asılı olaraq
qavrayıĢın iki növü mövcuddur:
1)
Qeyri ixtiyari qavrayış
2)
İxtiyari qavrayış
QarĢıya xüsusi məqsəd qoymadan hər hansı bir obyektin
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
50
50
qavranılmasına qeyri-ixtiyari qavrayış deyilir. Öz qeyri-
adiliyi, yeniliyi, cazibədarlığı ilə fərqlənən bu cür obyektləri
xüsusi niyyət olmadan qavrayırıq.
QarĢıya qoyduğumuz məqsədə müvafiq olaraq bir
obyekti baĢqalarından ayıraraq qavradıqda baĢ verən inikas
prosesinə ixtiyari qavrayış deyilir. Müəllimin mühazirəsini
dinlədikdə, teatr tamaĢasına baxdıqda, kitab oxuduqda biz bu
cür hərəkət edirik.
QavrayıĢda illuziyalar. Hiss üzvlərimizə bilavasitə
təsir edən cisimlər bəzən olduğu kimi deyil, təhrif edilmiĢ
Ģəkildə qavranılır. Belə təhrif edilmiĢ, düzgün olmayan
qavrayıĢa illuziya deyilir. (bax: Ģəkil 13).
ġəkil 13.
Görmə qavrayıĢında illuziya daha çox özünü
göstərir. ġəkildə göründüyü kimi, üfüqi düz xəttlər fondan
asılı olaraq, əyri xəttlər kimi qavranılır. Ġlluziyalar təkcə
görmə ilə bağlı deyil, hərəkət, lamisə, ağırlıq, temperaturun
qavranılmasında da baĢ verə bilir.
Ġnsanın psixoloji haləti ilə bağlı olaraq da qavrayıĢ
təhrif olunur. Məsələn, diqqətin zəifləməsi, affekt halı zamanı
illuziya hadisəsi özünü göstərir.
MüĢahidə və müĢahidəçilik. Ġxtiyari qavrayıĢın tipik
nümunəsi müĢahidədir. MüĢahidə hər hansı fəaliyyət
sahəsində müəyyən plan üzrə cərəyan edən davamlı və
müntəzəm qavrayıĢa deyilir.
Təlim iĢində, elmi-tədqiqat iĢlərində, bədii yaradıcılıqda
Dostları ilə paylaş: |