MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə98/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   94   95   96   97   98   99   100   101   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

58 



58 

         Hafizə  mərkəzi  harada  yerləşir?  Son  illərdə  aparılan 

psixolo;i  tədqiqatlar  təsdiq  edir  ki,  yadasalma  və  xatırlama 

emosiya  və  motivasiya  ilə  sıx  bağlıdır.  Məlum  olur  ki, 

informasiyanın möhkəmləndirilməsində psixikanın affektiv və 

motivasiya fəallığını təmin edən qabıqaltı sahə əhəmiyyətli rol 

oynayır. Bütövlükdə beynin psixi funksiyasının lokalizasiyası 

hələ  də  tamamilə  öyrənilməmiĢdir.  Hələ  də  informasiyaların 

beyində necə kodlaĢdırılması, deyək ki, görmə reseptorlarının 

məlumatlarının necə və  beynin  hansı  sahəsində  qorunduğunu 

tamamilə öyrənmək mümkün olmamıĢdır.  

Beyində  psixi  funksiyanın  necə  lokallaĢdırılması 

haqqında  ilkin  məlumatlar  beyin  travmaları  almıĢ  xəstələri 

müĢahidə  etməklə  toplanmıĢdır.  MüəyyənləĢdirilmiĢdir  ki, 

beynin  arxa  nahiyəsinin  zədələnməsi  görmənin,  alın 

nahiyəsinin  zədələnməsi  emosiyanın,  sol  yarımkürənin 

zədələnməsi nitqin pozulmasına səbəb olur.  

Lakin son zamanlara qədər çoxluğun təəccübünə səbəb 

olan fakt ondan ibarət idi ki, yalnız heyvanlarda deyil, həm də 

insanlarda  da  beynin  böyük  bir  sahəsinin  zədələnməsinə 

baxmayaraq, hafizə pozulmur.  

Qəbul edilən yeganə qanunauyğunluq ondan ibarət idi 

ki,  beynin  daha  çox  zədələnməsi  ilə  hafizənin  pozulması 

arasında  asılılıq  mövcuddur.  Bu  kütlənin  təsiri  qanunu 

adlanır.  Yəni  beyin  toxumalarının  pozulması  nisbəti  ilə 

hafizənin  pozulması  nisbəti  düz  mütənasibdir.  Hətta,  beynin 

cərrahiyyə  yolu  ilə  20  faizi  götürüldükdə  belə,  hafizə  itmir. 

Elə  bu  səbəbdən  də  hafizə  mərkəzinin  lokalizasiyasının 

olmasına  Ģübhə  yarandı.  Bəzi  psixoloqlar  isə  hesab  edirdilər 

ki, hafizə orqanı bütövlükdə beyindir.  

Son  vaxtlar  baĢ  verən  iki  elmi  yenilik  psixikanın 

informasiya  mərkəzinin  dəqiq  öyrənilməsinə  ümidləri 

artırmıĢdır.  Birinci,  müəyyənləĢdirilmiĢdir  ki,  beynin  bir  sıra 

sahələrinə  təsir  göstərilməsi  nəticəsində  Ģüurda  mürəkkəb 

zəncirvari  yadasalma  baĢ  verir.  Yəni  insan  çoxdan 

unutduqlarını  xatırlayır.  Cərrahiyyə  əməliyyatından  sonra 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



59 

59 


59 

59 


59 

59 


59 

59 


59 

unutduqlarını 

asanlıqla 

yada 


sala 

bilir. 


Ġkinci, 

müəyyənləĢdirilmiĢdir  ki,  hafizə  mərkəzi  və  ya  hər  halda 

məlumatların  qısamüddətli  hafizədən  uzunmüddətli  hafizəyə 

ötürülməsini  tənzim  edən  sahəsinin  fəaliyyəti  yeni 

informasiya  daxil  olanadək  mümkün  olmur.  Bu  mərkəz 

«qippokamp»  adlanır  və  beynin  gicgah  sahəsində  yerləĢir. 

Qippokampın  iki  tərəfli  götürülməsindən  sonra  xəstələr 

cərrahiyyə  əməliyyatına  qədər  baĢ  verənləri  yada  salır,  lakin 

əməliyyatdan  sonra  baĢ  verənləri  isə  yada  sala  bilmirlər. 

Əvvəllər  toplanmıĢ  informasiyaların  harada  qorunduğu  sualı 

hələ də öyrənilməmiĢ qalır.  

Hafizə  probleminin  yekun  həlli  uzun  illər  boyu 

psixologiya  və  fiziologiyanın  mübahisə  obyekti  olmuĢdur. 

Onun həlli beyində informasiya daĢıyıcısı olan fiziki təbiətinin 

(molekullar,  zülallar  və  s.)  öyrənilməsi  nəticəsində  mümkün 

olacaqdır.  

  

 

IV.10.2. Hafizənin prosesləri 



 

Yuxarıda 

qeyd 

olunduğu 



kimi, 

hafizənin 

yaddasaxlama,  yadasalma,  tanıma  və  unutma  kimi  prosesləri 

vardır. 


Hafizə  psixikanın  funksional  bütövlüyünün,  üç 

mühüm  prosesin  nəticəsində  yaranır.  Onlardan  birincisi 

yaddasaxlamadır.  Bu  prosesdə  beynə  daxil  olan  müxtəlif 

informasiyaların  təhlili,  identifikasiyası  və  kodlaĢdırılması 

aparılır.  Hafizə  prosesinin  ikinci  mərhələsi  informasiyanın 

hifz  olunmasıdır.  Prosesin  üçüncü  mərhələsi  ixtiyari  və  ya 

qeyri-ixtiyari  yadasalmadır.  Ġnformasiyanın  yada  salınmasını 

haqlı  olaraq  hafizənin  əsas  funksiyası,  insanın  öz 

təcrübəsindən istifadə edə bilməsinin əsası hesab edirlər.  

Yaddasaxlama  duyub  qavradıqlarımızın  beyində  hifz 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

60 



60 

olunması  prosesidir.  Bu  zaman  yeni  qavranılanların  əvvəllər 

əldə 

etdiklərimizlə 



əlaqələndirilməsi 

yolu 


ilə 

möhkəmləndirilməsi baĢ verir.  

Anlamadan  asılı  olaraq  yaddasaxlamanın  məntiqi  və 

mexaniki  növləri  mövcuddur.  Məntiqi  yaddasaxlamanın 

əsasında  anlama  dayanır.  Bu  zaman  insan  öyrəndiklərini  öz 

sözləri  ilə  ifadə  edə  bilir.  Mexaniki  yaddasaxlama  isə  quru 

əzbərləmə, 

bəzən 


mənaya 

əhəmiyyət 

vermədən 

yaddasaxlamadır.  Adətən  mexaniki  olaraq  yadda  saxlayan 

Ģagird  və  ya  tələbə  materialın  ayrı-ayrı  hissələrini  ayrılıqda 

yada sala bilmir. 

Ən  fərdiləĢdirilmiĢ  psixi  hadisələrdən  hesab  olunan 

hafizə  çoxsaylı  amillərdən:  beynin  xüsusiyyətlərindən, 

mərkəzi sinir sistemindən, mühitdən, fəaliyyətin xarakterindən 

və  Ģəxsiyyətin  növündən  asılıdır.  Məhz  bu  səbəbdən  yadda 

saxlamanın 

ən 


ümumi 

qanunauyğunluqlarını 

müəyyənləĢdirmək  xeyli  çətindir  və  daha  çətini  isə  onun 

səmərəli  Ģəkildə  idarə  edilməsini  öyrənməkdən  ibarətdir. 

Baxmayaraq ki, hafizənin təkmilləĢdirilməsi ilə bağlı çoxsaylı 

metodikalar iĢlənmiĢ, tövsiyələr hazırlanmıĢdır.  

Alman  psixoloqu  Q.Ebbinhauz  materiala  məna  və 

emosional 

münasibətlərdən 

asılı 


olaraq 

mexaniki 

yaddasaxlamanın 16 qanunauyğunluqlarını özündə birləĢdirən 

vahid  sistem  təklif  etmiĢdir.  Onlardan  bir  neçəsini  nəzərdən 

keçirək. 

1.  Ġnsana  ilk  dəfə  təsir  göstərən  xarici  təzyiqi  o  daha 

güclü və uzunmüddətli yadda saxlayır.  

2.  Güclü  emosional  reaksiya  doğurmayan,  lakin 

kifayət  qədər  mürəkkəb  olan  informasiya  hafizədə  hifz 

olunmur. 

3.  Diqqətin  mərkəzləĢdirilməsi  nə  qədər  güclü  olarsa, 

yaddasaxlama da o qədər sürətli baĢ verir. 

4. Çoxsaylı fakt və təəssüratların əvvəli və sonu daha 

yaxĢı yadda saxlanılır.  

5. Təkrar yaddasaxlamanın daha səmərəli yoludur. 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə