MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə11/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   7   8   9   10   11   12   13   14   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

33 


psixoloji  fikrin  inkiĢafına  öz  təsirini  göstərirdi.  Bakı  ġərqlə 

Qərbin,  Ģərq  mədəniyyəti  ilə  qərb  mədəniyyətinin  qovuĢduğu 

mərkəzə çevrilirdi. Bura həm ġərqdən, həm Rusiyadan, həm də 

Avropadan  insanlar  gəlir,  iĢ  qurur,  iĢləyir,  yaĢayır,  Ģəhəri 

zənginləĢdirirdilər.  

Bir  tərəfdən  sənayenin  tələbatını  ödəyən  iĢçilərin  hazır-

lanması üçün məktəblər açılır, təhsil almaq üçün baĢqa ölkələrə 

tələbələr  göndərilir,  mətbuat  yaranır,  digər  tərəfdən  qadın 

hüquqları,  Ģəxsiyyət  azadlıqları  tapdanırdı. Ona  görə də Azər-

baycanda maarifçilik hərəkatı geniĢlənməyə baĢladı. Bir tərəfdə 

xalqın  inkiĢafını  həyat  tərzinin  kəskin  Ģəkildə  dəyiĢməsində 

görənlər,  cəhaləti,  avamlığı  tənqid  edənlər,  digər  tərəfdə  isə 

təkamülü, tədrici inkiĢafı, maariflənməni çıxıĢ yolu kimi görən-

lər, bu yolda çalıĢanlar meydana gəldi.  

Elə buna görə də XX əsrin əvvəllərini Azərbaycanın yeni 

bir  intibah  dövrü  hesab  edirlər.  Məhz  bu  dövrdə  çoxsaylı 

mətbuat  orqanı,  ġərqdə  ilk  teatr,  opera  sənəti  yarandı.  Xalqın 

həyat tərzi, düĢüncə və təfəkküründə, adət-ənənələrində böyük 

dəyiĢiklik baĢ verdi.  

XIX əsrin sonuna  yaxın  köhnəlik tədricən özünün süqu-

tuna  yaxınlaĢdı.  MəiĢətdən  tutmuĢ  həyat  və  fəaliyyətin  bütün 

sahələrində əvvəlki davranıĢ  formaları nadanlıq hesab edilmə-

yə,  tifaqlar  dağılmağa,  münasibətlər  baĢqa  Ģəkil  almağa 

baĢladı, adət-ənənələr dəyiĢdi. Hacı həsən ağalar, Ģeyx nəsrul-

lahlar,  xudayar  bəylər,  məĢədi  ibadlar  sırasından  fəxrəddinlər, 

kefli  isgəndərlər,  Ģamxallar  ayrılmağa  baĢladılar.  Ġsmayıl 

ġıxlının  «Dəli  Kür»  əsərində  bu  dövrün  bütün  çalarları, 

ziddiyyətləri əks olunub. Məhz bu dövrdən baĢlayaraq özündə 

qədim türklərin qanını,  mərdliyini, kiĢiliyini  daĢıyan cahandar 

ağaların da məhvi baĢladı.  

Böyük  Oktyabrın  qələbəsindən  sonra  SSRĠ  adlanan  mə-



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



34 

kanda  bir  sistem  yarandı.  «Öyünərsə,  ər  öyünsün,  aslandı, 

öyünmək  qadınlara  böhtandı»  deyən  qədim  türk  qadınlarını 

sevillər,  almazlar,  həyatlar  əvəz  etdi.  Bu,  Azərbaycanda 

psixoloji  fikrin  dördüncü  mərhələsi  idi.  Doğrudur,  beyrəklər, 

qaraca  çobanlar  da  balaĢlarla,  məmmədəlilərlə  əvəz 

olunmuĢdu. 

Elə buradaca qeyd etmək istərdik ki, görkəmli dramaturq 

Cəfər  Cabbarlı  bu  dəyiĢikliyi  dahiyanə  bir  Ģəkildə  təsvir  et-

miĢdi. BaĢ verən dəyiĢiklikdə nəyin yaxĢı, nəyin pis olduğunu 

söyləmək  də  çətindir.  Banıçiçək  də,  Burla  xatun  da,  Selcan 

xatun da azaddır, sərbəstdir. Almaz da, Həyat da, ġərəbanı da 

azaddır,  sərbəstdir.  Lakin  bu,  tamamilə  bir-birinə  yad,  fərqli 

azadlıqlardır.  

Beləliklə,  yeni  insanlar,  yeni  həyat,  yeni  düĢüncə  tərzi 

yarandı.  YeniləĢə  bilməyənlər  məhv  oldu,  həbs  edildi.  Elə  bu 

səbəbdən də 50-ci  illərdən sonra həyatın bütün  sahələrində öz 

sözü olmayan, laqeyd insanların sayı artdı. Hətta elçi gedəndə 

də, qız istəyəndə də, iĢə götürəndə də belə dedilər:  «Üzüyola, 

sakit, quzu kimidir». 

Əlbəttə, sovet sistemi yalnız  mənfiliklərdən ibarət deyil. 

Ölkədə  savadsızlıq  kütləvi  Ģəkildə  ləğv  edildi,  savadsız  insan 

qalmadı.  Məktəblər,  xəstəxanalar,  klublar,  kitabxanalar  açıldı. 

Elm və təhsil sürətlə inkiĢaf etməyə baĢladı.  

Milli  Konservatoriya  fəaliyyətə  baĢladı.  Q.Qarayev, 

C.Hacıyev,  F.Əmirov,  S.Hacıbəyov,  A.Məlikov,  T.Quliyev  və 

digər  dünya  Ģöhrətli  bəstəkarlarımız  yetiĢdi.  Niyazi  kimi 

dünyanın  ən  tanınmıĢ  dirijorlarından  biri  yaĢadı,  yaratdı. 

M.Abdullayev,  S.Bəhlulzadə,  T.Nərimanbəyov  və  digər 

rəssamlarımız fəaliyyət göstərdi. Kino sənəti yarandı və inkiĢaf 

etdi.  Üzeyir  Hacıbəyov,  Müslüm  Moqamayev  dünya  Ģöhrətli 

əsərləri  yaratmaqda  davam  etdilər.  Yeni  Ģair  və  yazaçılar, 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

35 


dramaturqlar:  S.Vurğun,  S.Rüstəm,  M.Ġbrahimov,  S.Rəhimov, 

Ġ.Əfəndiyev, S.Rəhman, R.Rza, M.Hüseyn və onlarla digərləri 

yazıb yaratdılar. 

Onlarla  teatr  fəaliyyət  göstərdi.  Elmlər  Akademiyası 

yaradıldı. Ölkə baĢdanbaĢa elektrikləĢdirildi və s. 

Bütün bunlar məhz sovet hakimiyyəti illərində Azərbay-

canın, Azərbaycan xalqının böyük, tarixi uğurları idi. 

XX  əsrin  sonlarında  –  1991-ci  ildə  SSRĠ  dağıldı.  Yeni 

müstəqil  dövlətlər  yarandı.  Azərbaycan  xalqı  da  əsrlər  boyu 

arzuladığı,  uğrunda  mübarizə  apardığı  müstəqilliyi  1991-ci  il 



oktyabr ayının 18-də elan etdi. Bununla da ölkəmizin, xalqımı-

zın həyatında yeni bir mərhələ – müstəqillik, suverenlik mərhə-

ləsi baĢladı. 

Azərbaycanda  psixoloji  fikrin  beşinci  mərhələsi  də  bu 

illərdən baĢlanır. Müstəqillik sevinc və arzuların reallaĢmasıdır. 

Lakin  bu sevinc digər tərəfdən də qəm-kədər, ümidsizlik, çaĢ-

qınlıqla birlikdə gəldi. Torpaqlarımızın bir hissəsini müvəqqəti 

də olsa itirdik. Bir milyona  yaxın qaçqın və köçkünümüz var. 

Qaçqın  və  köçkün  düĢdüyümüz  torpaqlarla  yanaĢı  o  yerlərin 

mədəniyyət abidələrini də itirdik. O yerlərdə yaĢayan insanların 

özünəməxsus  adət-ənənələri,  həyata  baxıĢları,  həyat  tərzi  də 

deformasiyaya uğradı. 

Ġdeoloji, iqtisadi sistem dəyiĢdi. Ġnsanlar həyat və düĢün-

cə tərzini dəyiĢməli oldu. Ümumi mülkiyyəti xüsusi mülkiyyət, 

ümumi  bərabərliyi,  sosial  bərabərsizlik  əvəz  etdi.  Varlılar  və 

kasıblar  təbəqəsi  yarandı.  Bir  tərəfdən  keçmiĢimizə,  soykökü-

müzə  qayıdıĢ,  digər  tərəfdən  müasirləĢmə,  Qərbə  inteqrasiya 

etməyin zəruriliyi səsləndi. 

Yeni  dövrün  psixologiyası  yaranmağa,  inkiĢaf  etməyə 

baĢlayıb.  Onun  necəliyinin  qiymətləndirilməsinə  isə  zaman, 




Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə