www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
240
240
Bu, orqanizmin cavanlığından və uĢağın mərkəzi sinir
sistemində proseslərin mütəhərrikliyindən asılıdır.
Kiçik məktəblilər heç bir xüsusi çətinlik olmadan bir
fəaliyyət növündən digərinə keçə bilirlər. Lakin burada hələ
də “uĢaqlıq” əlamətləri qalır. Belə ki, uĢaqların diqqətini ən
çox onlara bilavasitə təsir edən və onlar üçün maraqlı olan
cisim və hadisələr cəlb edir.
Kiçik məktəb yaĢı dövründə hafizə də öz inkiĢafını
davam etdirir. Bu dövrdə mexaniki hafizə üstünlük təĢkil edir.
Bu dövrdə uĢaqlar hər cür materialı asanlıqla əzbər öyrənə
bilirlər, ona görə də əzbər öyrənməyə meylli olurlar. Bunun
müəyyən əhəmiyyəti olsa da uĢaqları quru əzbərçiliyə
alıĢdırmaq olmaz. ġübhəsiz bəzi materialları, məsələn, vurma
cədvəlini əzbərdən bilmək yaxĢıdır. Lakin təcrübəli müəllim
vurma cədvəlini əzbərdən öyrənməyi tapĢırmazdan əvvəl
cədvəlin strukturunu ətraflı izah edir, onun hansı prinsip üzrə
tərtib olunduğunu uĢaqlara baĢa salır. Öyrənmə bu Ģəkildə
təĢkil olunduqda əgər Ģagird, məsələn, yeddi dəfə səkkiz neçə
etdiyini yaddan çıxarıbsa, özünü itirmir. O, yeddi dəfə
yeddinin neçə etdiyini yada salır və buna yeddi əlavə edir.
Çox vaxt birinci-ikinci sinif Ģagirdləri materialı hərfən
yadda saxlamağa çalıĢırlar. Bu, həmin yaĢda Ģagirdlərin
oxuduqlarını və eĢitdiklərini öz sözləri ilə ifadə edə
bilməmələri ilə izah oluna bilər. Burada nitqin lazımi
səviyyədə inkiĢaf etməməsi və müəllimin Ģagirddən öyrən-
diyini dəqiq və tam yada salmağı tələb etməsi də rol oynaya
bilər.
Təcrübə göstərir ki, kiçik məktəblilərdə, xüsusilə
birinci-ikinci sinif Ģagirdlərində birinci siqnal sistemi üstünlük
təĢkil etdiyinə görə əyani materialları daha yaxĢı yadda
saxlayırlar.
Kiçik məktəb yaĢlı uĢaqlarda məntiqi hafizə nisbətən
zəif inkiĢaf etmiĢ olur. Birinci-ikinci sinif Ģagirdlərindən fərqli
olaraq üçüncü-dördüncü sinif Ģagirdləri elə yadda saxlamağa
çalıĢırlar ki, sonradan onu öz sözləri ilə danıĢa bilsinlər.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
241
241
241
241
241
241
241
241
241
Nəticədə onlarda müqayisə və ümumiləĢdirməyə əsaslanan
məntiqi hafizə inkiĢaf edir. Birinci sinifdən baĢlayaraq
məktəbdə təlim prosesində uĢaqlara xüsusi Ģəkildə mnemik
tərzlər öyrədildikdə məntiqi hafizənin məhsuldarlığı xeyli
yüksəlir.
Məktəbə təzə gələn uĢaqlar ən çox parlaq, emosional
təəssürat yaradan materialı yaxĢı yadda saxlamağa daha çox
meylli olurlar. Sonrakı siniflərdə, xüsusilə IV sinifdə bu hal
əsasən aradan qalxmıĢ olur.
Kiçik məktəb yaĢı dövründə uĢağın həyat təcrübəsi və
biliyinin artması nəticəsində onda təxəyyülün inkiĢafı üçün
əlveriĢli Ģərait yaranır. Bununla belə kiçik məktəb yaĢının
əvvəllərindən uĢaqların təxəyyül surətləri hələ də az davamlı
olub, qavrayıĢa əsaslanmaqda davam edir.
Bərpaedici
təxəyyül
kiçik
yaĢlı
məktəblinin
fəaliyyətində həlledici rol oynamağa baĢlayır, təlim
materialını mənimsəməsini asanlaĢdırır.
Ə.Əlizadənin tədqiqatları göstərmiĢdir ki, kiçik mək-
təblilərin təxəyyülü, hər Ģeydən əvvəl, emosional xarakter
daĢıyır. Onda hisslərin, bədii əsərlərin təsiri altında daha
parlaq təxəyyül surətləri yaranır. Kiçik məktəblinin təxəyyülü
müəyyən əyani vasitəyə istinad etmədikdə, o, təsvir edilən ha-
disəni aydın təsəvvür edə bilmir. Kiçik məktəblilər baharda
baharı, qıĢda qıĢı təsvir edən mətnləri daha yaxĢı mənimsəyir.
Çünki bu zaman təxəyyül Ģagirdin xarici aləmdən aldığı yeni,
parlaq və canlı təəssüratdan daha səmərəli Ģəkildə istifadə
edir.
Kiçik məktəb yaĢı dövründə təfəkkür də özünəməxsus
xüsusiyyətlərə malik olur. Ġlk dövrlər əyani-əməli təfəkkür
özünü göstərsə də əyani-obrazlı təfəkkürə keçid baĢ verir,
sözlü məntiqi təfəkkürün inkiĢafı üçün müvafiq Ģərait yaranır.
Kiçik məktəb yaĢının əvvəllərində hələ də
ümumiləĢdirmə və müqayisə zamanı zahiri əlamətlərə
üstünlük
verilir.
Getdikcə
mühüm
əlamətlər
üzrə
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
242
242
ümumiləĢdirmə və müqayisəyə meyl artır. Kiçik yaĢlı
məktəblilərdə mücərrədləĢdirmənin perseptual və konseptual
səviyyəsi inkiĢaf edərək, onların idrak fəaliyyətində mühüm
rol oynayır. (Ə.Qədirov).
Kiçik məktəb yaĢı dövründə uĢaqlarda təfəkkürün
keyfiyyətləri inkiĢaf edir. Ə.Bayramovun tədqiqatları
göstərmiĢdir ki, əlveriĢli Ģərait yaradıldıqda, hətta I-II sinif
Ģagirdləri idrak obyektlərinin mahiyyətini anlaya bilir, oradan
müəyyən nəticə çıxarmağa, səhvləri, uyğunsuzluqları tapmağı,
onları törədən səbəblər barədə müəyyən mülahizələr
söyləməyə qabil olurlar. Bununla belə kiçik məktəb yaĢlı
uĢaqların hamısı eyni dərəcədə müstəqil və tənqidi düĢünə
bilmirlər.
Bu sahədə Ģagirdlər arasında bir sıra fərdi fərqlər özünü
göstərir. Professor Ə.Bayramovun tədqiqatları kiçik
məktəbliləri təfəkkürün tənqidiliyinin inkiĢaf xüsusiyyətlərinə
görə aĢağıdakı qruplara ayırmağa imkan vermiĢdir:
1) heç bir təhrik olmadan tənqidi düĢünən Ģagirdlər. Bu
cür Ģagirdlər heç bir təhrik olmadan, müstəqil Ģəkildə öz idrak
obyektlərinə tənqidi yanaĢır və buradakı qüsurları,
uyğunsuzluqları görə bilirlər.
2) qismən təhriklə tənqidi düĢünən Ģagirdlər. Bu cür
Ģagirdə sadəcə olaraq idrak obyektində qüsur və ya
çatıĢmazlıq olduğunu dedikdə onu asanlıqla müəyyənləĢdirə
və düzəldə bilir.
3) tam təhriklə tənqidi düĢünən Ģagirdlər. Bu cür
Ģagirdlər yalnız onlara nədə səhv etdiklərini bildirdikdə
qüsurları müəyyənləĢdirə və aradan qaldıra bilirlər.
4) heç cür təhriklə belə tənqidi düĢünə bilməyən Ģa-
girdlər. Bu cür Ģagirdlərdə təfəkkürün ümumi inkiĢafı aĢağı
səviyyədə olur.
Kiçik məktəb yaĢı dövründə nitqin bütün istiqamətləri
üzrə inkiĢaf baĢ verməklə yanaĢı məktəblilər ilk dəfə olaraq
oxu vərdiĢlərinə və yazılı nitqə yiyələnməyə baĢlayırlar.
ġagirdlərin düzgün yazı vərdiĢlərinə yiyələnmələrinin əsası
Dostları ilə paylaş: |