MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə67/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   63   64   65   66   67   68   69   70   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

181 


aydınlığı ilə müəyyən və təsəvvür etmək imkanı verir, onu Ģərtləndirir.  

İdeallar  da  Ģəxsiyyətin  dərk  olunan  davranıĢ  motivləri  hesab 

olunur. Ġdeal insanın nail olmağa can atdığı ən yaxın məqsəddir. BaĢqa 

sözlə, ideallar insanın həyat və  fəaliyyətində nail olmağa can atdığı ən 

yüksək məqsəd hesab olunur. Ġdeallar müsbət hissi boyalarla zəngin olur 

və  Ģəxsiyyətin  istiqamət  və  fəaliyyətinə  aydınlıq,  müəyyənlik  verir. 

Ġdeallar fəal və passiv ola bilir. Əgər ideallar fəal və həyatidirsə, insanı 

mübarizədə  qorxmaz  edir,  onun  iradəsinə  möhkəmlik,  xarakterinə 

qüvvət bəxĢ edir. 

Sadəcə olaraq bu və ya digər ideala malik olmaq, bu və ya digər 

bir  Ģəxsiyyəti  özünə  ideal  qəbul  etmək  və  bununla  kifayətlənmək  çox 

azdır. Bu, adamın ümumi inkiĢafına heç bir müsbət təsir göstərə bilməz. 

Əsl və həlledici cəhət seçilən idealın fəal olması, mütərəqqi və müsbət 

ideal uğrunda, ona çatmaq uğrunda yorulmadan mübarizə etmək əzminə 

malik olmaqdır.  

 

 

III. 5. 6. ġəxsiyyətin mənlik Ģüuru 



 

Ġnsanın  bir  Ģəxsiyyət  kimi  formalaĢmasında  onda  mənlik 

Ģüurunun  inkiĢafı  xüsusi  rol  oynayır.  Mənlik  Ģüurunun    formalaĢması 

insana  özü  haqqında  təsəvvürlərini,  özünün  zahiri  görkəmini,  əqli, 

mənəvi,  iradi  keyfiyyətlərini  qiymətləndirmək  imkanı  verir.  Bu 

baxımdan mənlik Ģüuru insanın özünü Ģəxsiyyət kimi tanıması və dərk 

etməsi  prosesindən  ibarətdir.  Psixoloji  ədəbiyyətda  «mənlik  Ģüuru» 

dedikdə  insanın  özünün  tələbat  və  qabiliyyətlərinə,  fikir  və  hisslərinə, 

davranıĢ  və  fəaliyyət  motivlərinə  Ģüurlu  münasibəti  nəzərdə  tutulur. 

Ġnsan  baĢqa  adamlarla  qarĢılıqlı  əlaqə  və  ünsiyyət  prosesində  özünü 

ətraf  mühitdən  ayırır,  özünü  fiziki  və  psixi  cəhətdən  dərk  etməyə 

baĢlayır,  bir  növ  öz  «mənini»  baĢa  düĢür,  anlayır.  Öz  məni  haqqında 

subyektiv  təəssürat  ilk  növbədə  onda  ifadə  olunur  ki,  insan  özünün 

hazırda, keçmiĢdə və gələcəkdəki eyniliyini anlayır. 

Ġnsanın öz «mənini» kəĢf etməsi Ģəxsiyyətin uzunmüddətli inkiĢaf 

prosesinin  nəticəsidir.  Bunun  əsası  bir  növ  hələ  körpəlik  dövründən 

qoyulur.  Hələ  üç  yaĢlı  uĢaqda  özü  haqqında  təsəvvür  yaranmağa 

baĢlayır.  Bu  dövrdə  uĢaq  «mən»  kəlməsini  iĢlətməklə  özünün 

müstəqilliyə  olan  meylini  büruzə  verir.  Onda  mənlik  Ģüurunun  ibtidai 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



182 

forması  müĢahidə  olunur.  UĢağın  öz  «mən»ini    kəĢf  etməsi      sonrakı 

dövrdə  –  yeniyetməlik  və  ilk  gənclik  yaĢ  dövründə  özünü  daha  aydın 

göstərir.  Yeniyetmədə  özünə,  öz  Ģəxsi  həyatına,  Ģəxsiyyətinin 

xüsusiyyətlərinə marağın yaranması onda özünüqiymətləndirmə tələbatı, 

özünü baĢqaları ilə müqayisə etmək meyli yaradır. Nəticədə yeniyetmə 

özü  üçün    öz  «mən»ini  bir  növ  kəĢf  edir.  Ġlk  gənclik  dövründə 

məktəblilərdə böyüklük hissi yüksəlir. Onlar özlərinin artan imkanlarını 

dərk  etməyə  baĢlayırlar.  Bu  dövrdə  məktəblilərdə  mənlik  Ģüuru,  özləri 

haqqında  təsəvvürləri  dəyiĢir.  Oğlan  və  qızlarda  mənlik  Ģüurunun 

məzmunu  dəyiĢir,  özləri  haqqında  təsəvvürləri  artır.  Onlar  özlərinin 

xarici  görkəmini,  simalarını  tamamilə  yeni  Ģəkildə  qavramağa 

baĢlayırlar.  Bütün  bunlar  böyük  məktəblilərdə  «mən»  obrazının 

formalaĢmasına  gətirib  çıxarır.  «Mən»  obrazının  əsasını  insanın  özü 

haqqında  bilikləri  təĢkil  edir.  «Mən»  obrazında  insanın  öz-özünə 

münasibəti  də  xüsusi  yer  tutur.  Ġnsan  öz  özünə  baĢqalarına  bəslədiyi 

kimi  münasibət  göstərə  bilər,  hörmət  və  ya  nifrət  edər,  sevər  və  ya 

zəhləsi gedər, hətta özünü anlaya və anlamaya bilər. 

Həyati  faktlar  göstərir  ki,  insanda  «mən  –  obraz»  eyni  vaxtda 

müxtəlif xarakterli ola bilir. Bunlara «real mən», «ideal mən» və «sosial 



mən» obrazlarını aid etmək olar. 

«Real  mən»  dedikdə  insanın  indiki  anda  özünü  necə  təsəvvür 

etməsi,  özünün  bacarıq  və  qabiliyyətlərini,  rollarını,  statusunu  necə 

qavraması, əslində necə adam olmasını təsəvvür etməsi nəzərdə tutulur. 

Bu zaman insan özünə öz gözü ilə baxır, özünü obyektiv, necə varsa elə 

də qiymətləndirir. Təcrübə göstərir ki, bəzən insan özünün bu obrazını 

baĢqalarından gizlədə bilir. 

 «İdeal  mən»ə  gəldikdə  burada  insanın  özündə  görmək  istədiyi 

keyfiyyətlərə malik obrazı nəzərdə tutulur. Burada insanın özü haqqında 

idealları  xüsusi  yer  tutur.  «Ġdeal  mən»  obrazında  insanın  yüksək 

qiymətləndirdiyi  keyfiyyətlər  öz  əksini  tapır.  Ġnsan  daima  öz  «ideal 

mən»inə nail olmağa can atır.  

«Sosial  mən»  digər  mən  –  obrazlardan  fərqlənir.  Burada  insan 

həmiĢə özünə baĢqalarının gözü ilə baxır. «Sosial mən» obrazı aĢağıdakı 

suallara  uyğun  yaradılır:  baĢqa  adamlar  onu  necə  görürlər?  O,  özünü 

baĢqalarına  necə  göstərmək  istəyir?  Özünü  necə  göstərsə  baĢqalarının 

rəğbətini  qazana  bilər?  Məhz  buna  görə  də  insan  baĢqa  adamlarla 

ünsiyyətə girərkən özünün «sosial mən»indən çıxıĢ edir.  



Özünüqiymətləndirmə  və  Ģəxsiyyətin  iddia  səviyyəsi


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə