Mahmudova Ülviyyə Tərlan qızının müsabiqəyə təqdim etdiyi iş Tehsilim az



Yüklə 8,24 Kb.
tarix11.04.2018
ölçüsü8,24 Kb.

Mahmudova Ülviyyə Tərlan qızının müsabiqəyə təqdim etdiyi iş

Tehsilim.az adı altında distant təhsilin yaradılması əsas məqsədimizdi. Aşağıdakı linkdə yutube-də yaratdığım distant təhsil kanalı ilə tanış ola bilərsiniz. Biz HƏR KƏSƏ, HƏR YERDƏ, PULSUZ TƏHSİL ALMAQ İMKANI yaratmaq istəyirik.

https://www.youtube.com/channel/UCCDbqv-d1cBizhkB99eVfZQ/playlists

Bildiyimiz kimi son illər azərbaycanda internetdən istifadə edən əhalinin sayı durmadan artır. Insanlar vaxtlarının çoxunu sosial şəbəkələrdə keçirir. Amma Azərbaycanda elm öyrənə biləcəyimiz Azərbaycan dilində internet resusrsları kifayət qədər deyil. Az sayda olanlar da,ödənişlidir. Buda insanların, xüsusilə gənclərin vaxtlarını boş yerə itirmələri ilə nəticələnir. Bu boşluğu aradan qaldırmaq üçün, Tehsilim.az saytı yaradırıq. Biz HƏR KƏSƏ, HƏR YERDƏ, PULSUZ TƏHSİL ALMAQ İMKANI yaratmaq istəyirik. Son zamanlar ölkəmizdə övladını repetitor yanına göndərmə dəb düşüb. Amma bütün repetitorlar biliklimi? Hamısı uşaqlara elm verirmi? REPETİTORA verilən pulları xüsusən kənd yerlərində valideynlər hansı zülmlərlə qazanır? Apardığımız müşahidələrə əsaslanaraq deyə bilərəm ki, ölkədə bu sahədə hərc-mərclik hökm sürür. 1-Cİ SİNİFDƏN 11-Cİ SİNİFƏ QƏDƏR HAMI KÜTLƏVİ olaraq “müəllim yanına” gedir. Amma hər il abiturientlərin TQDK –nın qəbul imtahanlarında topladıqları ballara nəzər salsaq gənclərin il-ildən savadsızlaşdığını görərik. Bu gün ölkədə ən kasıb adamın da ağıllı telefonu var və internetə girə bilir. Ona görə azərbaycan dilində resursların olması vacibdir.

Mənim yaratdığım youtube-dəki tehsilim.az kanalı və üzərində işlədiyimiz Tehsilim.az saytında 1- ci mərhələdə orta məktəblərdə tədris olunan bütün fənlərdən, bütün mövzular üzrə pulsuz video dərslər, testlər olacaq. Video dərslər xüsusi proqramla çəkiləcək, müəllimlər mövzulara aid prezentasiyalar üzrə dərsi izzah edəcəklər. 2-ci mərhələdə universitet dərslərinin mühazirələri əsasında video dərslər hazırlanacaq.



Tehsilim.az kanalını izləyənlər nə qazanacaq?

  1. yüksək səviyyədə izzah olunmuş video dərslərdən bilik qazanacaqlar.

  2. Hazırlıq müəllimlərinə pul ödəməyəcəklər, pullarına qənaət edəcəklər.

  3. Vaxtlarına qənaət edəcəklər, çünki olduqları yerdə dərs öyrənəcəklər.

  4. Həm də dərsi başa düşməsələr, təkrar-təkrar dərsə baxa biləcəklər.

  5. Sualları olduqda saytın sosial şəbəkədəki qruplarında, səhifələrinə suallarını yazıb, cavab ala biləcəklər.

  6. Universitet tələbələri azərbaycan dilində dərs mühazirələrini əldə edəcək, mühazirələrə uyğun dərslərin videolarını izləyə biləcəklər.

: upload -> iblock
iblock -> TəHSİLDƏ İkt (Mühazirələr) GİRİŞ
iblock -> Biologiya(yun."bios"-həyat, "loqos"-elm) planetimizdə yaşayan bütün canlıların həyat və fəaliyyətini qanunauyğunluqlarını öyrənən elmdir. Bu termin ilk dəfə 1802-ci ildə J. B. Lamark və Q. R
iblock -> Yeni informasiya texnologiyalarının öyrənmə prosesinə tətbiqində müəllimin rolu
iblock -> Ci illər hesab olunur. 1974-cü ildə iki amerikalı alim S. Voznyak və S. Jobs fərdi kompyuter yaratmış və onu Apple adlandırmışlar. Fərdi kompyuterlərin yaranma tarixi 1974-1975
iblock -> Mövzu: Tədrisdə ən yaxşı
iblock -> Gəncə şəhər Nadir Hüseynov adına 38 №-li tam orta məktəbin
iblock -> Vətən sizin üçün nə deməkdir? Həmin dövlətdə yaşayan və o dövlətin hüquqlarına tabe olan şəxs necə adlanır?


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə