MahġRƏ naği qizi çapar kazimli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə1/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
  1   2   3   4   5   6   7   8   9   ...   58


 
 
MAHĠRƏ NAĞI QIZI 
ÇAPAR KAZIMLI 
 
 
 
 
 
 
ƏDƏBĠYYATġÜNASLIĞA 
XĠDMƏT ƏZMĠ ĠLƏ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2013 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 

 
 
 
 
 
ELMĠ REDAKTORU:          Zaman ƏSGƏRLĠ 
 Filologiya üzrə elmlər doktoru,  
 professor 
 
 
 
 
 
 
Mahirə Nağı qızı, Çapar Kazımlı. ƏdəbiyyatĢünaslığa 
xidmət əzmi ilə. Bakı, Elm və təhsil, 2013, 202 s. 
 
Kitab  görkəmli  ədəbiyyatşünas  alim,  tənqidçi,  filologiya 
elmləri  doktoru,  professor  Kamran  İmran  oğlu  Əliyevin  həyat 
və yaradıcılığıdan bəhs edir.  
 
 
 
 
K
 
4603000000 
Qrifli nəşr
 
           
Í-098-2013    
 
 
 
© M.Nağı qızı, Ç.Kazımlı, 2013 
 
 


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 

ZĠRVƏLƏġƏN ÖMÜR YOLU 
 
Dağ zirvəsinə çıxanda adamın gözləri qarşısında təbiətin 
əsrarəngiz  məнzərəsi  canlanır.  Adam  onu  heyranlıqla  seyr  et-
məkdən doymur. Hər hansı yaradıcı insanın ömür zirvəsini seyr 
edəndə  də  belə  olur.  Filologiya  elmləri  doktoru,  professor 
Kamran  İmran  oğlu  Əliyevin  zirvələşən  ömür  yoluna  ekskurs 
edərkən  gözlərimiz önündə  qeyri-ixtiyari  olaraq  geniş  və əsra-
rəngiz  ponoram  açıldı.  Arxada  qalan  zaman  kəsiyinin  közər-
tisində prof. K. Əliyevin ömür yolunu vərəqləyirik.  
Kamran  Əliyev  1953-cü  il  mart  ayının  5-də  Naxçıvan 
Muxtar Respublikası Şərur rayonunun Diyadin kəndində doğu-
lub.  Beş  yaşında  özünün  dediyi  kimi,  parçadan  tikilmiş  hey-
bəsini  çiyninə  salıb  o  da  hamı  kimi  dərsə  gedib.  Tanınmış 
jurnalistlərdən Cəfər Əliyev və Etibar Tarverdiyev “İşıqlı  yol” 
qəzetinin  29  yanvar  1977-ci  il  sayında  dərc  etdirdikləri  “Cığır 
yola  çıxır”  məqaləsində  yazırdılar:  “1969-cu  il  Tumaslı  kənd 
orta  məktəbini  əla  qiymətlərlə  başa  vuran  Kamran  sənədlərini 
Azərbaycan  Dövlət  Universitetinin  dil-ədəbiyyat  fakültəsinə 
verir. İmtahanların üçündən əla qiymət alır. Orta məktəbdə qa-
zandığı bilik, topladığı təcrübə onun əlindən tutur. Büdrəməyə 
qoymur. Məktəbdə Yadulla müəllimin dediyi “Oğul, heç nə hə-
yatda  asanlıqla  əldə  olunmur”  sözləri  isə  həmişə  qulaqlarında 
cingildəyir.  Odur  ki,  yuxusuz  gecələr  keçirir,  bilmədiklərini 
öyrənir.  Elə  bunun  nəticəsidir  ki,  semestr  imtahanlarından  hə-
mişə əlaçı çıxaraq başqalarına nümunə göstərilir. 
Yüksək ictimai bacarığını, qabiliyyətini görən tələbə yol-
daşları  onu  qrup  komsomol  təşkilatının  katibi  seçirlər.  İşdə 
özünü  gözəl  ictimaiyyətçi  kimi  doğruldan  Kamran,  fakültə 
komsomol  komitəsinin  katibi  seçilir.  Bu  vəzifəni  yerinə  ye-
tirməklə  yanaşı,  Kamran  dərslərində  də  fəallıq  göstərir.  O,  bi-
liyini, təcrübəsini daim artırır. 
Beşillik  tələbəlik  illəri  Kamranın  qəlbində  silinməz  izlər 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 

buraxır.  Bu  izlərdən  biri  də  Kamranın  Universiteti  fərqlənmə 
diplomu ilə bitirməsidir. 
Kamran hələ Universitetdə oxuyarkən müəllimlərin əksə-
riyyəti onun haqqında yüksək fikirdə olublar. Budur, qarşımız-
da bir  yığın  qəzet  vardır. Bu qəzetlərlə tanış olduqda Kamran 
haqqında ümidimiz daha da artır. İlk dəfə “Ədəbiyyat və incə-
sənət”  qəzetinin  1974-cü  il  6  iyul  tarixli  nömrəsini  vərəqləyi-
rik. 
Bu  nömrədə  filologiya  elmləri  doktoru,  ADU  -nun  ədə-
biyyat kafedrasının müdiri, professor Abbas Zamanov Kamran 
Əliyevin diplom işi haqqında çıxış edib onun işini yüksək qiy-
mətləndirib. Oxucuları da məqalənin bir parçası ilə tanış edirik. 
Abbas  Zamanov  yazır:  “Kamran  Əliyev  diplom  işini  20-ci  və 
30-cu illərdə qızğın fəaliyyət  göstərən Mustafa Quliyevin  ədə-
bi-tənqidi görüşləri mövzusuna həsr etmişdir. O, səbr və inadla 
axtarışlar  aparıb  M.Quliyevin  bütün  əsərlərini  mövzularına 
görə qruplaşdırmış, tədqiq etmiş, həmçinin ədibin müxtəlif za-
manlarda  Azərbaycan  və  rus  mətbuatında  çıxan  məqalələrinin 
biblioqrafiyasını düzəldib diplom işinə əlavə kimi vermişdir. 
Məlumdur  ki,  M.Quliyevin  tənqidçilik  fəaliyyəti  haqqın-
da  indiyədək  ancaq  ayrı-ayrı  müəlliflərin  məqalələrində  və 
ədəbiyyat tarixi kitablarının xülasələrində çox ötəri bəhs olun-
muşdur. K. Əliyevin diplom işi tənqidçi M. Quliyev haqqında 
ilk müstəqil tədqiqatdır”. 
Kamran  Universiteti  bitirdikdən  sonra  təyinatını  boya-
başa çatdığı İliç rayonuna alır. Xanlıqlar kənd orta məktəbində 
ədəbiyyat dərslərini tədris edir. Qısa müddətdə kollektivin hör-
mətini  qazanır…  Kamran  müəllim  dərs  deməklə  yanaşı,  öz 
üzərində çalışır, biliyini artırır. 
O, sənədlərini hazırlayıb Azərbaycan Elmlər Akademiya-
sının Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına təq-
dim  edir.  Yuxusuz  gecələr  öz  bəhrəsini  verirməli  idi.  Budur, 
Kamran  müəllim  ixtisas  imtahanından  beş  alır.  Sonrakı  imta-
hanları  da  müvəffəqiyyətlə  verib  aspiranturanın  XX  əsr  Azər-


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə