Maksimkanin vətəndə və digər ölkələrdə



Yüklə 15,14 Kb.
Pdf görüntüsü
səhifə1/29
tarix02.01.2018
ölçüsü15,14 Kb.
#19275
  1   2   3   4   5   6   7   8   9   ...   29



 
Dünya Uşaq Ədəbiyyatı 
 
 
 
 
Ales Karlyukeviç 
 
 
 
 
MAKSİMKANIN 
Vətəndə 
və digər ölkələrdə 
SƏRGÜZƏŞTLƏRİ
 
 
 
 
 
 
povest-nağıl 
 
 
 
 
 
Bakı – Mütərcim – 2015 



 
 
Tərcümə edən və ön sözün müəllifi: 
 
Kamran NƏZİRLİ 
filologiya üzrə fəlsəfə doktoru 
 
 
Kitabın üz qabığındakı müəllifin fotosunu 
Natalya Osmola çəkib 
 
 
Ales Karlyukeviç. Maksimkanın Vətəndə və digər ölkə-
lərdə  sərgüzəştləri.  Povest-nağıl  /  Tərc.  K.Nəzirli. 
–  Bakı: 
Mütərcim, 2015 . – 116 səh. 
 
Tanınmış  Belarus  yazıçısı  Ales  Karlyukeviçin  uşaqlar  üçün  yazdığı 
"Maksimkanın Vətəndə və digər ölkələrdə sərgüzəştləri" kitabı maraqlı 
süjet  xətti  və  dərin  məzmunu  ilə  diqqəti  cəlb  edir.  Əsər  filateliya  və 
təbiətşünaslığa böyük maraq göstərən Belaruslu məktəbli Maksimkanın 
sərgüzəştlərindən bəhs edir. Onun təbiəti və heyvanat aləmini qorumaq 
üçün göstərdiyi fədakarlıqlar və sərgüzəştlər ibrətamizdir. Əsərin əsas 
ideyasını da məhz Vətən sevgisi, doğma torpağın fauna və florasına olan 
diqqət və qayğı, təbiətin mühafizəsi, insan və təbiət münasibətləri təşkil 
edir. Povest-nağıl orta əsr Avropa ədəbiyyatının populyar janrlarından 
birində – sərgüzəşt, fantastik macəra janrında qələmə alınsa da, burda 
təsvir olunan hadisələr müasir yazı üslubu və yazıçı priyomları ilə mə-
harətlə sintez edilir, nəticədə orijinal ədəbi nümunə kimi maraq doğu-
rur. Əsəri Azərbaycan dilinə yazıçı K. Nəzirli çevirib. 
İnanırıq  ki,  istedadlı  Belarus  yazıçısı  Ales  Karlyukeviçin  Azərbay-
canda çıxan ilk kitabı Azərbaycan məktəbliləri arasında da böyük ma-
raq doğuracaq. 
 
K
026
4702120000
 xx-15 
 
© Mütərcim, 2015 
© K.Nəzirli, 2015 (tərc.) 



 
Ön söz əvəzi 
 
Əziz dost! 
İnanıram ki, mənim böyük maraqla oxuduğum və 
tərcümə elədiyim bu kitabı sən də oxuyacaqsan. Çünki 
bu  kitab  sənin  gənc  məktəbli  dostun  Maksimka  və 
onun  maraqlı  sərgüzəştləri  barədədir.  Bu  kitab  sənə 
ana  Təbiət,  onun  əsrarəngiz  gözəllikləri,  sakinləri  və 
sərvətləri barədə bilgilər verəcək, səni qeyri-adi səya-
hətə-Belarus torpağına, onun zəngin meşələrinə, Cənu-
bi Amerikaya, Afrikaya... daha haralara aparıb çıxa-ra-
caq. Və sən biləcəksən ki, dünya-aləm çayların, göllərin, 
dənizlərin,  ağacların,  meşələrin,  quşların,  bütün 
heyvanların... hesabına öz mövcudluğunu təmin edir və 
buna görə də İnsan yaşayır, nəfəs alır, qurur, yaradır. 
Əslində bizim hər birimizin missiyası yaşamaq, qurub-
yaratmaqla bərabər Təbiəti də qorumaqdan ibarət ol-
malıdır! Biz Ana Təbiəti də özümüz qədər sevməliyik, 
Maksimka kimi! 
Bu  kitabın  müəllifi  Belaruslu  yazıçı  dostum  Ales 
Karlyukeviçdir. Mən Alesi ilk dəfə 5 iyun 2015-ci ildə 
Minsk  şəhərində  gördüm.  Elə ilk  görüş  məndə  xoş  və 
unudulmaz təəssürat oyatdı. Ümumiyyətlə, qeyd edim 
ki,  Belarus  çox  gözəl  ölkədir.  Belarusun  təbiəti  onun 
öyünməli  sərvətidir.  Amma  düşünürəm  ki,  Belarusun 
ən böyük sərvəti onun gülərüz, mehriban və xeyirxah 
insanlarıdır. Burda sadə sürücüdən tutmuş ta ziyalıya 
kimi hamı öz yurdu, Vətəni ilə fəxr edir, qürur duyur. 
Hətta  milliyyətcə  belarus  olmayan  və  Belarusda 
yaşayan  digər  millətlərin  nümayəndələri  də  (xüsusilə 
mənim Azərbaycanlı həmvətənlərim Baxşı və Baldadaş 



Qənbərov  qardaşları,  Kamil  Kamal,  Neyman,  Füzuli, 
Fərid,  Akif....)  fəxrlə  deyirlər:  "Biz  də  belarusluyuq!". 
Belə  bir  ölkədə  yaşayıb-yaratmaq,  işləmək,  təbiətin 
qoynuna çıxıb əmin-amanlıqla istirahət etmək necə də 
xoşdur! 
Mənə  unudulmaz  təəssüratlar  yaşadan  insanlar-
dan biri də qeyd etdiyim kimi, Ales oldu. Bu mehriban, 
xoşsima şəxsiyyətlə biz qısa zamanda dostlaşdıq. Ales 
mənə  öz  kitablarını  bağışladı,  Maksimkanın  sərgü-
zəştləri  ilə  bağlı  yazdığı  nağıl-povestini  hədiyyə  elədi. 
Mən  bu  qiy-mətli  "hədiyyəni"  böyük  məmnuniyyətlə 
elə Belarusdaca açıb oxudum  və dərhal düşündüm ki, 
onu  Azərbaycan  məktəbliləri  də  doğma  ana  dilində 
oxumalıdır.  Niyə  də  yox?  Axı  belə  gözəl  əsərlər  çox 
nadir  hallarda  yazılır;  düşünürəm  ki,  sənin  üçün  bu 
kitabın tərbiyəvi və ibrətamiz əhəmiyyəti daha önəm-
lidir. Və sən bu kitabı oxyub bitirəndən sonra öz Vətə-
nini, torpağını, ağaclarımızı, meşələ-rimizi, dağlarımızı, 
çaylarımızı, bulaqlarımızı, quşlarımızı, bütün heyvanla-
rımızı...  daha  çox  sevəcək,  onların  qayğısına  qala-
caqsan. 
Bir  şeyi  də  xatırlatmaq  istəyirəm:  insanların  ək-
səriyyəti  nağıllarla  böyüyür;  kimi  onları  əbədi  yadda-
şına ya-zır, kimi onları unudur, kimi ömrü boyu nağıl-
larla yaşayır, kimi də nağıla elə nağıl kimi baxır. Bütün 
hallarda nağıllar bizim ömrümüzün ən gözəl çağlarının 
sehirli  aləmidir.  Və  mən  inanmıram  dünyada  elə  bir 
adam  tapılsın  ki,  heç  olmasa  ömründə  bir  dəfə  nağıl 
eşitməsin, ya da nağıl oxu-masın. 
Nağılların  sehirli  aləmi  bizim  üçün  hələ  uşaq-
lıqdan açılır, biz nağılla bərabər dünyayi-aləmi də tanı-
mağa başlayırıq. Tanış obrazlar, tanış süjetlər, bizə gah 
doğma, gah da yad olan qəhrəmanlar aləmidir nağıllar. 


Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə