Малик башга бир јердә дејир


ON DÖRDÜNCÜ FƏSİL İSLAM TARİXİNDƏ ZAMAN DƏYİŞMƏLƏRİ



Yüklə 1,54 Mb.
səhifə14/26
tarix16.08.2018
ölçüsü1,54 Mb.
#63623
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

ON DÖRDÜNCÜ FƏSİL

İSLAM TARİXİNDƏ ZAMAN DƏYİŞMƏLƏRİ


«Bu, şübhəsiz ki, mənim doğru yolumdur. Onu tutub gedin. Sizi Allahın yolundan saldıracaq yollara uğrayın»32.

Bir qədər əvvəl müxalif cərəyanların nəzəriyyələrinə məntiqli cavab vermək üçün onların tərzi-təfəkkürü ilə tanış olduq. Qeyd etdik ki, cahil adlandırdığımız cərəyan, dünyada mövcud olan bütün şeyləri qeyri-sabit və dəyişgən hesab edir. Belə olduğu bir halda, hər bir şey mövcud və müvəqqəti olmalıdır. Əgər bu doğrudanda belədirsə, sonuncu ilahi din olan İslam, bəşəriyyət üçün necə əbədi olaraq qala bilər? Bunu da qeyd etdik ki, dünyada dəyişgən və köhnələn yalnız maddi varlıqlardır. Dünyada mövcud olan bütün maddi varlıqlar bu xüsusiyyətə malikdirlər. Lakin haqqınd söhbət açmaq istədiyimiz şey, maddi aləm deyildir. Əgər kimsə kağız üzərinə yazılan Quran ayələrinin əbədiliyi haqda belə bir iddia edərsə, tamamilə düz demiş olur. Lakin biz nə hər hansı bir şəxs, nə də kağız və qələm haqda söhbət açmaq istəyirik. Haqqında söhbət açmaq istədiyimiz şey, bir sıra gerçəkliklər və qanunlardır. Əgər aləmdəki varlıqlar köhnəlirsə, bunun qanunla nə kimi əlaqəsi ola bilər? Məsələn, götürək düzgünlüyü, sədaqəti və sair müsbət xüsusiyyətləri. Bütün bunlar insan həyatı üçün ümumi və dəyişilməz qanunlardır. Lakin insan ehtiyacları haqda söhbət açdıq və qeyd etdik ki, insanın ehtiyacları daim dəyişilməkdədir. Ehtiyaclar dəyişildiyi üçün də ehtiyaclar əsasında təyin olunan qanunlar da təbii olaraq dəyişilməlidir. Əvvəlki söhbətimizdə işarə etdik ki, dəyişilən insanın birinci dərəcili deyil, ikinci dərəcəli ehtiyaclarıdır.


ŞİƏLƏRİN MALİK OLDUĞU BİR NEMƏT


Müqəddəs İslam dininin bariz xüsusiyyətlərdən biri də budur ki, insanın sabit və dəyişməz ehtiyaclarını möhürləmiş və daim dəyişiklikdə olan ehtiyaclarını sabit ehtiyaclarına tabe etmişdir və mən bunu İslam dininin möcüzəvi xüsusiyyətlərindən biri hesab edirəm. Çəkəcəyimiz misallarla bu mətləbi bir qədər sonra işıqlandıracağıq. Lakin hər şeydən əvvəl qısa bir müqəddiməyə işarə etmək istəyirəm.

Məlum olduğu kimi, Həzrət Məhəmməd (s) peyğəmbərlik məqamına təyin olunduqdan sonra iyirmi üç ilin on üç ilini Məkkədə, on ilini isə Mədinədə yaşamışdır.

Bu müddət ərzində onun bütün sünnət və buyurduqları biz müsəlmanlar üçün ən başlıca sənəd və nümunəyə çevrilmiş, indinin özündə də qüvvədə qalmaqdadır. İyirmi üç il ərzində biz bir çox dəyişiklərin şahidi oluruq. Məkkədə olduğu illərdə şərait Mədinədən olduqca fərqli, Məkkədə Əbu talib və Xədicə vəfat etməzdən əvvəl və sonra olduqca fərqli. Peyğəmbərliyə təyin olunduqdan {Diqqət et, fikir yarımçıqdır}

«Ya Məhəmməd! Sənə əmr olunanı - Quranı açıq-aşkar təbliğ et müşriklərdən üz döndər»33.

Peyğəmbər (s)-ın əmisi Həmzə ibni Əbdul Müttəlib və digər nüfuzlu şəxslər İslam qəbul etməklə, müsəlmanlar özlərində arxayınlıq hiss etməyə başladılar. Həmzənin İslamı qəbul etməsi də, mövcud şəraitdə bəzi dəyişikliklər meydana gətirdi. Biz bu dəyişiklikləri Hicrətdən sonrada müşahidə edirik - Mədinədəki hicrətdən əvvəl və sonrakı, Məkkənin fəthindən əvvəl və sonrakı dövrlərə bölünür.

Göründüyü kimi, bu iyirmi üç il ərzində zəmanədə dörd-beş mühüm dəyişikliklər baş verir və bu dəyişikliklərin hər birində, müsəlmanların həyatında nəzərə çarpacaq fərq hiss olunur. İyirmi üç il əlavə olaraq, hicrətin 10-cu ilindən İmam Əsgərinin vəfatınadək, yəni 250 illik tarixə nəzər saldıqda, 4-5 dəyişiklik deyil, onlarla digər dəyişikliklərin şahidi oluruq.



Peyğəmbər (s) və Məsum imamların həyatına nəzər saldıqda, biz bəzən bir-birindən fərqli siyasətlərin irəli sürüldüyünün şahidi oluruq. Məsələn, İmam Həsən (ə) Müaviyyə ilə sülh bağladıqda, qardaşı bir neçə il sonra Müaviyyənin oğlu Yezidə beyət etməyə razı olmayıb, onunla müharibə edir. Əli (ə)-ın məsələsinə nəzər saldıqda, nə qədər sadə həyat tərzi keçirdiyini və geyiminin yalnız iki dəst paltardan ibarət olduğunu, İmam Zeynəl Abidin (ə) məsələsinə nəzər saldıqda isə, təzə palarlar geyindiyinin şahidi oluruq. İmamların 250 illik həyat dövrüdə bu kimi fərqlər nəzərə çarpmışsa da, Peyğəmbər (s) həyatında heç bir dəyişikliklər müşahidə olunmamışdır.

ZAMANIN TƏLƏBİNİN DƏYİŞMƏSİNƏ AİD BİRİNCİ MİSAL


Üsuli-kafidə nəql olunan rəvayətlərdən birində deyilir: “Süfyan suri günlərin birində İmam Sadiq (ə)-ın yanına gəlib, onun əynimdə olduqca zərif parçadan tikilmiş ağ paltar görüb təəccüblə deyir:

  • Nə üçün belə bir baha paltar geyinmisiniz?!

  • Məgər nə eybi vardır?

  • Məgər siz dünya əhlindənmi olmalısınızmı?!

  • Dünyanın bütün nemətləri fasiqlərin, günahkarların deyil, əməli saleh şəxslərin olmalıdır! Sən bu sözləri ya şəxsiqərəzlik üzündən deyirsən və ya səhvə yol verə bilərsən. Əgər səhvə yol vermisənsə, səni başa salmalıyam.

Süfyan heç bir söz deməyib ayağa qalxıb gedir. Sonra Süfyanla həmfikir olan bir necə şəxs İmam Sadiq (ə)-ın yanına gəlib deyirlər:

  • Süfyan sənin cavabını vezə bilməmişdir, lakin biz səninlə mübahisə etməyə hazırıq və sənin ona verdiyin cavabı əsla qəbul etmirik.

  • Çox yaxşı, indiki belədir, nədən başlamaq istəyirsiniz?

  • Qurandan.

  • Qurandan yaxşı heç bir şey yaxşı ola bilməz, bir şərtlə ki, onu başa düşmüş olasınız.

Sonra imam Sadiq (ə) buyurdu:

  • Zehninizdən keçənləri bilirəm, demək istəyirsiniz ki, nə Peyğəmbər (s), nə də Əli (ə) bu paltarlardan geymiş və olduqca sadə həyat tərzi keçirmişlər. Bilin ki, bunun İslamla heç bir əyaqəsi yox idi, onların gördüyü bu işlər dinlə deyil, zamanla əlaqəli idi. Əgər Peyğəmbər (s) indi sağ olsaydı, o da mənim kimi geyinərdi və əgər məndə o vaxt olsaydım, Peyğəmbər (s) kimi geyinərdim. İslam hər şeydən əvvəl bərabərliyə əhəmiyyət verir. Yəni müsəlmanlar bir-birinin çətinliklərini dərk edib, həmrəylik etməlidirlər. Onlar öz mallarının bir qismini ehtiyaclı olanlara verməlidirlər və bu bütün dövrlərdə sabit olaraq qalmalıdır. Müsəlman pula var-dövlətə yox Allaha etimad etməlidir. Bu da sözün əsl mənasında təqva və pərhizkarlıqdır.

İmam Sadiq (ə) sözlərinə davam edərk buyurur: «O ki, qaldı insanın hansı paltarı geyməsinə, bu yaşadığı zamandan asılıdır. Peyğəmbər (s)-ın zamanında əhalinin əksər hissəsi ehtiyac içində yaşayırdı. Beləki, Təbuk döyüşündə İslam ordusu «Cəyşul-usrə» (yoxsul ordu) adlanırdı. Çünki müsəlmanlar olduqca ağır iqtisadi vəziyyətdə düşmənə qarşı mübarizə aparır və gün ərzində hər bir döyüşcüyə cəmi bir xurma düşürdü. Bədr döyüşündə müsəlmanların sayı üç yüz on üç nəfər idi. Üç yüz on üç nəfərlik ordunun cəmi 3-4 atı və 40 qılıncı var idi. Bir halda ki düşmənlərin sayı isə minə yaxın idi və onlar hər gün yemək üçün doqquz dəvə kəsirdi. Suffə sakinləri o qədər yoxsul idilər ki, namaz qılmaq üçün belə bədənlərini tam örtə bilmirdilər. Onların cəmi bir ədəd paltarı var idi və həmin paltarla növbə ilə namaz qılırdılar.

Peyğəmbər (s) müsəlmanların elə bir ağır şəraitdə yaşadıqları bir halda, qızı həzrəti Fatimənin evinə gəlib pərdə gördükdə dərhal geri qayıdır. Həzrət Fatimə (ə) atasının nədən narahat olduğunu başa düşüb, dərhal pərdəni çıxarır və qolundakı gümüş bilərziyi atasına verir ki, ehtiyacı olanlara versin. O zaman yaranmış şərait bunu tələb edirdi. Bu günlər isə artıq İmam dünyanın böyük imperatorlarından birinə çevrilmiş və müsəlmanların iqtisadi vəziyyətləri tamamilə əvəz olmuşdur. Bütün bunlara baxmayaraq, mən yenə də həmin paltardan geyinməliyəmmi? Məmim geydiyim bu paltar, bu günlər bir çoxlarının geyindiyi adi paltarlardandır. İslam insanlara nəyi geyinib-geyinməməyi deyil, müəyyən qanunlar əsasında yaşamağı əmr edir və bu qanunlar dəyişilmədən bütün dövrlərdə sabit olaraq qalır».

Demək, insanın üzərinə düşən vəzifələri dəyişdirən zamandır. Əgər belə olmasaydı və bu kimi cüzi məsələlər ön plana çəkilsəydi. Əli ibni Əbu Talib (ə)-ın bir cür imamların isə başqa cür həyat tərzi keçirmələri qeyri-mümkün olardı.

Allaha ibadət, Allahdan qorxu, bərabərlik, yoxsullara əl tutmaq hər şeydən önəlli və ön plandadır. Əli (ə)-ın gördüyü bütün işləri İmam Səccad (ə) da yerinə yetirirdi. Əli (ə) gecələrini ibadətlə keçirir, gecədən sübhə tək min rəkət namaz qılır, Allaha razı niyaz edirdisə, İmam Səccad (ə) da eyni qayda olaraq gününün böyük hissəsini ibadətə həsr edirdi. Əli (ə) kecələr yetimlərin evlərinə yemək daşıyır, İmam Səccad (ə) da kimsəsizlərə böyük qayğı köstərirdi.

Bu işi İmam Rza (ə) və digər imamlar da körürdü. Lakin insanın necə paltar geyməsi artıq zamandan asılıdır.

İmam Sadiq (ə)-ın xidmətçilərindən biri deyir: «Günlərin biri gecə yarısı kiminsə evdən xaric olduğunu gördüm. Bir qədər diqqət yetirdikdə gördüm ki, bu imam Sadiq (ə)-ın özüdür. İcazə vermədiyi üçün onun ardınca düşdüyümü bildirmədim. İmam Sadiq (ə) bir qədər getdikdən sonra kürəyinə aldığı kisə əlindən sürüşüb düşdü. Tez yaxınlaşıb yerə dağılanları kisənin içinə yığmaq istədim. İmam Sadiq (ə) məni görüb təəccüblə soruşdu: «Sən burada nə edirsən?» Dedim: «Sizi tək qoymaq istəmədim». Yerə dağılanları yığıb qurnardıqdan sonra kömək etməyə icazə verməsini istədim. İmam buyurdu: «Qiyamət günü mənim yükümü çəkə biləcəksənmi?». Bunu deyib, yola düşdük. Bəni-Saidə adlanan məhəlləyə çatdıqda, orada onlarla yoxsulun sakin olduğunu gördüm. İmam Sadiq (ə) gətirdiyi yemək şeylərini kisəsindən çıxarıb onların arasında böldü. Ondan soruşdum: «Onlar sizin tərəftarlaınızdırlarmı?». Buyurdu: «Xeyr». Dedim: «Lakin buna baxmayaraq, siz onlara yardım edirsiniz?!». Buyurdu: «Bəli».

Belə bir xeyirxahlıq yalnız imam Sadiq (ə) tərəfindən deyil, digər imamlar tərəfindən də həyata keçirilmişdir.

İmamın verdiyi bu ümumi hökm tək İmam Sadiq (ə)-ın dövrünə deyil, bütün dövrlərə də şamil olunur.


İKİNCİ MİSAL


Bir qədər əvvələ nəzər salaq. Nə üçün İmam Həsən (ə) Müaviyyə ilə sülh sazişini imza etməyə razı olur, İmam Hüseyn (ə) isə Müaviyənin oğlu Yezidlə belə bir sazişə razı olmayır? Və ya onlardan əvvəl əli Əli ibni Əbu Talibin Peyğəmbər (s)-ın vəfatından sonra yaranmış şəraitlərdə göstərdiyi əks-əməllər necə?

Onlar hər şeydən əvvəl yaranmış şəraiti, din və müsəlmanların təhlükə ilə üzləşmələrini nəzərə alaraq, ən düzgün addım atmışlar. Lazım gəldikdə, İmam Həsən (ə) Müaviyyə ilə sülh sazişi bağlayır, lazım gəldikdə isə, İmam Hüseyn (ə) özünün az saylı ordusu ilə Yezidin hakimiyyətinə qarşı üsyan edir. Bir vaxtlar Əli (ə) müsəlmanların birliyini nəzərə alıb, xilafətdən kənarlaşdırmağa razı olur, bir vaxtlar isə o, rəhbərliyi öz üzərinə götürməyə razı olur.

Demək, imamların göstərdikləri müxtəlif əks-əməllər mövcud şəraitdən asılı olmuşdur. Lakin dövran dəyişir və dövran dəyişdikcə şəxsiyyətlərdə dəyişilirdi. Müaviyyə və onun oğlu Yezidi başqaları ilə müqaisə etməliyik.

Müaviyyənin atası Əbu Süfyan Peyğəmbər (s)-la düşmənçilik edir və onun qarşısında almaq çətinliklər yaradırdı. Müaviyyə o kəsdir ki, Əli İbni Əbu Talib (ə) və oğlu Həsən İbni Əli (ə) ilə ata-babalarının mübarizəsini davam etmiş və düşmənçilik etməkdən əl çəkməmişdir. İmam Həsən (ə) zamanında yaranmış şərait isə, olduqca fərqli idi. Tərəftarların ona qarşı süstlük və etinasızlığı, onu İslam dünyasının birliyinin qorunması üçün Müaviyyə ilə sülh sazişini imza etməyə vadar edir. Müaviyyə ilə mübarizəyə başladıqda, ətrafına toplaşan mənfi ünsürlər onu dərhal Müaviyyəyə təslim etməyə belə hazır edirlər. İmam Hüseyn (ə)-ın zamanında isə mövcud şərait tamam başqa bir axara istiqamətlənir. Belə bir ağır şəraitdə o, az saylı sadiq tərəfdarları ilə Kərbəla çölünə gəlir və öz qanları ilə həqiqəti üzə çıxarır. Kərbəla faciəsindən sonra bir çoxları nə qədər böyük səhvə yol verdiklərini başa düşürlər. Onlar “Təvvabin” (tövbə edənlər) hərəkatını yaradaraq, İmam Hüseyn (ə)-ın intiqamını almaq üçün qiyam edən Muxtarın ətrafına toplaşırlar. Muğəyrət ibni Şəbə və Ziyad ibni Ubey saysız hesabsız cinayətlər törətdikləri zaman camaat Əli (ə)-ın hakimiyyətini həsrətlə yad edir və onun arxasında durmadıqlarının peşimançılığını çəkirdilər. Camaatın Əməvi hakimiyyətinin mahiyyətindən agah olması, İmam Hüseyn (ə)-ın qiyam etməsinə lazımı şərait yaratdı.

Biz Müaviyyə ilə oğlu Yezidi də müqaisə edə bilmərik. Müaviyyə haqsızlıqlara yol versə də, aşkarda şərab içmirdi. Lakin Yezid heç nədən çəkinmədən, aşkarada şərab içir, it və meymunlarla oynayır, hətta məst olduğu hallarda Peyğəmbər (s)-a xoşa gəlməz sözlər deməkdən belə çəkinmirdi.

Əgər Kərbəla hadisəsi baş verməsəydi və İmam Hüseyn (ə) Yezidə qarşı qiyam etməsəydi, zülm və haqsızlıq üzərində qurulan hakimiyyəti davam edəcək və nə Müaviyənin, nə də Yezidin içüzü açılacaqdı. İmam Həsən (ə) hansı siyasəti irəli sürmüşsə, İmam Hüseyn (ə) da həmin siyasəti davam etdirmişdir.

Mübarizənin zahiri görünüşü bir birindən fərqli olsa da, ruh və mahiyyəti bir birindən fərqlənmirdi.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə