Малик башга бир јердә дејир


İYİRMİ ALTINCI FƏSİL DÖVRÜ CƏBR VƏ ƏDALƏT MƏSƏLƏSİ



Yüklə 1,54 Mb.
səhifə26/26
tarix16.08.2018
ölçüsü1,54 Mb.
#63623
1   ...   18   19   20   21   22   23   24   25   26

İYİRMİ ALTINCI FƏSİL

DÖVRÜ CƏBR VƏ ƏDALƏT MƏSƏLƏSİ


«And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər»65.

Haqqında söhbət açmaq istədiyimiz məsələ, bir növ tarixi təfsir xarakteri daşıyır və bu məsələ bu günlər dünyada olduqca böyük əhəmiyyət kəsb edir. Yəqin ki, tarix kitablarında «dövrü cəbr» kimi ibarətlərlə tez-tez rastlaşmısınız. Dövrü cəbr dedikdə, təxirə salınması və ya qarşısı alınması qeyri-mümkün olan baş verəcək hadisələrə deyilir. Ümumiyyətlə, belə bir ibarətdən istifadə etmək nə dərəcədə düzgündür? Biz bunu iki cür açıqlaya bilərik (onlardan biri düz, digəri isə düz deyildir).

Düzgün olan açıqlama bundan ibarətdir ki, dövrün cəbri ümumi fəlsəfi bir məfhumdur. Bu mənada ki, aləmdə baş verən bütün hadisələr, qarşısı alınmaz hadisələr əsasında baş verir. Yəni yaşadığımız bu dünyada baş verən bütün hadisələr müəyyən səbəblər üzündən həyata keçir və heç bir hadisə təsadüfü olaraq, heç bir səbəb olmadan baş vermir. Hədisələrin səbəbsiz olaraq baş verməsini nə ağıl qəbul edir, nə də məntiq və bu məsələ istər ateist olsun, istərsə də materialist, hər bir filosof tərəfindən yekdilliklə qəbul olunmuşdur. Biz yaradıcının mövcudluğunu isbat etmək üçün məhz belə bir məntiqdən istifadə edirik. Bizim fikrimizcə, dünyada baş verən hadisələr əvvəllər olmamışdır və hər şeyin bir səbəbi olmalıdır.

Varlıq aləmi də elə bir həqiqət olmalıdır ki, həmin həqiqət baş vermiş hadisədən yeni olmasın. Səbəb və nəticə qanunu da öz ardınca zərurət məsələsini gətirir. Bu da səbəb və nəticə qanunun ən başlıca xüsusiyyətlərindən birini təşkil edir. Lakin necə?

Səbəbi olan hər hansı bir şeyin mövcud olmaması, {BAX: «olması» olmalıdır} səbəbi olmayan şeyin də mövcud olması qeyri-mümkündür.

Qədim hikmət alimləri bu fikirdə olmuşlar ki, mövcud olması mümkün olan hər bir hadisəni ya iki zərurət, ya da iki imtina əhatə edir. Vücuda o zaman gəlir ki, onu iki zərurət əhatə etmiş olsun. İki imtina (yəni baş verməsinin qeyri-mümkün olması) əhatə etdikdə isə, heç vaxt vücuda gələ bilmir. Zərurət hökmən vaxtı da təyin etməlidir (buna vaxt zərurəti deyilir). Yəni hər hansı bir zamanda baş verməli olan hadisə, gərək hökmən həmin vaxtda baş versin və onun başqa bir vaxtda baş verməsi, qeyri-mümkündür. Hətta bir an tez, bir an da gec baş verməsi qeyri-mümkündür. Hər bir hadisənin özünün müəyyən vaxtı vardır və baş verəcək hadisə nə bir an qabağa düşür, nə bir an təxirə salınır.

Qurani-kərim ümmətlərin əcəl vaxtının gəlib çatması haqda buyurur: «Hər bir ümmətin (əzəldən müəyyən edilmiş) əcəl vaxtı (ölüm, tənəzzül ya əzaba düçar olacağı) vardır. Onların əcəli gəlib çatdıqda, bircə saat belə yubanar, tələsərlər»66.

Aləmdəki adət və qayda-qanun haqda isə buyurulur: «Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişikliklər tapmazsan»67.

Məsələn, adi ağac yarpağı gözlərimiz önündə budaqdan qoparaq yerə düşür. Onu başqa bir vaxta, yəni əgər 18 aprel 2002-ci ildə saat 14-də ağacdan düşmüşsə, onun nəinki bir gün, bir dəqiqə belə tez və ya gec düşməsi qeyri-mümkündür. Onun yerə düşməsinə də təbii ki, hansısa amil səbəb olmuşdur və bu amil küləkdir. Küləyin əsməsinə də başqa bir amillər səbəb olmuşdur və əgər həmin amillər olmasaydı, küləyin əməsi də qeyri-mümkün olardı.

Atmosfer qatında isti hava ilə soyuq hava bir-birini əvəz edir və ya havanın alt təbəqəsi istiləşməyə başlayır. İstilik yarandıqda, hər şey genişləndiyi kimi hava da genişlənir, daha da yüngülləşir və təbii ki, üstəki hava isə, soyuq və ağır olmalıdır. Soyuq hava aşağıdakı isti havaya, isti hava da soyuq havaya təzyiq göstərməyə başlayır. Yaranmış sıxlıq və dalğa nəticəsində külək meydana gəlir. Havanın istiləşməsi üçün də müəyyən səbəblar lazımdır. Buna da səbəb olan, günəş şualarının hər hansı bir məntəqəyə çatmasıdır. Zəncirvari olaraq bunun da öz səbəbləri vardır. Demək, yarpağın başqa bir vaxtda yerə düşməsi qeyri-mümkündür, çünki onun yerə düşməsinə müəyyən amillər səbəb olmuşdur və həmin amillərin baş verməsi üçün də başqa bir amil də öz təsirini göstərməli idi.

Fəlsəfi qanun (dövrü cəbr) baxımından hər bir şeyin öz zamanında baş verməsi və başqa bir vaxta baş verməsinin qeyri-mümkünlüyü tamamilə düzgün və əsaslıdır.

Aləmin idarə olunması bizim ixtiyarımızda olmadığı üçün bir çox məsələlərə dair təsəvvür və fərziyələr irəli sürürük. Əgər ixtiyarımızda olsaydı və fərziyələrimizə gülüb, artıq «nə olardı ki, biz Sədinin, Sədi də bizim zamanımızda yaşayaydı» - deməzdik. Lakin bu məsələnin fəlsəfəsinə vardıqda, bütün bunların qeyri-mümkünlüyünü dərk etmiş olacağıq. Bu birdən sonsuzluq ədədlərinə qədərki ədədlərin serini bir-bir ilə dəyişməyə bənzəyir. Məsələn, 3-ü 7-nin, 7-i də 3-ün yerinə qoyur.

Ağıl bunun qeyri-mümkünlüyünü hökm edir. Yəni əgər 3 ədədini 6 ilə 8 arasına qoyarıqsa, bu artıq 3 deyil 7, 7-i də 2 ilə 4 arasına qoyarıqsa, bu artıq 7 deyil 3 ədədi olacaqdır. Demək, ədədlərin bir-birini əvəz etməsi qeyri-mümkündür.

Dövrü cəbrin belə bir məna və məfhum daşıması, tamamilə doğru və əsaslıdır. Demək dövrü cəbrin başqa bir məna daşıdığını hesab edənlər, böyük səhvə yol vermiş olurlar.

Dünyada elə şəxslər olmuşdur ki, həm maddi aləm, həm də insan haqda fikirləşmişlər. Yəni onlar maddi aləmin maddi olmayan bir varlıq tərəfindən meydana gəldiyini hesab etmirlər. Yaşadığımız dünya onların nəzərində, necə deyərlər, adi alət və dəzgahdan ibarətdir. İnsanı maddi bir varlıq hesab edən bu şəxslər belə bir fikirdə olmuşlar ki, insan bütün işlərini maddi nöqteyi-nəzərdən məişətini təmin etmək məqsədi ilə görür.

İnsanın gördüyü işlərin bəzisinin səbəbi bəzən bəlli olur. Məsələn, biri illik çörək təminatını ödəmək üçün tarlanı şumlayır, toxum əkir. Məhsul əldə etdikdən sonra yığır, təmizləyir və nəhayət, üyüddükdən sonra un halına salır. Hər hansı bir işçidən «nə üçün işləyib zəhmətə qatlaşdığını» soruşsaq, deyəcəkdir: «Ailəmin və özümün maddi ehtiyaclarını təmin etmək üçün». Lakin insanın gördüyü bir sıra işlərin səbəbi, bir o qədər də bəlli olmur. Məsələn, elmə yiyələnmək üçün neçə il elm və təhsil ilə məşğul olur, evdə azad mütaliə edir. Bəs bütün bunlardan məqsəd nədir? Kimsə deyə bilərmi ki, elm və təhsil ilə məşğul olmaqdan heç bir məqsədim yoxdur, sadəcə olaraq, mütaliə etdiyim kitabda nədən söhbət açdığını bilmək istəyirəm? Məsələn, əgər biri tarix kitabını mütaliə edirsə deyə bilərik ki, bu kitabı mütaliə etməklə, tarixdə baş verənləri bilmək istəyir. «Bəs bunun sənə nə kimi xeyiri vardır?» soruşsaq, deyəcəkdir: «Xeyiri budur ki, pisi yaxşıdan ayırır və həqiqəti dərk etmiş oluram». Məgər insanın gördüyü işlərin hamısının ona maddi xeyiri olmalıdırmı?

Deyilənlərə görə, Əbu Reyhan Biruni elmə böyük həvəs göstərirmiş və yiyələndiyi elmlərdə böyük nailiyyətlər əldə etmişdir. Alim olmaqla yanaşı, olduqca təqvalı bir şəxsiyyət olmuşdur. Ölüm ayağında olarkən fiqh alimi olan qonşularından biri onu görməyə gəlir. Yataqda olsa da, hələ huşu özündəydi. İqtisası riyaziyyat, astronomiya və ictimaiyyat olan Əbu Reyhan Biruni qonşusunu gördükdə, ona irsə (vərəsəliyə) dair bir sual verdi. Alim ona «bu nə vaxtın sual verməyidir» dedikdə, Əbu Reyhan Biruni belə cavab verir. Bilirəm ki, ölüm ayağındayam, amma bunu bilmədən ölməyim yaxşıdır, ya bildikdən sonra». Alim verdiyi suala cavab verib, öz evinə döndü və çatmamış Əbu Reyhan Biruninin evindən nalə səsləri eşidildi.

İnsan nə üçün elm və təhsilin ardınca gedir? Əlbəttə, bunu da qəbul etməliyik ki, insan elmə bəzən maddi rifahını yaxşılaşdırmaq üçün yiyələnir. Bu günlər kimdən «nə üçün dərs oxuyur, ali məktəblərə daxil olmağa can atırsan» soruşsaq, həkim, mühəndis və s. Olub, yaxşı gəlir əldə etmə istədiyini bildirəcəkdir. Bəşər doğrudanmı hər zaman elmə bunun üçün yiyələnir? Yoxsa, insan elə bir xüsusiyyətə yiyələnirmi ki, bəzən elm olduğu üçün yiyələnmiş olsun? Bəli, belə də olur. Elmin inkişaf edib bu günlər belə bir vüsət halı tapmasına səbəb olan da, məhz elmə maddiyyat üçün deyil, elm olduğu üçün yiyələnən bir çox çətinliklərlə üzləşən həqiqi alimlərin zəhməti olmuşdur.

Mərhum Seyyid Hüccətül-İslam və məşhur tibb alimi olan Tasbur haqda iki maraqlı əhvalat nəql edirlər: «Hüccətül-İslamın toy günü qadınlar gəlini gəlin otağına gətirirlər. Hüccətül-İslam qadınların otaqda olduğundan istifadə edib, mütaliə etmək üçün öz şəxsi kitabxanasına gəlir və mütaliə etməyə başlayır. Qadınlar getdikdən sonra gəlin otaqda tək qalıb, ərini gözləməyə başlayır. Lakin nə qədər gözləyirsə, ondan bir xəbər çıxmır. Hüccətül-İslam mütaliə edərkən, birdən «Allahu Əkbər» sədasını eşidir və yadına düşür ki, bu gün onun zifaf gecəsi idi. Tez gəlinin yanına qayıdıb, ondan üzürxahlıq etdikdən sonra başının mütaliə qarışdığını bildirir».

Buna oxşar əhvalat Tatur üçün də nəql olunur. Onun da toy gecəsi başı mütaliə və tərcüməyə qarışır və gəlini otaqda tək qoyaraq, səhərədək öz laborotoriyasında qalır. Bazar günləri kilsədən qayıtdıqdan sonra istirahətlərini başa vurub evə qayıdar və dəfələrlə həyat yoldaşını otaqda tək qoyub gün batanadək laborotoriyada təcrübələrlə məşğul olardı.

Elmi inkişaf etdirən də, məhz bu kimi elm aşiqləri olmuşlar. Əgər bütün insanlar elmə bir parça çörək üçün yiyələnsəydi, elm bu qədər inkişaf etməzdi.

Əbu Əli ibni Sina bir zamanlar vəzir olduğu illərdə camaat onun barəsində olmayan şeylər danışır və adına iftiralar çıxarırdı. Bu da onun qəzəblənib dövlət işlərindən kənarlaşmasına səbəb oldu. Yaranmış imkandan istifadə edərək, xəlvətə çəkilib, elmi əsərlər təlif etməyə başladı. Şagirdləri gizlincə gəlib ondan dərs alır və diktə etdikləri şeyləri yazaraq, kitab halına salırdılar. İbni Sina «Şəfa» adlı məşhur kitablarından birini də həmin günlərdə təlif etdi. Söz-söhbətlər aradan qalxıb İbni Sina barədə deyilənlərin yalan və iftira olduğu məlum olduqda, dövlət adamları gəlib onu yenə də tutduğu vəzifədə çalışmağa dəvət etdilər. Lakin o xəlvətdə elmi işlərlə məşğul olmağı dövlət işlərində çalışmaqdan üstün tutur və oradan bayıra çıxmayırdı. Dəfələrlə saraya çağırılsa da, o hər dəfə dəvəti rədd və oradan çıxmağa imtina edirdi. Nəhayət, dövlət məmurları onun yerini öyrənib zorla məskun olduğu zirzəmidən çıxarıb, saraya aparırlar.

Elm və təhsilə yiyələnməklə yanaşı elə işlər də vardır ki, onlardan məqsəd heç də maddi rifahın yaxşılaşdırılması olmur.

Məsələn, xeyriyyə məqsədi ilə yoxsul və kimsəsizlərə əl tutur və ehtiyacı olanlara maddi yardımlar göstərir. Bəs bu kimi xeyriyyə işlərdən məqsəd nədir? İnsan bütün bunları şəxsi mənafei üçün görür, ya yox?

Bəzilərinin fikrincə, insan bu kimi işləri gözəl olduğu və müsbət qiymətləndirildiyi üçün görür. Məsələn, birisi çox gözəl və qiymətli maşın sürür, yeni və daha gözəl va daha qiymətli maşın çıxdıqda, əvvəlkini ucuz qiymətə satıb, həmin maşını alır.

İnsan ibadət edir və öz ibadətlərindən ləzzət alır. Onun ibadət etməkdə maddi marağımı varmı? Bəlkə də kimsə belə güman edə bilər ki, bu dünyada ibadət edir, maddiyata isə axirət dünyasında nail olacaqdır. Lakin heç də hamı belə deyildir.

İbni Sina «İşarat» adlı kitabında yazır: «Arif nəyəsə xatir ibadət etməyir»68.

Duaların birində deyilir: «İlahi! Sənə cəhənnəm odundan qorxduğum üçün və cənnətinə xatir ibadət etmirəm. Sənə ona görə ibadət edirəm ki, ibadət etməyə layiq ən yüksək varlıqsan». {mənbə yoxdur}

Əxlaqi baxımdan insanı maddi bir varlıq təsəvvür edən şəxslər belə güman edirlər ki, insanın gördüyü bütün işlər maddi xarakter daşıyır. Əgər mən çıxış edir, siz isə məni dinləyirsinizsə həm mənim, həm də sizin bunda maddi marağınız vardır.

İnsanın tək nəfsi istəklərini deyil, hissiyat, təfəkkür və ideologiyasını da eyş-işrət və maddiyyat vurğunu hesab edən materialistlər hissiyyat, ağıl və təfəkkürə qiymət vermirlər. Onlara «insanın ağılı və şüuru, ürək və hissiyyatı vardır» dedikdə, qətiyyətlə belə cavab verirlər: «Ağıl və şüur da, ürək və hissiyyat da nəfsə tabedir, nəfs nəyi istəyirsə ağıl, şüur, ürək və hissiyyat da onu istəyir». Materialistlər insanı əxlaq, istək və hədəf baxımından belə bir maddi varlıq hesab edirlər. Marksizm əsasında qurulan kommunizm fəlsəfəsi də, məhz belə bir məntiqə əsaslanır.

Sənətdə əldə olunan nailiyyətləri gördükdə bəzən belə güman edirik ki, əldə olunan tərəqqi və nailiyyətlər, həyatın bütün sahələrində eyni səviyyədədir. Bir halda ki, həyatın bəzi sahələri hələ də faciəvi şəkildə qalmaqdadır.

Hal-hazırda dünya əhalisinin yarısı belə güman edir ki, hər şeyin əsasını, maddiyyat təşkil edir. Onlar belə bir məntiqə əsaslanırlar ki, əgər belə bir tərzi-təfəkkür düz olmasaydı, sənaye bu qədər inkişaf etməzdi. Qəribədir, görəsən bunun sənaye ilə nə əlaqəsi ola bilər? Bu yalnış ideologiyaya, tərzi-təfəkkürə bu günlər (hərçənd əvvəllər də özünə yer tapmamışdır) və hal-hazırda materialistlərin özləri belə qeyri-məntiqi yanaşırlar. Lakin sonralar başqa bir materialist məktəbi meydana gəlib, başqa bir fikir irəli sürmüşdür. Marks və başqaları bu fikirdə olmuşlar ki, bütün şeylərin əsasını, nəfs və maddiyyat təşkil edir. Polşalı psixoloq Froyd isə, başqa bir fikir irəli sürərək demişdir: «İnsanın bütün fəaliyyətlərinin əsasını və daha dəqiq desək təməlini, cinsi əlaqələr təşkil edir. İnsan maddi şeyləri də cinsi təlabatı üçün istəyir. Sözün əsl mənasında, insanın eyş-işrəti onun cinsi əlaqədə olmasından ibarətdir. İfrata vardığını gördükdə isə, fərziyyələrində bir qədər yumşaqlıq etmişdir.

Ümumi kütlənin təsəvvür etdiyi dövrü cəbr bir qədər əvvəl qeyd etdiyimiz ümumi fəlsəfədən bir qədər fərqlidir. Deyirlər, insan bütün işləri iqtisadi amillərin təsiri altında görür. İqtisadiyyatı hər şeyin əsasını hesab edən şəxslər bu fikirdədirlər ki, insan iqtisadi bir varlıq olduğu üçün bütün işlərini iqtisadiyyata xatir və iqtisadi amillərin təsiri altında görür. Yəni dünyada baş verən bütün hadisələrin kökü iqtisadiyyatla bağlıdır. Dövrü cəbr dedikdə də, iqtisadi cəbri nəzərdə tuturlar. Elə bir cəbr ki, iqtisadi amillərdən meydana gəlir. Materialistlər dövrü cəbr dedikdə, hər şeydən əvvəl ictimai cəbr (belə olduqda, ictimai hadisələr müəyyən dövrdə mütləq baş verir) sonra isə dövrü zəruriyyəti meydana gətirən amilləri nəzərdə tuturlar. Bu amillər də iqtisadi amillərdir. Demək, bütün tarixi hadisələr iqtisadi amillərlə müqayisə olunur. Məsələn, onlardan Makedoniyalı İskəndərin İran və ətraf məntəqələrə hücum edib onları fəth etməsinin səbəblərini soruşsaq, yalnız iqtisadi amilə işarə edərək, bununla kifayətlənəcəklər.

İsa (ə)-ın necə o zaman zühur etdiyini soruşsaq, yenə də bunun köklərini iqtisadi amillərlə əlaqələndirəcəklər. Renosansın (elmi dirçəliş) necə meydana gəlməsini də soruşsaq, yenə də köklərini iqtisadi amillərdə axtaracaqlar. Demək, bütün bu cərəyanların baş verməsinə səbəb olan yeganə amil, iqtisadi amildir.

Lakin bu heç də belə deyildir. Səbəbini də bir qədər açıqlayarkən qeyd etdik ki, materialistlərin insan haqda əldə etdikləri anlam, tamamilə səhv və yanlışdır və bu günlər istər materialist olsun, istərsə də azad fikirli adi bir filosof, insanı iqtisadi alət hesab etmir. Məşhur ingilis filosofu Bertrand Rassel Allaha və dinə etiqadı olmadan materialist bir alim idi. İctimai məslək baxımından sosialist olsa da, kommunistlərə daha çox meyl edirdi. Lakin eyni zamanda, o belə bir tərzi-təfəkkürü qətiyyətlə rədd edirdi. Demək dünyada baş verən bütün hadisələrin baş verməsinə heç də hər zaman iqtisadi amillər səbəb olmamışdır.

*-*-*-*-*

Dövrü cəbri də biz bu mənada başa düşməliyik. Götürək Monqolların İrana hücumunu. Bəlkə də onların İrana hücum etmələrinə iqtisadi amillər səbəb olmuşdur. Lakin görəsən doğrudanmı buna səbəb olan iqtisadi amillər olmuşdur? Tarixə nəzər saldıqda tam əksini müşahidə edirik. İnsanın şan-şöhrət adlı başqa bir xüsusiyyəti vardır. O iqtisadi amillərin təsiri altında olduğu kimi insan şöhrət və şəxsiyyətə pərəstliyin də təsiri altında olur. Çingiz xan kifayət qədər güclü ordu toplasa da ilk vaxtlarda İrana hücum etmək fikrində deyildi. Bir neçə monqol taciri İrana gəlir və soltanın sarayına yol tapır. İranlılar onların mallarını əllərindən alır bu da monqolların narahatçılığına səbəb olur və iranlılardan bunun səbəbinin açıqlanmasını tələb edirlər. Lakin iranlılar nəinki üzr istəmirlər hətta monqolların göndərdikləri rəsmi nümayəndəni qətlə yetirirlər. Bir halda ki, dünyanın heç bir yerində hər hansı bir ölkənin rəsmi nümayəndəsi öldürülməməli idi. monqollar bundan xəbər tutduqda bərk qəzəblənir və özlərini təhqir olunmuş hiss etməyə başlayırlar.

Şəxsiyyətə pərəstlik hissi, onları İrana hücum etməyə təhrik edir. Nəhayət, monqollar İrana hücum edir və bunun nə ilə nəticələndiyi artıq hamıya məlumdur.

Bəs ərəblər nə üçün İrana hücum etmişlər? Bunundamı iqtisadi səbəbləri olmuşdurmu? Xeyr. Tarixdən bizə məlum olur ki, ərəblərlə iranlılar arasında gedən döyüşlər, dini və əqidəvi xarakter daşımışdır. Ərəblərin şuarı bundan ibarət idi: «Təkallahlıq dinləri qalmalı və bütpərəstlik məhv olub, aradan getməlidir! Məcburi olaraq hakimlərə tabe olan camaat da azad olmalıdır! Gəldik ki, Allah bəndələrini özü kimi insanlara bəndəlik etməkdən azad edək! Gəldik ki, hamını Allah bəndəsi edək!». Demək ərəblərlə iranlılar arasında gedən döyüşlərin dini və əqidəvi kökləri olmuşdur.

Tarixi maddi əsaslar üzərində təfsir edən şəxslərin nöqteyi-nəzərində, ədalət heç bir məna daşımır. Siz əgər Marks və marksistlərin dediklərini mütaliə etsəniz, sözdə fəhlə sinfinin maraqlarını dəstəkləsələr də, heç vaxt ədalət barədə söhbət açmadıqlarının şahidi olarsınız. Onlar kommunizmi dəstəkləsələr də, bunu ədalətlə müvafiq olduğu üçün müsbət hal kimi qiymətləndirməmişlər. Ədalət tərəfdarlarını sinfi iştirak (kommunizm) baxımından günahlandırır və onları xəyalpərəst sosialistlər adlandırırdılar. Onlar mənşəi ədalət deyil, dövrü cəbr olan sosializmi dəstəkləyirlər. Belə bir fikir irəli sürmüşlər ki, bəşər əvvəllər müştərək ictimai həyat tərzi sürmüş və sonralar iqtisadi amillərin təsiri altında az təminatlı təbəqəni öz ətrafına toplayan feodal adlı mülkədarlar meydana gəlmişdir. Feodalların övladları da onların qanuni varislərinə çevrilirdi. İstehsal alətləri inkişaf etdikdə kapitalizm artıq dava gətirə bilməyib, kommunizmə çevrilir. Bunun üçün də marksistlər kommunizmin mənşəyini dövrü cəbrdə axtarmağı tövsiyə edir.

Bu haqda geniş söhbət açmaq istəmirəm; yalnız bunu demək istəyirəm ki, onlar bu barədə iki əsaslı səhvə yol vermişlər. Onlardan biri, istehsal alətlərinin inkişaf nəticəsində insanların icbari olaraq sosializmə doğru gəlmələridir. Bu heç də belə deyildir. Çünki hal-hazırda dünyada elə bir yeni üsullar tətbiq olunmuşdur ki, kapitalizm müəyyən qədər də olsun həm özünü qoruyub-saxlaya bilmiş, həm də onların dedikləri sosializmin qarşısını ala bilmişdir. İkinci səhvləri isə, ədalətə olan baxışları ilə əlaqəlidir. Ədaləti qətiyyətlə inkar edən bu məktəb, insanın vicdan kimi yüksək xüsusiyyətə malik olmadığını hesab edir. Bunun üçün də kommunizmin köklərini ədalətdə axtarmağı əsassız hesab edir və bunu xəyalpərəstlik adlandırırlar. Belə bir fərziyyəni də biz tamamilə əsassız hesab edirik. Çünki ədalət hər şeyin əsasını təşkil edərək, ifrat və təfritçilikdən qoruyub saxlamalıdır. Biz cəmiyyətin ayrı-ayrı fərdlərdən ibarət olduğunu, başqa sözlə desək, cəmiyyətin tərkib hissəsini təşkil etdiyini hesab edirik. Əvvəlki fəsillərimizdə bu haqda söhbət açarkən qeyd etdik ki, ictimaiyyət təkcə ayrı-ayrı şəxslərdən deyil, bəlkə şəxslərin tərkib hissəsindən ibarətdir. Elə bir tərkib hissədən ki, hər şeydə olduğu kimi, onun da normal və qeyri-normal vəziyyəti vardır. Qeyri-normal vəziyyətdə o öz axarından çıxaraq, süqut və tənəzzülə doğru gedir. Normal vəziyyətdə olduqda isə, o öz həyat və fəaliyyətinə davam edir. Tərkib halında olan ictimaiyyətin də özü-özlüyündə normal vəziyyəti olur və əgər o özünün bu vəziyyətini qoruyub saxlayarsa, davam gətirərək uzun müddət qala bilir. Əks təqdirdə, o, öz axarından çıxıb süquta uğrayır. Məsələn, insan bir sıra sadə və mürəkkəb maddələrə qandakı sulullara ehtiyac duyur. Orqanizmin də zamanla heç bir əlaqəsi olmayan özünəməxsus qanunları vardır. İki min il bundan əvvəl yaşayan insanların orqanizmi hansı qanunlara ehtiyac duyurdusa, indiki dövrün də insanlarının orqanizmi həmin qanunlara ehtiyac duyur. Orqanizmin sağlam olması, bu qanunların sabit olmasından asılıdır. Yəni qan dövr edərkən, o, öz funksiyasını itirməməlidir və orqanizm necə normal şəraitdə işləməlidirsə, ədalət də eyni qaydada, ictimaiyyətdə öz yerini taparaq, axarından çıxmamalıdır.

Əlbəttə, ədalətin də öz həddi-hüdudu vardır. Cəmiyyətdə ədalət yalnız o zaman bərqərar ola bilər ki, sağ və ya sol cinahlara meyl olunmadan, orta mövqe tutulsun. Ədalətə nə qədər çox riayət olunarsa, cəmiyyət də bir o qədər sağlam olar.

Biz belə hesab edirik ki, zaman yalnız ədalət bərqərar olunduqda təkamülə doğru gedə bilər. O, dünyadakı iqtisadi amilləri dəyişmədən, özü öz axarı ilə gedir. İqtisadi amillər isə, bəşəriyyətin gündəlik fəaliyyətinə böyük təsir qoyur. Yəni insan həyatında bir çox amillər olmalıdır ki, onlardan biri də, iqtisadi amillərdir. Bu amillər də gərək müəyyən çərçivədə olsun. O öz həddi-hüdudunu qoruyub-saxladıqda, ictimaiyyət sağlam olur. Əks təqdirdə isə, öz axarından çıxmış olur.



1 «Zumər» surəsi, ayə 72

2 «Ənfal» surəsi, ayə 22

3 «Zumər» surəsi, ayə 72

4 «Əhzab» surəsi, ayə 72

5 «Zumər» surəsi, ayə 72

6 «Fəth» surəsi, ayə 29

7 «Bəqərə» surəsi, ayə 3

8 Nəhcül-bəlağə, 16-cı xütbə

9 «Bəqərə» surəsi, ayə 143

10 «Bəqərə» surəsi, ayə 143

11 «İsra» surəsi, ayə 36

12 «Ənam» surəsi, ayə 116

13 «Bəqərə» surəsi, ayə 170

14 «Əzhab» surəsi, ayə 67

15 «Bəqərə» surəsi, ayə 143

16 Nəhcül-bəlağə, 91-ci xütbə

17 «Zumər» surəsi, ayə 9

18 «Bəqərə» surəsi, ayə 143

19 «Bəqərə» surəsi, ayə 207

20 «Qaf» surəsi, ayə 16

21 «Həşr» surəsi, ayə 7

22 «Ənam» surəsi, ayə 57

23 «Maidə» surəsi, ayə 99

24 Üsuil-Kafi, cild 1, səh 67

25 “İhticac”, Təbərsi, cild 2, səh 263

26 Səhihi-Muslim, cild 7, səh 122

27 «Rə᾽d» surəsi, ayə 17

28 “Bəqərə” surəsi, ayə:30.

29 “Ənfal” surəsi 22.

30 “Bəqərə” surəsi, ayə 30

31 “İsra” surəsi, ayə 70

32 «Ənam» surəsi, ayə 153

33 “Hicr” surəsi, ayə 94

34 “Tövbə” surəsi, ayə 122

35 “Tövbə” surəsi, ayə 122

36 Biharul-ənvar, cild 52, səh 190

37 “Maidə” surəsi, ayə 8

38 Tövbəsurəsi, ayə səh 122 {bax}

39 “Şəms” surəsi, ayə 1-2

40 “Nəhcül bəlağə” .....hikmət

41 “Tövbə” surəsi, ayə 122

42 “Tövbə” surəsi, ayə 122

43 “Cümə” surəsi, ayə 2

44 Nəhcül-bəlağə, 191-ci xütbə

45 “Müzəmmil” surəsi, ayə 20; «İsra» surəsi, ayə {ayə`nin nömrəsi yoxdur}

46 «Hədid» surəsi, ayə 25

47 «Rum» surəsi, ayə 22

48 «Hədid» surəsi, ayə 25

49 «Ə᾽raf» surəsi, ayə 34

50 «Yasin» surəsi, ayə 59

51 «Nəhl» surəsi, ayə 90

52 «Əhzab» surəsi, ayə 40

53 «Əhzab» surəsi, ayə 40

54 «Ali-imran» surəsi, ayə 67

55 «Şura» surəsi, ayə 13

56 «Həcc» surəsi, ayə 47

57 «Fatir» surəsi, ayə 8

58 «Qiyam» surəsi, ayə 12

59 «Qiyam» surəsi, ayə 1-2

60 «Rəhman» surəsi, ayə 7

61 «Şəms» surəsi, ayə 1-8

62 Üsuli-kafi, 2-ci cild

63 «Fatir» surəsi, ayə 8

64 Ğurərul-hikəm, 3-cü cild, səh 528

65 «Hədid» surəsi, ayə 25

66 «Ə᾽raf» surəsi, ayə 34

67 «Fatir» surəsi, ayə 43

68 3-cü cild, 370-ci səh

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə