Малик башга бир јердә дејир


ÜÇÜNCÜ FƏSİL İNKİŞAFDA OLAN İCTİMAİYYƏT



Yüklə 1,54 Mb.
səhifə3/26
tarix16.08.2018
ölçüsü1,54 Mb.
#63623
1   2   3   4   5   6   7   8   9   ...   26

ÜÇÜNCÜ FƏSİL

İNKİŞAFDA OLAN İCTİMAİYYƏT


«İnclidə isə, onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da möhkəmlənib gövdəsi üstünə qalxaraq, əkinçiləri heyran qoymuşdur»6.

İSLAM ÜMMƏTİNİN İNKİŞAF VƏ TƏKAMÜLÜNÜN MİSALI


Göründüyü kimi ayədə Allah-təala, Peyğəmbər (s)-ın göstərişlərinə tabe olan iman sahiblərinə, yəni müsəlmanlara məsəl çəkir. Çəkilən məsəl, haqqında söhbət açdığımız mövzu ilə sıx əlaqəlidir. Ayədə deyilir:

İncildə onlara belə məsal çəkilir: «Onlar torpağa əkilən dən kimidirlər. İlkin mərhələdə cücərərək, nazik yarpaq halında olur. Əgər torpağa buğda dənəsi əkilərsə, əvvəl nazik yarpaq tək yerdən baş qaldırır. Lakin sabit qalmayıb (o artıq – fəazərəhu – cücərtisini üzə çıxarmış) tədriclə böyüyür, gövdə halına düşərək möhkəmlənir. Fəstəğləzə - onu bəsləyib cana-qüvvətə gətirmiş – get-gedə daha da möhkəmlənərək gövdəsi üzərində dayanır – fəstəva əla suqihi – o da möhkəmlənib, gövdənin üstünə qalxaraq. {fikir natamamdır}

Belə olduqda əkinçilərin, yəni əkinçilik sahəsində fəaliyyət göstərən mütəxəssisləri heyran qoyur. Onlar bütün bu mərhələlərə təəccüb edirlər. Yuğə buzzurra -əkinçiləri heyran qoymuşdur.

Məhz belə bir ictimaiyyət, dirçəliş və irəliləyiş düşmənlərinin qəzəbinə səbəb olur, kafirlər bunu müşahidə etdikdə, hiddətlə qəzəblənərlər. Bu nə məsələdir?

Özü cavabında buyurur: «Peyğəmbərlə olanlar düşmənlərə qarşı sərt və barışmaz, bir-birləri ilə isə səmimi və mərhəmətlidirlər: «Onunla birlikdə olanlar [möminlər] kafirlərə qarşı sərt, bir-birlərinə [öz aralarında] isə mərhəmətlidirlər».{Bax: ayənin mənbəyi yazılmayıb} Onları daim ibadətlə məşğul, səcdə və rüku halında görmək olar.

Nəzərdən qaçırmamalıyıq ki, ibadət və pərəstiş İslamın ayrılmaz bir hissəsidir. İslam dininin ictimai təlimləri ilə tanış olan bəzi şəxslər ibadətin heç bir məna daşımadığını hesab etmişlər. Lakin bu heç də belə deyildir. Onların arasında ayrılmaz, sıx əlaqə vardır. Əməli olaraq da bu iki şey bir-birindən ayrılmazdır. Yəni ibadət və şəri hökmlər ictimai təlimlərlə (...) olmayınca, öz xüsusiyyətini itirmirlər. Həmçinin ictimai təlimlər də ibadətlə (...) olmayınca, öz xüsusiyyətini itirmirlər.

(...) malik olduqlarına qane olmayıb, Allahdan daha çox şey istəyirlər. Lakin daim var-dövlət arzusunda olan maddipərəst şəxslər kimi yox. Onlar eyni zamanda Allahın razılığını da qazanmaq istəyirlər. Haqq və həqiqət yolunda daha çox şeyə nail olmaq istəyirlər.

(ərə)


Dedikdə nə nəzərdə tutulur? Bu heç də o demək deyildir ki, səcdə etməkdən alınları qabar bağlasın. Həqiqi ibadət, insanın xarici görünüşündə də öz təsirini qoymalıdır. Belə olduqda, insanın ruh və cismin arasında sıx bağlılıq bərqərar olur. İnsanın əqidə, əxlaq və tərzi-təfəkkürü onun simasında özünü təcəlli etdirir. Namaz qılanlarla, namazı tərk edənlərin xarici görünüşündə nəzərə çarpacaq qədər fərq müşahidə etmək olar. İslamın zühur etdiyi ilk illərdə Allah-təalanın müsəlmanlar üçün çəkdiyi bu misal hansı məna daşımışdır?

Təkamül, inkişaf və dirçəliş inkişafı. Zərif toxum tək yerdən baş qaldırıb, getdikcə böyüyür və inkişaf edir. Lakin onların bu inkişafı başqalarında bir qədər fərqilidir. Bəşəriyyətin sair əkinçi, müəllim və tərbiyətçiləri belə bir sürətlə baş verən inkişafı görüb təəccüblənərək, heyrətə gəlirlər. Sokratçıları da heyrətə gətirən, məhz belə bir inkişafdır.


MÜSƏLMANLARIN İNKİŞAF SÜRƏTİ


Bəşəriyyət müsəlmanların belə bir sürətli inkişafının sirrindən agah olmayıb, hələ də heyrət içindədir. Quran bu həqiqəti belə bəyan edir: «».

(ərə)


Avropa alimlərindən biri deyir:

Əgər üç şeyi nəzərə alsaq, Məhəmməd (s) kimi dünyada ikinci bir şəxsiyyətin (rəhbər) mövcud olmadığını etiraf edəcəyik.



  1. Hədəfinin əhəmiyyət və böyüklüyü qarşısına qoyduğu hədəf.

Yəni cəmiyyətin əxlaq, ruhiyyə və ictimai quruluşunu tamamilə dəyişmək olduqca əhəmiyyətli idi;

  1. Vasitə və imkanatın azlığı;

Onunla tərəf müqabili olan və öz müxalifətini bildirən özünün yaxın qohum-əqrəbaları idi. Pulu, qüdrəti olmadığı bir təqdirdə, ona iman gətirmiş ilk saf niyyətli möminləri ətrafına yığıb, dövrünü böyük qüdrət mərkəzinə çevirdi;

  1. Qısa müddət ərzində qarşısına qoyduğu məqsədə çatması.

Yarım əsrdən az bir müddət ərzində dünya əhalisinin yarısını gətirdiyi dinə təslim etdi. Bütün bunları nəzərə alaraq cəsarətlə deyə bilərik ki, dünyada onun kimi ikinci bir rəhbər tarix boyu mövcud olmamışdır.

Bunun üçün də Quran misal çəkərək buyurur: «Əbədi olaraq (əkinçiləri heyrətə gətirir)». Axı onlar belə bir sürətli irəliləyişə necə nail ola bilmişlər? Bu misal Qurani-kərimin özündə müsəlman ümməti üçün çəkilir.

Burada belə bir sual meydana gəlir: Görəsən, İslamın zühur etdiyi ilk illərdə müsəlmanlar belə bir xüsusiyyətə malik olmalı idilərmi? Ya bu İslama xas olan bir xüsusiyyətdir. Yəni İslam nə zaman və harada olmasından fərqli olmayaraq zühur edərsə, ona iman gətirmiş şəxslər hökm və göstərişlərinə əməl etməklə başqalarını heyran etmiş olurlarmı? Sözsüz ki, bu insanların deyil, İslamın xüsusiyyətidir və bu İslama olan iman və onun hökmlərinə əməl etməkdən irəli gəlir. İslam, ictimaiyyəti və müsəlman ümmətini inkişafdan qalmağa vadar etmək üçün zühur etməmişdir. İslam, əməli olaraq cəmiyyəti inkişafa aparan sonuncu ilahi dindir. Bir anlıq zühur etdiyi ilk dörd əsrə nəzər salın. Vil Dorant özünün «Tarix sivilizasiyası» adlı kitabında yazır: «İslam sivilizasiyasından güclü və heyrətə gətirəcək ikinci bir sivilizasiya yoxdur. O öz xüsusiyyətini əməli olaraq açıq-aşkar tərzdə biruzə verə bilmişdir. Əgər İslam irəliləyiş və inkişaf dini olmasaydı, gərək ərəb cəmiyyətini olduğu halda saxlayıb inkişafının qarşısını alaydı. Lakin baxıb görürük ki, bir çox böyük sivilizasiyaları özündə cəm edərək, olduqca böyük, əzəmətli, yeni bir sivilizasiya meydana gətirmişdir. Demək, İslam zamanın irəliləyişi ilə heç də müxalif deyildir.

QUSTAV LUBENİN SƏHVİ


Qustav Luben bir çox təhqiqatlar aparmış və bu sahədə dəyərli kitablar təlif etmişdir. Lakin bəzən dedikləri sözlər insanda təəccüb doğurur. O, İslam tarixində apardığı araşdırmalarda belə bir mətləbə toxunur. Müsəlmanlar böyük nailiyyətlər əldə etdikdən sonra nə üçün tənəzzülə uğramışlar? Nə üçün İslam sivilizasiyası qürub edərək davam gətirməmişdir? O, bunun bir neçə səbəbinə işarə edir: «Zamanın tələbləri ilə ayaqlaşmamaları.

Zaman dəyişsə də, müsəlmanlar İslamı əvvəlki əsrlərdə olduğu kimi saxlamaq istəyirdilər. Bir halda ki, bu qeyri-mümkün idi. Onlar İslam təlimlərini buraxıb zamanın tələbləri ilə ayaqlaşmaq əvəzinə, yenə dini təlimlərə üz tutub tənəzzülə uğradılar».

Bir anlıq belə bir böyük şərqşünasın çəkdiyi misala diqqət yetirin. Görəsən, İslamın hansı təlimləri zamanın tələbləri ilə ziddiyyətlik təşkil etmiş və müsəlmanlar ayaqlaşmayıb tənəzzülə uğramışlar? Qustav Luben İslam dinində nə kimi nöqsan tapmışdır ki, müsəlmanlar ona bağlı olmaqla zamanın tələblərindən daha dəqiq desək, inkişafdan geri qalmışlar?

Qustav Luben deyir: «İslam zühur etdiyi ilk illərdə bir çox millətlərin, xüsusilə qeyri-ərəb olan millətlərin həsrətində olduqları və hər şeydən daha çox müsbət nəticə verən xüsusiyyətlərdən biri, bərabərlik və ədalət prinsipi olmuşdur. İslamı qəbul etməklə, onlar hər şeydən əvvəl burada irq, qəbilə, milliyyətin heç bir məfhum kəsb etmədiyinin şahidi olurdular. Bu səbəbdən İslamı daha da rəğbətlə qəbul edirdilər. Bərabərlik prinsipi ilk illərdə İslam cəmiyyətinin xeyirinə idi. Lakin müsəlmanlar sonralar da bunun həyata keçirilməsində böyük səy göstərirdilər. Öz hakimiyyətlərini qoruyub-saxlamaq istədikdə isə, buna göz yumurdular. Ərəblər hakimiyyəti ələ keçirdikdən və digər millətlər İslamı qəbul etdikdən sonra siyasəti dəyanətdən üstün hesab etməli idilər. Hakimiyyəti daha da gücləndirmək üçün siyasət digər millətləri tam mənada istismar etməyi tələb edirdi. Lakin onlar hakimiyyəti ələ aldıqdan sonra ədaləti əsas tutaraq ərəblə qeyri-ərəb arasında heç bir fərq qoymadılar. Əksinə, onları ən yüksək vəzifələrə təyin etmiş və beləliklə, qeyri-ərəb millətlər hakimiyyəti tamamilə öz ixtiyarlarına almışlar».

Abbasilərin xilafəti dövründə hakimiyyəti ilk dəfə olaraq iranlılar (Bərməkilər və Zurriyasətəyn qəbilələri) vasitəsilə öz ixtiyarlarına alırlar. Dövləti ələ keçirdikdən sonra öz qohum-əqrəbalarını böyük vəzifələrə təyin edərək, ərəbləri hakimiyyətdən kənarlaşdırmağa başlayırlar. Bütün bunlar hicrətin II əsrində baş verir. Milliyətcə fars olan Məmunun xilafəti dövründə, bu siyasət özünün son həddinə çatır. Belə ki, günlərin bir günündə Məmun küçədən keçərkən, bir ərəb onun qabağını kəsib deyir: «Fərz et mən də iranlıyam, mənə də köməklik et».

Xilafətə qardaşı Mötəsimə çatır. Mötəsimin anası orta Asiya türklərindən idi. O öz mövqeiyyətini qoruyub-saxlmaq üçün qardaşının apardığı siyasətin tam əksini icra edir. Mötəsim türklərə üstünlük verərək, nə ərəblərə, nə də iranlılara yer verir. Bəni-Üməyyənin tərəfdarları olduqları üçün ərəblərə qarşı sərt mövqe tutur. Çünki, Bəni-Üməyyənin siyasəti, ərəb siyasəti idi. Onlar daim ərəbləri qeyri-ərəb millətlərdən üstün tutmağa çalışırdılar. Bəni-Abbas isə Bəni-Üməyyənin tərəfini saxladığı üçün ərəblərə qarşı müxalif mövqe tuturdu. Fars dilini də gücləndirməkdə əsas məqsədləri, iranlıların ərəblərə qarışmaqlarının qarşısını almaq olmuşdur. İbrahim ibni İmam özünün xilafət dövründə İranın bütün məntəqələrində qüvvədə olan hökm çıxarır. (Corc Zeydan öz kitabında bu hökmü qeyd etmişdir). Bu hökmə əsasən, İranın hər bir məntəqəsində ərəb görən hər bir şəxs onu qətlə yetirməli idi.

Mötəsim, ərəblərin Bəni-Üməyyə, iranlıların isə Bəni-Abbası himayə etdiklərini görüb, anasının orta asiyada məskunlaşan qohum-əqrəbalarını dövlət işlərində yüksək vəzifələrə təyin edir. Beləliklə, ərəb və iranlılar hakimiyyətdən uzaqlaşdırılaraq, türklərin ixtiyarına keçirir. Qustav Lubenin demək istədiyi budur ki, Abbasi xəlifələri ərəb olduqları bir halda, nə üçün Bəni-Üməyyə ərəbçilik siyasətindən istifadə etməmişdir?

Göründüyü kimi o, imamın gözəl xüsusiyyətlərindən olan bərabərliyi ona nöqsan tutaraq, müsəlmanların zamanının tələbləri ilə ayaqlaşmayıb geridə qalmalarına səbəb olan əsas amillərdən biri hesab edir. O deyir: «Belə bir hakimiyyət üsulu əxlaqi baxımdan yaxşı, siyasət baxımından isə bəzən yaxşı, bəzən də pisdir. Belə ki, bəzən digər millətləri İslama dəvət etmək üçün bərabərlik siyasətini həyata keçirmək müsbət nəticə verir. Başqa bir vaxta isə müsəlmanlar, daha dəqiq desək, ərəblər siyasi baxımdan da olsa, İslamın bərabərlik üsuluna göz yummalı idilər.{nitqin harada sona yetdiyinə diqqət et}.


AVROPA SİYASƏTİ


Qustav Luben belə bir tərzi-təfəkkürə əsaslanmaqla, böyük səhvə yol vermiş olur. Əvvəla ona görə ki, İslam Avropa ideologiyası üzərində qurulmuş siyasət üsulu deyildir. Digər tərəfdən, əgər müsəlmanlar İslamı onun dediyi kimi, siyasi oyuna çevirsəydilər, bu gün İslam nə bir din kimi mövcud və nə də müsəlmanlar bir ümmət kimi İslamın ən başlıca hədəfi - ictimaiyyətdə bərabərliyi bərqərar etməkdən ibarət olardı. Əgər İslam camaatdan istifadə edərək qanun və nizamnamə təyin edib və sonra dəyişdirsəydi, bu həqiqi İslam deyil, ümumbəşər adlanan Avropa siyasəti olardı. Belə ki, digər millətləri öz əsarəti altına alır, istismar etdikdən sonra isə bütün bunların mənasız olduğunu bildirir. İslamın zamanın tələbləri ilə ayaqlaşdığını hesab edən təhqiqatçıların tərzi-təfəkkürü məhz bundan ibarətdir. İslam dünyada mövcud olan bu kimi siyasətlərlə mübarizə aparır və bunun zamanın təlabatı hesab etmir.

Əli (ə)-a tutulan iradlardan biri də, məhz budur. Onun barədə deyirdilər: «Əli elm, əməl, təqva, hikmət, moizə və məhəbbət adamı idi. Lakin böyük bir eybi var idi, o da onun siyasətçi olmaması idi. Əli (ə) nə üçün siyasətçi deyildi? Nə üçün tam ciddi və kimsəyə güzəşt etmirdi? Əli (ə) məsələləri nəzərə almırdı. Siyasətçi olan bir şəxs, yeri gəldikdə yalan söyləməli, vədə verib əməl etməməlidir. Əhd-peyman bağlayıb istəyinə çatdıqda, hər şeyi alt-üst etməyi və yeri gəldikdə, özünə tabe etmək üçün kiminləsə gülər üzlə davranmağı, tabe etdikdə isə, onu məhv edib aradan aparmağı bacarmalıdır».

Onlar Əbu Müslümlə əhd-peyman bağladığı üçün Mənsur Dəvaniçini siyasətçil hesab edirdilər. Əbu Müslim, Mənsurun xeyrinə qiyam edib, Xorasanda Bəni-Abbas üçün nə kimi cinayətlərə əl atmadı? Daim onu «milli qəhrəman» adlandırıb, bununla öyünmüşük. Yalnız onu qətlə yetirdiyi şəxsləri hesaba alsaq, dörd yüz mindən artıq olduğunun şahidi olacağıq. Hətta bəziləri onun qətlə yetirdiyi şəxslərin sayınının altı yüz min olduğunu göstərmişlər. İnsan nə qədər qəddar və cani olar?!

Bəli, onlar Mənsuru dahi siyasətçil hesab edirlər. Əbu Müslim, Mənsurun bütün düşmənlərini aradan götürməklə, özü onun qəti düşmənlərində birinə çevrildi. O, böyük bir qoşunla Məkkəyə [Həcc ziyarətinə] gəlir. Qayıtdıqda, Reyin yaxınlığında Mənsurdan dəvət məktubu alır. Lakin Əbu Müslim onun dəvətini rədd edir. Mənsur dəfələrlə Əbu Müslimə dəvət məktubu yazmasına baxmayaraq, ondan mənfi cavab alır. Nəhayət, ona təhdidamiz {«təhqiramiz» olma ehtimalına bax}məktub göndərib, qayıtmasını tələb edir. Əbu Müslim gedib-getməməsinə tərdid edir. Bir çoxları ilə bu barədə məsləhətləşir və onlar Əbu Müslimə Xorasana qayıtmamağı tövsiyə edir, qayıtdıqda, orada ciddi xətərlə üzləşəcəyinə xəbərdarlıq edirlər. Lakin necə deyərlər, əcəli çatmış Mənsur ona tək gəlməsini əmr edir. Mənsur da onun hüzuruna tək gedib, qarşısında təzim edərək baş əyir. Bir qədər hal-əhval tutduqdan sonra Mənsur qəzəblə ondan nə üçün filan əmrini yerinə yetirmədiyini, filan yerdə əmrə tabe olmadığını soruşur. Əbu Müslim, xəlifənin onu edam etdirəcəyini görüb deyir: «Əmir, düşmənlərini aradan götürmək üçün möhlət ver və öldürməkdən çəkin». Əbu Müslim deyir: «Bu gün mənim səndən təhlükəli düşmənim yoxdur». Mənsur, Əbu Müslim onun hüzuruna gəlməzdən əvvəl, öz adamları qapının arxasında dayanıb onun əlamətini gözləməsini və onlara xəbər verdikdə, dərhal otağa daxil olub Əbu Müslimi qətlə yetirmələrini əmr edir. Əbu Müslimi yaxşıca danladıqdan sonra onlara işarə edir. Dərhal otağa daxil olub Əbu Müslimi qətlə yetirib tikə-tikə edib, bədənini palaza bükürlər.

Qustav Luben və onun kimi belə bir yalnış tərzi-təfəkkürə əsaslanan şəxslər, düşmənini bu yolla aradan götürən şəxsləri güclü siyasətçi hesab edirlər. Əli (ə)-a irad tutaraq deyirlər: «Nə üçün Əli, Mənsur Dəvaniqinin siyasətini həyata keçirmirdi? Nə üçün Müaviyə ilə yumşaq davranıb, onu xilafətdən kənarlaşdırmadı? Nə üçün bir yolla Müaviyəni mərkəzi xilafətə yaxınlaşdırıb, birdəfəlik qarşısından götürmədi? Nə üçün yalan danışmırdı? Nə üçün öz adamları arasında, xüsusilə dövlət adamlarında fərq qoymurdu? Nə üçün rüşvət almırdı? Nə üçün Beytul-malı Müaviyə kimi mənimsəmirdi?». Bütün bunları İslam dininə irad tutaraq deyirlər: «İslam zamanın tələbləri ilə ayaqlaşmır və İslamın hökmlərinə əməl edən hər hansı bir şəxs, heç vaxt yaxşı siyasətçi ola bilməz».

İslam bu kimi siyasətçilər ilə mübarizə aparmaq üçün gəlmişdir. Bəşəriyyətin keşiyində duran İslam, yalnız ona xidmət etmək üçün gəlmişdir. Əgər İslam onların dedikləri kimi dəyişkən və güzəştli olsaydı, onda o ilahi din deyil, siyasi oyun olardı. İslam həqiqi olaraq haqq-ədalətin keşiyində durmuşdur. İslamın fəlsəfəsi də məhz bu kimi halların qarşısında durmaqdan ibarətdir.

Əli (ə)-ın öz rəftar və davranışı əsrlər boyu qəlblərə hakim olmuşdur. Əli (ə) öz təfəkkür və ideologiyasını öz dövründə qanun halına salaraq, bu günlərədək dünyada yaşatmışdır. Bu səbəbdən də, Əli (ə)-ın həyat və siyasət üsulu, iman şəklində insanlar arasında qalmaqdadır. Demək, Əli (ə) öz siyasətində məğlub olmamışdır. Əgər Əli (ə)-ın hədəfi Müaviyə tək beş günlük dünya nemətlərindən bəhrələnmək olsaydı, onda o məğlub olmuş olardı. Lakin o, iman, təqva sahibi və qarşısına məqsəd qoyduğu üçün məğlub olaraq, siyasətin qurbanı olmamışdır.

Demək, Qustav Lubenin əsassız heç bir dəlili olmayan nəzəriyyəsinə əsasən, siyasətçilər dövr və zaman dəyişdikdə müxtəlif cildlərə girərək, zamanın təlabatı ilə ayaqlaşmaq bəhanəsi ilə lazım gəldikdə hər bir hiyləyə əl atmalı və beləliklə, dövrün və zamanın tələbləri ilə ayaqlaşmağı bacarmalıdır. Məhz bunu İslam dininə irad tutaraq, müsəlmanın zamanın tələbləri ilə ayaqlaşa bilmədiyini hesab etmişlər.

İslam belə bir həmahəngliyin qarşısını alır və bu, onun üstün xüsusiyyətlərindən birini təşkil edir. Hüseyn ibni Əl (ə)-ın bu günlər qəlblərinizə hakim olmasının əsas səbəbi də, onun zamanın qarşısında təslim olmamasıdır. O, peyğəmbər hakim olarsa peyğəmbərin, Müaviyə hakim olarsa Müaviyənin və Yezid hakim olarsa Yezidin istədiyi kimi yaşamaq istəmirdi. İmam Hüseyn (ə) zaman nəyi tələb edirdisə, onu da seçir.

Aşura faciəsi baş verməzdən əvvəl Mərvan Həkəm imam Hüseyn (ə)-la görüşdükdə, ona deyir: «Ya Əbu Əbdillah! Sənə xeyrinə olacaq bir məsləhət vermək istəyirəm». Buyurur: «De». Mərvan deyir:« Yezidə beyət edib, onun hakimiyyətini qəbul etməyin məsləhətdir». İmam Hüseyn (ə) «bu mənim xeyrimə olmayacaqdır» deməyir, bəlkə buyurur: «Yezid kimi çoban ümmətə hakim olarsa, onda gərək İslamın fatihəsini oxuyaq».



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə