Малик башга бир јердә дејир



Yüklə 1,54 Mb.
səhifə5/26
tarix16.08.2018
ölçüsü1,54 Mb.
#63623
1   2   3   4   5   6   7   8   9   ...   26

BEŞİNCİ FƏSİL

ORTA YOL


«[Ey müsəlmanlar!] Beləliklə də, sizi orta [ədalətli və seçilmiş] bir ümmət etdik ki, insanların əməllərinə [qiyamətdə] şahid olasınız, Peyğəmbər də [Məhəmməd əleyhissəlam da] sizə şahid olsun»9.

Müsəlmançılığın ən bariz əlamətlərindən biri də, ifrat və təfritçilikdən uzqa olub, orta yolu tanımaqdır. Nəql olunmuş rəvayətlərdən birində deyilir: «Bütün nəsillərin orta yolu seçmiş təbəqəsi olur. Onlar bir tərəfdən ifratçıların qarşısını alır, digər tərəfdən də dinlə müxalif olan batil əqidəli insanların uydurmalarını rədd edirlər. Başqa sözlə desək, həm dostların, həm də düşmənlərin zərərlərinin qarşısını alırlar. Zərər heç də hər zaman düşmən tərəfindən dəymir. Bəzən dost tərəfindən dəyən zərərin qorxusu, düşmənin zərərindən daha təhlükəli olur».

Zamanın tələbləri ilə ayaqlaşmaq baxımından orta yolu tapmaq üçün biz burada söhbətimizi hər yönümün yəni, həm düşmənin ifratçı, həm də dostların təfritçi istiqaməti haqda davam edirik.

Bir qədər əvvəl qeyd etdik ki, İslam tarixində zamanın tələbləri ilə ayaqlaşma mövzusunda daim iki müxalif cərəyan mövcud olmuşdur. Onlardan biri dini məsələlərdə əsassız dəyişliklər aparan ifratçılar, digəri isə İslam ruhiyyəsi ilə tam zidiyyətlilik təşkil edən heç bir fəaliyyəti olmayan donmuş bir cərəyandır. Hər iki cərəyan İslam dininə böyük zərər vurmuşlar. Əlbəttə, ifrat və təfritə varmayan üçüncü orta yolu tutmuş cərəyan da olmuşdur. Lakin onlar barədə söhbət açmazdan hər iki cərəyanı yaxşıca tanımalıyıq.

Bir qədər əvvəl dini məsələlərdə dəyişiklik aparılması barədə iki misala işarə etdik. Adətən bunun adı ictihad qoyulur, lakin atılan belə bir addım əslində ictihad deyil, cəhalətdir. Qeyd etdiyimiz kimi, «ictihadlardan» biri II xəlifə tərəfindən azanda, digəri isə qərib ölkələrindən birinin rəhbəri tərəfindən oruculuq hökminə dair irəli sürülmüşürdür. Misal olaraq bir neçə mətləbə də işarə etməyi məqsədə uyğun hesab edirik.

BAŞQA BİR MİSAL: DONUZ ƏTİNİN HARAM OLMASI


Daha çox verilən suallardan biri də, donuz ətinin haram olmasına aiddir. Bu barədə sual verən şəxslər ilk növbədə hökmün olduqca həkimanə olduğunu etiraf edərək deyirlər: «O zaman insanlar donuz ətində «tərişin» adlı mövcud olan mikrobun nədən ibarət və nə qədər təhlükəli olduğunu bilmirdilər. Elm aşağı səviyyədə olduğundan insanların mikrob və mikrobla mübarizə ilə heç bir tanışlıqları yox idi. Lakin Allah-təala vəhy yolu ilə Peyğəmbər (s)-ı bundan agah və insanlarlara donuz ətini yeməyi haram etmişdir. Donuz ətinin haram olmasının əsas səbəbi, onda bəzi mikrobların mövcud olmasıdır». Lakin bu günlər elmdə olunan bir çox kəşf və ixtiralar nəticəsində donuz ətinin nə üçün zərərli olduğu aşkara çıxarılmış, eyni zamanda onunla mübarizə üsulları da elmə məlum olmuşdur. Demək, donuz ətinin haramlığı bu gün öz əhəmiyyətini itirmişdir və biz donuz ətindən istifadə etməklə, İslam dininin şəri hökmlərinə qarşı çıxmış oluruq. Əgər bu sualı bu gün Peyğəmbər (s)-dən soruşsaydıq, o bizə deyərdi: «O zaman mikrobların məhv olunması üçün heç bir vasitə yox idi. İndiki mikroblara qarşı mübarizə aparılır, donuz ətindən istifadə edə bilərsiniz».{Diqqət et}

Cavab olaraq deyirəm: Dediklərinizlərin bəziləri düz, bəziləri səhv və əsassızdır. İslam dinində bütün hökmlərin dəlil və səbəbi olduğunu deməyiniz tamamilə doğrudur. İslam alimləri belə bir yetgin fikrə əsaslanırlar ki, bütün şəri hökmlərdə müəyyən hikmət vardır. Fiqh və üsul alimləri bu məsələni belə açıqlayırlar: «Bütün şəri hökmlər məsləhət və ya cəmiyyətdə qoyduğu mənfi təsirlər üzündən verilmişdir. Əgər hər hansı bir şeyin haramlığına dair qəti hökm verilmişsə, bunun insanın ya canına (səhhətinə), ya ruhuna, ya ictimai həyatına, ya da onun mənəviyyatına mənfi təsir göstərdiyindən irəli gəlmişdir və insan bu həqiqəti dərk etmək üçün həmin mənfi ünsürün kökünü araşdırmalıdır».

Bir sözlə, hər bir haram hökmün müəyyən dəlil və səbəbləri vardır. Hər bir müsəlman alimi məhz belə bir əqidədədir. Əlbəttə, istisna olaraq Əşəri alimləri bunun tam əksini hesab edirlər. Onlar İslam aləminə böyük zərbə vuran yalnış fikir irəli sürürlər. Tövhidə olan əqidələri naqis olduğu üçün belə bir yalnış fikirlərə əsaslanmışlar ki, Allah-təala hər hansı bir hökmü vermək istərkən onu insanların xeyirinə və ya zərərinə olduğunu nəzərə almayır, çünki Allah bundan daha uca və daha münəzzəhdir. Əgər O, insanlara nəyisə haram və halal etdirsə, bunun heç bir dəlili yoxdur. Lakin elə həmin dövrlərdə bütün bunlar imamlardan soruşulduqda, onlar buna mənfi cavab vermişlər. Onlar qətiyyətlə demişlər: «Allah istər yaradılışda, istərsə də şəri məsələlərdə heç bir hökmü və ya işi səbəbsiz olaraq görmür».

İlahi ədalət Allahın istər yaradılışda, istərsə də şəri hökmlərdə ədalətli olmasını tələb edir. Ədalətinə üsuliddinin bir hissəsini təşkil etməsinə səbəb olan da məhz budur. Adları qalsa da, hal-hazırda İslam dünyasında belə bir əqidəyə əsaslanan bir nəfər də olsun müsəlman tapmaq mümkün deyildir.

İslam dinində nəinsə haram olmasını müəyyən edən dəlil və səbəbi olduğunu deməyiniz də, tamamilə doğrudur. Bunu mən də qəbul edirəm. Məsələn, əgər it haram və ya nəcisdirsə, bu heç də dəlilsiz və səbəbsiz deyildir. Demək itdə insana zərəri olan hansısa mənfi ünsürlər mövcuddur. Əlbəttə, İslamın zühur etdiyi ilk illərdə bütün bunlar kimsəyə deyilmirdi. Fərz edək ki, donuz ətinin haramlığı onda mövcud olan mikroblara görə hər hansı bir alimə və ya müctəhidə əyan olmuş olsun. O, donuz ətinin halal olmasına dair fitva verəcəkdir. Lakin biz bu hökmü qəbul etməyəcəyik. Çünki müctəhidin elmi məlumatları bundan daha geniş olmalıdır. Belə ki, ola bilsin haram edilən hər hansı bir şey, onlarla mənfi təsir göstərmiş və bizə onlardan yalnız biri məlum olmuş olsun. Məsələn, pensilin ixtira olunduqdan sonra tərkib hissəsi və xəstələrə nə kimi müsbət təsir göstərdiyi elmə məlum olur. Yüzlərlə insan ondan istifadə edir və göstərdiyi müsbət təsirin şahidi olur. Lakin bir neçə il sonra pensilininin elmə gizli qalan zərər və göstərdiyi mənfi təsiri də məlum olur. Demək, elmə nəsə məlum olsa da, nə isə hələ də naməlum qalır. Elə isə müctəhid donuz ətini yalnız onda mövcud olan mikroba görə haram olduğunu necə müəyyən edə bilər?! Əgər qabaqgörmüşlük etdiyini desə, belə olduqda ondan iyirmi ildən sonra yeni bir şeyin kəşf olunmayacağına əmin olduğunu soruşmalı olacağıq.

Məsələn, heyvanlardan bəziləri elə bir xüsusiyyətə malik olar bilərlər ki, onların ətindən istifadə edən şəxslər tədriclə həmin xüsusiyyətlərə yiyələnmiş olsunlar. Bildiyimiz kimi donuzun ən pis xususiyyətlərindən biri də, onun natəmiz olmasıdır. Bununla yanaşı nəql olunmuş rəvayətlərdə donuzun ruhi xüsusiyyətlərindən biri də, onun qeyrətsiz heyvan olduğu göstərilmişdir. Bildiyiniz kimi hər bir heyvan özünəməxsus ruhi xüsusiyyətlərə malikdir. Məsələn, it olduqca vəfalı heyvandır. Belə ki, it ona edilən yaxşılığa heç vaxt göz yummur və çox tez bir zamanda əks-əməl göstərir, lakin pişik heç də belə deyildir. Xoruzu götürək. Qeyrət bu heyvanın ən bariz xüsusiyyətlərindən biridir. Belə bir xüsusiyyətə malik olmayan heyvan isə, məhz donuzdur.

İmam Rza (ə)-dan donuz ətinin haramlılığına dair soruşduqda buyurur: «Ona görə ki, donuzun ətini yemək insanı qeyrətsiz edir».

Avropalıların hal-hazırki dözülməz həyat tərzinə səbəb olan da demək olar ki, məhz budur.

Demək, insan hər hansı bir hökm barədə müəyyən dəlil əldə etdikdə, onu özü üçün əsas tutmamalıdır. Başqa bir misal, kimsə şərabın (əlbəttə şərab bütün dinlərdə haram olmuşdur) yalnız ürək və böyrəklərə zərərli olduğu üçün haram olduğunu hesab edə bilər. Lakin təcrübələr göstərir ki, şərabın az miqdarda istifadə olunması nəinki zərər deyil, əksinə olaraq insanın səhhətinə müsbət təsir göstərir. Demək, şərabdan az miqdarda istifadə olunması halal, çox istifadə olunması isə haramdır. Xeyr! İnsan bu kimi məsələlərdə hökm çıxarmağa tələsməməlidir.

Bəzən deyirlər: «Şərab insanı məst etdiyi üçün haramdır. Lakin şərab bizə heç bir mənfi təsir göstərmir və içdikdə, əsla məst olmuruq. Demək, şərab bizə halal, başqalarına isə haramdır». Xeyr! Bu heç də belə deyildir. Bəlkə də şərabın haramlığına dair bizim bilmədiyimiz yüzlərlə dəlil vardır. Lakin bir şey haram edildikdə, az miqdarı zərərli olmasa belə, insan onu özündən uzaq etməlidir.


BAŞQA BİR MİSAL: ƏRƏB DİLİ – İSLAMDA DİNİ HÖKMLƏRİN İCRA VƏ ƏMƏL DİLİ


Başqa bir misal: I Dünya Müharibəsindən sonra siyasi istismar səbəbləri üzündən milliyyətçilik məsələsini ortaya atdılar. Vilson 14 maddədən ibarət olan yeni plan tərtib etdi. Maddədən biri nasionalist hissini yaşatmaqdan ibarət idi. Bu plan tək müsəlman ölkələri üçün deyil, bəlkə bütün dünya üçün tərtib olunmuşdur. Vilsonun bu planı Aristotelin İskəndərə verdiyi hökmə bənzəyirdi. İskəndər dünyanı fəth etdiyi zaman işğal etdiyi ölkələri necə nəzarət etməyinə dair Aristoteldən öz nəzərini bildirməyini istədi. Aristotel tam qətiyyətlə deyir: «Fəth etdiyin yerlərdə təfriqə sal və oraya hakim ol». Yəni, fəth etdiyin ölkə və şəhərlərin əhalisinin qətlə yetirib, onlardan birini özlərinə hakim et. Onlar daim bir-birlərinə qarşı rəqib olub mübarizə aparacaq və hamılıqla sənə arxalanacaqlar. Belə bir üsulla fəth etdiyin yerləri asanlıqla öz ixtiyarında saxlaya bilərsən.

Belə bir fikir I Dünya Müharibəsindən sonra Vilson tərəfindən meydana atılır və bütün millətlər arasında nasionalist hissi güclənməyə başlayır. Vilson müxtəlif millətlərin vahid hakimiyyət tərəfindən idarə olunan İslam ölkələri haqda belə bir fikir irəli sürür: «Hər bir millətin milli hisslərini oyatmaq və onları nasionalistliyə təhrik etmək lazımdır».

İndiki Türkiyə o zaman Osmanlı imperatorluğu adlanan dünyanın hegamon dövlətlərindən biri idi. Bütün ərəb ölkələri Osmanlı dövlətinə tabe idi. İstismarçı qüvvələr bir tərəfdən ərəb əmirlərində milli hiss yaradaraq, öz millət və irqini müdafiə etməyə, digər tərəfdən də Atatürkü türk dilini yaşatmağa sövq etdilər. Osmanlı dövlətində bir çox şey, o cümlədən əlifba dəyişdirildi. Sonra dinə əl atıb, dinin hər bir şəxsin özünə aid olan işi olduğunu hesab edərək, milli məclisdə din rəsmi olaraq qəbul olunmadı. Nəticədə, Osmanlı kimi qüdrətli bir ölkə kənara çəkilməli oldu. Daha sonra şəri hökmlərə əl ataraq dedilər: «Allahın özünə məxsus olan dili olmadığı bir halda, namazın ərəb dilində qılınmasının nə lüzumu vardır. Allah bizdən namaz qılmağımızı istəmişdir. O hər şeyi bilən və hər şeyə agahdır. Elə isə namazlarımızı öz ana dilimizdə qılaq.

Bütün bunları bir növ tələsgənlik adlandırmaq olar. Əgər hər hansı bir din və məzhəbin özünə məxsus dili olmazsa, davam gətirə bilməyib, tez bir zamanda məhv olub aradan gedəcəkdir. İslamın özünə məxsus dili yoxdur. Yəni, İslam kimsəyə ərəb dilində danışmağı və ya ərəb əlifbası ilə yazmağı vacib etməmişdir. İslam milliyyətpərəstlik və şovinistlik dini deyildir və bu ilahi din kimsəyə məhdudiyyət qoymayır. Lakin müsəlmanlar arasında birlik və vəhdətin bərqərar olunması üçün dini mərasimlərin (əməllərin) ərəb dilində keçirilməsini vacib etmişdir. Ümumiyyətlə bir-birindən fərqli olan müxtəlif millətlərin hər hansı bir məsələdə bir dil ətrafında toplaşmalarını müsbət hal hesab etmək olarmı?

Bəşəriyyətin vəhdət və həmrəyliyi baxımından bunu müsbət hal kimi qəbul etmək olar. Əgər hamıya bir dildə danışmağı əmr etsəydi, bu heç də yaxşı olmazdı. Bəlkə kimsə buna əməl belə etməzdi.

Hər bir millətin özünə məxsus dili və ədəbiyyatı vardır və ədəbiyyat, bəşəriyyətin milli sərvəti hesab olunur. Bütün millətlərin ədəbiyyatına nəzər saldıqda, tək həmin millətin deyil, bütün bəşəriyyətin xeyirinə olan dəyərli ədəbi əsərlərin mövcud olduğunun şahidi oluruq. Azərbaycan ədəbiyyatında «Dədə qorqudu», fars ədəbiyyatında Sədinin «Gülüstanını», ərəb ədəbiyyatında İbni Farizin «Divanını» bəşəriyyətin qiymətli xəzinəsi hesab etmək olar. Quran, Nəhcül-bəlağə, Səhifətu Səccadiyyə də ərəb ədəbiyyatında eyni zamanda yüksək yer tutur. {BAX: Quran sadalanan kitabların müqabilində zəif dəyərləndirilib}

Demək, dünyanın bütün millətlərinin eyni dildə danışmaları qeyri-mümkündür. Lakin müxtəlif millətlərin heç olmasa, etiqad bəslədikləri dində eyni dil ətrafına toplamaq mümkün olar və bu heç də Allahın dilinin ərəb dili olduğu demək deyildir.

Ümumiyyətlə, Allahın heç bir dilə ehtiyacı yoxdur və biz hansı dildə danışaq niyyətimizdən agah və xəbərdardır. Lakin dediyimiz kimi bunun bir fəlsəfəsi vardır və bu fəlsəfəni qoruyub saxlamaq lazımdır. Bu bir növ dardüşüncəlikdir. Əbu Nəvas şerlərinin birində deyir:


Qul lilləzi yuddəi fəlsəfətən həfiztə şəyən və ğabət ənkə əşyau.

Məzmunu: Elm və fəlsəfə iddiası edən şəxsə de ki, bir şeyi öyrənsən də, çox şeyləri unutmusan.

Bunu da qeyd etmək lazımdır ki, heç bir dil başqa bir dili tamamilə əvəz edə bilmir. Belə ki, hər bir dilin özünəməxsus xüsusiyyəti, zərifliyi vardır. Məsələn, ən qabaqcıl ədəbiyyatçı və söz ustaları nə qədər çalışsalar da, Həmd surəsinin məzmununu olduğu kimi çatdırmağa qadir olmayacaqlar. Azərbaycan və fars dillərindən də nə isə tərcümə etmək istədikdə də, həmin çətinliklə qarşılaşacaqdır. Götürək, Xəyyamın əsərini. Tərcüməçilər nə qədər çalışsalar da, onu olduğu kimi başqa dilə çevirə bilmirlər. Özümün yazdığım məqalələrdən birini, yaxın dostlardan biri onu ərəb dilinə tərcümə etmişdi. Tərcüməni oxuduqda, öz yazım olduğunu güman etmədim. Təhqiqatlar göstərir ki, biri başqa birisinə hər hansı bir şey barədə xəbər verdikdə və həmin xəbər digər şəxslər tərəfindən bir-birlərinə ötürüldükdə, öz məna və məfhumunu tamamilə itirmiş olur. Belə ki, ilk dəfə olaraq həmin xəbəri başqa birinə xəbər verən şəxs yenidən həmin xəbəri eşitdikdə, bunun dediklərinə əsla bənzəmədiyinin şahidi olur. Bütün bunlar adi məsələlərdə baş verdiyi bir halda, görün dində nə kimi dəyişikliklər baş verə bilər.

Lakin İslam dininin müsbət xüsusiyyətlərindən biri də, onun əsasını təşkil edən sonuncu ilahi kitabın yəni, Quranın nazil olduğu şəkildə qalmasıdır. Tək Quran deyil, məsum imamlar tərəfindən oxunan dua və münacatlar da, dəyişilmədən olduğu kimi qalmaqdadır. Bizim üzərimizə düşən ən başlıca vəzifələrdən biri də, onları qoruyub saxlamaqdır. Allahı özünə xas dili olmadığını hesab edib, namazı başqa dildə qılmaq isə, nadanlığın son dərəcəsidir. Dediklərimiz cəhalət və nadanlığın başqa bir nümunəsidir. Adil, haqsevər və hər bir vicdanlı insan, hər şeydən əvvəl bu kimi halların qarşısını almağa çalışmalıdır.



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə