Малик башга бир јердә дејир


ALTINCI FƏSİL ƏQL VƏ ORTA YOL



Yüklə 1,54 Mb.
səhifə6/26
tarix16.08.2018
ölçüsü1,54 Mb.
#63623
1   2   3   4   5   6   7   8   9   ...   26

ALTINCI FƏSİL

ƏQL VƏ ORTA YOL


«[Ey müsəlmanlar!] Beləliklə , sizi orta [ədalətli seçilmiş] bir ümmət etdik ki, insanların əməllərinə [qiyamətdə] şahid olasınız, Peyğəmbər [Məhəmməd əleyhissəlam da] sizə şahid olsun»10.

CƏHALƏT ÜÇÜN BAŞQA BİR MİSAL: ƏBU HƏNİFƏNİN QİYASI


Haqqında söhbət açdığımız mətləb ifrat və təfritçilikdən uzaq olub, Quranın göstərişlərinə əməl etməkdən ibarətdir. Əvvəlki fəsillərdə hər iki ünsürə dəlalət edəcək bir neçə misal çəkdik. Mətləbin daha da işıqlanması üçün bir neçə misal da çəkmək istəyirik. Cahilanə rəftar və əməllər haqda çəkəcəyim bu misal, İslamın zühur etdiyi ilk illərdə Əbu Hənəfi qiyası ilə şöhrət tapmış tərzi-təfəkkürə aiddir. Əhli təsənnün, bu günlər bizim bütün şəri hökmlərdə dini alimlərdən təqlid etdiyimiz məsələlərdə o dövrün Süfyan Suri, Həsən Bəsri və bir çox fiqh alimlərinə müraciət edirlər. Milliyyətcə qeyri-ərəb olan bu alimlərin bir çoxu yüksək elmi dərəcələrə nail olmuşlar. İslamın irq və milliyyəti deyil, insanların iman və təqvasını hər şeydən üstün tutması, müsəlmanların milliyyətcə qeyri-ərəb olan bu alimlərə daha çox sövq etmələrinə səbəb olmuşdur. Bəzən yüksək elmi dərəcəyə çatan şəxslər kölgəlikdən {«köləlik» olma ehtimalına bax} azad olmuş adi şəxslər olurlar. Lakin bütün bunlara baxmayaraq, müsəlmanlar onların təqva və elmi dərəcələrini hər şeydən üstün tutub, şəri məsələlərdə onlara müraciət edirlər.

Günlərin bir günündə, Misir əhalisi Ömər ibni Əbdül Əzizdən şəri məsələlərinə cavab verə biləcək üç ruhani alim istəyirlər. Xəlifə əhalinin istəyini yerinə yetirib onların yanına üç ruhani alim göndərir. Onlardan ikisi azadlığa buraxılmış kölə və yalnız biri milliyyətcə ərəb idi. Əhalidən biri xəlifəyə etiraz edərək deyir: «Nə üçün milliyyətcə ərəb olan alimlərdən göndərmədin? Heç olmasa onlardan ikisi ərəb olaydı«. Xəlifə deyir: «Məndə təqsir yoxdur. Onlar özləri ərəblərin kölələr qədər olmalarını istədilər».

Getdikcə onları sayı artmağa başladı. «Tarix» və «təfsir» sahələrində iki böyük əsər təlif edən Təbəri zəmanəsinin görkəmli fiqh alimlərindən biri idi. Minlərlə insan ona təqlid edir və verdiyi hökmlərə tabe olurdu. Müqəllid* müsəlmanların bir çoxu isə, təqlid etdikləri alimlərin sağ olmasına və ya vəfat etdiyinə əsla əhəmiyyət vermirdilər. Belə ki, onlardan kimə təqlid etdiklərini soruşduqda cavab verərdilər: «Süfyan Suridən, Təbəridən, Əbu Hənifədən» və s. Bir halda ki, həmin alimlərlə onların arasında üç yüz və ya dörd yüz il fasilə olurdu.

Hicrətin yeddinci əsrində Misirə hakim olan Məlik Zahir – Bəybərs adı ilə də tanınırdı – belə bir fikrə gəlir ki, fiqh elmində yaranmış çoxsaylı şaxələr adi camaatın çətinliklərlə qarşılaşmasına səbəb olur. Bunun üçün də Əbu Hənifə, Şafei, Əhməd İbni Hənbəl və Malik ibni Ənəsdən başqa digər alimlərə təqlid etməyi qadağan edir. Bu dörd alimdən ikisi milliyyətcə ərəb, ikisi isə iranlı idi. Milliyyətcə iranlı olan Əbu Hənifə İraqda yəni, Kufədə sakin idi. Beləliklə, o dövrdən indiyədək Əhli-sünnə bu dörd şəxsə təqlid etməyə başlayır. «Əgər nə vaxtsa hər hansı bir müctəhid fitva vermək istərsə, onlardan birinin rəyi əsasında hökm verməlidir». Məlik Zahirin verdiyi belə bir fərmandan sonra əhli-sünnə məzhəbində ictihad aradan götürülür.

Yuxarıda adları çəkilən alimlərin tərzi-təfəkkürü əsasında bir-birindən fərqli dörd yeni təriqət meydana gəlir.

Məsələn, Əbu Hənifə verdiyi fiqhi fitvalarda əqli dəlillərdə ifrata vararaq, bu barədə nəql olunmuş hədis və rəvayətlərə çox az istinad edir. Hadisələrə müsbət münasibət bəsləmədiyinin əsas səbəbi isə, mötəbər hədislərin az olduğunu hesab etməsi idi. Mötəbər hədislə qarşılaşdıqda isə, hökmən ona əməl edərdi. hədisə xoş münasibət bəsləmədiyi üçün təbii olaraq sənədlərdə çətinliklərlə qarşılaşır və çarəsizlikdən şəri hökmləri bir-biri ilə müqayisə etməklə, əqli dəlillərə istinad edirdi. Qiyas adlanan belə bir yeni üsul ilk dəfə olaraq Əbu Hənifə tərəfindən meydana gəlir və sakin olduğu şəhərdə yəni, Kufədə öz davamçılarına təlim etməyə başlayır.

Mədinədə sakin olan Malik ibni Ənəs, Əbu Hənifə ilə eyni zamanda yaşamış, lakin onun qiyas üsuluna müsbət münasibət bəsləməmişirdi. Ənəs ömrünün sonunadək yalnız iki dəfə qiyas yolu ilə fitva verir. Ölüm ayağında olarkən şagirdləri onu iztirab içində olduğunu görüb, bunun səbəbini soruşurlar. Cavab verir: «Bu vaxtadək yalnız iki dəfə qiyas yolu ilə fitva vermişəm». Əbu Hənifənin əksinə olaraq, Ənəs nəql olunmuş hədislərə istinad edir, hədis tapmadıqda Peyğəmbər (s)-ın sünnətinə, bunu da tapmadıqda, səhabənin sünnətinə, bunu da əldə etməkdikdə isə səhabələrin davamçıları olan tabeinin sünnətinə istinad edərdi. «Əlmuvətta» Ənəs ibni Malikin təlif etdiyi hədis məcmuələrindən biridir. Həm Əbu Hənifə, həm də Malik ibni Ənəs, imam Sadiq (ə)-la eyni zamanda yaşamışlar. Malik Mədinədə sakin olduğu üçün imam Sadiq (ə)-ın elmi məclislərindən daha çox bəhrələnə bilirdi. Malik ibni Ənəs, imam Sadiq (ə)-a çox ehtiram edər və onun haqda bu sözləri deyərdi: «Mən Cəfər ibni Məhəmməddən daha fəzilətli və daha şərəfli ikinci bir şəxs görmədim».

Malik başqa bir yerdə deyir: «Vaxtaşrı Cəfər ibni Məhəmmədin yanına gedərdim. O mənə daim hörmət və ehtiramla yanaşar, söykənmək üçün yumşaq mitəkkələr verərdi və mən onun belə bir səmimi davranışından çox sevinərdim».

Zeydin nəql etdiyi bu hədisi yəqin ki, çoxlarınız eşidib. Malik deyir: «Bir dəfə Məkkəyə İmamın yanına getməli olduq. Məscid Şəcərəyə yaxınlaşdıqda, öz ehramlarımızı bağladıq. İmam ehramını bağlayıb «ləbbeyk» demək istədikdə rəngi qaçdı. Nəsə demək istəyirdi, lakin sanki dili tutulmuşdu. Qorxu o qədər onun canını bürümüşdü ki, az qalırdı ki, atından yerə düşsün. Ona yaxınlaşdıqda başa düşdüm ki, bu Allah qorxusudur. Dedim: «Ağa! Əvvəl-axır bir təhərə «ləbbeyk» deməlisiniz». Dedi: «Nə deyirsən?! Allahın çağırışını eşidib əməli olaraq Ona cavab vermək özü ləbbeyk deməkdir. Əgər mənə «La ləbbeyk» cavabı verilərsə onda mən nə edərəm?!».

Dörd alimdən biri də Şafei olmuşdur. Şafei bir nəsil sonra, yəni Əbu Hənifənin şagirdinin şagirdi olmuşdur. Deyilənlərə görə, Şafeinin müəllimi Əbu Yusif olmuşdur. Şafei sonralar bir müddət Malikdən də dərs almışdır. O, adətən orta mövqe tutardı, yəni nə Əbu Hənifə kimi daim qiyas edər, nə də Malik kimi qiyasla müxalifət edərdi. Təhsilini bitirdikdən sonra Misirə gedir və oranın camaatı onu rəğbətlə qarşılayıb, fitvalarına əməl etməyə başlayırlar. Beləliklə, Misir əhalisi şafei məzhəbinin davamçılarına çevrilirlər.

İki nəsi sonra Əhməd ibni Hənbəl meydana gəlir. O, imam Hadi (ə) ilə eyni zamanda yaşamışdır. Yazdığı «Musnəd» adlı kitabı sonralar çap olunmuşdur. Davamçılarının əksəriyyətini vəhhabilər təşkil edir. Əhməd ibni Hənbəl, Malik ibni Ənəsə qarşı müxalifət mövqe tutmuş və bir çox hallarda qiyas və istidlala üstünlük vermişdir. Bir alim kimi olduqca təəssübkeş, yazdığı fiqhi məcmuəsi isə bir o qədər də geniş olmamışdır. Dustaq olduğu illərdə verilən əzab və işgəncələrə baxmayaraq, öz əqidəsindən [Quranın məxluq olmasından, yaradılmış olduğundan] əl çəkməmişdir. Sonralar hakimiyyət dəyişdikdə, azadlığa buraxılıb camaatın rəğbətini qazanır. Belə ki, onu dəfn mərasimində səkkiz yüz min nəfərin iştirak etdiyi göstərilir. Əhməd ibni Hənbəl tək Əbu Hənifədə bir müddət xəlifələrin dustağına çevrilmişdir. Unutmamalıyıq ki, İslamın tərbiyə etdiyi bu cür cəsur şəxslər heç vaxt xəlifələrin istəklərinə uyğun fitva verməmişlər. Məsələn, Əhməd ibni Hənbəli Abbasilərin qanuni xilafət olduğuna fitva verməsinə vadar etdikdə, o verilən işgəncələrə baxmayaraq, buna razı olmayıb deyir: «Camaat sizdən əvvəl Bəni-həsənlə beyət etdi və bu beyət düzgün və qanuni olduğu üçün Bəni-Abbasa beyət etmək tamamilə səhv və əsassızdır». Malik ibni Ənəs də həmçinin əzab və işgəncələrə baxmayaraq, öz fitvasını geri götürməmişdir.

Əhməd ibni Hənbəl, əql və istidlala böyük üstünlük verər, Əbu Hənifənin əksinə olaraq, qiyasa heç bir haqq verməzdi. Əbu Hənifənin qiyas üsulunu, onun dini məsələlərə dair irəli sürdüyü bir növ şəxsi nəzərlər hesab etmək olar. Əhməd Əmin «Zuhəyul İslam» adlı kitabında Əbu Hənifə barədə belə bir əhvalat nəql edir: «Günlərin bir günündə Əbu Hənifə saç-saqqalını azaltmaq üçün dəlləyə gedir (təbii ki, cavan qadını olan bir şəxs saqqalında ağ tükün olmasını istəməz). Dəlləyə deyir: «Üzümdə nə qədər ağ tük varsa, hamısını dart çıxsın» (o belə güman edirdi ki, üzündəki ağ tükləri qoparmaqla, bir daha üzündə ağ tük çıxmayacaqdır). Dəllə deyir: «Əgər qoparsam, daha çox olacaq». Əbu Hənifə deyir: «Onda qara tükləri qopar». Bu üsuldan istifadə edərək, bir çoxları özlərinə dində bəzi dəyişikliklər aparmağa icazələr vermişlər və əgər sonralar da bu cərəyan davam etmiş olsaydı, dinə böyük zərbə dəyərdi.

Qiyasla müxalif olanlar tək məsum imamlar olmamışlar. Belə bir fikirə nə Malik ibni Ənəs, nə də Şafei razı olmuşlar. Əql ilə tamamilə müxalif olan Əhməd ibni Hənbəl isə dini məsələlərdə əqli dəlillərə istinad edərək, hökm verməyi qətiyyətlə rədd edirdi. Əhli-təsənnünün bu dörd fiqh məktəbi ilə yaxından tanış olan hər bir şəxs, onları Əhli-beyt məktəbi ilə müqayisə etdikdə bu həqiqətin şahidi olacaqdır ki, onlar bu dörd məktəbin heç birini təyid etməmiş və hal-hazırda İslam dünyasının fəxri olan yeni məktəbin əsasını qoymuşlar.

MƏSUM İMAMLARIN QİYASLA MÜXALİFƏTÇİLİYİ


İmamətin zəruriliyinə dəlalət edən dəlillərdən biri də, məhz budur.

İmamlar daim qiyasa qarşı öz etirazlarını bildirmiş və bunun şəriətin məhvinə səbəb olacağını hesab etmişlər. Onlar Əhməd ibni Hənbəl tək qətiyyətlə əqli dəlillərə istinad edərək nəzər irəli sürməklə də müxalif olmamış, əksinə olaraq bu fikri dəstəkləmiş, lakin qiyası əqli üsul hesab etməmişlər. Həmçinin Şafei tək orta yolu seçməmiş və Malik ibni Ənəs tək qiyası qətiyyətlə rədd etməmişlər. Lakin eyni zamanda əqlə üstünlük vermişlər. Əhli-sünnə fiqhinə müraciət edin. Hənəfi alimləri Quranı, sünnəni, icma və qiyası (şəri hökmlərin verilməsində) əsaslı dəlil hesab edirlər. İmamiyyə alimləri isə bunun üçün yalnız Quranı, sünnəni icma və əqli zəruri hesab edir.

Əql deyildikdə, şəri hökmlərin çıxarılmasında iki ilahi dəlildən biri nəzərdə tutulur. İmam bunun izahında buyurur: «Allahın iki dəlili və iki peyğəmbəri vardır; zahiri və batini peyğəmbər. Batini peyğəmbər insanın əql və şüurudur...». {BAX: imamın adı yazılmayıb}

O ki qaldı qiyasa, onu əsla dəlil hesab etmək olmaz. (Yəni əql dəlil, qiyas isə dəlil deyildir.) Bizlərə təklif olunan Əbu Hənifənin qiyas üsulu və onun tam əksinə olan Əhməd ibni Hənbəlin qeyri-fəal ictihad üsulu bundan ibarətdir.


AĞILIN HÖKM VƏ QANUNLARI


Təəssüflər olsun ki, sonralar şiə məzhəbinin içində də «əxbari» adlanan başqa bir cərəyan meydana gəlir. Lakin şəri hökmlərin üzə çıxarılmasında əql ən başlıca yerlərdən birini tutur. Amma əqlin də öz qanunu vardır və biz əql adı ilə bütün şəxsi nəzərləri dəlil hesab edə bilmərik. Məsələn, əql hər-hansı bir işdə yəqinə çatmağı hökm edir. Bunu Quran da təsdiqləyir: «[Ey insan!] Bilmədiyin bir işin ardınca getmə»11, «Əgər sən yer üzündə onların əksəriyyətinə itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar ancaq yalan danışarlar»12.

Allah, əqli insanın vücudunda belə bir xüsusiyyətlərlə qərar vermişdir və insana yəqinə çatmadan, hər hansı bir işin ardınca getməyi yasaq etmişdir.

Quran 14 əsr əvvəl bu həqiqəti açıq-aşkar tərzdə bəşəriyyətə bəyan etdikdən on əsr sonra Dekart əqlə tabelik qanununu meydana çıxarır. Bütün dünyaya səs salmış bu yeni qanunu araşdırdıqda, Quranın ayələrində xəbər verilənlərdən artıq heç bir şeyin deyilmədiyinin şahidi oluruq.

Dekart deyir: «Əgər ağıl və şüurumdan istifadə etmək istəsəm, ilk növbədə məsələnin tam şəkildə mənim üçün bəlli olub-olmadığına diqqət yetirməliyik. Bəlli olmadıqda, təbii olaraq onu tərk etməliyəm. Təkgənliyə yol verməməli və əsaslı dəlil olmadan, hər hansı bir şey barədə hökm verməməliyəm. Hökm çıxarmaq üçün ilk növbədə əldə olan dəlillərin kifayət edib-etməməsinə diqqət yetirmək lazımdır. Məsələn, Darvin insanın meymun nəslindən olduğunu hesab etmişdir (Əlbəttə, o bu barədə müəyyən dəlillərə əsaslanmışdır). Lakin camaat tələsgənliyə yol verərək, meymunun bəşəriyyətin əcdadı olduğunu kəşf etmişlər. O, dünyada hələ də bir çox düyünlərin açılmadığını hesab edirdi. Materialistlər isə bütün düyünlərin açıldığına və bir-birləri ilə sıx əlaqədə olduqlarını hesab edirdilər. Bütün bunlar tələsgənlikdən savayı bir şey deyildir. Orta yol isə tələsgənliyə yol verməyib və hər şey aşkar çıxmadan fikir irəli sürülməməkdən ibarətdir.

Bu kimi işlərdə batini [nəfsani] istəklərə meyl olunmamalıdır. Çünki insan bəzən ağıl və şüuru ilə qərara gəlmək istədikdə, təbiəti onu başqa bir tərəfə çəkir və özündən xəbərsiz edir. Dekart deyir: «Hər hansı bir qərar gəldikdə, batini [nəfsani] istəklərə diqqət yetirilməlidir». (Əllamə Hillinin su quyusunun nəcis olmasına dair irəli sürdüyü mülahizələr).

İnsanın ağıl və dərrakəsini azdıran və düzgün istiqamətləndirməyən şeylərdən biri də, keçmiş nəslin tutduğu yol və onların adət ənənələridir. Fransis Biken bu barədə deyir: «İnsanın ağıl və dərrakəsini azdıran şeylərdən biri də, əvvəlki nəslin yolunu davam etməsidir». O bunu «büt» adlandıraraq deyir: «Bütün bunları bəşəriyyət üçün bir növ büt hesab etmək olar. İnsanın ağıl və şüurunu azdırıb, ata-analarının gördükləri bəzi əsassız işləri davam etməyə vadar edir. Keçmiş nəslin bəzi mənfi adət-ənənələri insana azad düşünüb-daşınmağa icazə vermir və bu azad düşüncənin qarşısını alır. Quran bu məsələyə xüsusi diqqət yetirir. Bu barədə bəşəriyyətə ilk dəfə xəbər verən kitab, məhz Quranın özüdür.

Qurani-kərimdə peyğəmbərlər və keçmiş ümmətlərin tarixinə nəzər saldıqda, biz daim bir həqiqətlə üzləşirik. O da, peyğəmbərlərə olunan etirazlardır. Olunan etirazlardan biri də bu olmuşdur: «Sən bizi ata-babalarımızın getdiyi yolun əksinə dəvət edir və qoyduqları adət-ənənələrdən əl çəkməyimizi istəyirsən. Ata-babalarımız necə olmuşlarsa, biz də elə olacağıq». Peyğəmbərlər isə onların haqdan uzaq düşdüklərini görüb, bundan çəkindirməyə çalışmışlar.

«Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyikdeyirlər. Bəs ataları bir şey anlamayıb, doğru yolda deyildilərsə necə? [Yenə onlara tabe olacaqlar?]»13.

Görün, əql nəyi hökm edir. İnsanın haqdan uzaq düşməsinə səbəb olan şeylərdən biri də, onun asılı olduğu və ya təsiri altına düşdüyü şəxslərlə əlaqəlidir. Günahkarları cəhənnəmə sürüklədikdə deyirlər: «Pərvərdigara! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar»14.

Ağalarımız, böyüklərimiz nə deməkdir?! Allah sənə ağılvermiş, haqq yola hidayət edən peyğəmbərlər göndərmişdir.

Bir sözlə, imamların yolunu gedərək orta yolu seçməliyik və əgər bunu edə bilmiriksə, səbəbini öz zəifliyimizdə görməliyik.

İlahi! Bizi Quran maarifi ilə daha yaxından tanış et.



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə