Малик башга бир јердә дејир


SƏKKİZİNCİ FƏSİL İSLAM TƏFƏKKÜRÜNÜN SAFLAŞDIRILMASININ AMİLLƏRİ



Yüklə 1,54 Mb.
səhifə8/26
tarix16.08.2018
ölçüsü1,54 Mb.
#63623
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

SƏKKİZİNCİ FƏSİL

İSLAM TƏFƏKKÜRÜNÜN SAFLAŞDIRILMASININ AMİLLƏRİ


«[Ey müsəlmanlar!] Beləliklə , sizi orta [ədalətli seçilmiş] bir ümmət etdik ki, insanların əməllərinə [qiyamətdə] şahid olasınız, Peyğəmbər [Məhəmməd ] sizə şahid olsun»18.

Bulaqlardan axan suyun nə qədər saf və zülal olduğunu yəqin ki, görmüsünüz. Göz yaşı tək bu qədər saf olan su öz axarına düşdükdən sonra tədriclə ya hiss olunmaz, ya da hiss olunacaq dərəcədə aludə olmağa başlayır. Suyun hiss olunacağı dərəcədə aludə olmasını torpağın və ya hər hansı bir şeyin rəngini dəyişdirməklə bəlli etmək olur. Belə bir dəyişikliyə, hiss olunası dəyişiklik deyilir. Bəzən də bu dəyişiklik zahirdə nəzərə çarpmaz və adi halda hiss olunmaz olur. Məsələn, əhalinin istifadə etdiyi suya vərəm xəstəliyinə düçar olmuş bir şəxs və ya həyat üçün təhlükəli olan zəhərli kimyəvi maddə düşərsə, bunu biz yalnız xüsusi aparatların vasitəsilə müəyyən edə bilərik və vaxtında aparılan səylərin nəticəsində gözlənilməz təhlükəni aradan qaldıra bilərik.

Bunu biz mənəviyyatda da müşahidə edə bilərik. Belə ki, insan dünyaya gəldiyi ilk gündən mənəviyyatı saf, bütün eyb və nöqsanlardan uzaq olur. Lakin başqalarının tərzi-təfəkkürü və ideologiyalarının təsiri altına düşür və bu xətər onlardan sonra gələcək nəsillərə də ötürülür. Bəzən mənəviyyatda yaranmış boşluq özünü büruzə verir, bəzən də suyun zəhərli maddəyə qarışdığı kimi, zahirdə saf və hiss olunmaz olur. Bu da yalnız alim və mütəxəssislər tərəfindən müəyyən olunur. Aludə olmuş suyu xüsusi cihazlar vasitəsilə təmizləmək mümkün olduğu kimi, mənəviyyata da dəymiş zərəri aradan qaldırırlar.

Dünyanın ən böyük mənəvi cərəyanı İslamdır. Baxaq görək 14 əsr bundan əvvəl öz axarına düşmüş və bu günümüzədək davam edən bu mənəvi cərəyan su tək başqa ünsürlərlə qarışaraq öz saflığını itirmişdir, ya yox? Əgər baş vermişsə, İslamdan başqa dünyada nə kimi cərəyanlar meydana gəlmiş və onu aludə etmişdir?

Bu haqda söhbət açmazdan əvvəl diqqətinizi olduqca mühüm bir mətləbə cəlb etmək istəyirəm: Heç bir araşdırma aparmayan adi insanlar, adətən tarixi baxımdan əhəmiyyət kəsb edən hadisələri mühüm hesab edirlər. Əgər onlardan İslam tarixində baş vermiş mühüm hadisələrdən birini soruşsaq, ilk növbədə monqolların hücumuna işarə etdiklərinin şahidi olacağıq. Tamamilə doğrudur. Monqolların hücumu həm maddi, həm mənəvi, həm də insan tələfatı baxımından İslama ağır zərbə vurmuşdur. Minlərlə kitab, alim, əl yazmaları, sənət əsərləri və s. məhv edilmiş, kitabxanaları, şəhərləri yandırıb yerlə yeksan edilmişdir.

Bu şəhərlərdən biri də, Nişapur olmuşdur. Belə ki, Çingizxan həmin məntəqəni işğal etdiyi zaman oranın bütün əhalisini qətlə yetirməyi və orada hətta heç bir canlını sağ qoymamağı əmr edir. Bu böyük əhəmiyyət kəsb edən bir hadisədir. Su hiss olunacaq dərəcədə aludə olduğu kimi, bu hadisənin də əhəmiyyəti özünü biruzə verir. Lakin İslam dünyasında baş verən bəzi cərəyanlar zahirdə zərrəcik tək hiss olunmaz və qorxusu monqolların hücumundan çox olmasa da, az da olmamışdır. Bu haqda bir qədər sonra misal çəkəcəyik.

Hər şeydən əvvəl baxıb görməliyik ki, İslam tarixində belə bir cərəyanlar olmuşdur, ya yox?

Əlbəttə, müəyyən qədər mümkün olmasa da, hardasa bu şey mümkün olmuşdur. Quranı İslamın əsas sütunu və kiminsə onu təhrif edib və ya dəyişməsinə qadir olmadığını hesab etmək, bunun qeyri-mümkünlüyünə dəlalət edir. «Hicr» surəsinin 9-cu ayəsində Quranın təhrif və dəyişiklikdən qorunması belə bəyan edilir: «Şübhəsiz ki, Quranı Biz nazil etdik sözsüz ki, Biz onu [hər cür təhrif təbdildən; artırıb əksiltməkdən] qoruyub saxlayacağıq».

Allah-təala Quranı özünəməxsus fəsahət və bəlağətlə nazil etmiş və nazil olduğu ilk gündən asanlıqla əzbərlənib sinələrdə özünə yer tapmışdır. Bununla yanaşı nazil olan ayələr Peyğəmbər (s)-ın göstərişi ilə yazılır, dost və düşmənin məkirli niyyətindən qorunmuş olurdu. İslam ideologiyası mənfi ünsürlərdən məhz belə bir şəraitdə qorunub saxlanılmışdır.

İSLAM DÜNYASINDA FİKRİ POZĞUNLUQLAR


Lakin digər sahələrə baxdıqda, aludəliyinin mümkünlüyünün şahidi oluruq. Onlardan biri də, Peyğəmbər (s)-ın sünnətində yaranmış çəkişmələrdir. Peyğəmbər (s) buyurmuşdur: «Mənim haqda deyilən yalanlar çoxalmaqdadır. Məndən bir hədis eşitdikdə, onu Quranla müqayisə edin. Əgər Quranla müxalif olsa bilin ki, mənim sözlərim deyildir və onu mənim adımdan demişlər.»

Peyğəmbər (s) bu sözləri hələ öz sağlığında İslamın zühur etdiyi ilk illərdə demişdir. Buradan belə məlum olur ki, hələ o zaman bir dəstə yalançı şəxslər meydana gəlmişlər. Onların sayı hələ o zaman bir o qədər də çox deyildi, lakin Peyğəmbər (s) özünün qabaqgörənliyi ilə bu haqda əvvəlcədən xəbər vermiş və onun dediyi iş də olmuşdur. Peyğəmbər (s)-ın zamanında onun adından yalan deyən şəxslər bunu rəğbətlə qarşılasınlar deyə, şəxsi məqsədlər üzündən deyirdilər. Onlar əksər hallarda öz sözlərini «Peyğəmbərdən belə eşitdim» - deyə başlayırdılar. Lakin sonralar Peyğəmbər (s)-ın dilindən deyilən saxta hədis və rəvayətlər ictimai xarakter daşımağa başladı. Yəni hədis nəql etmək dövlət və dövlət adamlarının əlində xeyir gətirən alətə çevrildi. Xəlifələr şəxsi mənafelərini qorumaq üçün imanı zəif olan mühəddislərə külli miqdarda pul və ənamlar verib, müxtəlif mövzularda hədis nəql etməyi sifariş edirdilər. Məsələn, Müaviyə Səmərət ibni Cundəbə səkkiz min dinar verib, Peyğəmbər (s)-dan «İnsanların eləsi vardır ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər»19 ayəsini Əbdürrəhman ibni Mülcəm haqda nazil olduğunu nəql etməsini əmr edir.

Üçüncü Abbasi xəlifəsi Mehdinin xilafət dövründə Mənsurun oğlu göyərçin saxlayır və vaxt-aşrı göyərçin yarışları keçirirdi. Mühəddislərdən biri xəlifənin razılığını qazanmaq üçün onun yanına gəlib Peyğəmbər (s)-dan belə bir saxta hədis nəql edir: «At sürmək və ox atmaqdan başqa müsabiqə keçirməyin.» O, hədisə «quş» kəlməsini əlavə edir. Bu sözlər Mehdinin xoşuna gəlir və həmin şəxsə külli miqdarda pul və ənam verir.

İslam tarixində bu kimi hallara çox rast gəlmək olar. O ki, qaldı saxta hədislərə, bu sahədə ilk addım yəhudilər tərəfindən atılmışdır. Onlar öz etiqadlarını hədis şəklində müsəlmanlar arasında yaymağa başlamışlar. İxtilaf və qarşıdurma yaratmaqda da onlar xüsusi məharətə malik idilər. Zahirdə İslamı qəbul edir və müsəlmanların məclislərinə gediş-gəliş edərək, öz etiqad və əqidələrini hədis şəklində onların arasında yaymağa çalışırdılar. Əlbəttə, məsihi və manəvilər də bu kimi işlərdən görür, lakin yəhudilərlə ayaqlaşa bilmirdilər. Yəhudilər zahirlərini dəyişməkdə o qədər böyük məharətə malik idilər ki, hətta müsəlmanlar onları özlərindən təqvalı hesab edirdilər. Nəql edirlər ki, bir şəxs əvvəllər yəhudi olur. İslamı qəbul etmiş başqa bir yəhudi onun qızını istəyir, lakin o qızını həmin cavana vermək istəmir. Ondan bunun səbəbini soruşduqda deyir: «Mən özüm müsəlman olduqdan on beş il sonra hələ də yalan danışırdım və indi mən bu cavanın dediklərinə inanmıram. Çünki o, hələ cəmi yeddi ildir ki, İslamı qəbul etmişdir».


İSLAMİ DÜŞÜNCƏNİN SAFLAŞDIRMA ÜSÜLLARI


Bütün bunlar ideologiyada yaranmış qara ləkələrdir. İslam zühur etməklə, ideologiyanın saflaşması üçün məntiqi yollar təklif etmişdir. Ən başlıca yollardan biri Quran, Quranın höccət və dəlil adlandırdığı əql və məsum imamlardan nəql olunmuş hədis və rəvayətlərdir.

Məmunun xilafət dövründə elmi məclislər təşkil olunmağa başlayır. O, elm və mütaliə böyük üstünlük verdiyi üçün müxtəlif din və məzhəblərin nümayəndələrini toplayıb, onlara tam fikir azadlığı verirdi. İmam Rza (ə)-ın müxtəlif din və məzhəb alimləri ilə apardığı elmi mübahisələr də, məhz bu məclisdə keçirilirdi. Bir çox hallarda şiə və sünnü məsələlərinə toxunulurdu.

Qazi Bəhlul Behcət Əfəndi özünün «Təşrih və mühakimə» adlı kitabında Məmunun əhli-sünnə alimləri ilə xilafət məsələsinə dair apardığı mübahisələr nəql olunmuşdur. Bəzən Hişam ibni Həkəm də onların məclisində iştirak edirdi.

Məclislərin birində əhli-sünnə alimləri az yaşlı imam Cavad (ə)-dan sorğu-sual aparırlar. Əhli-sünnə alimlərindən biri söhbət əsnasında Əbu Bəkr və Ömərin fəziləti haqda bir neçə hədis nəql edir: «Biz Peyğəmbər (s)-dan Əbu Bəkr və Ömərin fəziləti haqda belə bir hədis nəql edirik: «Əbu Bəkr və Ömər cənnət qocalarının ağalarıdır» və ya başqa bir hədis «Günlərin bir günündə Cəbrail Peyğəmbər (s)-ın yanına gəlib deyir: «Allahın deyir: «Mən Əbu Bəkrdən razıyam, soruş gör o məndən razıdır, ya yox?». Siz necə, onların fəziləti barədə deyilənləri qəbul edirsinizmi?». İmam Cavad (ə) buyurur: «Biz Əbu Bəkrin fəzilətini inkar etmirik. Lakin Peyğəmbər (s) Həccətul-vidada (son həcc mərasimində) «mənim adımdan yalan deyənlərin sayı çoxalacaqdır» buyurmuşdur və kimsə bu barədə şəkk etməyir. O, nəql olunan hədisləri Quranla müqaisə etməyi buyurmuş və Quranla müxalif olan hər bir hədisi kənara qoymağı əmr etmişdir. Quran cənnət əhlinin hamılıqla cavan olduğuna işarə edir. O ki, qaldı nəql etdiyiniz ikinci hədisə, Allah-təala Qurani-kərimdə buyurur: «And olsun ki, insanı Biz yaratdıq nəfsinin ona vəsvəsə etdiyini Biz bilirik. Biz ona şah damarından da yaxınıq! [İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha məlumdur!]»20.


İSLAM – TƏHRİFƏ MƏRUZ QALMAYAN YEGANƏ DİN


Demək Quran özü tarix boyu həqiqəti üzə çıxaran və haqla batili ayıran əsas meyar olmuşdur. Məhz bu üç şey (Quran, sünnət və hədis) xoşbəxliyimizin əsas mayasıdır. Bu səbəbdən də başqaları bizlərə irad tutaraq, din və əqidəmizə istehza ilə yanaşmağa cürət etmirlər. Bu səbəbdən də, yadlar müqəddəs dinimizi digər dinlər kimi təhrif olunduğu və öz mahiyyətini itirdiyini bizlərə irad tutmurlar.

İndinin özündə də Zərdüştün kim olduğu, harada və nə zaman yaşadığı, gətirdiyi kitabın [dininin] nədən ibarət olduğu bizlərə dəqiq məlum deyildir. Fərz edək ki, bir vaxtlar verdiyi təlimlər düzgün və əsaslı olmuşdur. Məgər onun «gözəl söz, gözəl əməl, gözəl düşüncə» verdiyi şüarı din və təlim hesab edə bilərikmi?! Bu sözlər o qədər qısa və ümumidir ki, heç bir məna və məfhum kəsb etmir. Çünki hər bir şəxs dediklərini, gördüyü işləri və öz tərzi-təfəkkürünü düzgün hesab edir və müsbət qiymətləndirir. Dünyada mövcud olan bütün qrup və təşkilatların irəli sürdükləri fikir və fərziyələr, gördükləri işlər müsbət xarakter daşıyır. Kapitalistlər, kommunistlər və s. hər biri öz dediklərini həyata keçməsini istəyirlər. Həqiqi məslək o məsləkdir ki, «gözəl söz, gözəl əməl, gözəl davranış» şüarı ilə kifayətlənməyib, onu həyata keçirərək əməli olaraq sübuta yetirmiş olsun. Məsihi və yəhudi dinlərində də eyni qaydada. Yeganə toxunulmaz və öz əslini itirməyən din varsa, o da müqəddəs İslam dinidir və bunun səbəblərini bir qədər qeyd etdik. Lakin bu heç də o demək deyildir ki, İslam dinində heç bir mənfi cərəyan meydana gəlməmişdir. Burada yaranmış bütün mənfi cərəyanlar dinin əsasını təşkil edən meyarlarla aradan götürülmüşdür. Onlardan biri Quran, daha sonra Peyğəmbər (s) və məsum imamların mütəvatir buyuruqlarıdır.

Nəql olunan minlərlə hədis və rəvayətlərin içində istinad etdiyimiz bir çox əsaslı hədislər vardır və biz onları həqiqəti aşkara çıxartmaq üçün əsas meyar hesab edə bilərik. Bütün bunlarla yanaşı, Quran insanın ağıl və düşüncəsini də onun üçün dəlil və haqqı batildən ayıracaq meyar təyin etmişdir. İslam heç vaxt buna qarşı çıxmamışdır. Sabiq firqələrdən birinin (Bəhaliyin) rəhbəri - əlbəttə, əgər onu rəhbər adlandırmaq olarsa – Hüseynəli Bəha deyir: «Kor ol ki, mənim cəmalımı görə biləsən, kar ol ki, mənim nəğməmi eşidə biləsən». Qəribədir! Görəsən bu necə cəmaldır ki, onu görmək üçün kor, səsini eşitmək üçün kar olmaq lazımdır?!

Lakin Quran bizlərə bunun tam əksini əmr edir. O, cəmalını görmək üçün gözləri açmağı, səsini eşitmək üçün qulağını açıb dinləməyi, dərk etmək üçün fikir və düşüncəni işə salmağı əmr edir. Quran özlərini gülünc vəziyyətə salan, həqiqəti görməyən, eşitməyən və onu dərk etməyən şəxsləri tənqid atəşinə tutur.


QURAN VƏ ƏQL


Quran müsəlmanlara xitab edərkən, onlara müxtəlif canlı adları ilə deyil, «Əyyuhən-nas» və ya «Əyyuhəl-muminun» ifadələri ilə müraciət edir. Tarix barədə söhbət açdıqda, onu əqli məntiq ilə təfsir edir, namazın vacibliyinə işarə etdikdə, onun fəlsəfəsini də açıqlayır, Allahın vücudunu sübut etdikdə, onu əqli və məntiqi dəlillərlə isbat edir. «Əraf» surəsinin 179-cu ayəsində buyurulur: «Biz cinlərdən insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onları qəlbləri vardır, lakin onunla [Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc vəzifələrini] anlamazlar. Onların gözləri vardır, lakin onunla [Allahın möcüzələrini] görməzlər. Onların qulaqları vardır, lakin onunla [öyüd-nəsihət] eşitməzlər».

İmam Kazım (ə) buyurur: «Bilirsinizmi Allahın nəzərində canlıların ən pisi hansılardır? O kəslər ki, Allah onlara dil vermiş, lakin onlar lal, qulaq vermiş, lakin onlar kar və ağıl vermiş, lakin onlar heç nəyi dərk etməzlər».

Bütün bu meyarları İslam haqqı batildən ayırmaq üçün bizim ixtiyarımızda qoymuşdur. İndi baxaq görək, tarixdə baş verən cərəyanlar lazımınca araşdırılmışdırmı?

İslamda haqqı batildən ayırmaq üçün mövcud olan meyarlar barədə söhbət açdıq, lakin bilmirik mətləbi oxucuya çatdıra bilmişik, ya yox. İlk növbədə bunu bilməliyik ki, İslam zühur etdiyi ilk gündən, mənfi ünsürlər daim onun daxilinə nüfuz etməyə səy etmişlər. Bu proses indinin özünədək davam etməkdədir. Hər şeydən əvvəl biz həmin mənfi ünsürləri tanıyıb, aşkara çıxarmağa çalışmalıyıq. Əks təqdirdə, İslamın bizim ixtiyarımıza qoyduğu meyarların heç bir bəhrəsini görə bilməyəcəyik. Meydana gəlmiş mənfi və qorxunc cərəyanlar monqolların yürüşündən təhlükəli olmasa da, ondan heç də əhəmiyyətsiz deyildir.

Bir qədər əvvəl xəvaric cərəyanına işarə etdik. Xəvaric yalnız sonradan zəifləyib aradan gedən bir cərəyan olmamışdır. O, məzhəb halına düşmüş dini bir cərəyan olmuşdur. Xəvaric özləri üçün fiqhi qanunlar tərtib etmiş və bu qanunlar digər fikirlərə qarşı heç də təsirsiz olmamışdır.

Haqqında söhbət açıdığımız başqa bir cərəyan Əşəri cərəyanı idi. Onlar başqalarından fərqli olaraq, ayə və hədislərin zahiri mənasına daha çox əhəmiyyət verər, eşitdikləri bütün hədisləri Peyğəmbər (s)-a aid edər, əldə əsaslə dəlillər olmasa belə, onun mötəbər olaraq qəbul edər və hədisin zahiri mənası ilə kifayətlənərdilər.

Edvard Braunun «Ədəbiyyat tarixi» adlı kitabını mütaliə edərkən müşahidə etdim ki, o bütün İslam əqidələrini Əşəri cərəyanı kimi nəql edir.

Əsərləri bütün dünyada rəğbətlə qarşılanan Dazi adlı başqa bir Hollandiyalı şərqşünas kitablarının birində Peyğəmbər (s)-dan belə bir hədis nəql edir: «Bədr döyüşündə Allahı gördüyünüz kimi qiyamət günündə də Allahı görəcəksiniz». Çox təəccüb etdim. Hədis kitablarını araşdırdıqda, bu hədislə qarşılaşmadım. Sonradan məlum oldu ki, o, bu hədisi kəlam kitablarından nəql etmişdir. Hədisin əsli isə belədir: «On dörd gecəlik ayı gördüyünüz kimi qiyamət günü Allahı görəcəksiniz». Bu hədisdəki (leylətul bədr – on dörd gecəlik ayı) Bədr döyüşü kimi mənalandırmışdır. Kəlam kitablarını araşdırdıqda bizə belə məlum oldu ki, belə bir hədis ümumiyyətlə, heç bir şiə kitabında nəql olunmamışdır. Əhli-sünnə mənbələrində isə bu hədis bir qədər fərqli olaraq nəql olunmuşdur. Kəlam aimləri isə hədisi yuxarıda qeyd olunduğu kimi nəql etmişlər. Hədis əhli-sünnə mənbələrində belə nəql olunur:

Bir şəxs Peyğəmbər (s)-ın yanına gəlib ondan soruşur: «İnsanlar eyni vaxta Allahı necə görə bilərlər?». Peyğəmbər (s) buyurur: «Ayı eyni vaxtda gördükləri kimi. Ay yaradılmış bir varlıqdır, Allah isə hər şeydən üstün və bütün insanlarladır».

Görün hədis müxtəlif şəxslər tərəfindən ayrı-ayrı yerlərdə nəql olunarkən, bir-birindən necə də fərqli nəzər çarpır. Bu kimi hallarda Quran dərhal bizim dadımıza çatır. Ənam surəsinin 103-cü ayəsində buyurmuşdur: «Gözlər Onu [görüb] dərk etməz. O gözləri dərk edər».



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə