Малик башга бир јердә дејир


DOQQUZUNCU FƏSİL ƏXBARİLİK



Yüklə 1,54 Mb.
səhifə9/26
tarix16.08.2018
ölçüsü1,54 Mb.
#63623
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

DOQQUZUNCU FƏSİL

ƏXBARİLİK


«Peyğəmbər sizə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin»21.

Əvvəlki fəslimizdə qeyd etdik ki, su ilk dəfə öz mənşəyindən çıxdığı zaman, olduqca pak və saf olur. Lakin öz axarına düşdükdən sonra bəzən onun tərkibində hiss olunan və hiss olunmayan dəyişikliklər baş verir. Buna baxmayaraq, su yenidən təmizlənib əvvəlki halına düşə bilir. Müqəddəs İslam dini də zühur etdiyi an pak və saf olmuş, lakin illər, əsrlər ötüb keçdikcə müxtəlif mənfi ünsürlər ona daxil olmuş, hiss olunacaq dərəcədə aludə etmişdir. Lakin xoşbəxtlikdən İslamın özü haqla-batili ortaya çıxarmaq üçün biz müsəlmanların ixtiyarına bir neçə əsaslı meyar qoymuşdur. Onlardan biri Quran, digəri isə Peyğəmbər (s)-ın sünnəti, başqa birisi isə Quranın hüccət və dəlil adlandırdığı insanın ağıl və şüurudur. Bu üç meyardan düzgün istifadə etməklə, biz din və əqidəmizi bir çox səhv və xətalardan qoruyub saxlaya bilərik. İslam tarixində bir çox cərəyanlar baş vermiş və bu cərəyanlar müsəlmanların etiqad və əqidələrinə böyük təsir etmişdir. İndinin özündə də bu cərəyanlar baş verməkdə və bizləri öz təsiri altına salmaqdadır. Bizlər çox vaxt hətta bu cərəyanların İslam dinindən qaynaqlanıb-qaynaqlanmadığını belə bilmirik.

İraqlı bir yazıçı son illər bir neçə kitab təlif etdi. Yazdığı əsərlər maraqlı və cəzbedici olduğu üçün tez bir zamanda yayılıb oxucu kütləsini özünə cəlb etdi. Kitablarının birində yazırdı: «Bu günlər baş verən bir çox hadisələrdə Müaviyənin əli olduğunu görürəm». O, bu fikirdə idi ki, Müaviyə İslam dünyasında bəzi cərəyanlar meydana gətirmiş və o cərəyanların özü aradan getsə də, qoyduğu təsirlər hələ də qalmaqdadır. Mən onu araşdırmaq fikrində deyiləm. Sadəcə olaraq, burada İslam dünyasında meydana gəlmiş digər cərəyanlara işarə etmək istəyirəm.

Təqribən dörd əsr bundan əvvəl şiə məzhəbində «Əxbarilik» adında yeni bir cərəyan meydana gəlir. Bu günlər isə əxbarilik olduqca az və nəzərə çarpmazdır. Əxbarilik meydana gəldiyi ilk gündən davam etdiyi iki-üç əsr ərzində müsəlmanların böyük bir hissəsini öz təsiri altına almış və minlərlə günahsız insanın qanının tökülməsinə gətirib çıxarmış, saysız-hesabsız müharibələrin baş verməsinə səbəb olmuşdur. Əxbariliyin müqabilində nəyin durduğunu bilmək istəsəniz bilin ki, bu ictihaddır.

Bizlər belə bir əqidədəyik ki, hər bir müsəlman şəri hökmləri yerinə yetirmək üçün ya gərək özü müctehid (din alimi), ya apardığı araşdırmalardan sonra qəti nəticəyə gələn (fiqhi termin olaraq buna ehtiyat əməl deyirlər) ola və ya dini alimdən (müctəhiddən) təqlid edə (yəni onun göstərişlərinə sorğu-sualsız əməl edər) və bizlər təqlidi tamamilə düzgün və məntiqi bir iş hesab edirik. Əxbarilər isə ictihadı qətiyyətlə rədd edir, onu bidət hesab edirdilər. Onlardan, «dini məsələlərdə kimə müraciət etməli?» soruşduqda, deyərdilər: «Hər bir müsəlman nəql olunmuş hədis və rəvayətlərə müraciət edib və şəri hökmləri oradan əldə etməlidir«. Müctəhidlər onlara məntiqi cavab verərək deyirdilər: «Təbabət elmində olduğu kimi, dini məsələlərdə də fitva vermək üçün dini elmlərə yiyələnmək və mütəxəssis dərəcəsinə çatmaq lazımdır». Onlar isə bütün bu deyilənləri əldə heç bir əsas olmadan rədd edir və bunu əhli-təsənnündən götürüldüyünü iddia edirdilər.

Fətəli şahın dövründə Tehranda Mirzə Məhəmməd Əxbar adlı bir şəxs yaşayırdı. Milliyyətcə hind olan bu şəxs müsəlmanlar arasında saysız-hesabsız çəkişmə və qarşıdurmalara səbəb olurdu. Bir müddət Nişapurda yaşayıb, daha sonra Tehrana gəlir. Ömrünün son illərində İraqa ziyarətə gedir və orada qətlə yetirilir.

Bəs əxbarilik nə zaman və kim tərəfindən meydana gəlmişdir?

Əxbarilik 3-4 əsrdən çox davam gətirmir və ilk dəfə olaraq bu haqda Məkkə və Mədinənin yaxınlığında yaşayan Molla Əmin Əstərabadi fikir irəli sürür. (Bu şəxsin tarixi və kimlərlə əlaqədə olduğu dəqiq məlum deyildir. Şiə olmasına baxmayaraq Şeyx Tusi, Əllamə Hilli və Mühəqqiq Hilliyə qarşı çıxır və onların nəzəriyyələrini qətiyyətlə rədd edirdi. Çünki Əllamə Hilli özünün əsaslı dəlilləri ilə nəql olunmuş hədis və rəvayətləri mötəbər hesab etmirdi. Onun fikrincə, rəvayətlər sənəd baxımından bir neçə hissəyə bölünür:



  1. Səhih – o rəvayətlərə deyilir ki, onu nəql edən ravilər hamısı şiə və mötəbər şəxs olmuş olunsunlar.

  2. Müvəssəq – o rəvayətlərə deyilir ki, onu nəql edən şəxslər etibarlı, lakin şiə olmasın.

  3. Həsən – o rəvayətlərə deyilir ki, onu nəql edən şəxslər düz danışan, lakin onların yaxşı və sadiq olduqları sübuta yetirilməmiş olsun.

  4. Zəif – o rəvayətlərə deyilir ki, onu nəql edən şəxslər və ya heç olmasa onlardan biri etibarlı olmamış olsun. Tarix az-çox onların (ravilərin) kimliyi haqda bizə xəbər verir (əlbəttə, kimliyi məlum olmayan şəxslər də az deyildir).

Buradan belə bir nəticəyə gəlirik ki, nəql olunan rəvayətlərin hamısı heç də mötəbər deyildir. Bunun üçün də biz ilk növbədə hədisin kimlər tərəfindən nəql olunduğuna diqqət yetirməliyik. Molla Əmin, Əllaməyə öz etirazını bildirərək demişdir: «Əllamə rəvayətlərimizi hissə-hissə etmiş və onlardan bir çoxunu ixtisara salmışdır. Əlimizdə nə qədər rəvayət varsa, onların hamısı düz və mötəbərdir. Hər-hansı bir rəvayəti zəif adlandırmaqla, İmam Sadiq (ə)-a qarşı hörmətsizlik etmiş oluruq. Məgər imam Sadiq (ə)-dan zəif hədis nəql oluna bilərmi?! Xüsusilə, dörd mötəbər hədis kitablarında?!».

Yəni Şeyx Koleyninin «Üsuli Kafi», Şeyx Tusinin «Təhzib» və «İstibsar» və Şeyx Səduquq «Mən la yəhzurul fəqih» adlı kitablarında. Əgər hər-hansı bir hədis və rəvayət bu dörd kitabdan birində nəql olunarsa, heç bir şübhəyə yer qalmamalıdır.


HƏDİS QONDARMAĞIN BƏZİ NÜMUNƏLƏRİ


Müctəhid o şəxslərə deyilir ki, Əllamənin bu nəzəriyyəsini qəbul etmiş olsun. Üsuli-Kafi və adları çəkilən digər kitablarda da sənəd və ravi baxımından qeyri-mötəbər və heç bir əsası olmayan rəvayətlərlə qarşılaşırıq. Məsələn, bir qədər əvvəl Riba (sələm) barədə mütaliə edirdim. Rəvayətlərin birində Əli ibni Əlhədid adlı bir şəxs deyirdi: «Səlsəbil adlı bir qadın məndən pul istədi. Pulu ona faizlə verdim, şəri qanunlara əsasən bu iş düzdür, ya yox?». Səhv etmirəmsə hədis «Təhzib»də nəql olunmuşdur. Başqa bir rəvayətdə isə həmin şəxsin adının çəkildiyini gördüm. Şeyx Tusi hədisi nəql etdikdən sonra deyir: «Hədis olduqca zəifdir». Demək əgər hədis bu dörd hədis kitablardan birində nəql olunmuşsa, hökmən onu qəbul emtəliyikmi? Xeyr! Bu kimi hədislərə istinad etmək olmaz.

Başqa bir misal: Koleyini «Üsuli Kafi»də belə bir hədis nəql edir: «İmam Sadiq (ə)-ın zamanında bir neçə nəfər şəxs Peyğəmbər (s) məscidinin günbəzini təmir etmək qərarına gəlir. Tavanı götürdükdən sonra onlardan biri deyir: «İndiki tavanı götürmüşük, Peyğəmbər (s)-ın qəbrinə yuxarıdan baxa bilərik, ya yox?». Biri baxmaq olduğunu, digər isə bunu tamamilə rədd edir. Onlardan biri «nə üçün baxmaq olmaz» soruşduqda, bununla müxalif olan şəxs deyir: «Ola bilsin, Peyğəmbər (s)-ın qadınlarının biri ilə məhrəmanə söhbət etmiş olsun və biz onları görə bilərik!».

Bəlkə də bu adi və sadəlövh bir müsəlmanın sözləridir. Belə olan təqdirdə, «Üsuli Kafi»də nəql olunan bütün hədis və rəvayətləri qəbul etməliyikmi? Əxbarilər bu məsələyə təkid edərək deyirdilər: «Kafi»də nəql olunan bütün hədislər düzgün və mötəbərdir. Müctehidlər isə onların bu fikirləri ilə razılaşmayıb deyirlər: «Xeyr! Bu kimi qondarma və saxta hədislər minlərlədir və onlara istinad etmək tamamilə səhvdir».

Əbil Xəttab İslamla zidd və dini-imanı olmayan bir şəxs idi. Edam olunarkən son sözü bu olur: «Mən sizin hədislərinizə dörd min saxta hədis əlavə etmişəm». Müctəhidlər məhz bu kimi faktları nəzərə alaraq, nəql olunmuş bütün hədis və rəvayətlərə istinad etməyi əsla düzgün hesab etmirlər.

Görkəmli dini şəxsiyyətlərdən biri olan Yunis ibni Əbdür-rəhman deyir: «Çalışırdım yalnız mötəbər hədisləri yığıb, onu kitab halına salam. Hədisləri yığıb qurtardıqdan sonra onları imam Rza (ə)-a göstərdim və dedim bu rəvayətləri sizin ata-babalarınızdan (məsum imamlardan) nəql yazmışam. İmam Rza (ə) hədislərin bəzilərinin üzərinə xət çəkib buyurdu: «Bunlar yalandır».

MÜCTEHİDLƏRİN ƏXBARİLƏRLƏ MÜBARİZƏSİ


Lakin əxbarilər bütün bunları qəbul etmək istəməmişlər. Uzun illər müctəhidlər ilə əxbarilər arasında çəkişmə və mübahisələr olmuşdur. Əxbariliyi donuq və qeyri-fəal cərəyan adlandırmaq olar. Onlar bununla kifayətlənməyib, qeyri-məntiqi təəssüb hissinə yiyələnməyə başlayırlar. Şiələrə irad tutub deyirlər: «Şəri hökmləri, həqiqəti üzə çıxarmaq üçün Quran, sünnə, əql və icmanı dörd əsas dəlil hesab edirsiniz. İcma əhli-sünnə tərəfindən meydana gəldiyi bir halda, onu necə dəlil hesab etmək olar. Məgər Əli (ə)-ın xilafətdən kənarlaşdırılmasına səbəb olan icma olmadımı».

Müctəhidlər onlara cavab verərək deyirlər: «Əvvəla, xilafətin icma ilə heç bir əlaqəsi olmamışdır. Bu Peyğəmbər (s)-ın açıq-aşkar buyurduğu olmuşdur və Əbu Bəkr icma yolu ilə xəlifə olmamışdır. İcma ona deyilir ki, bütün nəzər sahibləri hər-hansı bir məsələ üzərində müzakirə etmiş olsunlar. Əbu Bəkr xilafətə təyin olunduqda isə, Əli ibni Əbu Talib və Zübeyr Mədinədə idilər. Bir neçə nəfər şəxs Bəni-Səqifədə toplaşaraq adını icma qoyurlar. Əxbarilər dedilər: «Xeyr! İcmanın dərdi bir o qədər də ağır deyildir. Sizlər ağıla istinad edir və qarşılaşdığınız məsələləri onun vasitəsilə həll etmək istəyirsiniz. Bu isə tam səhv bir işdir. Əgər hər hansı bir hədisi ağlınız qəbul etməzsə, biz buna etina etməməli, ümumiyyətlə ağıla belə bir haqq verməməliyik».

Bu məsihilərin dedikləri sözlərdir. Onlar ağılın dini məsələlərə müdaxilə etməsini yolverməz hesab edirlər. Məsihilər deyirlər ki, Allah İsa oldu, İsa da Allah oldu. Aləmi vücuda gətirən Allah təkdir, tək olduğu halda da üç şeydən ibarətdir. Axı varlıq necə həm bir, həm də üçlük təşkil edə bilər? Ağıl bunu rədd edir. Lakin onlar ağıla bu kimi işlərdə heç bir səlahiyyət vermirlər.

Əxbarilər də məhz belə bir məntiqə əsaslanırdılar. Belə bir misal çəkirlər: «Bir dənizin suyunun bir fincana yerləşməsini ağıl qəbul etməyir. Lakin ağılın bu kimi məsələlərə müdaxilə etməyə heç bir səlahiyyəti yoxdur». Əxbarilər bu məntiqlə hoqqabaz və fırıldaqçı şəxslərdən istifadə edərək, minlərlə hədis uydurur və onların ixtiyarına qoyurdular.

Təəssübkeş və İslama qarşı qərəzli mövqe tutan yəhudilər belə bir münasib şəraitin yarandığını görüb, hədis məcmuəsi uydurub əxbarilərin ixtiyarına qoyur və onlar tam sadəlövliklə bu hədislərə istinad edirdilər.

«Silsilətil-Əhmar» və digər hədis məcmuələri sözün əsl mənasında İslam dünyası üçün böyük bir faciə olmuşdur. Əgər müctehidlər bu sahədə öz səylərini göstərməsəydilər, bu günlər müsəlmanlar böyük çətinliklərlə üzləşməli olacaqdılar.


ƏXBARİLƏRİN QURANLA TOQQUŞMASI


Bəs Quran? Hədislərin mötəbərliyini sübuta yetirmək üçün o necə aradan götürməli idi? Axı onu Allah kəlamı olmadığını deyə bilmirdilər. Əxbarilər belə bir məntiqə əl atırlar: «Quran hər şeydən uca olduğu üçün adi insanlar onu başa düşməyə qadir deyildilər. Onu dərk edə biləcək şəxs varsa, o da məsum imamlardır».

Quran oxunub dərk olunmaq üçün nazil olmuşdur. Baxaq görək, imamlar özləri bu haqda nə demişlər. Onlar, necə deyərlər Quranın zahiri mənalarını dəlil hesab etməmişlər. Məsələn, «Maidə» surəsinin 90-cı ayəsində deyilir: «Şərab da [içki ], qumar da, bütlər , fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız».

Ayənin zahiri mənasına baxaraq deyə bilərik ki, şərab və qumar qəti olaraq haram edilmişdir. Lakin əxbarilər bununla razılaşmayıb deyirlər: «Xeyr! Rəvayətlərə müraciət etmək lazımdır. Görək şərab və qumar haram edilmişdir, ya yox?».

Ümumiyyətlə onlar belə bir fikirdədirlər ki, Quranın müraciət etdiyi şəxslər əsla bizlər [müsəlmanlar] deyildir. Beləliklə Quranı da etibardan salaraq, yalnız hədis və rəvayətlərə müraciət etməyi zəruri hesab etmişlər. Lakin həqiqəti aşkara çıxarmaq üçün Quranın nə dediyinə və nəql olunmuş hədis və rəvayətlərin hansının mötəbər və hansının isə zəif olduğuna diqqət yetirilməlidir. Hər şeyi məntiqi olaraq araşdırmalı, alimlərin [icmanın] verdikləri fitvaları nəzərdən keçirməliyik. İctihadla müxalif olan əxbarilərin dediklərini nəzərə almaq, bəzən Quranın özünü də sual altına almalı olacağıq. Məsələn, «Siratəlləzinə ənəmtə ələyhim ğəyril məğzubi ələyhim vələzzallin» ayəsini onlardan bəziləri öz saxta hədislərinə istinad edərək belə oxumuşlar: «Siratə mən ənəmtə ələyhim ğəyril məğzubi ələyhim və ğəyriz-zalin». Beləliklə, saxta və qeyri-mötəbər hədislərə istinad edərək, Quranın bir çox ayə və kəlmələrini dəyişib bir qədər fərqli olaraq oxumuşlar. Bununla kifayətlənməyib həmin Quranların nəşrinə başlamışlar. Lakin Ayətulla Birucərdi bundan xəbər tutur, nəşrin qarşısını alıb, çap olmuş Quranları dənizə tökməyi əmr edir. Vay o gündən ki, həmin Quranlar çap olub yəhudi və məsihilərin əlinə düşmüş olaydı. Onlar bunu bəhanə gətirərək deyərdilər: «Quranın təhrif olunmadığını iddia edən müsəlmanlar indi özləri öz əlləri ilə yeni Qurandan fərqli olan başqa bir Quran yazmışlar».

Xəvaric heç də Quranın oxunuşunun əleyhinə deyildi. Onlar Quranı yazıb-oxumağı tövsiyə edir, lakin onu təfsir və dərk etməyi yasaq edirdilər. Məhz bunun nəticəsində İslam alimləri bir müddəti Quranı təfsir etməkdən boyun qaçırmışlar. Əxbariliklə meydana gəlmiş belə bir qorxulu tərzi-təfəkkür, İslam dünyasına ağır zərbə vurmuşdur və təəssüflər olsun ki, indinin özündə də, hələ də onun ağrı-acısını çəkməyə davam edir.

Mənə belə gəlir ki, əxbarilik şərqdə qərbin materializm fəlsəfəsindən irəli gəlmişdir. Çünki, əxbarilik meydana gəlməklə, qərbdə fəlsəfəsini ixtira etdilər. Onlar ağıl və şüuru rədd edir və yalnız göz ilə görünən və hiss orqanları ilə hiss olunan şeylərin mövcud olduğunu qəbul edirdilər. Belə bir ideologiya Səfəvi dövləti ilə Avropa ölkələri arasında sıx əlaqələr bərqərar olunduğu bir halda meydana gəlir və həmin dövrdə əql və məntiqi rədd edən yeni cərəyan ortaya çıxır. Onlar materializm fəlsəfəsindən bir qədər fərqli olaraq əxbariləri müdafiə edir, ağılın dini məsələlərə müdaxilə etməyə səlahiyyəti çatmadığını hesab edirdilər və təəssüf olsun ki, bizlər də bunda müqəssir olmuşuq.



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə