Maliyyə 2017-ci IL üzrə dövlət büdcə zərfi Milli Məclisdə müzakirə edilir



Yüklə 39,56 Kb.
tarix05.04.2018
ölçüsü39,56 Kb.

Maliyyə
2017-ci il üzrə dövlət büdcə zərfi Milli Məclisdə müzakirə edilir

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb.


"APA-Economics”in məlumatına görə, iclasın gündəliyinə əsasən bu gündən etibarən Azərbaycanın 2017-ci il üçün dövlət büdcə zərfi parlamentin plenar müzakirəsinə çıxarılır.
Büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları daxildir.
Qeyd edək ki, Milli Məclisin dekabrın 7-də keçiriləcək plenar iclasında büdcə zərfinin müzakirəsi davam etdiriləcək.
...
Maliyyə
2017-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri artırılıb
2017-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri artırılıb.
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, gələn il dövlət büdcəsinin gəlirləri 15 mlrd. 955 mln. manat, xərcləri 16 mlrd. 600 mln. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 334 706,0 min manat, yerli gəlirləri 620 294,0 min manat, mərkəzləşdirilmiş xərcləri 15 911 286,0 min manat, yerli xərcləri 688 714,0 min manat) məbləğində nəzərdə tutulur.
...
Milli Məclisdə büdcə zərfinin müzakirəsi sabah davam etdiriləcək
Dekabrın 7-də Milli Məclisin plenar iclasında 2017-ci il üçün büdcə zərfinin müzakirəsi davam etdiriləcək.

“APA-Economics”in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında büdcə zərfinin müzakirəsi zamanı millət vəkilləri tərəfindən bəzi təkliflər irəli sürüb.


Büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları daxildir.

...

“Cari ildə inflyasiya birrəqəmli səviyyədə qorunub. 9 ayda orta illik inflyasiya 3,8% təşkil edib ki, bu da tərəfdaş ölkələrdəki səviyyədən 8,3% aşağıdır".
"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, hesabat dövründə əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələyərək 2,1% artıb.

"İlin sonuna ölkədə orta illik inflyasiya birrəqəmli səviyyədə qalacağı gözlənilir. 2016-cı ildə Mərkəzi Bankın yürüdəcəyi pul siyasəti hökumətin inflyasiya üzrə proqnozunun (təxminən 4% səviyyəsində) reallaşmasına dəstək verəcək", - deyə E. Rüstəmov bildirib.

...
"Yüksək dollarlaşma səbəbindən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb".

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, 2014-cü ildə AMB-nin valyuta ehtiyatları 15 mlrd. dollar olub: "Bu ehtiyatları biz daxili bazardan almışdıq. Devalvasiyadan sonra ilk dəfə may-iyun aylarında biz daxili bazardan dollar aldıq. İyul ayında isə dollarlaşma səviyyəsi yenidən yüksəldi. İndi dollarlaşma səviyyəsi 10 il əvvəlki səviyyədədir".

Hazırda AMB-nin valyuta ehtiyatlarının 7 mlrd. dollar olduğunu deyən E. Rüstəmov bu göstəricinin beynəlxalq normalara uyğun olduğunu bildirib.

Baş bankir əlavə edib ki, çevik məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır: "Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq. Manatın məzənnəsi neftin qiyməti, tədiyyə balansının vəziyyəti və tərəfdaş ölkələrin valyuta siyasəti ilə müəyyənləşir. 2016-cı ildə də belə olacaq. Göründüyü kimi, məzənnəyə təsir edən başlıca amillər ölkədən, milli iqtisadiyyatdan kənarda formalaşır. Müxtəlif çevik məzənnə siyasəti çoxdandır ki, AMB-nin gündəliyindədir. Bu məsələlər ciddi araşdırılır. Əlaqədar beynəlxalq təşkilatlarla geniş müzakirə edilir.

..
Dünya iqtisadiyyatında geosiyasi gərginliklər artıb, iqtisadi ticarət və iqtisadi aktivlik zəif olaraq qalır.

“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, dünyada ticarət, məzənnə və valyuta müharibələri kəskinləşib.

Baş bankir bildirib ki, qarşıdakı ildə neftin qiymətləri əhəmiyyətli dərəcədə aşağı olacaq: “2011-ci ildə tədiyyə balansı 17 milyard dollar idi. 2015-ci ilin sonun tədiyyə balansının 2 milyard dollar olacağı gözlənilir. Başqa sözlə, tədiyyə balansı 2011-ci il ilə müqayisədə 8 dəfə az olacaq".


yenii

Elman Rüstəmov Azərbaycanın maliyyə bazarına təsir edən əsas amilləri açıqlayıb


Böyüt AA+A-

elman rustemov azerbaycanin maliyye bazarina tesir eden esas amilleri aciqlayib


“Tədiyyə balansının əsasını təşkil edən cari əməliyyatlar balansı tarazlığa çox yaxındır, sıfıra yaxınlaşdırılıb”.

“APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, manatın məzənnəsinin əhəmiyyətli korreksiyası 2015-2016-cı ildə xidmətlər və mal ixracının təxminən 6 mlrd.dollar azalmasına gətirib çıxarıb.

Bununla belə, AMB-nin İdarə Heyətinin sədri qeyd edib ki, kapital hərəkəti balansında problemlər qalmaqdadır: “Bu nə ilə bağlıdır? Bizim çoxdan toplanmış problemlərimiz, borclanmalarımız, şirkətlərə zəmanət verilən borclar var. Hazırda bu borclar reallaşır. Azərbaycan Beynəlxalq Bankının xarici borclanması var. Köhnədən qalan bu borcları verməyə məcburuq. Bu amil bazara çox ciddi təsir göstərə bilir. Eyni zamanda, biz çox nəhəng beynəlxalq layihə həyata keçiririk. Bu, TANAP layihəsidir. Bu layihəni maliyyələşdirmək üçün ölkə valyuta resurslarını müəyyən dərəcədə gərginləşdirməyə məcbur olur. Yəni, bu layihə də bizim tədiyyə balansının kapitalın hərəkəti hissəsinə təsir edir. Əgər bütün bunları qiymətləndirsək, bütövlükdə tədiyyə balansının bu il gözlənilən 5 mlrd. dollarlıq mənfi saldosu əhəmiyyətli rəqəmdir. Onun 88-90%-i məhz kapitalın hərəkəti ilə bağlıdır. Yəni, bu, keçmiş və gələcəklə bağlıdır. Başqa sözlə, keçmişdə götürülmüş borclarla və gələcək layihələrimizlə əlaqədardır. AMB bu problemlərin cari balansa və cari kursa təsir göstərməməsini nəzərdə tutan valyuta siyasəti yürüdür”.

E. Rüstəmov əlavə edib ki, bu gün əsas prioritet makroiqtisadiyyatın sabitləşdirilməsi və inkişafa nail olmaqdır: “Sabitləşmə ilə inkişafın məqsədləri arasında bir oxşarlıq var. Hər ikisinin son məqsədi insanların, şirkətlərin və dövlətin gəlirlərinin artırılmasına nail olmaqdır. Sabitlik yoxdursa, eləcə də yüksək inflyasiyaya görə insanlar, müəssisələr öz gəlirlərini itirilər. Buna görə də, dövlət də öz gəlirlərindən məhrum olur. Ona görə də biz makroiqtisadi sabitləşməyə nail olmaqla insanların, müəssisələrin gəlirlərinin itirilməsinin qarşısını almalıyıq. Makroiqtisadi sabitliyə nail olmasaq, heç bir investor bizə inanmayacaq. Buna görə də indi əsas məqsədimiz makroiqtisadi sabitliyə nail olmaqdır”.
...
“2017-ci ilin dövlət büdcəsi çox mürəkkəb şəraitdə formalaşıb. Büdcə layihəsinin hazırlanmasına böyük əmək sərf olunub".

“APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

“Mən hakimiyyətdə uzun müddət çalışan bir insan kimi o fikirlə razılaşıram ki, 2017-ci ilin büdcəsi, vergi siyasəti, o cümlədən bütövlükdə makroiqtisadi siyasət çərçivəsi mürəkkəb şəraitdə formalaşıb. Lakin mən buna ən mürəkkəb deməzdim. Çünki biz 90-cı illərdə çətin dövrlərdə yaşamışıq", - deyə o bildirib.

..
Azərbaycan Mərkəzi Bankı bu ilin fevral ayından valyuta bazarına intervensiyanı dayandırıb”.

“APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, hazırda üzən məzənnənin əsas prinsipləri gözlənilir: “Buna baxmayaraq, manatın öz dəyərini tapması üçün məzənnənin müəyyən səviyyədə idarə edilməsi siyasəti mövcuddur. Biz bu gün idarəetməni götürəcəyimiz təqdirdə manatın məzənnəsində nə baş verə biləcəyinə əmin deyilik. Bizim gördüyümüz işlər 2017-ci ildə makroiqtisadi sabitliyin möhkəmlənməsi, manatın məzənnəsinin arzu olunan səviyyədə sabitləşməsi, qiymətlərin sabitliyi, inflyasiyanın azaldılmasına hədəflənib. Bundan sonra inkişafa keçmək üçün kifayət qədər imkan olacaq”.

...

“Neftin qiyməti Azərbaycan iqtisadiyyatı üçün çox ciddi amildir. Digər neft ixracatçıları olan ölkələrdə də neftin qiyməti əsas makroiqtisadi göstəricilərdəndir”.



“APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, manatın neftin bu qiymətinə adaptasiya olunmasına həm pul-kredit, valyuta siyasəti, həm də büdcə siyasəti çərçivəsində görülən işlər nəticəsində mümkün olub.

“Neftin qiymətinin bu intervalda 10 dollar qalxması əlavə 1,7 mlrd. dollar gəlir, yaxud 10 dollar düşməsi 1,7 mlrd. dollar itki deməkdir. Azərbaycan hökumətinin itkiləri qarşılamaq üçün kifayət qədər ehtiyatları və maliyyə resursları var ki, buna diqqət vermədən bütövlükdə öz siyasətini formalaşdırsın. Təbii ki, gəlirlərin artması bizim üçün çox önəmlidir. Neftin qiyməti 30-40 dollar artsa, daha yaxşı olar. Hətta yüksək neft qiymətləri olsa belə, artıq post-neft erası, yeni iqtisadi modelə keçid əsas məqsəddir.

Yəni, qiymətlər yüksək olsa da, bundan öncəki 10 ilin iqtisadi modelinə qayıdış olmamalıdır. Çünki dünyada yeni çağırışlar var və biz bunu nəzərə almalıyıq”, - deyə E. Rüstəmov vurğulayıb.

...
Azərbaycanın valyuta hərracına kifayət qədər valyuta çıxarılır.

“APA-Economics”in məlumatına görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, valyuta hərracına çıxarılan vəsait tələbatı iki dəfə üstələyir.

“Bilirsiniz ki, sonuncu hərracda valyutaya tələbat təklifin yarısından da aşağı idi. Bu onu göstərir ki, dövlət tərəfindən valyuta bazarına lazım olan məbləğdə valyuta verilir. Hər hansı kəskin devalvasiya haqqında şayiə, məzənnənin kəskin korreksiyası haqqında şayiələrin hamısı əsassızdır”, - deyə E.Rüstəmov vurğulayıb.

...


Elman Rüstəmov: “İlin sonuna tədiyyə balansı ilə bağlı proqnozlarımız mənfidir”
Böyüt AA+A-

elman rustemov ilin sonuna tediyye balansi ile bagli proqnozlarimiz menfidir


Bakı. Musa Əhmədov – APA-Economics. Tədiyyə balansında kəsirin olması olduqca böyük gərginlik yaradır.

“APA-Economics” bunu xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Bu ilin 6 ayında ölkədə tədiyyə balansında 6 mlrd. manatlıq kəsirin olduğunu deyən E.Rüstəmov qeyd edib ki, bu, bütövlükdə ölkənin valyuta ehtiyatlarına və məzənnəyə də çox ciddi təzyiqlər yaradır: “İlin sonuna da tədiyyə balansı ilə bağlı proqnozlarımız mənfidir. Biz buna təsir göstərən amilləri idarə etməyə çalışmalıyıq. Məzənnənin idarə olunması tədiyyə balansında mənfi saldonu yaradan tələblə təklif arasında olan prosesləri idarə eləmək deməkdir. Bu idarəetmədə həm Mərkəzi Bankın, həm də digər qurumların üzərində çox mühüm vəzifə düşür”.

...
"Bu gün başlıca məsələ məzənnə yox, məzənnə-inflyasiya cütlüyüdür".

“APA-Economics”in məlumatına görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

“Dünyada da biz gördük ki, avro-dollar məzənnəsində 30%-lik fərq yarandı, sonradan kurs sabitləşdi. Bu və ya digər dövlətdə qiymətlər sabit qalırsa, heç kim həyəcan təbili çalmır. Bizim başlıca məqsədimiz ikirəqəmli inflyasiyanı aşağı salmaqdır. Yəni, məqsəd həm əhali, həm biznes, həm də dövlət üçün inflyasiyanı məqbul səviyyəyə düşürməkdir. Bütün Mərkəzi Bankların qayğısı birrəqəmli aşağı inflyasiyaya nail olmaqdır. Yuxarı inflyasiya və devalvasiya iqtisadiyyat, iqtisadiyyatın bütün subyektləri üçün zərərlidir”, - deyə o bildirib.

Ölkədə inflyasiyanın 11% səviyyəsində olduğunu deyən E.Rüstəmov bildirib ki, hazırda inflyasiya ilə bağlı proqnoz vermək çox çətindir: “Biz 9 ayın nəticələrini gözləyirik. İnflyasiya proqnozu kurs-məzənnə dayanıqlığından asılı olacaq. Bu isə bütövlükdə makroiqtisadiyyatın bütün istiqamətlərinin müvəffəqiyyətindən asılıdır. Amma biz nikbinik. Situasiyanın gərginliyinə baxmayaraq gördüyünüz kimi situasiyanı idarə edirik. Bazarda müəyyən gərginlik var idi. Valyuta qıtlığı və digər gərginlikləri biz aradan götürdük. Bununla əlaqədar biz proseslərə öz siyasətimizlə valyuta qıtlığını aradan götürmüşük. Amma qarşımızda daha fundamental sabitliyə nail olmaq məqsədi var”.

...
Elman Rüstəmov: “Manatın kəskin devalvasiyası gözlənilmir”
Böyüt AA+A-

elman rustemov manatin keskin devalvasiyasi gozlenilmir


Bakı. Musa Əhmədov – APA-Economics. “Həm qlobal, həm də daxili amillər manatın məzənnəsinə təsir edir”.

“APA-Economics” bunu xəbər verir ki, bunu mərkəzi bankın sədri Elman Rüstəmov açıqlaması zamanı bildirib.



Onun sözlərinə görə, cari ilin 9 ayı ərzində manatın məzənnəsi ilin əvvəli ilə müqayisədə 5% korreksiyaya uğrayıb: “Məzənnə ilə bağlı hər hansı proqnoz vermək çətindir. Manatın məzənnəsi faktiki olaraq idarə olunan üzən məzənnə rejimi əsasında formalaşıb. Bir sıra amillər onun formalaşmasına təsir edir. Xüsusilə neftin qiyməti, tədiyyə balansının vəziyyəti və s. amilləri qeyd etmək istərdim. Müəyyən dövr ərzində manatın məzənnəsinə təzyiq güclənmişdir. Lakin biz Maliyyə Sabitliyi Şurası çərçivəsində manatın dayanıqlığını təmin etmək üçün zəruri addım atırıq”.

...
“Mərkəzi Bank 2016-cı ildə pul siyasətinin çevikliyinin artırılmasına, milli iqtisadiyyatın maliyyə dayanıqlığının və beynəlxalq rəqabət qabiliyyətinin təmin olunmasına imkan verən siyasət həyata keçirəcək”.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə