AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
«
MALİYYƏ
»
FAKÜLTƏSİ
«
BANK İŞİ
»
KAFEDRASI
Əlyazması hüququnda
« İslam Bank Modeli inkişafında yeni meyllər »
Mövzusunda
BURAXILIŞ İŞİ
İstiqamətin şifri və adı: İİM010000
Maliyyə
İxtisasın şifri və adı:
İİM010003 Maliyyə
Qrup: 606
Tələbə: Abdullayeva Aysel İlqar
Elmi rəhbər:
i.e.d. prof. Z.F.Məmmədov
Kafedra müdiri: i.e.d. prof. Z.F.Məmmədov
BAKI - 2015
2
MÜNDƏRİCAT
Giriş 3
Fəsil 1. İslam maliyyə modelinin nəzəri fəlsəfi əsasları 7
1.1. İslam maliyyəsinin tarixi inkişafı 7
1.2. İslam bankçılığın iqtisadi fəlsəfəsi 24
Fəsil 2. İslam bankçılıq fəaliyyətində yeni meyllər 34
2.1. İslam bankçılıq fəaliyyətinin müasir vəziyyəti 34
2.2. İslam İnkişaf Bankının strukturu və layihələri 47
2.3. Azərbaycanda İslam Bank fəaliyyətinin formalaşması və inkişafı
problemləri 53
Fəsil 3. İslam Bank İnstitutlarının fəaliyyətində yeni istiqamətlər 65
Nəticə 76
İstifadə olunmuş ədəbiyyat 79
Xülasə 81
3
Giriş
Ölkəmizdə son illərdə müşahidə olunan iqtisadi inkişafın davamlılığını
təmin etmək üçün cəmiyyət tərəfindən müasir iqtisadi proseslərin, nəzəriyyələrin
və modellərin mükəmməl öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.Dünya
mədəniyyətinin ən möhtəşəm nailiyyətləri hesab olunan və mənəvi-əxlaqi
dəyərlərin ən parlaq nümunəsi olan İslam dini, eyni zamanda bəşəri elmlərin
öyrənilməsində olduqca tutarlı vasitədir. İslam dininin ilkin çağırışlarından biri
insanları cəhalətdən qurtulub düşünməyə, təfəkkür etməyə, elmə yiyələnməyə
dəvət etmək olmuşdur. Məhz əql, elm və düşüncə üzərində qurulan dünyagörüşü
və bu dünyagörüşü üzərində qurulan həyat tərzi insanı çaşqınlıqlardan qoruya və
onun sağlam həyat tərzinə zamin ola bilər. Elmə yiyələnmək, biliklər əldə etmək,
düşünüb-daşınmaq çağırışı həm Qurani-Kərimin bir çox ayələrində buyurulmuş,
həm də sevimli peyğəmbərimiz Hz. Məhəmmədin hədislərində nəql edilmişdir.
Diplom işində qarşıya qoyulmuş məqsəddən irəli gələrək müxtəlif
məsələlərin tədqiqi nəzərdə tutulmuşdur. Burada İslam bankçılığının mahiyyəti,
inkişaf tarixi, təsnifatı və yaranma yolları nəzərdən keçirilir. İslam bankçılığının
funksiyaları, vəzifələri, əməliyyatları ətraflı öyrənilir. İslam banklarının pul-kredit
siyasəti, bank sistemində rolu, maliyyə bazarlarına təsiri, ümumiyyətlə, onun
iqtisadiyyatın inkişafında roluna geniş yer verilir.
Tarixə nəzər saldıqda dinimizin elmə və maarifçiliyə nə qədər əhəmiyyət
verdiyinin şahidi olarıq. Hələ İslam dininin yeni zühur etdiyi və təqib edildiyi
vaxtlarda müsəlmanlar Mədinəyə hicrət etmiş və orada ilk gördükləri işlərdən biri
təhsil ocağı açmaq olmuşdur. Avropada kitabxanaları barmaqla saymaq mümkün
olan vaxtlarda Bağdadın xəlifə əl-Məmun tərəfindən yaradılmış «Müdriklər evi»
kitabxanasında müxtəlif mövzulara dair 4 mln. kitab var idi. O dövrdə müsəlman
alimləri iqtisadiyyat, ilahiyyat, fəlsəfə, ədəbiyyat kimi elmlərlə yanaşı riyaziyyat,
astronomiya, fizika, tibb və digər təbiət elmlərinə mükəmməl şəkildə yiyələnir, bu
elmlərin inkişafına öz töhfələrini bəxş edirdilər. Lakin bununla belə, gözümüz