MaliYYƏ hesabatinin təHLİLİ” fənni üzrə proqra m



Yüklə 3,43 Mb.
səhifə1/34
tarix11.04.2018
ölçüsü3,43 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   34


AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ


Mühasibat uçotu və audit kafedrası

MALİYYƏ HESABATININ TƏHLİLİ”



fənni üzrə
P R O Q R A M
050402 “Mühasibat uçotu və audit” ixtisası

üzrə təhsil alan bakalavr pilləsi tələbələri üçün


Azərbaycan Respublikası Təhsil

Nazirliyinin _______ 2017-cı il

tarixli _____ saylı əmri ilə qrif

verilmişdir

G ə n c ə - 2 0 1 7

Tərtib edənlər: Azərbaycan Dövlət Aqrar Universitetinin “Mühasibat uçotu və audit”

kafedrasının əməkdaşları:

dos. M.H.İsmayılov

prof. Y.B.Əhmədov

dos. P.E.Muxtarova

dos.əv. İ.Ə.Məmmədov

ass. N.T.Həsənova


Rəy verənlər:

Mühasibat uçotu və audit kafedrasının dosent əvəzi

M.M.Hüseynov
Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının dosenti

C.N.İsmayılov

Maliyyə hesabatının təhlil onun bütün səviyyələrində idarəetmənin mühüm funksiyasıdır, vəzifəsidir, bu onun metodu ilə iqtisadçı ixtisasının tələblərinin öyrənilməsini zəruri edir.



  1. Fənnin mənimsənilməsinin məqsədi.

“Maliyyə hesabatının təhlili” fənninin məqsədi maliyyə hesabatının tərkibi və məzmununun öyrənilməsini dərinləşdirməkdən, onun oxunmasını bacarmaqdan, informasiya hesabatını qiymətləndirmək, hesabatın əsas maddələrinin qaydaya salınması məqsədi ilə onun hərtərəfli təhlilindən və istehsalın idarə edilməsi və biznes-planının tərtib edilməsi, müəssisənin inkişaf strategiyasının əsaslandırılması prosesində hesabatın təhlilinin nəticələrinin istifadə edilməsindən, analitik balansı dərindən öyrənməkdən ibarətdir.





  1. Fənnin rolu

“Maliyyə hesabatının təhlili” fənninin öyrənilməsi aşağıdakı məsələlər üzrə hesabatın təhlili sahəsində ali təhsilin Dövlət təhsil standartının tələblərinin həyata keçirilməsini təmin edir: maliyyə (mühasibat) hesabatının mahiyyətinin başa düşülməsi, maliyyə hesabatının informativliyinin qiymətləndirilməsi; beynəlxalq mühasibat uçotu standartlarının hesabatın informativlik istiqamətinə təsiri; hesabatın əsas formalarının oxunması; analitik hesabat formalarının işlənilməsi; idarə etmə və strateji və cari planlaşma zamanı hesabatın təhlilinin nəticələrinin istifadə edilməsi.

“Maliyyə hesabatının təhlili” kursu müəssisələrin maliyyə vəziyyətinin və onların maliyyə sabitliyinin kompleks qiymətləndirmə metodikasını mənimsəmək imkanı vrir. Kurs analitik fənnlərin mühüm sistemli kurslarından biridir. Tələbə müəssisənin maliyyə hesabatının təhlili sistemini və məntiqini və təhlilin metodlarına yiyələnməyi, aparılan təhlilin əsasında müəssisə işlərinin effektivliyini yüksəltmək üçün çıxarılan nəticə və tövsiyələrin əhəmiyyətini başa düşməlidir.

Bu proqramma təhlilin aparılması prosesində vahid metodik yanaşmanın təmin edilməsinə yönəldilmişdir və analitik fəaliyyətin əsas istiqamətləri zrə nəzəri biliyin möhkəmləndirilməsi üçün xidmət edir: xüsusi metodika, amillərin təhlili, onların təsirinin hesablanılması üsulları, lazımi informasiyaların axtarışı, əvvəl öyrənilən fənnlərlə əlaqədar fənnlər arası ( statistika, mühasibat uçotu, hesabat, maliyyə, audit və s.) haqqında təsəvvürləri; məsələlərin qoyuluşu, onların həllinin qısaca dürüst ifadə edilməsi, analitik tədqiqatların ümumiləşdirilməsi və nəticələrin konkretləşdirilməsi əsasında praktiki təcrübə ilə nəzəri biliyin möhkəmləndirilməsini bacarmaq.

“Maliyyə hesabatının təhlili” kursunun öyrənilməsi üçün lazımi, tədris fənnlərin siyahısı: mühasibat 9maliyyə) hesabatı, iqtisadi təhlilin nəzəriyyəsi, təsərrüfat fəaliyyətinin kompleks iqtisadi təhlili və digər iqtisadi fənnlər.

3. “Maliyyə hesabatının təhlili” fənninin mənimsənilməsi

nəticəsində formalaşmış, öyrəsilmiş təcrübə
“Maliyyə hesabatının təhlili” fənninin mənimsənilməsi nəticəsində təhsil alanlar:

* Bilməlidir:



  • Mühasibat hesabatının tərkibi, məzmunu və onun təhlilinin müəssisə fəaliyyəti üçün rolu;

  • Maliyyə hesabatının təhlilinin üsulları;

  • əmlakların və öhdəliklərin strukturlarını, müəssisənin əmlak vəziyyətinin qiymətləndirmə metodikasını;

  • müəssisənin ödəniş qabiliyyəti və likvidliyi, maliyyə sabitliyinin təhlilinin aparılması ilə əlaqədar, analitik prosedurları;

  • balansın qeyri-qənaətbəxş strukturunun müəyyən edilməsi üzrə göstəricilərin təhlilini;

  • maliyyə nəticələrinin təhlilini.

* bacarmalıdır.

- informasiyaların təhlili üçün lzımi həcmin müəyyən edilməsini bacarmaq;

- maliyyə hesabatını oxumaq və xarici və daxili amillərin təsirindən asılı olaraq v

yaranmış vəziyyətin qiymətləndirilməsini;



  • təhlilin ayrı-ayrı mərhələləri üzrə analitik cədvəllərin tərtib edilməsini;

  • təhlilin iqtisadi eyniləşdirmə məlumatlarının yoxlanılmasını;

  • idarəetmə qərarları variantlarının seçilməsi zamanı təhlilin nəticələrindən istifadə etməyi.

*müəssisə hesabatının praktiki təhlilinin təcrübəsini və bunun əsasında maliyyə vəziyyətinin yaxşılaşdırılması üzrə tövsiyələrin hazırlanmasını; praktikanın keçirilməsi, kurs və buraxılış işinin yazılması prosesində təhlilin müstəqil təcrübəsini öyrənməlidir.

Əldə edilən bilik.



  • Məqsədin qoyuluşu onun müvəffəqiyyəti onun seçilməsini, informasiyaların başa düşülməsi, təhlilin ümumiləşdirilməsinə dair qabiliyyəti, mədəni təfəkkürə yiyələnmək;

  • Özünün fəaliyyətində normativ – hüquqi sənədlərdən istifadə etməyi buraxmaq;

  • Qlobal kompüter şəbəkələrində informasiyalarla işləmə qabiliyyəti; informasiyaların idarə etmə vəsaiti kimi kompüterlə işləmə təcrübəsi olur. Informasiyaların emalı, saxlanılması, əsas üsullarla, metodlarla alınmasına yiyələnmək;

  • Təsərrüfat subyekti fəaliyyətini xarakterizə edən , iqtisadi və sosial-iqtisadi göstəricilərin hesablanılması üçün lazım olan , ilkin məlumatları toplamaq və təhlil etməyi bacarmaq;

  • Mühasibat balans hesablamalarının düzəlişini tərtibi üçün lazım olanları yerinə yetirmək, onları əsaslandırmaq və işlərin nəticələrini müəssisədə qəbul edilmiş standarta müvafiq təqdim edilməsini bacarmaq;

  • Qarşıya qoyulan iqtisadi vəzifələrin həlli üçün lazımi məlumatların toplanılması, təhlili və işlənilməsini həyata keçirmək qabiliyyətini;

  • Müxtəlif mülkiyyət formalı müəssisələrin , təşkilatların, təşkilatların, idarələrin hesabatında olan, maliyyə, mühasibat və digər informasiyaların təhlil edilməsini və uyğunlaşdırılmasını və idarə etmə qərarlarının qəbul edilməsi üçün alınan məlumatlardan istifadə etməyi bacarmaq;

  • analitik və tədqiqat vəzifələrinin həlli üçün müasir texniki vəsaitlər və informasiya texnologiyasından istifadə etməyi bacarmaq.




  1. Fənnin strukturu və məzmunu






Fənnin bölmələri



Tədris saatları

Yekunu

Mühazirə

Təcrübə

məşğələsi



1.

Mühasibat (maliyyə) hesabatı -

müəssisənin maliyyə vəziyyətinin

təhlilinin əsasıdır

2

1

3


2.

Mühasibat (maliyyə) hesabatının təhlilinin

əsas alətləri


2

1

3


3.

Mühasibat balansının təhlili

4

2

6

4.

Mənfəət və zərərlər haqqında hesabatın

təhlili


4

2

6

5.

Kapitalın dəyişməsi haqqında hesabatın

təhlili

2

2

4


6.

Pul vəsaitlərinin hərəkəti haqqında

hesabatın təhlili


2

2

4


7.

Mühasibat balansına dair əlavənin təhlili

2

1

3

8.

Təsərrüfat fəaliyyətinin nəticələrinin

kompleks təhlili. Mühasibat hesabatının məlumatları üzrə müəssisələrin və onların maliyyə vəziyyətinin qiymətləndirilməsi



4


1


5


9.

Seqment hesabatının təhlili

2

1

3

10.

Konsolidə edilmiş (birləşdirilmiş)

Hesabatın təhlili


2

1

3


11.

Maliyyə əmsallarının hesablanması və təhlili

2

-

2

12.

Mühasibat (maliyyə) hesabatının təhlilinin

əsasları

2

1

3





Cəmi

30

15

45

4.1. Fənnin bölmələrinin məzmun


Mövzu 1. Mühasibat (maliyyə) hesabatı - müəssisənin maliyyə

vəziyyətinin təhlilinin əsasıdır


Mühasibat hesabatı forması anlayışı, tərkibi və doldurulma qaydası Təsərrüfat subyekti fəaliyyətinin maliyyə nəticəsi və əmlak vəziyyəti haqqında informasiya mənbəyi kimi mühasibat (maliyyə) hesabatı. Müəssisənin hesabat sistemində mühasibat hesabatının rolu. Bazar iqtisadiyyatında mühasibat hesabatının əhəmiyyəti və funksiyaları.

Beynəlxalq praktikada mühasibat hesabatının tərkibi və məzmunu, tənzimləyici, beynəlxalq normativ aktlar, AS ölkələrinin uçotu üzrə Direktivlər və mühasibat uçotunun beynəlxalq standartları. Hesabat formasının keyfiyyət xarakteristikası.

Beynəlxalq uçot standartlarına, Milli Mühasibat Uçotu Standartlarına Azərbaycanın keçməsi – mühasibat (maliyyə) hesabatı formasının tərkibi və formasının yaxınlaşması.
Mövzu 2. Mühasibat (maliyyə) hesabatının təhlilinin

əsas alətləri


Maliyyə hesabatının təhlilinin predmeti, obyektləri, məqsədi və vəzifələri. Maliyyə hesabatının təhlilinin informasiya, təşkilati və metodik təminatı. Analitik informasiyaların formalaşması və onun istifadəçiləri. İnformasiyaların müqayisə təminatının şərtləri. Mühasibat hesabatı informasiyalarının dürüstlüyü. Mühasibat hesabatı informasiyalarının təhrif edilmə üsulları və onların aşkar edilmə metodları.

Mühasibat (maliyyə) hesabatının təhlilinin müvəffəqiyyətinin ilk şərti. Təhlilin istiqaməti və onun əsas mərhələlərinin ardıcıllığı.

Maliyyə hesabatının təhlilinin metodları və üsulları. Təhlilin aparılmasına dair metodik yanaşmalar. Təhlilin nəticələrininn ümumiləşdirmə formaları.
Mövzu 3. Mühasibat balansının təhlili
Bazar iqtisadiyyatında mühasibat balansının əhəmiyyəti və vəzifəsi. Balansın üfüqi və şaquli təhlili. Balansın aktivinin tərkibi və strukturunun təhlili və müəssisənin əmlak vəziyyətinin qiymətləndirilməsi. Passivin tərkibi və strukturunun təhlili.

Xalis aktivlərin formalaşmasının təhlili və onların müəssisə işlərinin maliyyə sabitliyinin qiymətləndirilməsində rolu. Təhlilin nəticələrinin ümumiləşdirilməsi, onların aydınlaşdırılması və xüsusi maliyyələşmə üzrə istifadə olunmamış imkanların aşkar edilməsi.

Müəssisənin mühasibat balansının (onun aktivlərinin) likvidliyinin təhlili və qiymətləndirilməsi. Dövriyyə aktivləri onların qiymətləndirilməsi və qarşılıqlı əlaqəsi, ödəniş qabiliyyəti və likvidliyinin təhlili. Balansın qeyri qənaətbəxş strukturunun göstəricilər sisteminin qiymətləndirilməsi.

Mühasibat balansının pul vəsaitərinin hərəkəti haqqında hesabat və mənfəət və zərərlər haqqında hesabatla qarşılıqlı əlaqəsi. Müəssisənin maliyyə vəziyyətinin qiymətləndirilməsi zamanı balansın materialının analitik istifadəsi.


Mövzu 4. Mənfəət və zərərlər haqqında hesabatın təhlili
Bazar iqtisadiyyatında mənfəət və zərərlər haqqında hesabatın əhəmiyyəti və məqsədli istiqaməti. Beynəlxalq praktikada və Azərbaycanda mənfəət və zərərlər haqqında hesabatın qurulma modeli.

Gəlirlərin və maliyyə nəticələrinin, onlarən mənfəət və zərərlər haqqında hesabatda əks etdirilməsinin təhlili.

Adi fəaliyyətdən gəlirlərin və xərclərin , əməliyyat gəlirləri və xərcləri, satışdankənar gəlirlər və xərclərin, fövqəladə gəlirlər və xərclərin strukturlarının təhlili. Mənfəətin bölüşdürülməsi və onların 2 N-li, 5 N-li formalarda əks etdirilməsinin və aydınlaşdırıcı qiymətlərin təhlili.

Satışın rentabelliyin göstəricilərin dəyişməsinə amillərin təsirinin hesablamaları, göstəricilər sisteminin, satışın rentabelliyinin təhlili.

Təhlilin nəticələrinin ümumiləşdirilməsi və mənfəətin artımının istifadə olunmamış imkanlarının aşkar edilməsi və təsərrüfatın rentabellik səviyyəsinin yüksəldilməsi.

Müəssisə fəaliyyətinin gəlirliyinin qiymətləndirilməsində mənfəət və zərərlər haqqında hesabatın analitik istifadəsi.


Mövzu 5. Kapitalın dəyişməsi haqqında hesabatın təhlili
Müəssisənin xüsusi kapitalının tərkibi və strukturunun təhlili. Xüsusi kapitalın yerinə yetirdiyi əsas funksiyalar. Standarta görə mühasibat balansında və kapitalda dəyişikliklər haqqında hesabatda təqdim edilən dəyişikliklər haqqında təqdim edilən komponentlər. Xüsusi kapitalın strukturu.

Hesabat dövrü ərzində xüsusi kapitalın tərkibi, strukturu və dinamikasının təhlili.

Xüsusi kapitalın hərəkətinin təhlili.

Nizamnamə kapitalının, Əlavə kapitalın, Ehtiyat kapitalının, bölüşdürülməmiş mənfəətin (örtülməmiş zərərin) həcminin dəyişməsinin təhlili.

Ehtiyatların strukturu və dinamikasının təhlili. Ehtiyatların hərəkətinin təhlili.
Mövzu 6. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təhlili
Daxili və xarici istifadəçilər üçün hesabatın məqsədli təyinatı. Beynəlxalq praktikada hesabatın geniş tətbiqinə təsir edən səbəblər. Beynəlxalq və yerli praktikada tətbiq edilən pul vəsaitlərinin hərəkəti haqqında hesabatın müqayisəli xarakteristikası.

Fəaliyyət növləri üzrə pul vəsaitlərinin strukturunun qiymətləndirilməsi.

Pul vəsaitlərinin daxil olması, fəaliyyət növləri üzrə pul vəsaitlərinin məsarifinin və istifadə maddələrinin məqsədəuyğunluğunun qiymətləndirilməsi və təhlili.

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın mühasibat balansı və mənfəət və zərərlər haqqında hesabat ilə qarşılıqlı əlaqəsi. Maliyyə planlaşdırılması və pul vəsaitlərinin hərəkətinə operativ nəzarət üçün pul vəsaitlərinin hərəkəti haqqında hesabatın istifadə imkanları.

Təhlilin nəticələrinin ümumiləşdirilməsi, onların izahı və müəssisənin ödənişqabiliyyəti və maliyyə sabitliyinin möhkəmləndirilməsi üçün imkanların aşkar edilməsi.
Mövzu 7. Mühasibat balansına dair əlavənin təhlili
Maliyyə informasiyalarının açıqlanılması Beynəlxalq və yerli praktikada informasiyaların əhəmiyyətlilik meyarlarının əsaslandırılması problemləri.

Maliyyə siyasətinin elementi kimi uçot sisteminin açıqlanması. Mühasibat balansının və mənfəət və zərərlər haqqında hesabatın strukturuna seçilmiş uçot siyasəti prinsipinin təsiri. Hesabat məlumatları üzrə qiymətləndirilən, müəssisənin maliyyə vəziyyətinə uçot siyasətində dəyişikliyin təsiri. Belə dəyişikliyin aydınlaşdırıcı qeydlərdə açıqlanmasının zəruriliyi.

İstehsal-kommersiya fəaliyyətli müəssisələrin və onun maliyyə vəziyyəinin nəticələri haqqında informasiyaların açıqlanılması.
Mövzu 8. Təsərrüfat fəaliyyətinin nəticələrinin kompleks təhlili.

Mühasibat hesabatının məlumatları üzrə müəssisələrin

və onların maliyyə vəziyyətinin qiymətləndirilməsi
Müəssisələrin adi fəaliyyət növünün effektivliyinin kompleks qiymətləndirmə metodikası. Müəssisənin istehsal və maliyyə resurslarının ekstensiv və intensiv istifadə göstəriciləri. Müəssisənin adi fəaliyyətinin intensivləşməsinin qiymətləndirmə göstəriciləri.

Müəssisənin maliyyə vəziyyətinin kompleks reytinq qiymətləndirməsinin metodikası. Müəssisənin maliyyə vəziyyətinin kompleks təhlili və reytinq qiymətləndirilməsinin aparılma mərhələsi. Müəssisələrin maliyyə vəziyyətinin reytinq qiymətləndirmə göstəriciləri.

Maliyyə hesabatının məlumatları üzrə borc alanın kreditiödəməqabiliyyətinin qiymətləndirilməsi.
Mövzu 9. Seqment hesabatının təhlili
Seqment hesabatının tərtib edilməsi metodları, seqment hesabatının müəyyən edilməsi. Beynəlxalq praktikada seqment üzrə hesabatın formalaşma təcrübəsi. Seqmentlərin ayrılma prinsipləri. Miqdar və kəmiyyət kriteriyaları. Seqmentin gəlirləri, xərcləri, aktivləri, öhdəlikləri, maliyyə nəticələri anlayışı. Çoxprofilli müəssisələrin fəaliyyətinin təhlili prosesində seqment üzrə hesabatın informasiyalarından istifadə imkanları.
Mövzu 10. Konsolidəedilmiş (birləşdirilmiş) hesabatın təhlili
Konsolidəedilmiş hesabat, əsas anlayışlar, birləşdirilmiş (konsolidə dilmiş) hesabatın formalaşması qaydası və normativ tənzimlənməsi. Konsolidə edilmiş hesabatın tərtib edilməsinin əsas məqsədi. Konsolidə edilmiş hesabatın əsas istiqamətləri.

Konsolidə edilmiş (birləşdirilmiş) və icmal hesabatın fərqli xüsusiyyətləri.

Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının tətbiqi sahəsi.

Konsolidə edilən (birləşdirilən) hesabatların xüsusiyyətləri.


Mövzu 11. Mühasibat (maliyyə) hesabatının təhlilinin əsasları
Maliyyə vəziyyətinin təhlilinin vəzifələri və məzmunu. Müəssisə fəaliyyətinin maliyyə nəticələrinin təhlili. Müəssisənin maliyyə vəziyyətinin təhlili. Mühasibat mənfəətinin amilli təhlili. Bazar sabitliyinin qiymətləndirilməsi (Balansın quruluşunun qənaətbəxşliyi.
4.2. Təcrübə məşğələlərinin məzmunu

Təcrübə məşğələlərinin məqsədi

Mühazirənin gedişində alınmış nəzəri bilikləri möhkəmləndirmək və tələbələrin xüsusi ədəbiyyatlarla nəzərdən keçirilən məsələ üzrə müstəqil öyrənilməsindən ibarətdir. Təcrübə məşğələsinin aparılmasının əsas forması mühazirə kursunda nəzərdən keçirilmiş mövzulara uyğun, fənnin sualları üzrə metod və modelin istifadəsi ilə tapşırığın həll edilməsidir.
Mövzu 1. Mühasibat (maliyyə) hesabatı – müəssisənin maliyyə vəziyyətinin

təhlilinin əsasıdır




  1. Suallar üzrə şifahi müsahibə:




  1. Mühasibat hesabatının keyfiyyət xarakteristikası.

  2. Mühasibat hesabatının informasiyalarının təkmilləşməsinin əsas istiqamətləri.

  3. Hesabatın təhlili metodikasına BMHS-na uyğun mühasibat hesabatının formalaşmasına dair yanaşmalarda dəyişiklikləri təsiri.




  1. Test tapşırıqlarının yerinə yetirilməsi

Mövzu 2. Mühasibat (maliyyə) hesabatının təhlilinin əsas alətləri



  1. Suallar üzrə şifahi müsahibə




  1. “Əhəmiyyətlilik” informasiyası anlayışı.

  2. Hesabatın informasiyalarının dürüstlüyünə dair əsas tələblər.

  3. Müqayisəli informasiyalar və təhlilin nəticələrinin dürüstlüyünə həmin tələblərin təsiri.

  4. Mühasibat hesabatının təhrifinin əsas üsulları, onların mühasibat hesabatının təhlilinin nəticələri üçün təsiri.

  5. Mühasibat hesabatının təhlilinin əsas alətləri.




  1. Test tapşırıqlarının yerinə yetirilməsi

Mövzu 3. Mühasibat balansının təhlili




  1. Suallar üzrə şifahi müsahibə:




  1. Balansın üfiqi və şaquli təhlili.

  2. Analitik balans: anlayışlar və tərtib edilmə texnikası.

  3. Aktivlərin tanınma şərtləri və bu şərtlərin müəssisənin əmlakının və maliyyə vəziyyətinin qiymətləndirilməsi üçün bu şərtlərin yerinə yetirilməsinin zəruriliyi və əhəmiyyəti.

  4. Dövriyyə və dövriyyədənkənar (uzunmüddətli) aktivlərə bölünnənin analitik təyinatı.

  5. Öhdəliklərin təhlilinin informasiya bazası, mühasibat balansının V bölməsində əks etdirilən informasiyaların belə təhlili üçün qənaətbəxş olması.

  6. Müəssisənin kapitalı anlayışı, kapitalın təhlilinin əsas istiqamətləri.

  7. Balansın aktivinin likvidliyi anlayışı.

  8. Balansın ödəniş qabiliyyəti anlayışı.

2. Test tapşırıqlarının yerinə yetirilməsi və məsələnin həlli


Mövzu 4. Mənfəət və zərərlər haqqında hesabatın təhlili


  1. Suallar üzrə şifahi müsahibə




  1. Maliyyə nəticələrinin təhlilinin informasiya təminatı.

  2. Mənfəət və zərərlər haqqında hesabatda gəlirlərin və xərclərin qruplaşdırılması prinsipləri.

  3. Mənfəət və zərərlər haqqında hesabatın informasiyaların analitik imkanları və təyinatı.

  4. Adi fəaliyyətə dair gəlirlərin və xərclərin aid edilmə meyarları.

  5. Fövqəladə gəlirlərin və xərclərin məzmunu.

  6. Satışın rentabellik göstəriciləri və onlara təsir edən əsas amillər.




  1. Test tapşırıqlarının yerinə yetirilməsi və məsələnin həlli

Mövzu 5. Kapitalın dəyişməsi haqqında hesabatın təhlili




  1. Suallar üzrə şifahi müsahibə:




  1. “Kapital” anlayışına xarakteristika verin.

  2. Əmlakın formalaşması mənbələrinin tərkibini adlandırın.

  3. İdarəetmə qərarlarının qəbul edilməsi və əsaslandırılması prosesində kommersiya təşkilatlarının kapitalının dəyişməsinin təhlilinin mahiyyəti və əhəmiyyətini açıqlayın.

  4. Müəssisənin xüsusi kapitalının strukturu və funksiyalarını xarakterizə edin.

  5. Nizamnamə, ehtiyat, əlavə kapitalın və bölüşdürülməmiş mənfəətin dəyişməsi amillərini sadalayın.

  6. İdarəetmə qərarlarının işlənib hazılanması üçün təsərrüfatçılıq subyektinin kapitalının dəyişməsinin təhlilinin məzmunu və təşkilinin xüsusiyyətlərini xarakterizə edin.

  7. Kommersiya təşkilatlarının xüsusi kapitalının tərkibi, strukturu və hərəkətini qiymətləndirmək üçün onun analitik imkanlarını və kapitalın dəyişməsi haqqında hesabatın məzmununu açıqlayın.

  8. Xüsusi kapitalın hərəkətinin təhlilinin əsas iqtiqamətlərini göstərin.

  9. Müəssisənin yaratdığı ehtiyatların növlərinin adlarını göstərin , onların iqtisadi məzmunu və formalaşma qaydasını xarakterizə edin.

  10. Müəssisənin yaratdığı ehtiyatların təhlilinin prosedurlarını açıqlayın.



  1. Test tapşırıqlarının yerinə yetirilməsi və məsələnin həlli

Mövzu 6. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təhlili


1.Suallar üzrə şifahi müsahibə


  1. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın analitik imkanları.

  2. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın cari, investisiya və maliyyə fəaliyyətinin bölmələrində açıqlanan, pul axınlarının növləri.

  3. Cari fəaliyyətində pul axınlrı haqqında informasiyalarının açıqlanmasının birbaşa metodunun üstünlükləri və çatışmazlığı.

  4. Cari fəaliyyətdən pul axınları haqqında informasiyaların açıqlanmasınındolayı metodunun üstünlükləri və çatışmazlığı.

  5. Pul axınlarının proqnozlaşdırılması üçün hesabatın təhlilinin istifadəsi imkanları.

2.Test tapşırıqlarının yerinə yetirilməsi və məsələnin həlli


Mövzu 7. Mühasibat balansına dair əlavənin təhlili


  1. Suallar üzrə şifahi müsahibə




  1. Mühasibat balansına dair əlavənin strukturu və məzmununu açıqlayın.

  2. Mühasibat balansına dair əlavənin məlumatları üzrə maddi qiymətlilərə kapital qoyuluşlarının növlərini və onların təhlilinin xüsusiyyətlərini sadalayın.

  3. Mühasibat balansına dair əlavənin məlumatları üzrə maliyyə qoyuluşlarının növlərini və onların təhlilinin metodikasının məzmununu açıqlayın.

  4. Debitor və kreditor borclarının vəziyyəti və hərəkətini qiymətləndirmək üçün mühasibat balansına dair əlavənin analitik imkanlarını xarakterizə etmək.

  5. 5 N-li formanın məlumatları üzrə ETTKİ-nə və təbii resursların mənimsənilməsinə xərclər anlayışı və növlərini, onların təhlilinin məzmununu xarakterizə etmək.

  6. Müəssisənin üdcədən aldığı məqsədli vəsait və kreditin təhlilinin aparılması üçün 5 N-li formanın analitik imkanlarını xarakterizə etmək.

  7. Test tapşırıqlarını yerinə yetirmək və məsələlərin həlli.

Mövzu 8. Təsərrüfat fəaliyyətinin nəticələrinin kompleks təhlili.

Mühasibat hesabatının məlumatları üzrə müəssisələrin və

Onların maliyyə vəziyyətinin qiymətləndirilməsi




  1. Suallar üzrə şifahi söhbət (müsahibə)




  1. Müəssisənin təsərrüfat fəaliyyətinin nəticələrinin kompleks təhlili və qiymətləndirməsinin mahiyyəti və məzmununu açıqlayın.

  2. Müəssisənin təsərrüfat fəaliyyətinin nəticələrinin kompleks qiymətləndirmə metodlarını sadalayın və xarakterizə edin.

  3. Müəssisəni maliyyə vəziyyətinin reytinq qiymətləndirmə metodikasının məzmunu və praktiki əhəmiyyətini xarakterizə edin.

  4. Borc alanın krediti ödəmə qabiliyyəti anlayışını və onun qiymətləndirmə meyarlarını açıqlayın.




  1. Test tapşırıqlarını yerinə yetirmək və məsələnin həlli

Mövzu 9. Seqment hesabatının təhlili




  1. Suallar üzrə şifahi müsahibə

  1. Biznesin seqmenti anlayışı.

  2. Biznesin ayrı-ayrı seqmentləri haqqında informasiyaların əks etdirilməsinin zəruriliyi.

  3. Biznesin ayrı-ayrı seqmentlərinin ayrılmasının miqdar kriteriyaları və ayrı-ayrı seqmentin ayrılması haqqında qərarın əsaslandırılması zamanı əmələ gələn problemlər.

  4. Seqmentlər haqqında ilkin və təkrar informasiyaların tərkibi.

  5. Seqmentin gəlirləri , xərcləri, aktivləri və öhdəliklərinin tərkibi.

2.Test tapşırıqlarının yerinə yetirilməsi


Mövzu 10. Konsolidə edilmiş (birləşdirilmiş) hesabatların təhlili
1.Suallar üzrə şifahi müsahibə


  1. Mühasibat hesabatının konsolidə edilmiş (birləşdirilmiş) hesabatın əhəmiyyəti və tətbiq sahəsi.

  2. Konsolidə edilmiş (birləşdirilmiş) mühasibat hesabatlarının formalaşma qaydasını tənzimləyən normativ aktlar.

  3. Konsolidə edilmiş mühasibat hesabatlarının əsas hazırlanma prinsipləri.

  4. Konsolidə edilmiş mühasibat hesabatlarının tərtib edilmə metodlarının xarakteristikası.

  5. İcmal və konsolidə edilmiş mühasibat hesabatlarının fərqli cəhətləri.




  1. Test tapşırıqlarının yerinə yetirilməsi.




    1. Tələbələrin müstəqil işləri




  1. Tematik suallar üzrə mühazirə və təcrübə məşğələlərinə dair hazırlıq.

  2. Kursun əsas mövzuları üzrə məsələnin həlli.




  1. Biliyi artıran texnologiya

Dərslərin aparılması zamanı təhsilin aktiv və interaktiv formasından (konkret vəziyyətin araşdırılması, fənnin ayrı-ayrı bölmələrinin müzakirəsi, təcrübə əlaqəsi, iş oyunları, zehni həmlə) istifadə etmək lazımdır. Bu, auditoriyadankənar işlərlə uyğunlaşdırmada təhsil alanın peşəkarlıq təcrübəsinin formalaşması və inkişafına kömək edir. İnteraktiv formalarda aparılan dərslərin xüsusi çəkisi proqrammanın əsas məqsədi (vəzifəsi) ilə, xüsusilə öyrənənlərin kontingenti və konkret fənnin məzmunu ilə və bütünlükdə tədris prosesində onlar auditoriya dərslərinin 30 %-dən az təşkil etməməlidir. Tələbələrin müvafiq qrupları üçün mühazirə tipli dərslər auditoriya dərslərinin 50 %-dən çox olmamalıdır.



: img -> page -> tmp
tmp -> Mövzu fəLSƏFƏ onun predmeti, problem dairəsi və CƏmiyyəTDƏ rolu
tmp -> Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti plan mədəniyyətin sosioloji anlayışı Mədəniyyətin Elementləri
tmp -> Azərbaycan döVLƏt aqrar universiteti MÜHƏNDİSLİk fakultəSİ HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ kafedrası
tmp -> Mövzu Dövlət və hüququn Plan
tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"
tmp -> Dos. Azad Mustafa oğlu Bayramov Azərbaycan Dövlət Aqrar Universiteti İctimai elmlər və Multikulturalizm kafedrası
tmp -> Mühazirənin planı: Maddələrin qruluşu və xassəsi Süni və təbii radioaktivlik
tmp -> 27 aprel 2017-ci IL tariXLİ İclasinin protokolundan çixariş EŞ 09 1
tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə