Maliyyə Hesabatları üzrə Konseptual Əsaslar



Yüklə 300,1 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix26.05.2018
ölçüsü300,1 Kb.
#46394
  1   2   3   4   5   6   7   8   9   10


 

 

Maliyyə Hesabatları üzrə Konseptual Əsaslar 



 

Konseptual  Əsaslar  MUBSŞ  tərəfindən  2010-cu  ilin  sentyabrında  buraxılmışdır.  O,  Maliyyə  Hesabatlarının 

Hazırlanması və Təqdim Olunması Üzrə Əsasları əvəz edir.  

 



Konseptual Əsaslar 

©



 IFRS Foundation 

 

M



ÜNDƏRİCAT

 

maddələr 

 

 

 

ÖN SÖZ  

   

 

MALİYYƏ HESABATLARI ÜZRƏ KONSEPTUAL ƏSASLAR

 

   

 

GİRİŞ

 

   

 

Məqsəd və 

status 

   

 

Tətbiq sahəsi

 

   

 

MÖVZULAR 

   

 



Ümumi təyinatlı maliyyə hesabatlarının məqsədi

 

OB1   

 



Hesabat verən müəssisə gələcəkdə əlavə ediləcək

 

   

 



Faydalı maliyyə məlumatının keyfiyyət xüsusiyyətləri

 

QC1   

 



Əsaslar

 (1989-cu il): 

mətnin

 qalan 

hissəsi

 

4.1   

 

AŞAĞIDA SADALANANLAR ÜZRƏ MÜŞAYİƏTEDİCİ SƏNƏDLƏR ÜÇÜN BU NƏŞRİN B SAYLI 

HİSSƏSİNƏ BAXIN

 

 

 

2010-

CU İL KONSEPTUAL ƏSASLARININ

 

ŞURA TƏRƏFİNDƏN TƏSDİQ EDİLMƏSİ 

 

   

 

1-



 



 3-

CÜ MÖVZULAR ÜZRƏ NƏTİCƏLƏR ÜÇÜN ƏSAS

 

   

 

UYĞUNLUQ CƏDVƏLİ

 

   

 



 

Konseptual 

Əsaslar 

 

©



 IFRS Foundation 

3

 



Ön söz 

Mühasibat  Uçotunun  Beynəlxalq  Standartları  Şurası  hazırda  öz  konseptual  əsaslarını  yeniləmə  prosesindədir.  Bu 

konseptual əsaslar üzrə layihə mərhələlər üzrə aparılır. 

Mövzu tamamlandıqca, 1989-cu ildə dərc olunmuş Maliyyə Hesabatlarının Hazırlanması və Təqdim Olunması üzrə 



Əsaslarındakı  müvafiq  maddələr  yenisi  ilə  əvəz  olunacaq.  Konseptual  Əsaslar  üzrə  layihə  tamamlandıqda,  Şura, 

Maliyyə Hesabatları üzrə Konseptual Əsaslar adlı, tamam, geniş əhatəli və yeganə bir sənədə malik olacaq. 

Konseptual Əsasların bu versiyasına Şuranın konseptual əsaslar üzrə layihəsinin birinci mərhələsi nəticəsində dərc 

etdiyi  ilk  iki mövzu -  Mövzu 1 



Ümumi  təyinatlı  maliyyə  hesabatlarının  məqsədi  və  Mövzu  3  Faydalı  maliyyə 

məlumatının keyfiyyət xüsusiyyətləri daxildir. Mövzu 2 hesabat verən müəssisə konsepsiyasından bəhs edir. Şura bu 

mövzu üzrə ekspozisiya layihəsini şərh müddəti 16 iyul 2010-cu ildə bitməklə 2010-cu ilin martında dərc etmişdir. 

Mövzu 4-

də Əsasların (1989-cu il) yerdə qalan mətni yer almışdır. Bu nəşrin sonundakı uyğunluq cədvəli, Konseptual 



Əsasların (2010-cu il) tərkibi ilə əvvəlki  Əsasların (1989-cu il) tərkibinin necə uyğunlaşmasını göstərir. 

 



Konseptual Əsaslar 

©



 IFRS Foundation 

 

Giriş  hissə  əvvəlki  Əsaslarda  (1989-cu  il)  olduğu  kimi  saxlanılmışdır.  Bu,  MUBSŞ-nın  Konseptual  Əsasların 



məqsədini nəzərə alan zaman yenilənəcəkdir. O vaxta qədər isə, Konseptual Əsasların məqsədi və statusu eynilə əvvəlki 

kimi olaraq qalır. 

 

Giriş 

 

Dünyadakı bir çox qurumlar tərəfindən kənar istifadəçilər üçün maliyyə hesabatları hazırlanır və təqdim edilir. Belə 

maliyyə hesabatlarının müxtəlif ölkələrdə oxşar görünməsinə baxmayaraq, çox güman ki, sosial, iqtisadi və hüquqi 

vəziyyətlərdə  müxtəlifliklərin səbəb olduğu fərqlər və bir çox ölkələrdə  milli tələblərin müəyyən edilməsi zamanı 

maliyyə hesabatları istifadçilərinin tələblərindən irəli gələn fərqlər mövcuddur. 

Bu kimi müxtəlif vəziyyətlər maliyyə hesabatları elementlərinin müxtəlif anlayışlarının istifadəsinə yol açıb. Məsələn, 

aktivlər, öhdəliklər, kapital, gəlir və xərclər.  Bunlar həmçinin maliyyə hesabatlarında maddələrin tanınması zamanı 

müxtəlif meyarların istifadəsinə və qiymətləndirmə zamanı fərqli əsaslara üstünlük verilməsinə gətirib çıxarıb. Bu, 

maliyyə hesabatlarının tətbiqi sahəsinə və onlardakı məlumat açıqlamalarına da öz təsirini göstərmişdir. 

Mühasibat Uçotunun Beynəlxalq Standartları Komitəsi maliyyə hesabatlarının hazırlanması  və təqdim olunması ilə 

bağlı  qaydaların,  mühasibat  uçotu  standartlarının  və  prosedurların  bir-birinə  uyğunlaşdırılması  məqsədilə  bu 

fərqliliklərin azaldılmasına çalışır. O inanır ki, daha yaxşı uyğunlaşdırmaya iqtisadi qərarların qəbul edilməsində faydalı 

olan informasiyanı təmin etmək məqsədilə hazırlanan maliyyə hesabatları üzərində fikirləri cəmləməklə daha çox nail 

oluna bilər. 

Şura inanır ki, bu məqsədlə hazırlanan maliyyə hesabatları əksər istifadəçilərin ümumi ehtiyaclarına cavab verir. Ona 

görə ki, demək olar bütün istifadəçilər iqtisadi qərarlar qəbul edirlər, məsələn: 

(a) 

səhm investisiyasını nə zaman almaq, saxlamaq yaxud satmaq barədə; 



(b) 

rəhbərliyin idarəetmə qabiliyyətini və ya hesabatlılığını qiymətləndirmək barədə; 

(c) 

qurumun öz işçilərinə ödənişlər etmək və digər mükfatlarla təmin etmək imkanını qiymətləndirmək barədə;  



(d) 

müəssisəyə borc olaraq verilmiş məbləğlər üzrə zəmanətləri qiymətləndirmək barədə; 

(e) 

vergiqoyma siyasətlərini müəyyən etmək barədə; 



(f) 

bölüşdürülə bilən mənfəət və dividendlərin müəyyən edilməsi barədə;  

(g) 

milli gəlir statistikasının hazırlanması və istifadəsi barədə; və ya  



(h) 

qurumun fəaliyyətinin tənzimlənməsi barədə. 

 

Şura, bununla belə, qəbul edir ki, hökumətlər xüsusi olaraq öz məqsədləri üçün fərqli və ya əlavə tələblər müəyyən edə 



bilərlər.  Bu  tələblər,  bununla  belə,  digər  istifadəçilərin  ehtiyaclarını  qarşıladığı  hal  istisna  olmaqla,  həmin  digər 

istifadəçilərin səmərəsi üçün dərc olunmuş maliyyə hesabatlarına təsir etməməlidir. 

Maliyyə  hesabatları,  bir  qayda  olaraq,  bərpa  edilə  bilən  ilkin  dəyər  və  nominal  maliyyə  kapitalının  saxlanılması 

konsepsiyasına əsaslanan muhasibat uçotu modelinə uyğun olaraq hazırlanır. Digər modellər və konsepsiyalar iqtisadi 

qərarların  qəbul  edilməsi  üçün  faydalı  olan  informasiyanın  təmin  edilməsi  məqsədi  baxımından  uyğun  ola  bilər, 

baxmayaraq ki, hal-

hazırda bu dəyişikliklərlə bağlı heç bir ümumi razılıq  yoxdur. Mövcud Konseptual  Əsaslar elə 

işlənib  hazırlanıb  ki,  o,  geniş  miqyasda  mühasibat  uçotu  modellərinə  və  kapital  və  kapitalın  saxlanılması  üzrə 

konsepsiyalara tətbiq oluna bilər. 



Yüklə 300,1 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə