Manatın ad günü



Yüklə 9,49 Kb.

tarix26.10.2017
ölçüsü9,49 Kb.

background image
Manatın ad günü 

 

Azərbaycan XX əsrin sonunda öz dövlət müstəqilliyini bərpa edəndən sonra 1992-ci il 



avqustun 15-də milli valyutamız - manat dövriyyəyə buraxılmışdır. İlk mərhələdə 1, 10 və 250 

manatlıq əskinaslar, noyabrda isə 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrda 5 manatlıq əskinas, 

1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq kağız əskinaslar dövriyyəyə buraxıldı. 

Azərbaycan Respublikasının 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap 

edilmişdi. 

1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat : 

10 rubl nisbətində rublla paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunurdu. 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli «Azərbaycan 

Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması 

haqqında» fərmanı ilə Azərbaycanın rubl zonasından çıxması təmin edildi. Bununla da Mərkəzi 

Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirmək imkanı əldə etdi ki, bu siyasətin də müsbət 

nəticələri qısa müddətdə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verdi. 

Ölkə ərazisində manatın yeganə ödəniş vasitəsi olması 1995-ci ilin noyabrın 12-də ümumxalq 

səsverməsi yolu ilə keçirilmiş referendumda qəbul olunmuş Konstitusiya aktı ilə bir daha öz 

təsdiqini tapdı. Konstitusiyamızın 19-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının pul vahidi 

manatdır və ölkənin ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsinə 

yol verilmir.  Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan 

tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə 10.000 manatlıq, 1996-cı ildə isə 50.000 

manatlıq əskinaslar çap etdirilərək dövriyyəyə buraxıldı. 

Ümumikdə, Azərbaycan Respublikasının Milli Bankı tərəfindən ölkə iqtisadiyyatının nağd pula 

olan tələbatının ödənilməsi məqsədilə 1992-2005-ci illər ərzində 5 trilyon 238 milyard manat 

həcmində 692,5 milyon ədəd əskinas istehsal olunaraq dövriyyəyə buraxılmışdır. Köhnə nominallı 

pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olmuş və denominasiya çərçivəsində dövriyyədən 

geri yığılmışdır. 

Prezident İlham Əliyev tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış «Azərbaycan 

Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi 

(denominasiyası) haqqında» fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən yeni manata keçidlə 

əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutuldu. AZM və AZN-in birgə 1 il ərzində - 

2006-cı ildə dövriyyədə oldu və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin 

edildi.  

Denominasiya prosesində tədavülə yeni nəsil pul nişanlarının buraxılmasının əsas məqsədi 

manatın nominal məzənnəsinin dünyanın aparıcı valyutalarının məzənnələrinə uyğun 

formalaşdırmaq, milli pul nişanlarının dizaynını, mühafizəsini, nominal strukturunu beynəlxalq 

standartlara uyğunlaşdırmaq, məzənnə və qiymətlər miqyasını optimallaşdırmaq, uçot və 

hesablaşma sistemini sadələşdirməkdən ibarət idi. Bununla yanaşı, yeni nəsil pul nişanlarına keçid 

pul nişanlarında milli və tarixi ənənələrin daha qabarıq ifadə edilməsini, ölkədə pul dövriyyəsinin 

yaxşılaşdırılmasını, o cümlədən nağd pulun istehsalı, daşınması, saxlanması və emalı ilə bağlı 

dövlət xərclərinə qənaət edilməsini təmin etdi... 



 

 

: vergiler -> upload -> File
File -> Xülasə Tədqiqatın məqsədi ni müasir qloballaşma şəraitində nüvə energetikasının özəl
File -> Üç meyvədən biri
File -> Elektron ticarət Akif Musayev
File -> «Yaşıl vergi» siyasəti və ekoloji inkişaf
File -> İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə
File -> Aktivin son qalıq dəyərinin təyin olunması Qulu Soltanov
File -> Xülasə Tədqiqatın məqsədini müasir qloballaşma şəraitində Azərbaycan iqtisadiyyatının
File -> Xülasə Tədqiqatın məqsədi müəssisənin diversifikasiyasi strategiyasının konseptual
File -> Xülasə Tədqiqatın məqsədini son 30 ildə baş vermiş qlobal maliyyə böhranlarının sə
File -> Xülasə Tədqiqatın məqsədi vergi stimullaşdırılması sahəsində azad iqtisadi zonaların


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə