Maqnetizm haqqında ümumi anlayış



Yüklə 17,89 Kb.
tarix26.05.2022
ölçüsü17,89 Kb.
#88080
Maqnitlənmənin növləri




Maqnetizm haqqında ümumi anlayış

Maqnitizm - maddənin qarşılıqlı təsirinin xüsusi formasıdır. Bu, hərəkətdə olan yüklü hiss əciklərin qarşılıqlı təsiridir. Maqnit kütləsi, yaxud maqnit miqdarı adlı məfhum təbiətdə yoxdur. Fiziki cisimin maqnit xassəsi dedikdə yüklü hissəciklərin hərəkəti zamanı müxtəlif elektrik cərəyanlarının hesabına yaranması başa düşülür (Amper fərziyyəsi). Bunu elektronun yaratdığı maqnit sah əsi ilə göstərmək olar. Mənfi yükə malik olan elektron atomda nüvə ətrafında müəyyən orbitdə fırlanaraq orbital maqnit momenti yaradır. Bunun ən kiçik qiym əti n=1 birinci orbitdə olur.



ћ-Plank sabiti, m isə elektronun kütləsi, e-yüküdür. ћ =h/2 π
Elektron həm də öz oxu ətrafında fırlanaraq spin momenti yaradır. Beləliklə, görürük ki, maqnetizm təbiətin universal hadisəsidir. Spin momentinə bütün mikro hissəciklər, o cümlədən müsbət yüklü hissəciklər, hətta elektrik yükünə malik olmayan neytronlar da malikdir.
Maqnit sahəsi nədir - Fəzada maqnetizmin yaratdığı qüvvənin təsir etdiyi sahədir. Sükunətd ə olan yüklü zərrəciklər arasında qravitasiya cazibəsi, elektrik sahəsi və itələmə sahəsi mövcud olduğundan, yüklü zərrəciklərin qarşılıqlı yerdəyişməsi mövcuddur, onda həm qravitasiya, həm də elektrik qüvvəsi dəyişərək əlavə bir qarşılıqlı təsir- elektromaqnit sahəsini yaradacaq. Elektromaqnit sahənin ən vacib xüsusiyyəti ondan ibarətdir ki, elektrik sahəsi dəyişdikdə maqnit sahəsidə dəyişir və əksinə hər hansı bir elektrik yükü və sabit cərəyan axan naqil hər hansı bir inersial sistemdə sabitdirsə, başqa bir inersial sistemdə bu dəyişəndir, nəticə ə maqnit sahəsi yaranır. Ona görə də sabit maqnit sah əsində sabit cərəyan axan naqil hərəkətedirsə, onda hər bir nöqtədə onun yaratdığı maqnit sahəsi dəyişəcək və burulğanlı elektrik cərəyanı yaranacaqdır.


Maqnitlənmənin növləri

Süxurlar maqnit xüsusiyyətinə görə 3 qrupa bölünürlər : diamaqnitlər, paramaqnitlər və ferromaqnitlər. Diamaqnit və paramaqnitlər çox zəif maqnit xüsusiyyətinə malikdirlər.


Bütün cisimlər xarici maqnit sahəsində orbital və spin momentlərinə təsir edir və bu cisimlərdə diamaqnit effekti yaranır, bu Faradeyin elektromaqnit induksiya qanununa əsaslanır.
Əgər cisim sıfırdan fərqli maqnit momentinə malikdirsə xarici sahə bunu öz istiqamətində çevirir və müsbət maqnit momenti yaradır, buna paramaqnitlər deyilir.
Ferromaqnitiərdə atomlar arasında özünə məxsus qarşılıqlı təsir nəticəsində maqnit momentləri spontan olaraq nizamlı bir istiqamətə paralel olaraq düzülürlər və qalıq maqnitlənməyə malik olurlar.
Antiferromaqnitlərdə atomun maqnit momenti antiparalel olurlar, əks istiqam ətdə yönəlmələr şahmat qaydası ilə düzülürlər, spontan maqnitlənməyə malik olmurlar. Ferrimaqnitlərdə antiferromaqnitlərdə olduğu kimi atomun maqnit momenti antiparalel olur. Bu anti paralellik tam yox bir hissəsi qarşılıqlı tarazlaşır müvazinətləşir nəticə etibarı ilə maqnitlik ferromaqnitlərə nisbətən az olur.
Maqnit vektoru sadə düsturla ifadə olunur
I=χ H
Burada H- hal-hazırda təsir edən maqnit sahəsinin gərginliyidir.
χ - maqnit qavrayıcılığıdır. Bu əmsal diamaqnitlər üçün χ≤0 (10-6 SQS), paramaqnitlər üçün χ>0(10-6 - 10-4SQS). Bpara və diomaqnitlər süxurların maqnetizminin öyrənilməsində elə də pol oynamır.
Əsasən süxurların maqnir/x. Öyrənmək üçün ferromaqnit mineralları olan süxurlardan istifadə olunur.
Cisimlər aşğıdakı qalıq maqnitlənmələrə malik olurlar: izotermik (yəni sabit temperaturda ani əldə olunan maqnitlənmə), temperatur (sabit maqnit sah əsində Küri tempraturundan aşağı tempratura qədər soyuma zamanı əldə olunur), ideal (sabit maqnit sahəsində dəyişən maqnit sahəsi ilə təsir edildikdə əldə olunur), kimyəvi (sabit maqnit sahəsində kimyavi reaksiya zamanı və mineralın yenidən kristallaşması zamanı əldə olunur), vyazki (ğzlüklü) maqnitlənmə (uzun müddət sabit maqnit sahəsində qalmaqla əldə olunan maqnitlənmə), İstiqamətlənmiş maqnitlənmə - qalıq maqnitlənməyə malik olan hissəciklərin maqnit momenti təsir edən sahə istiqamətində istiqamətlənərək qalıq maqnitlənmə əmələ gətirir və istiqamətlənmiş maqnitlənmə adlanır.
Yüklə 17,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə