|
“marketinqin əsaslari” fənni üzrə test tapşırıqları Düzgün cavablar “A” bəndindədir Müəllim: Babakişiyeva Sevinc F Tətbiq edilmə sahəsinə görə marketinq formalarıMarketinqin əsasları (1)
16. Tətbiq edilmə sahəsinə görə marketinq formaları:
A) Məhsullar, ixrac, xidmət və qeyri kommersiya marketinq formaları
B) Daxili, beynəlxalq, sinxron və əks təsirli marketinq formaları
C) İrrasional, konversiya, ixrac marketinq formaları
D) Sabitləşdirici, remarketinq, demarketinq formaları
E) Xarici əks təsirli inkişaf edən marketinq formaları
17. İqtisadiyyatın əhatə olunma dərəcəsinə görə marketinq formaları:
A) Mikromarketinq, makromarketinq
B) İrrasional marketinq
C) Məhsullar marketinqi
D) Fərqləndirilmiş marketinq
E) Təmərküzləşdirilmiş marketinq
18. Bazar seqmentinin əhatə olunma dərəcəsinə görə marketinq formaları:
A) Diferensiallaşdirilmamış və diferensiallaşdırılmış marketinq
B) Konversiya və həvəsləndirici marketinq
C) Fərqləndirilməmiş marketinq, kütləvi marketinq
D) Məhsullar marketinqi, xidmətlər marketinqi
E) Mikromarketinq, makromarketinq
19. Demarketinqin fəaliyyəti nədən ibarətdir:
A) Tələbatın həcmini azaltmaq
B) Qiymətləri aşağı salmaq
C) Müştərilərlə münasibətlərin idarə olunması
D) Bazarı kiçik alıcı qruplarına bölmək
E) Müxtəlif regionlarda məhsul satışı ilə məşğul olmaq
20. Konversiya marketinqi:
A) Tələb neqativdir
B) Tələb formalaşıb
C) Tələb azdır
D) Tələb dəyişkəndir
E) Tələb çoxdur
21. Sinxron marketinq:
A) Tələb dəyişkəndir
B) Tələb çoxdur
C) Tələb azdır
D)Tələb neqativdir
E) Tələb formalaşıb
22. Marketinqin prinsiplərinə aiddir:
A) İstehlakçıya istiqamətlənmə, çeviklik, prespektivlik
B) Məhsulların keyfiyyətinin yüksəldilməsi
C) Müştəri məlumat bazasının yaradılması
D) Marketinq mütəxəsislərinin hazırlanması
E) Marketinq tədqiqatlarının aparılması
|
|
|