Mart 2017-ci IL, çərşənbə axşamı



Yüklə 78,43 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü78,43 Kb.
#31670


9

7 mart 2017-ci il, çərşənbə axşamı

 

ˆ

1920-ci ildə  Azərbaycanın sovet qoşunları tərəfindən işğal 



edilməsindən sonra  baş vermiş milli hərəkatı öyrənərkən müəyyən 

mətləblər üzə çıxır. Məlum olur ki, bu xalq heç də işğalla asanlıqla 

barışmamış və heç bir beynəlxalq dəstək olmadan öz gücünü 

ortaya qoyaraq, milli hökumətinin devrilməsinə etirazını silahla 

bildirmişdir. Gəncə üsyanı barədə kifayət qədər yazılıb, ictimaiyyətə 

məlumat verilmişdir. Lakin bu üsyanın önündə gedən şəxslər barədə 

cəmiyyətimizdə kifayət qədər məlumat yoxdur. Bəs üsyanı kimlər 

idarə edirdi? Üsyanı idarə edən azman kişilər arasında bir nəfərin 

adı xüsusilə çəkilirdi. Cümhuriyyət ordusunun polkovniki, üsyanın 

ideoloqu, milli mühacirətimizin tanınmış liderilərindən biri, Polşa 

Ordusunun diviziya komandiri və nəhayət, sovet əks-kəşfiyyatının 

uzun illər izinə düşdüyü bu 

görkəmli şəxsiyyət kimdir? 

Mübarizə ilə dolu həyat yaşamış, 

fədakarlıq mücəssəməsi olmuş 

alovlu vətənpərvər Cahangir bəy 

Kazımbəyli o şəxsiyyətlərdəndir 

ki, cümhuriyyət tarixi irsimizi 

öyrənərkən bu adın üzərində xüsusi 

dayanmağa, onun xidmətlərini 

öyrənməyə ehtiyac var.

Dosye: 

Cahangir bəy Kazımbəyli 1888-ci 

ildə Gəncə şəhərində anadan olmuşdur. 

Öncə Gəncə gimnaziyasında təhsil almış, 

sonradan Peterburqdakı hərbi məktəbi 

müvəffəqiyyətlə bitirmişdir. Çar Rusi-

yası ordusu sıralarında Birinci dünya 

müharibəsində (1914-1918-ci illərdə) 

iştirak etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti 

elan olunduqdan sonra (1918-ci il) Milli 

Orduda xidmətə başlayan Cahangir bəy 

Kazımbəyli 1920-ci ilin əvvəllərində 

3-cü Şəki süvari alayının komandiri təyin 

olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti 

ordusunun təchizat rəisi, general-mayor 

Məhəmməd Mirzə Qacarın, 1-ci piya-

da diviziyasının komandiri, general-

mayor Cavad bəy Şıxlinskinin, süvari 

diviziyanın komandiri, general-mayor 

Teymur bəy Novruzovun 1920-ci il Gəncə 

üsyanının təşkilinə cəlb edilmələrində 

Cahangir bəy Kazımbəylinin böyük 

rolu olmuşdur. Gəncə üsyanına başçılıq 

etmiş, döyüşlərdə şəxsən iştirak etmiş, 

yaralanmış və üsyan yatırıldıqdan sonra 

müsavatçıların köməyi ilə Türkiyəyə 

qaçırılmışdır. Oradan ABŞ-a köçmüş və 

1955-ci ildə sovet əks-kəşfiyyatı tərəfindən 

qətlə yetirilmişdir.

Böyük istiqlal təbliğatçısı

C. Kazımbəyli milli dirənişin 

davam etməsini, istiqlalın təhvil 

verilməsini və bundan əlavə, 

bolşeviklərin verdikləri sözlərə xilaf 

çıxmalarını heç cür qəbul etmirdi. 

Azərbaycan istiqlal ideyalarının yo-

rulmaz təbliğatçısı olan Cahangir bəy 

heç bir vəchlə sovet-bolşevik əsarətini 

qəbul etmir, buna qarşı bütün xalqın 

birləşməyinin zəruriliyini qeyd edir-

di. O, bir istiqlal carçısı idi. Gəncədə 

indi də 1920-ci il üsyanının rəhbəri, 

ideoloqu kimi xatırlanır. C.Kazımbəyli, 

Gəncə üsyanının gedişatını, gəncəlilərin 

bu möhtəşəm silahlı müqavimətini 

layiqincə qələmə almış, xatirələrini 

yazmışdır. Onun xatirələrini oxuyarkən, 

qələmə aldığı hərarətli fikirlər hər 

bir azərbaycanlının milli duyğuları-

nı körükləyir. C. Kazımbəyli üsya-

nın başlaması tarixini milli istiqlal 

günümüzlə eyni günə təsadüf etməsinin 

zəruriliyindən bəhs edərək yazırdı:

“Biz tələf olarıq, lakin düşmən 

də qalib gəlmədən öncə yüzlərlə və 

minlərlə ölüsünün cəsədləri üzərindən 

yürüsün. 28 May yalnız milli is-

tiqlalımızın elan günü kimi deyil, 

Vətən uğrunda şəhid verdiyimiz gün 

kimi də tariximizə yazılmalıdı... 28 

May günündə düşmənə cavabımız 

ruhumuzun yüksəkliyinin, mənəvi 

qalibiyyətimizin simvolu olacaqdır”. 

C. Kazımbəylinin gəncəliləri 

və bütövlükdə bütün Azərbaycanı 

bolşeviklərə qarşı üsyana çağırması 

tezliklə öz bəhrəsini verir. Şübhəsiz ki, 

onun odlu-alovlu çıxışları, təşkilatçılıq 

missiyasını öz üzərinə götürməsi nəinki 

soydaşlarımızı, hətta keçmiş Milli 

Ordunun zabitlərini, generallarını da 

mübarizəyə qalxmağa sövq edir.

Üsyankar gəncəlilər və 

qətiyyətli rəhbər

Gəncə üsyanına bir qığılcım lazım 

idi. Əhali rus-sovet məmurlarının özba-

şına hərəkətlərini həzm etmək niyyətində 

deyildi. Milli ruhu yüksək olan və 

hələ də cümhuriyyətin devrilməsini 

qəbul etməyən gəncəlilərə qətiyyətli 

və təşkilatçılıq qabiliyyəti olan rəhbər 

lazım idi. Belə bir rəhbər isə artıq var 

idi. Cahangir bəy öz xatirələrində yazır: 

“ Mayın 25-i səhər saat 6-da üsyanın 

gələcək planını müzakirə etmək üçün 

ümumi yığıncaq çağırdım. Adyutantımı 

1-ci Azərbaycan diviziyasının koman-

diri, general Cavad bəy Şıxlinskinin, 

baş intendant, Azərbaycan Ordusunun 

generalı Məhəmməd Mirzə Qacarın və 

diviziya komandiri, general Teymur bəy 

Novruzovun dalınca göndərdim. Əvvəlki 

2 general adyutantın müşayiəti ilə 

gəldilər. Teymur bəy Novruzov isə evdə 

tapılmadı. Qərargaha gələn generalları 

toplantı iştirakçıları hərarətlə qarşıladı.  

Mən küçəyə toplanan izdihamı güclə 

sakitləşdirdim. Bu yığıncaqda ümumi 

rəhbərlik və yerli hakimiyyət orqanla-

rının təşkili Məhəmməd Mirzə Qacara 

həvalə olundu. General Şıxlinskiyə 

artilleriyaçı kimi bolşeviklərdən qənimət 

götürülmüş artilleriyanı və bolşeviklər 

tərəfindən korlanmış Azərbaycan artille-

riyasını hazırlamaq və artrilleriyaçılara 

ümumi rəhbərlik tapşırıldı... Mənə isə 

öz polkuma və partizan dəstələrimə 

rəhbərlik etmək tapşırıldı.” 

Beləliklə, gəncəlilər artıq üsya-

na qalxmaq üçün hazır vəziyyətdə 

idilər. Cümhuriyyətin ilk paytaxtı, 

“Difai” təşkilatının əsas mərkəzi 

olan bu şəhərdə milli ruh çox yüksək 

idi və həm də bolşeviklər hələ bura-

da tam möhkəmlənməmişdi. Onlara 

qətiyyətli rəhbər, ətrafında peşəkar hərbi 

mütəxəssislər olan hərbi işi bilən, dünya 

işlərində baş çıxaran adam lazım idi. 

Belə rəhbər isə artıq var idi. 

Beləliklə, bolşeviklərin işğalı ilə 

heç cür barışmayan gəncəlilər üsyana 

qalxırlar. İlk olaraq bütün şəhərin strateji 

nöqtələri ələ keçirilir. Bolşevik dəstələri 

məğlub edilir, üsyançılar 1200 bolşevik 

əsgərini əsir götürürlər. Köməyə gələn 

milis dəstələri darmadağın edilir. 3 iyun 

1920-ci il Xalq Daxili İşlər Komissarlığı 

Şöbəsinin Bakıya göndərdiyi raportda 

yazılırdı:

“18 mayda fövqəladə komissar 

Həmid Sultanov 6 təlimatçı ilə birgə 

Gəncəyə gəlib. 25 may, gecə saat 

3-də bir artilleriya atəşindən sonra 

üsyan başlanıb. Səhər saat 5-də İn-

qilab Komitəsinin təlimatçıları və 

dövlət işçiləri küçəyə çıxdıqda tutulub 

həbsxanaya doldurulmuşlar. Həmin vaxt 

şəhərdə şiddətli mübarizə gedirmiş. Üs-

yançıların başında general Şıxlinski, pol-

kovnik Kazımbəyli, şahzadə Məhəmməd 

Mirzə, Xoyski qardaşları, tanınmış 

Qəmbər və Ələkbər və III Gəncə alayının 

əsgərləri dururdular.”  

Xanlar Bayramov özünün “Gəncə 

üsyanı” kitabında yazır ki,  mayın 29-da 

yağan leysan yağışlar hər iki tərəfin 

vəziyyətini çətinləşdirsə də, bolşeviklərə 

gələn əlavə qüvvələr onları vəziyyətdən 

çıxarıb. Bolşeviklərin tabeliyindəki 

178-ci alay bu vəziyyətdən istifadə edib 

müsəlmanlar yaşayan tərəfə hücuma 

keçmək istədikdə üsyançıların üç pulem-

yotçusu tərəfindən atəşə tutulurlar. Onlar-

ca bolşevik əsgəri suda boğularaq ölür və 

həmin gün onlar geri çəkilir. Bunu görən 

bolşevik qoşunlarının komandiri Velika-

nov 179-cu alayı da onların köməyinə 

göndərmişdir. Mayın 31-də bütün cinah-

lardan hücuma keçən bolşeviklər şəhəri 

güclü top atəşinə tuturlar. Üsyançılar son 

nəfəsədək döyüşürdülər. Hər küçə, hər ev 

uğrunda döyüş gedirdi. Gəncə üsyanı-

nın iştirakçısı, bolşeviklərə uzun illər 

qaçaq hərəkatı ilə müqavimət göstərmiş 

samuxlu Qaçaq Məmmədqasım da öz 

xatirələrində üsyana rəhbərliyi Ca-

hangir bəy Kazımbəylinin etdiyini 

bildirir və hadisələrdə onun özünə 250 

nəfərlik dəstəsi ilə “Dördyol” deyilən 

ərazinin qorunmasının tapşırıldığını 

qeyd edir. Qaçaq Məmmədqasım da 

Gəncə hadisələrində ermənilərin xüsusi 

canfəşanlığını qeyd edir və erməni 

məhəllələrində qərar tutan bolşevik 

qüvvələrinin vəhşiliklərindən söhbət açır. 

Gəncədə bolşeviklərə öldürücü 

zərbələr vuran istiqlal fədailəri, təəssüf 

ki, ölkənin müxtəlif hissələrindən,o 

cümlədən, Dağıstandan, Gürcüstandan 

gətirilən qızıl ordu hissələrinin köməyi 

ilə məğlub oldular. 



Cahangir bəy bolşeviklərin 

mühasirə xəttini yarır

Cahangir bəyin əsas məqsədi 

Gəncə ilə yanaşı, Qarabağda və digər 

bölgələrimizdə də üsyanın başlanmasına 

nail olmaq idi. Lakin onun  Qarabağa üs-

yan xəbərini çatdırmaq üçün göndərdiyi 

dəstələrin qarşısı bolşeviklər tərəfindən 

kəsilir. Şiddətli döyüşdə Cahangir bəyin 

Qarabağa yolladığı dəstənin üzvləri 

şəhid olur. Bu baxımdan Kazımbəylinin 

planları pozulur. Üsyançıların müdaifə 

halqasının getdikcə daraldığını görən Ca-

hangir bəy özü döyüşlərə şəxsən qatıla-

raq yaralanır. Bolşeviklərin amansızlığını 

və ermənilərin onlara dəstək verdiyini 

görən Cahangir bəy güclü hücum təşkil 

edərək bolşeviklərin mühasirə xəttini 

yarır.  Bu barədə Cahangir bəyin qaynı, 

general Hüseynqulu xan Xoyskinin 

oğlu Zahid xan Xoyski öz xatirələrində 

yazır: “Üsyan məğlub olanda – iyunun 

3-dən 4-nə keçən gecə, xalqı  qırğın-

dan  qorumaq üçün üsyanın rəhbəri 

mənim yeznəm, polkovnik Cahangir bəy 

Kazımbəyli XI ordunun  cənub cəbhəsini 

yarıb xalqın dağlara çəkilməsinə yardım 

etdi. Məni, anam Şirinbəyim xanımı, 

bacıları Sima və Validəni, 6 aylıq oğlu 

Abbası və qardaşım İsgəndər xanı 2 

faytonda 20 silahlı əsgərin müşayiətilə 

dağ yolları ilə Qazaxın Qıraq Kəsəmənli 

kəndinədək apardı..” Sonra Batuma, 

oradan da, gəmi ilə İstanbula gəldiklərini 

söyləyən Zahid xan Xoyskinin xatirələri 

o dövrün məşəqqətlərini və Cahangir bəy 

şəxsiyyətinin böyüklüyünü təsvir etməyə 

imkan verir. 

Marşal Pilsudskinin 

 

ordusunda

Gəncə üsyanında beynəlxalq 

ictimaiyyətin Azərbaycanın işğalına 

ciddi təpki göstərməməsi, bolşeviklərin 

Gəncədə törətdiyi qətliamlara göz yum-

ması, milətimizə qarşı laqeyd münasibət 

öz növbəsində Cahangir bəyin planla-

rına mənfi təsir göstərir. O, İstanbula 

köçdükdən sonra tanınmış milli diaspor 

nümayəndəsinə çevrilir. Qısa müddətdə 

bu şəhərdə yaşadıqdan sonra marşal 

Pilsudskinin dəvəti ilə Polşanın paytaxtı 

Varşava şəhərinə köçür. Hərbi xidmətini 

Polşa ordusunda davam etdirən Cahangir 

bəy 1939-cu ildə almanlara əsir düşür. 

Təsadüfən, yaralı yatdığı zaman uşaq-

lıq dostu, əslən Yelenendorfdan olan 

Emil Qut onu azad etdirir. “Prometey” 

cəmiyyətində istilaçılara qarşı mübarizədə 

həyat yoldaşı Vəliyə xanım Xoyski ilə 

birgə çalışır. Onlar birlikdə Azərbaycan 

dilində qəzet və jurnal nəşr etdirir, “Azəri-

türk” dərnəyini yaradırlar. 

Diaspor tariximizdə mühüm mərhələ 

olan qurultay keçirilir və 1943-cü ildə 

Berlində Dünya Azərbaycanlılarının ilk 

qurultayını açmaq ona həvalə olunur. 

Azərbaycan Xalq Cümhuriyyəti En-

siklopediyasının II cildində Cahangir 

bəy Kazımbəylinin diaspor fəaliyyəti 

haqqında qeyd olunur ki, həmin vaxt o, 

“ Milli Birlik Məclisi”nin rəhbərlərindən 

biri idi. C. Kazımbəylinin  alman ordusu-

nun generalı F. Düdənginski ilə də yaxın 

dostluq münasibətləri olub. AXC-nin 

banilərindən biri M. Ə. Rəsulzadə ilə 

də C. Kazımbəylinin səmimi görüşləri 

olmuş və bu görüşlərdə M. Vəkilov, X. 

Xasməmmədov, Ə. Şeyxülislamzadə, ge-

neral-mayor S. Ağabəyzadə və başqaları 

da iştirak etmiş, dəfələrlə onun qonağı 

olmuşlar.  C. Kazımbəyli həm də dövri 

mətbuatda fəal idi. Parisdə və Berlində 

çıxan “Azərbaycan” məcmuələrində, 

“Milli Birlik” jurnalında müntəzəm olaraq 

məqalələrlə çıxış edirdi.



Sovet əks-kəşfiyyatının

 

xain planı

C.Kazımbəyli həm Gəncə üsyanında 

bolşeviklərə ağır zərbələr vuran üsyanın 

əsas təşkilatçısı olması və eyni zamanda, 

Avropa ölkələrində antisovet çıxışları, 

məqalələri, fəaliyyəti, şübhəsiz ki, sovet 

xüsusi xidmət orqanlarının diqqətindən 

yayına  bilməzdi. Odur ki, İkinci dünya 

müharibəsindən sonra sovet əks-kəşfiyyatı 

tərəfindən izlənilən Cahangir bəy Misir 

kralı Fərruxun şəxsi köməyindən sonra 

Romada yaşamağa başlayır. 1954-cü ilin 

sonunda Münxendə “Azadlıq” radiosun-

da fəaliyyətə başlayan Kazımbəylinin 

dünya azərbaycanlılarını mübarizəyə 

səsləyən çağırışları yenidən düşmən tərəfi 

təcili tədbirlər görməyə vadar edir.  O, 

1955-ci ilin yazında sovet kəşfiyyatının 

əli ilə Berlində xaincəsinə qətlə yetirilir. 

Deyilənə görə o, bir qadının sifarişi ilə 

Berlinə işgüzar görüş üçün dəvət almış, 

ora gəlmiş və müəmmalı şəkildə həlak 

olmuşdur.  

Anar TURAN, “Xalq qəzeti”

 

ˆ

Xalqımızın milli bayramları zəngin mədəniyyətimizin 



elementlərindən biridir. İnsanların inancını əks etdirən 

bayramlar, el şənlikləri canlı tarix nümunələridir. Xalqımızın 

qədim inancının daşıyıcısı olan Novruz bayramı bu gün də 

yüksək sevinclə qeyd edilir. Novruz inanclarının əsasında 

insana, təbiətə həyat verən dörd ünsür-Su, Od, Yel və Torpaq 

durur. Buna görə də Novruz bayramından əvvəlki dörd çərşənbə 

məxsusi törənlə keçirilir. Əski inanclara görə bu çərşənbələrin 

hər birində təbiətin dörd ünsüründən biri canlanır. İlin 

Novruzdan əvvəlki dörd axır çərşənbəsi müqəddəs sayılır. 

Novruz adətləri bu gün də ilkin  özəlliyini qoruyub saxlamışdır. 

Mərasimlərdə xalqımızın dünya və  kainat  haqqında ilkin 

təsəvvürləri öz əksini tapmışdır.

Bayrama hazırlıqlar Su 

çərşənbəsi ilə başlayır. Deyirlər 

ki, Tanrı ilk olaraq suyu yaradıb. 

Xalq arasında o, “Əvvəl çərşənbə”, 

“Əzəli çərşənbə”, “Gözəl çərşənbə”, 

“Sular Novruzu”, “Gül çərşənbə”, 

“Selçərşənbə”, “Zəmzəm çərşənbə”, 

“Çillibeçə çərşənbə” kimi də tanınır. 

Su çərşənbəsində suyun müqəddəs 

mahiyyəti ifadə olunur. Su sağlamlıq, 

paklıq, tale göstərmə, övladvermə, 

müqəddəslik, dirilik, ölməzlik, 

xoşbəxtlik gətirən bir inam rəmzi 

kimi çıxış edir. 

Od çərşənbəsi Boz ayın 

çərşənbələrindən biridir. Od ünsürü-

nü, adətən, təbiətin, eləcə də, insanın 

yaradılış prosesinin ikinci mərhələsi 

kimi götürürlər. Məhz buna görə də 

ikinci çərşənbə od ilə bağlıdır. Bu 

çərşənbə “Üskü (Üsgü) çərşənbə”, 

“Üskü gecəsi”, “Adlı çərşənbə”, 

“Ocaq çərşənbəsi”, “Atəş çərşənbə”, 

“Xıs çərşənbə”, “Xızır çərşənbə” 

adları ilə də tanınır. Od işıq, güc, 

qüvvət, nurlu sabahdır. Od insana 

sağlamlıq, paklıq və gözəllik gətirir. 

Od Günəş və ucalıq rəmzidir. Qədim 

zamanlardan bəri od türkün ağlın-

da, düşüncəsində müqəddəsliyin, 

Günəşin rəmzi olmuşdur.

Yel ünsürü ilə bağlanan çərşənbə 

xalq arasında “Yel çərşənbə”, “Külək 

oyadan çərşənbə”, “Küləkli çərşənbə” 

və “Yelli çərşənbə” kimi tanınır. Yel 

çərşənbəsi ilaxır çərşənbələrin üçün-

cüsüdür. 

“Yel” şifahi xalq 

ədəbiyyatımızdan müa-

sir ədəbiyyatımıza kimi əksər 

nümunələrdə öz əksini tapmışdır. 

Xalq bədii nümunələrində və inanc-

larda müxtəlif mənalarda işlənən 

“yel” Kainatın yaradılmasında əsas 

yer tutan dörd ünsürdən biridir. Möv-

süm nəğmələri içərisində də yel haq-

qında bədii nümunələrə rast gəlinir:



A Yel baba, Yel baba,

 Qurban sənə gəl, baba.

 Taxılımız yerdə qaldı,

 Yaxamız əldə qaldı.

 A Yel baba, yel baba,

Qurban sənə gəl, baba.

Təsəvvüf ədəbiyyatında külək 

Səba kimi ifadə olunur. Səba ruhani 

aləmdən əsən külək, Allahdan kamil 

insanların qəlbinə dolan ruhani 

nəfəsdir ki, bəşərin öz əslinə qovuş-

masına vasitəçi olur.

 Quranda isə yelin Allah 

tərəfindən göndərildiyi qeyd edilir. 

Quranda küləklər “müjdəçi” ad-

landırılır. “Ən-Nəml” (Qarışqalar) 

surəsinin 63-cü ayəsində oxuyuruq: 

“(Bütlər yaxşıdır) yoxsa qurunun 

və suyun (səhranın və dənizin) 

zülmətlərində sizə doğru yol göstərən

küləkləri Öz rəhməti (yağışı) önündə 

müjdəçi olaraq göndərən kimsə?! 

Məgər Allahla yanaşı başqa bir 

tanrımı var?! Allah (müşriklərin) 

Ona şərik qoşduqlarından (bütlərdən) 

ucadır!”

 Əski inamlarda yel Tanrı kimi 

qəbul edilir, yaxud hər hansı bir 

missiyanı yerinə yetirmək üçün  

dünyanı idarə edən qüvvə tərəfindən 

göndərilən bir qüvvə kimi göstərilir. 

O köməkedici, cəzalandırıcı funki-

sayaya sahibdir. Əski etiqadlardan 

qaynaqlanan materiallarda  “qara 

nəhr”dən dörd cür külək – Ağ 

yel, Qara yel, Xəzri, Gilavar Yer 

üzünə çıxır. Hərəsinin də öz donu 

olur. Bu donların rəngləri də mifik 

dünyagörüşündən qaynaqlanır.   Ağ 

yel - ağ libasda, Qara yel - qara 

libasda,  Xəzri - göy libasda, Gilavar 

– qırmızı libasda təsvir edilir. 

Azərbaycan mifik təfəkküründə 

yel yol göstərən, bələdçi funksiyasını 

yerinə yetirir. Yel baba yolunu azan 

insanların qarşısına çıxır, onlara yolu 

tapmaqda köməkçi olur. O, yolu 

azanlara yumaq ip verərək bu vasitə 

ilə onları düz yola çıxarır.



İp yumağın səridi,

Təri zəhmət təridi,

Havaya isti gəldi,

Suyun buzu əridi.

Yel bir varlıq kimi götürülür, 

ilahi qüvvənin iradəsinin ifadəsi 

kimi çıxış edir, bu səbəbdən də Yel 

babanın şərəfinə xüsusi mərasimlər, 

ayinlər keçirilir. Bu mərasim dörd 

ilahi başlanğıcdan üçüncüsü olan Yel 

çərşənbəsində icra olunur. Yellə bağlı 

nəğmələr, bayatılar söylənilər.  Yel 

baba köməyə çağırılar.

Əcdadlarımız inanmışlar ki, Yel 

baba xırmana gəlməmişdən qabaq 

oradan taxıl bitkiləri götürməzlər. 

Belə inanc var ki, sovurulandan 

sonra ilk buğda götürənin oğlu olar. 

Yel baba rabitə yaradan vasitə hesab 

edilirdi. Ən maraqlı rituallardan  

biri isə qızların küləyə “ərə getmə” 

mərasimidir. Taxıl döyümü vaxtı 

boğanaq qalxarsa, qızlar “boğanaq 

gəlmə, sənə gedəcəyəm”-deyirlər. 

Yel çərşənbəsi günü digər 

çərşənbələrdə olduğu kimi, tonqallar 

qalanır, süfrələr bəzənir. Evlərdə plov

əsasən də, südlü plov, bulğur aşı bişi-

rilir. Süfrəyə dənli bitkilərdən hazır-

lanmış yeməklər, quru meyvələrdən 

və şirniyyatlardan ibarət xonçalar 

qoyulur. Evlərdə təmizlik işlərinə baş-

lanır, səməni cücərdilir, bəzi evlərdə 

isə azca boy atmış səməninin belinə 

qırmızı qurşaq bağlanır.  Bu ərəfədən 

başlayaraq bayram üçün yeni 

geyimlər alınır.    Yel çərşənbəsində 

xüsusi ayinlər də icra olunur, sö-

yüd ağacının altından keçərlər ki, 

niyyətlər qəbul olsun, adamlar dəstə-

dəstə Yel dağına ziyarətə gedərlər.

Xalq arasında yellə bağlı inanclar 

üstünlük təşkil edir. Bəzi bölgələrdə 

külək bərk əsərkən evin ilk övladı  

sonbeşik uşaqla  canamazı (namaz 

qılınan parça) əncir ağacına bağlaya-

raq deyir: 



Mən anamın ilkiyəm,

Ağzı qara tülküyəm.

Xəzri yat, Gilavar yat...

Külək, sürmə at, 

Gəl, ələkdə yat!

Bu şeir parçası bəzi bölgələrdə 

son misraları dəyişməklə dolunun 

dayandırılması üçün də oxunur. Yel 

çərşənbəsində isə yel əsmədikdə 

“Külək çağırdı” mərasimini icra 

edirlər.

Ulularımızın inancına görə, Yel 

çərşənbəsində vədə küləkləri Xızır 

Nəbinin əmri ilə məhəbbət qanadına 

çevrilərək ürəkdən-ürəyə əsir və sevgi-

ni aləmə yayır. Məhz bu səbəbdən də, 

oğlanlar bu çərşənbədə qız seçməyə 

çıxarlarmış. İnama görə bu gecə Xızır 

Nəbi sevgililərə “Abi-kövsər” suyu 

içirib buta verir. “Ağ yelə tuş olasan 

səni”, “Üstündən ağyellər əssin” kimi 

alqışlarımızın da bu inancdan doğdu-

ğunu desək, yanılmarıq. Hətta inanca 

görə, Yel çərşənbəsində  ata-ananın 

xeyir-duası olmadan qaçırılan  qıza  

xeyir-duanı  əli butalı Xızır Nəbi verir.  

Bu çərşənbədə qəfəsdəki quşları satın 

alınıb “Azat-bezat, məni cənnətdə 

gözət”  deyərək havaya buraxıl-

ması da inanclarımızdandır. Bəzi 

hekayələrimizdə bu motiv öz yerini tu-

tur.  Xahiş, arzu yazılan çərpələnglərin 

göyə buraxılması bu Çərşənbənin  

ayinlərindəndir. Xızır Nəbi ilə təmasda 

olmaq üçün icra olunan “Yelləncəkdə 

yellənmə” mərasimi də bu çərşənbənin 

rituallarındandır.

Yellə bağlı atalar sözləri də çoxluq 

təşkil edir:  Yelə verdiyin düşmənə 

qismət olar.    Yelə qoşulan çox uzağa 

getməz. Yel aparan yelinki, yerdə 

qalan mənimki. Yelin işi elnən deyil, 

külnəndi. Küləklə yatanın cin atı olar. 

Yelin zarafatı qovmaqla başlanır. 



Səhər  ORUCOVA,  

filologiya elmləri doktoru, 

professor 

Yel çərşənbəsi

Gəncə üsyanının 

təşkilatçısı və ideoloqu 

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi 

İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi 

müsabiqəyə təqdim edilir.

Yaponiyada Milli Təhlükəsizlik 

Şurasının iclası çağırılıb

 

ˆ

Yaponiyanın Baş naziri Sindzo Abe Şimali 



Koreyanın həyata keçirdiyi raket sınaqları ilə əlaqədar 

Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.

APA-nın xəbərinə görə, bu barədə S.Abe “NHK” telekanalının 

canlı yayımında deyib.

“Biz Şimali Koreyaya artıq qəti etirazımızı bildirmi-

şik. Həmçinin ABŞ və Cənubi Koreya ilə birgə Pxenyanın 

hərəkətlərinə cavab verməyə hazırıq”,- deyə S.Abe bildirib.

Şimali Koreya hərbçiləri Yapon dənizinə raket buraxıb. Cənubi 

Koreyanın Müdafiə Nazirliyindən bildiriblər ki, tipi məlum olma-

yan raket Şimali Koreyanın Phönan-Pukto əyalətindəki kosmod-

romdan buraxılıb. Bundan sonra Yaponiya Nazirlər Kabinetinin 

baş katibi Esihide Suqa dörd raketin Yapon dənizinə buraxıldığını, 

onlardan üçünün bilavasitə Yaponiyanın ərazı sularına düşdüyünü 

bəyan edib. Pxenyanın qitələrarası ballistik raketi sınaqdan keçirdi-

yi ehtimal olunur.



Çin dünyanın ən iri 

bank sisteminə malikdir

 

ˆ

Çinin bank sistemi ilk dəfə olaraq 



Avrozonanın bank sistemini qabaqlayaraq “dünyanın 

ən nəhəngi” adını qazanıb. "APA-Economics" xəbər 

verir ki, bu barədə "Financial Times" qəzeti öz 

hesablamalarına istinadən yazır.

Qəzet bildirir ki, 2016-cı ilin sonunda Çinin bank sistemi 

birincilik qazanmışdır. Halbuki Çin iqtisadiyyatı Avrozonanın 

ÜDM-ni hələ 2011-ci ildə üstələyib. 2016-cı ilin sonuna Çinin 

bank sektorunun aktivləri 33 trilyon dollar təşkil edib ki, bu da 

Avrozonanın müvafiq göstəricisindən 2 trilyon dollar çoxdur. Qeyd 

edək ki, ABŞ banklarının məcmu aktivlərinin həcmi 16 trilyon 

dollardır.

Əlavə edək ki, Çinin bank sektorunun aktivləri ÜDM-dən 3,1 

dəfə çoxdur. Avrozonada bu göstərici 2,8 təşkil edir.



Yüklə 78,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə