Mart 2017-ci IL, cümə



Yüklə 61,17 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü61,17 Kb.
#50628


3

10 mart 2017-ci il, cümə

 

ˆ

Əvvəlcə qısa bir arayış: Azərbaycan Respublikası Milli 



Olimpiya Komitəsi 1992-ci il yanvarın 14-də təsis edilmiş və 

martın 10-da Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçmişdir. 

Elə həmin il noyabrın 2-də Avropa, 1993-cü il sentyabrın 23-də isə 

Beynəlxalq Olimpiya Komitəsinə üzv qəbul olunmuşdur. 

Prezident İlham Əliyevin 

“Azərbaycan Respublikasının Milli 

Olimpiya Komitəsinin yaradılma-

sının 25 illik yubileyi haqqında” 2 

mart 2017-ci il tarixli sərəncamında 

qeyd olunduğu kimi, Milli Olimpiya 

Komitəsi təsis olunduğu vaxtdan 

etibarən ölkədə idmanın ahəngdar 

inkişafı üçün var qüvvəsini səfərbər 

etmiş və Olimpiya ideallarının 

bərqərar olması naminə məqsədyönlü 

fəaliyyət göstərmişdir. Ötən müddət 

ərzində Azərbaycanın öz potensia-

lını ildən-ilə daha geniş miqyasda 

nümayiş etdirərək idman şöhrətinin 

yüksəldilməsində və respublikada 

idmanın maddi-texniki bazasının 

müasir standartlara uyğun qurulma-

sına yönəlmiş təşəbbüslərin uğurla 

gerçəkləşdirilməsində, həmçinin Bakı 

Olimpiya Stadionunun, Gimnastika 

Arenasının, Su İdmanı Mərkəzinin, 

bir sıra ixtisaslaşdırılmış idman 

qurğularının və respublika üzrə 40-

dan çox Olimpiya idman komplek-

sinin tikilib istifadəyə verilməsində 

Milli Olimpiya Komitəsinin mühüm 

xidmətləri vardır.

Bu il ölkəmizdə 25 illik 

yubileyi geniş qeyd olunacaq. 

Azərbaycan Respublikası Milli 

Olimpiya Komitəsi çətin sınaqlar-

dan böyük şöhrətə aparan, tarixi 

nailiyyətlər və medallarla zəngin bir 

yol keçərək nümunəvi fəaliyyəti, 

ümumdünya Olimpiya Hərəkatına 

verdiyi töhfələrlə beynəlxalq idman 

dairələrində yüksək nüfuz sahibi 

olmuşdur. 

İndi, 2017-ci ilin mart ayında 

geriyə boylanıb 25 il ərzində keçilmiş 

yola nəzər saldıqda, həqiqətən, res-

publikamızın Olimpiya Hərəkatında, 

bütünlükdə idmanımızda baş vermiş 

möhtəşəm hadisələrlə, Azərbaycanın 

dünyada qüdrətli bir idman ölkəsi 

kimi tanınması ilə haqlı olaraq qürur 

duyur, əsl iftixar hissi keçiririk. 

Bu gün Azərbaycanın 200-dən çox 

ölkəni öz bayrağı altında birləşdirən 

Beynəlxalq Olimpiya Komitəsinin 

fəaliyyətində mühüm rol oynaması 

dünyanın hər yerində yekdilliklə 

etiraf olunur, rəğbətlə qarşılanır, 

müxtəlif federasiyalar Azərbaycanda 

idmanın inkişafına verilən əhəmiyyəti 

yüksək qiymətləndirir, öz yarışlarının 

təşkili hüququnu tərəddüd etmədən 

ölkəmizə etibar edirlər. Çünki artıq 

hamı yaxşı bilir ki, Azərbaycanın 

müasir idman qurğularında yüksək 

səviyyədə təşkil edilən yarışlar bütün 

tələblərə və hər cür zövqə tam cavab 

verəcək, həmişəlik xoş xatirələrə 

çevriləcək.

Yüksək nailiyyətlərinin, 

beynəlxalq Olimpiya Hərəkatına ver-

diyi layiqli töfhələrin artıq heç kimdə 

şübhə doğurmadığı Azərbaycan Milli 

Olimpiya Komitəsinin fəaliyyətində 

böyük dəyişikliklər isə onun yaradıl-

masının beşinci ilindən sonra başla-

mışdır. İdmanımızın indiki nəslinin 

bir çox nümayəndəsi, o cümlədən 

məşhur çempionlar, görkəmli 

mütəxəssislər 1997-ci il iyulun 31-ni 

unutmayıblar. Həmin gün Milli Olim-

piya Komitəsi İcraiyyə Komitəsinin 

iclasında Azərbaycan Dövlət Neft 

Şirkətinin birinci vitse-prezidenti 

İlham Əliyev MOK prezidenti seçil-

miş və elə o vaxtdan böyük uğurların 

təməli qoyulmuşdur.

Bu gün paytaxt Bakı ilə yanaşı, 

ölkəmizin bütün bölgələrində əsl 

idman bayramı ab-havası yaşanır, 

respublikamızın müxtəlif guşələrində 

idman hamının və hər birimizin sadiq 

dostuna çevrilmiş, yaraşıqlı Olimpi-

ya idman komplekslərində keçirilən 

təkcə beynəlxalq yarışlar yox, həm də 

respublika, şəhər, rayon çempionat və 

birincilikləri çoxlu tamaşaçı auditori-

yası toplayır. 

Azərbaycan idmanı son iyirmi il 

ərzində müstəqil komanda şəklində 

təmsil olunduğu Yay Olimpi-

ya Oyunlarında böyük qələbə və 

medalları ilə geniş şöhrət qazanmış-

dır. Hələ 1996-cı ildə Azərbaycan 

Prezidenti Heydər Əliyevin Zuğul-

badakı gənclik kompleksində ən 

yaxşı idmançılarımızın Atlantaya 

(ABŞ) XXVI Olimpiya Oyunlarına 

yolasalma mərasimində xeyir-dua 

verdiyi nümayəndə heyəti okeanın o 

tayından sərbəst güləş ustası Namiq 

Abdullayevin qazandığı gümüş me-

dalla qayıtdı və bununla da müstəqil 

Azərbaycan Respublikası idmançıları 

vahid komanda kimi çıxış etdikləri 

elə ilk Olimpiadada mükafatlarının 

hesabını açdılar. 

Belə uğurlu başlanğıc növbəti 

oyunlarda yeni-yeni nailiyyətlər üçün 

bir növ təməl daşı oldu. Dörd il sonra 

Azərbaycanın idman ictimaiyyəti 

uzaq Avstraliyanın Sidney şəhərindən 

2 qızıl (N. Abdullayev və stend atıcısı 

Zemfira Meftahəddinova) və bir bü-

rünc (boksçu Vüqar Ələkbərov) me-

dalla qayıdan nümayəndə heyətimizi 

böyük təntənə, gül-çiçəklə qarşıladı. 

Müasir Olimpiya Oyunlarının vətəni 

Yunanıstanın baş şəhəri Afinada 

(2004-cü il) həmvətənlərimiz artıq 

beş dəfə fəxri kürsüyə dəvət olun-

dular. Fərid Mansurov yunan-Roma 

güləşində çempionluğu ilə aləmə səs 

saldı, həmin il Z. Meftahəddinova, 

güllə atıcısı İradə Aşumova, rinq us-

taları Ağası Məmmədov və Fuad As-

lanov bürünc medalları ilə idmanımı-

zın saysız-hesabsız pərəstişkarlarını 

ürəkdən sevindirdilər.

Çin Xalq Respublikasının 

paytaxtı Pekində keçirilən (2008-ci 

il) XXIX Olimpiya Oyunlarını da 

razılıq hissi ilə xatırlayırıq: cü-

doçu Elnur Məmmədli ölkəmizə 

çempionluq sevinci gətirdi, yunan-

Roma üsulu ilə güləşənlər Rövşən 

Bayramov və Vitali Rəhimov fəxri 

kürsünün ikinci pilləsində təbrikləri 

qəbul etdilər. Sərbəst güləşdə Xetaq 

Qazyumov, Mariya Stadnik, boksçu-

ların turnirində Şahin İmranov, cüdo 

sınaqlarında fərqlənən daha bir tatami 

ustası Mövlud Mirəliyev Oyunların 

bürünc mükafatçıları oldular. Pekində 

qazanılan 7 medal-1 qızıl, 2 gümüş 

və 4 bürünc mükafat ümumi hesabda 

Azərbaycan komandasını 204 ölkə 

arasında 39-cu mövqeyə yüksəltdi və 

bu, çox böyük nailiyyət idi. 

 Xüsusilə diqqətəlayiq haldır 

ki, Azərbaycan idmanının ən yaxşı 

nümayəndələri Olimpiya Oyunla-

rında qazandıqları uğurlarla heç 

vaxt kifayətlənmir, müntəzəm və 

gərgin məşqlər sayəsində olim-

piadadan-olimpiadaya daha çox 

medalın sevincini yaşayırlar. Lon-

donda XXX Yay Olimpiya Oyunları 

bunu bir daha təsdiq etdi. İngiltərə 

paytaxtında təmsilçilərimizə təqdim 

olunan 10 medal–sərbəst güləş 

ustaları Toğrul Əsgərovla Şərif 

Şərifovun qızıl, digər güləşçilər R. 

Bayramovla M.Stadnikin gümüş, 

Emin Əhmədovun (“klassik” 

güləş), Teymur Məmmədovla 

Məhəmmədrəsul Məcidovun (hər 

ikisi boks), ağırlıqqaldıran Va-

lentin Xristovun, yenə güləşçilər 

X.Qazyumov və Yuliya Ratkeviçin 

bürünc mükafatları idmanımızın 

böyük imkan və perspektivlərini 

bütün dünyaya sübut etdi. 

Ötən il isə Braziliyanın Rio-

de-Janeyro şəhərində keçirilmiş 

XXXI Yay Olimpiya Oyunların-

da Azərbaycan idmançılarının 

göstərdikləri nəticə hətta bizim özü-

müz üçün də bir qədər gözlənilməz 

oldu. Buna qədər Atlanta, Sidney, 

Afina, Pekin və London olimpiada-

larında üst-üstə qazanılan 26 medala 

Rio sahillərində birdən-birə daha 

18 mükafat əlavə olundu, ölkəmizin 

milli sərvətinə çevrilən Olimpiya 

medallarımızın sayı 44-ə çatdı. 

Əgər Azərbaycan idmançılarının 

1992-ci ildə İspaniyanın Barselona 

şəhərində keçirilmiş XXV Olimpi-

adada Müstəqil Dövlətlər Birliyinin 

komandası heyətində qazandıqları 

2qızıl və 1 bürünc medalı da buraya 

əlavə etsək, dövlət müstəqilliyimizin 

bərpasından sonra olimpiyaçılarımıza 

təqdim olunmuş medalların ümumi 

sayı 47-dir. Xatırladaq ki, Barselona-

92-də cüdoçü Nazim Hüseynov və 

idman gimnastikası ustası Valeri 

Belenki çempion olmuşlar, sonuncu 

həm də bürünc medal qazanmışdır. 

Rio-de-Janeyro–2016 startları 

xatirələrdə hələ təzə olsa da, onla-

rın azərbaycanlı qalibləri, 1 qızıl, 

7 gümüş və 10 bürünc mükafatın 

sahiblərini bir daha yada salaq: 

taekvondoçu çempion Radik İsayev, 

gümüş medalçılar Rüstəm Orucov

Elmar Qasımov ( hər ikisi cüdo), 

güləşçilər T. Əsgərov, X. Qazyumov 

və M. Stadnik, avarçəkən Valentin 

Demyanenko və boksçu Lorenso 

Sotomayor, bürünc mükafatçılar 

güləş ustaları Hacı Əliyev, Cəbrayıl 

Həsənov, Şərif Şərifov, Rəsul Çuna-

yev, Sabah Şəriəti, Nataliya Sinişin, 

boksçu Kamran Şahsuvarlı, taekvon-

doçular Patimat Abakarova, Milad 

Beiqi Hərçəqani və avarçəkən İnna 

Osipenko-Radomskaya.

Bu qəhrəmanların böyük 

nailiyyətləri XXXI Yay Olimpiya 

Oyunlarında Azərbaycanı medalların 

sayına görə dünyada 15-ci, Avropada 

7-ci, İslam ölkələri arasında 1-ci, 

MDB dövlətləri arasında 2-ci yerə 

çıxardı və dünya 56 idmançıya 18 

medal qazanan (demək olar ki, hər üç 

nəfərə bir mükafat) Azərbaycan id-

manının Olimpiya rekorduna heyran 

qaldı. 

Müstəqil Azərbaycan Res-



publikasının Olimpiya Hərəkatı 

tarixində  iki ali mükafat da vardır. 

Bu əlamətdar günlərdə onları da 

xatırlamaq çox yerinə düşər. 1997-ci 

il iyulun 31-də cənab İlham Əliyevin 

MOK-a rəhbər seçilməsindən bir neçə 

ay sonra respublikamızda idmanın 

inkişafına gündəlik qayğısı və diqqəti 

ilə böyük təkan vermiş və bu gün 

Azərbaycanın ümumdünya olimpiya-

çılar ailəsində layiqli yer tutmasında 

müstəsna rol oynamış Azərbaycan 

Prezidenti Heydər Əliyev Milli 

Olimpiya Komitələri Assosiasiyası-

nın İslandiyanın paytaxtı Reykyavik 

şəhərində keçirilmiş baş məclisində 

“Olimpiya ləyaqəti” mükafatı ilə 

təltif olundu. Olimpiya Hərəkatı və 

idman sahəsində böyük xidmətlərinə 

görə görkəmli şəxsiyyətlərə verilən 

bu mükafat öz layiqli sahibini tap-

mışdı. Ümummilli lider Azərbaycana 

rəhbərlik etdiyi uzun illər ərzində 

respublikamızda idmanın inkişafını 

daim diqqətdə saxlamış, idmançılara 

hərtərəfli kömək göstərmişdir. 

Bundan yeddi il sonra, 2004-cü 

ildə Azərbaycana “Olimpiya ordeni” 

də gətirildi. Özü də bu tarixi hadisə 

Afinada XXVIII Yay Olimpiya Oyun-

ları ilinə təsadüf etdi. Yunanıstan 

paytaxtında Olimpiadanın başlanma-

sına hələ xeyli qalmış,  mart ayında 

Beynəlxalq Olimpiya Komitəsi 

Azərbaycan dövlətinin başçısı, Milli 

Olimpiya Komitəsinin prezidenti 

İlham Əliyevi “Olimpiya ordeni”nə 

layiq görmüşdü.

Aprel ayında isə Beynəlxalq 

Olimpiya Komitəsinin vitse-prezi-

denti Vitali Smirnov Bakıda MOK-un 

ali mükafatını Azərbaycan dövlətinin 

başçısına təqdim edərkən İlham 

Əliyevin idmanın inkişafında böyük 

xidmətlərini bir daha xüsusi qeyd 

etdi.


Bax belə, bu gün bütün 

Azərbaycan dövlət müstəqilliyimiz 

dövründə Milli Olimpiya Komitəsinin 

fəaliyyətinin 25 ili ərzində qazanılmış 

47 Olimpiya medalı ilə yanaşı, həm 

də “Olimpiya ləyaqəti” mükafatı 

və “Olimpiya ordeni” ilə fəxr edir. 

Azərbaycanda Olimpiya Hərəkatının, 

idmanın inkişafı böyük dövlət qayğısı 

ilə əhatə olunmuşdur, estafet  etibarlı 

əllərdədir. 

Azərbaycan Milli Olimpiya 

Komitəsi 25 illik fəaliyyəti, dövründə 

bütün idman təşkilatlarımızla 

birlikdə, vahid komanda şəklində 

ölkə idmanının inkişafına layiqli 

töfhələr verərkən 40-dan çox Olim-

piya idman kompleksi inşa olunmuş, 

bir-birindən yaraşıqlı idman sarayları 

ucaldılmış, köhnələr yenilənmiş, 

gözəl görkəmə gətirilmişdir. Bu gün 

Bakı Olimpiya Stadionu, Heydər 

Əliyev adına İdman Sarayı, Milli 

Gimnastika Arenası, Atıcılıq Mərkəzi, 

“Kristal zal”, Bakı İdman Sarayı və 

digər qurğular mötəbər yarışların işti-

rakçılarını ən yüksək səviyyədə qəbul 

edir, onlara unudulmaz təəssürat bəxş 

edir. 

Milli Olimpiya Komitəsinin 



səmərəli fəaliyyəti, daimi diqqət 

və qayğısı nəticəsində Azərbaycan 

idmançıları təkcə Yay Olimpiya 

Oyunlarında deyil, Paralimpiya 

hərəkatında, Yeniyetmələrin Olimpi-

ya Oyunlarında və Avropa Olimpiya 

həftələrində, müxtəlif növlər üzrə 

dünya və Avropa çempionatların-

da ölkəmizi ləyaqətlə təmsil edir, 

inamlı addımlarla irəliləyir və idman 

tariximizə parlaq səhifələr yazırlar. 

Əgər kimsə böyük beynəlxalq ya-

rışların təşkili hüququnun etibar olun-

duğu ölkələri sadalamaq istəsə, yəqin 

ki, Azərbaycanın adını birincilər 

sırasında çəkər. Təkcə son illərin 

hadisələrini xatırlayaq: qitəmizin 

idman hərəkatında yeni səhifə açan 

“Bakı-2015” birinci Avropa Oyun-

ları, ötən il keçirilmiş Formula-1 

“Qran-pri”sinin Bakı mərhələsi, 42-ci 

Ümumdünya Şahmat Olimpiadası... 

İndi isə republikamız IV İslam 

Həmrəyliyi Oyunları ərəfəsindədir. 

Müsəlman aləminin –50-dən çox 

ölkə atletlərinin böyük bayramına 

çevriləcək bu yarışlar da Azərbaycan 

dövlətinin, idmanımızın böyük 

imkanlarının və qüdrətinin növbəti 

zəfər marşına çevriləcək, dünya bir 

daha əmin olacaq ki, ölkəmiz hər bir 

etimadı şərəflə doğruldur.

İslam Həmrəyliyi Oyunları başa 

çatdıqdan sonra hamımız voleybol 

həyəcanları ilə yaşayacağıq. İdma-

nın bu növü üzrə qitə federasiyası 

qadınlardan ibarət milli komandalar 

arasında növbəti Avropa çempionatı-

nın təşkili hüququnu Azərbaycan və 

Gürcüstana həvalə etmişdir. Qarşıda-

kı sentyabrda Bakıda ilk dəfə olaraq 

bu çox populyar idman növü üzrə qitə 

çempionatının oyunları keçiriləcək. 

Şübhəsiz, çempionatda hər bir görüş 

voleybol pərəstişkarlarımıza böyük 

zövq verəcək. Əgər 2020-ci ildə Av-

ropa futbol çempionatının dörd oyu-

nunun paytaxtımızda təşkil olunaca-

ğını da qeyd etməli olsaq, həqiqətən, 

Avropa Oyunlarının ilk paytaxtı Bakı-

da və eləcə də bütün Azərbaycanda 

böyük beynəlxalq yarışlar həyatı bir 

an belə dayanmır.

Azərbaycan Milli Olimpiya 

Komitəsinin fəaliyyətə başlama-

sının 25 ili tamam olur. Bir neçə 

aydan sonra, iyulun 31-də isə 

dövlətimizin və idmanımızın lideri 

cənab İlham Əliyevin MOK prezi-

denti seçilməsinin 20-ci ildönümünü 

qeyd edəcəyik. Qarşıda Azərbaycan 

idmanını, Olimpiya Hərəkatımızı 

hələ neçə-neçə qələbə və rekordlar 

gözləyir.



Oqtay BAYRAMOV, 

“Xalq qəzeti”

Azərbaycan Milli Olimpiya Komitəsinin 

yubileyi ölkəmizdə geniş qeyd olunacaq

25 il ümumdünya 

olimpiyaçılar ailəsində 

Daha bir ABŞ konqresmenindən Xocalı bəyanatı

 

ˆ

ABŞ-ın Nyu-Cersi ştatından olan konqresmen 



Donald Peyn Xocalı qətliamının 25-ci ildönümü ilə 

bağlı bəyanat verib. 

Konqresmen D.Peyn 

bəyanatında Azərbaycan 

torpağı olan Xocalıda 25 il 

əvvəl dəhşətli bir faciənin 

yaşandığı və 600-dən çox 

silahsız insanın, əsasən yaşlı, 

qadın və uşaqların vəhşicəsinə 

öldürüldüyünü qeyd edib. 

Konqresmen həmkarlarını 

bu dəhşətli hadisədə həyatını 

itirmiş insanların xatirəsini 

yad etməyə çağırıb.

Bununla yanaşı, D.Peyn 

Azərbaycanın strateji və çətin 

bir bölgədə ABŞ-ın güclü 

tərəfdaşı olduğunu vurğulayıb. 

Yusif  BABANLI, 

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton 

Azərbaycan-ABŞ diplomatik 

əlaqələrinin 25 illiyinə həsr 

olunan poçt markası buraxılıb

 

ˆ

Azərbaycan ilə ABŞ arasında diplomatik 



əlaqələrin qurulmasının 25 illiyi münasibətilə ABŞ-ın 

Los-Anceles şəhərində müvafiq poçt markası buraxılıb. 

ABŞ-ın Federal Poçt Xidməti 

tərəfindən təsdiq olunmuş və bü-

tün ölkə ərazisində istifadə gücünə 

malik poçt markasının üzərində 

Azərbaycan və ABŞ bayraqları əks 

olunub, “Azərbaycan–ABŞ. 25 

illik dostluq. 1992-2017” sözləri 

qeyd edilib.  

Markanın buraxılması Azərbaycanın Los-Ancelesdəki baş 

konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.

Baş konsulluq markanın ABŞ-da geniş şəkildə yayılmasını 

planlaşdırır.

Yusif  BABANLI, 

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Xocalıya həsr olunmuş xatirə konserti  

London LIVE kanalında

 

ˆ

Londonun Kovent Qarden rayonundakı “St.Paul`s Church” kilsəsində 



keçirilən Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş xatirə konserti haqqında 

videoreportaj London LIVE televiziya kanalında yayımlanıb. Ənənəvi anım konserti bu 

il fevralın 24-də “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində 

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutub.

TEAS-dan AZƏRTAC-a bildirilib ki, anım 

konsertində soprano səsinə malik Selcan Nəsibli 

“Sevil” operasından “Sevil”in ariyasını, pianoçu 

Ayan Salahova və violonçel ifaçısı Camal Əliyev 

isə bəstəkarlar Şopen və Raxmaninovun populyar 

əsərlərini ifa ediblər. Konsert fransız bəstəkarı 

Pyer Tilloyun həmin gecənin dəhşətlərini canlan-

dıran “Xocalı 613” əsərinin ifası ilə yekunlaşıb. 

Əsər azərbaycanlı skripkaçı Nəzrin Rəşidova, lat-

viyalı klarnetçi Anna Qaqane və Fransanın “Qu-

atuor Chagall” adlı kamera ansamblı tərəfindən 

birgə ifa edilib.

Sonda tədbir iştirakçılarının hər birinə anım 



konsertinin CD diski hədiyyə edilib.

Yüklə 61,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə