Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə3/57
tarix26.09.2017
ölçüsü2,37 Mb.
#1735
1   2   3   4   5   6   7   8   9   ...   57

Söyləyicilər:


Xeyrulla Həsənov, doğum tarixi 1937, təhsili orta ixtisas, Xırmandalı kəndi

Yadigar Şəmmədov, doğum tarixi 1958, təhsili ali, Hü­seyn­hacılı

Şəmsəddin Şəmmədov, doğum tarixi 1948, təhsili ali, Hü­seynhacılı

Nəcməddin Quliyev, doğum tarixi 1958, təhsili ali

Nurmməməd Ağayev, doğum tarixi 1957, təhsili ali, Boradi­gah kəndi

Fatma (Pərzad) Tağıyeva, doğum tarixi 1938, təhsili 7-illik, Gə­yəçöl kəndi

Rəfayıl Vahabov, doğum tarixi 1944, təhsili ali, Göylənni kəndi

Toplayıcılar:


Füzuli Bayat

Vüsalə Kərimova

Qurban Əliyev

2. DOĞUM ADƏTLƏRİ



Mən siftə gəlin idim. On altı yaşım var idi, ya on beş ya­şım. Bir dənə də lağlağaçı qaynım var idi. Mən də ye­riyliyirdim. Dedi ki, gəlin yeriyliyir. Getdi bir dənə yekə ciyər aldı gəldi. Qaynanam da evdə qalmaz idi: ya Lənkəranda, ya Boradiyədə. Gəzirdi də. Gətirdilər ciyəri qoydular. Mən ciyəri necə bişirim, necə doğruyum. Nəyisə... Doğradığ, bişirdik, ye­dik. Adam var qum yeyir, adam var quru çay yeyir. Məsə­lən, qızılgül yeyəndə uşağın üzündə qzılgül kimi ləkələr olur.
* * *

Üç dənə uşağım var. Bi dənə də qonşunun uşağı var idi, onun uşağı körpə idi. Onu da deyirlər ki, bu gəlinin ayağı poxludu. O deyir gəldi mənim üstümə. O vaxt mənim də uşa­ğım olmuşdu. Hə, o gəldi. O günnəri mama ona dedi ki, sən həmzatdısan o uşağların üstünə niyə gəlmisən? Deyir, uşağ qalmadı. Çığırdı, çığırdı öldü. Bu səfər deyir, getdim molla yanına, deyir, dedi ki, sənin uşağların öləcək. Onun üç dənə uşa­ğı olacaq öləcək. Helə elə də oldu. Həmzaddı arvadın yeni doğan arvadın üstünə gəlməsi pis şeydi.
* * *

Hamiləlikdə yerikdən bilinir, oğlan olacağ, ya qız ola­cağ. Görürsən ki, oğlan tayfası olanda ya baliğ istiyirsən, ya da ət, ama qız tayfası olanda belə nəədəm-nəədəm şeylər isti­yir­sən. Məsəlçün, qızılgül, nə bilim bi baş soğan, papiros. Onda bilirsən ki, bu qızdı.
* * *

Biz o vaxt yerikliyəndə adam var idi ki, lampanın pil­tə­sini çəkib onu soorardı. Gəlin var idi, daim paprız çəkərdi. Biz­də biri vardı, özu də ərinnən qorxardı, daim yığdırardı yol uzunu atılan kötügləri. Yığardı onu bi qismini çeyniyərdi udar­dı, qalanını ceyniyərdi tökərdi yerə. O gəlin 12 uşağ do­ğub. Hamısında da eyni, paparıza yerikliyib.

Yeriknən bağli bi sey danışım.

Bi gün biri yerikliyir. Ərinə deyir ki, get bazardan mənə mal qarnı al gətir. Ər öz özünə deyir, başı çatmır e, bu nədi mal qarnı. Mal qarnı yox, gedib ət alacam. Hə, 2 kilo mal əti alır, gətirir evə. Qırğın düşür evə. Arvad deyir, mən mal qarnı istəmişdim, bu nədi mal əti almısan. Ər deyir, kül başuva gə­rək elə o iylənmişi yeyəsən? Ye də təmiz ətdi. Hə yerik belə şeydi, gərək ürəyin istədiyini yiyəsən.
* * *

Yerigləmədə nə istədün gərək yeyəsən, yoxsa uşağun həmən o şeydən bikef olır, əyri olır. Gərək gözün qalmasın.
* * *

Bi gün biri ata minir, gedəndə bi dənə nar giləsi düşür yerə. Arvad da atın tərgindeymiş, deyr:

– Kişi, atı saxla düşürəm.

Kişi deyir:

– Nə üçün düşürsən?

Arvad yerigliyirmiş. Deyir:

– O narı yemək istiyirəm, o bi giləni.

Kişi bını bilmir deyir:

– Kopoyoğlunun qızı, sən belə olürdün, bı narın giləsin götürməyçün, tamahlı?

Çevrilib arvadını vurur. O nar giləsi gedər onun ağ­zınnan, həmən daxildəki uşağın ağzında qalır.

Yerig 40 gün olur. İssədigüü yedün, yedün. Yemədünsə, elə gözün onu axtarır.
* * *

Elə mən özüm cadunun ağırrığını çəkmişəm. Belə ki, 14 uşağ dünyaya gətirmişəm, onun dördi bir-birinin üzini görmi­yib, gedib dünyadan. Onnan sora uşağlardan onu qaldı. Allah ottarını gössərməsin. Hə, deməg biri 5 aylığ qarnımdaydı, bax bunnarin, bu uşaxların atasını deyirəm, bi dənə də Yədullam on­­nan ölüb. İki oğlan deməy bir-birinin üzünü görmiyib oğ­lan­narım.

Deməy, siftə nübar vaxtında qarnımda uşax olanda doğ­muşam, atam evində olub o, bilməmişəm, düşmişəm həyətə. Hə, düşəndə deməy satqın it gəlib məəm üstümə. Satqın it də o deməydi ki, yəni dua satılıb oa, itə. Elə bil qancığ it də. Hə, o da gəlib məəm üstümə. Mən də bilməmişəm gedib girmi­şəm uşağın yanına. Hə, onnan da məəm oğlannarım qalmırdı. Qız qalırdı, qız tayfası, oğlannar qalmırdı. Hə, sora doğurdan məəm qaynatam özü, Allah rəhmət eləsin, böyüy mollaydı. De, bu da onun oğludu. Heç olmasa tasa qoyurdu camaatı, on­nan bilirdi, öyrənirdi, onnan yazırdı oları həmzadı sağaldırdı, dəliləri ağıllandırırdı. Hər şeyi tasda görürdü. Tasa qoyurdu, yəni ki, uşağ var, adam var ki, onun gözünə görükə bilir cin­nər, ancaq cinnəri hər adam görə bilməz.

Hə, adam var görükməz bildün? Oyı otuzzırırdılar, şey atırdılar, yaylıx atırdılar başına, onun duası var kitabda. Suyu tökür ora tasa, tasda da cam qoyur. Ooun duasın bı oxudığca, ona deyir ki, sən o suya baxginan. Həmin oturan adama sən su­ya bax deyir, gör kim gəlir ora, onnan sorasına ona deyir ki, qa­dındı gələn, ya kişidi? Onnan xəbər alginən, denən ki, fi­lan­kə­sin dərdi nədi? Onu məcbur xəbər al onnan denən ağam mə­ni incidir, tez ol mənə söyləginən. Hə, bı da bırdan oxu­yur­du. Olar gəlirdi, yığılırdı, onnan xəbər alırdı onun dər­di­ni. Olar da deyirdi bidi, bidi, bidi dərdi. Başdıyırdı kişi dua­sı­­nı ya­­zırdı, o da sağalırdı. Mən də uşağlarım qalmadığına gö­rə qay­­natam da mənə də orda baxdı, nəysə tapa bilmədi məəm dər­­dimi, duamı da yazmadı. Sora günnərin bi günində mən ye­­nə boyluydum. Doğurdan biri də qucağımdaydı. Təzə ol­muşdu.

Yatdim yuxuda süb vaxtıydı, (yadunda saxla süb namazı həməşə doğru deer. Yalan demir.) hə, gördüm məən yuxuma giriblər. Qayıtdı bi dənə arvad qara çarşolu arvad mənə dedi ki, sən get ağaya deginən sənin duon pərilər kitabındadı. Aç­sın o kitabı, orda görəcək. Hə, durdum ayağa, ayıldım gördüm sübdü. Mən yuxu görürəm. Həə, durdum ayağa işimi-gücimi gördim, uşaxları rahatdadım, onnan birin də göttüm qucağıma gettim. Qaynənəm də adı Numraydı. Dedi ki, Gülcahan, uşağ­ları apar o tərəfə, ağa yatıb, sənin işivə baxır, səən işivi tapa bilmiyib, axır dedi Numra, yatıram, biyaz yatım durum, yenə baxacam. Mən də uşaxları götdüm getdim ağac altına gəzdim, toolandım, onnan ağa durdi əyağa. Həə, durdi əyağa gördüm o tərəfdə dəsdəmaz alır. Dəsdəmaz aldı otırdı kitaba baxdı, gəldim salam verdim, dedim ağa, dedi ki, Gülcahan səən işün məəm başımı ağardıb. Məən qabağımnan qaçan olmamışdı, ancağ mən mına dolaşmışam, özü mənə dedi.

Dedim, ağa, acığun gəlməseydi bi dənə söz deərdim sə­nə. Dedi, deynən, ikisin de. Dedim, süb vaxtıydı, yatmışdım. Belənçi-belənçi də bəs məəm yuxuma girdilər. Belə dedilər mənə. Dedilər, açsın kişi pərilər kitabını, ordadı səən dərdün. Getdi kişi aşdı, otdı, baxdı, dedi düz deeeblər səə (pərilər ki­tabı, yəni əsl pərilər də, cinnər, şiətinnər olardan zəfər toxunur sənə, onun ayrı kitabı varıydı, o baxan kitablar ayrı olur, pəri­lər kitabı da ayrı). Mən də gicəlmişdim tapa bilmirdim, sən yaxşı gəlmisən, gəldün mənə başa saldun. Dedün belənçi, de­dim ağa, bu cürnə yuxuda gördüm, ona görə gəldim. Dedim, gedim deem. Dedi, lap yaxşı eləmisən. Otdı, məçin baxdı. Yazdı. Dedi, o itə dua veriblər, it də qancığ it olub, o gəlib sə­nin azad olanda üstüə. O it satıb sənə bı duanı, ancağ o adam da, həmin molla da eliib o adamçün ki, başqa adamçün düz eləmiib. Gərəy düz eliyeydi ki, o it getmiyeydi başqa adam üs­dünə. O it özü öleydi onnan da gedeydi. Başqasına satmi­yey­di, indi o bilmiib orda səf eliyib ki, başqasının üsdünə ge­dib gətirib satıb sənə. İndi mən mını tapdım tappağına eliyə­cəm düzələcəy, olacaylarda.

Həə, uşaxçın nə dualar var yazdı, boynuna boğazına qo­lu­na saldım ki, mını ota da atsalar, onsuzda ki, olardan yan­dırmısan sən. Onu ota da ata biləllər, suya da ata biləllər, onı tələf eliyəllər. Mən bıları ooçün yazıram ki, əsas oa bişey ele­mə­sinnər. Onnan sora sənçin baxacıyam, yazacıyam. Sən yed­di qapıdan sol cinağ üssündə un yığginən gətir unu Numray­nan xəmir eliyib təndirə çörəy bişirəndə sən də onnan ayrıca bişirginən, yapgınan ora. Həə, durdum səər-səər, uşağı da göt­düm getdim bı tərəf üssunə qonşulara ki, bəs belənçi yolçuluğ eliyirəm. Məə un verin. Dedilər, bala, kiseynən verərüy sənə unı, dedim, yo, hərözzən bi ouc alaciyam, isdəmirəm çox. Tə­ki sənin balalarun qalsın. Bırda da şirin su quyusu vardı. Bi­zim kişi də apressən təzə gəlmişdi. Dedim, suyum yoxdu, dedi, onda ged suya, tez gəl. Uşağı da qoy mənim yanımda.

Dedim, uşağ yeriyir, çıxar yola ev yolüsdüdü, sorası nə­cür olar? Qoy sarıyım dalıma gedim. Nəkkədə elədi, dedim yox, sarıyıb dalıma gedirəm. Nəsə, sarıdım dalıma getdim. Get­­­dim quyuya çatdım. Yanımda da bi dənə qız durmuşdu. Elə vedrəni çəkmişdim ki, yarıya qədər, məni elə bil qıçımnan qal­xızdılar, tulladılar quyuya. Uşax da kürəyimdə. Qaldım dedim məni bəlkə su qalxızacay da, bəlkə bi yol tapam mən. Gördüm yanımdakı qız qışqırdı. Ay camahat adam düşdü qu­yuya. Həəə, gəldilər yığıldılar belə, yenə də Allah mənə kö­mək oldu. Yenə su ikinci dəfə qalxızanda dedim ayağımı atım lüləni tapım bi ayağımı salaram, bi ayağımı ataram quyuya təkan verərəm, çıxaram. Elənçiynən su qalxızdı məni. Elə he­lə də elədim. Nəsə əllərimnən təkan verdim çıxdım. Səs düş­dü ora-bıra.

Bizim kişi də çıxar yola ki, elə bılar bizim uşaxlar ola­cağ. Axı indi getdilər suya. Həə, xəbər alıb bı qaçannardan ki, ay bala, bu adam deer düşüb quyuya, kimdi bilmirsüz? Deyir, yo, bilmirük. Bidə gördüm ki, gəlib quyu başına. Gəldi gördü ki, uje nərtifan sallıyıblar məni çıxardıllar. Götürdüm uşağı aşdım belimnən, verdim bılara. Gətdilər. Həə, xəbər getdi ki, qaynatama gəlnin düşüb quyuya. Bi oonçin baxginən kişi deeb gəlin özü düşmiib, onu atan atıb, çıxardan da çıxardıb. Həə, mən görmüşəm bax bıları bala. Molla, əməl var, ya yox­du. Həə, yenə gecə yatdım yuxuda gördüm giriblər yuxuma. Deer, səni quyuya atan biz olduy, dedüy ölərsən uşax qarışıx, ancağ diri çıxdun. Yuxuda bını məə cinnər deer. Ele bizim ki­mi adamlardılar ee olar da. Belə qəşəy əməlli başdi ee, an­cağ baş göz açığ, məsəl əmcəylər tökülüb bıra belə, məsələn, mənə göstərərdilər guyə evdiyəm, məsələn, pişiyi gösdərər­di­lər mənə ki, çıx qırağa səni biz aparay. Həə, mən danışardım da ağaya ki, bax, ağa, belənçi-belənçi mənə narahatlığ veril­lər, müsibət çəkdirillər olar. Belənçi də, qızım. Azad oldum şükür Allaha. Balalarım da bir-birinin üzünü gördülər.
* * *

Uşaxlarım diş çıxardanda diş aşı bişirmişəm mən ha­mı­sıyçın. Turşulu aş da bişirmişəm. Diş aşının dən-dününü alı­ram, boranısını, heyvasını, issodunu, giləmərzəsini hər bi şe­yini alıram, hazırreyıram, onnan dən-dününü də noxud, mərci, yarmanın valası, düyü tökürəm, yaxşı şirni atıram, gilə tur­şu da atıram. Bi də ona rub qayırıruğ. Biz rub palçıx rubu dü­zəldirüg. Həə, onu da qarışdırıram tökürəm onun içinə, biyaz issod, biyaz sarıkök atıram, biyaz da cəfəri doğreram. Bına bizdə diş aşı dellər. Həə, hədik başqa şeydi, bu ayrı. Bının adı turşulu aşdı. Adətə görə, uşağ diş çıxardanda turşulu aş bişməlidi. Dişin yeri bunu bişirirsən.
* * *

Zahı qadın qarnını, belini mütləq bağlamalıydı. 40 gün uşağın, zahının qəbr qapısı açığ olar. Gərək 40 gün zahı özü­nü, uşağı qorusun, hər şeydən qoruyasan özünü gərək. Uşağı da ki, 10 günündə çimizdirib qüsulunu verməlisən. Uşax təmiz, pakizə olur onda. Yeni doğan qadına zahı deyillər. Uşa­ğa nüfuz qüsulu verilir. Əvvəl başqa-başqa qüsul verilir, sora axırda nüfuz qüsulu verilir. Nə bilim belə deyillər, nüfuz qüsulu. Nüfuz qüsulun tökəndə deyirəm, vacib qürbətən iləl­lah. Zahıya da verilir o qüsul, uşağa da. 10 günün tamamında ana da çimir, uşağ da.
* * *

Körpə doğulurdu, 10 gün sora çimizdirirdilər. Başqa adam-zad da gəlməyə qoymursan da məsəl. Adam var xayın­nığ­can gəlir, özü ilə də dua gətirir. Uşağın yanında dualı adam olmaz. Həmzad satallar. Həmzad duaya deyillər. Həm­zad­didi, bu dua gətirib deyillər. Bi də el arasında toxunublar de­yillər. Yəni ki, hamilə zamanında, zahı zamanında şiş qo­yul­­lar başı­nın altına, çörək də qoyullar. Özü də gərək öz ya­nın­da yatız­zı­ra­san, qoymuyasan zahı tək qala. Gəlib elə bil ki, çağırıllar qu­lağına səda gəlir elə bil. Özü eşidir ancağ, başqası eşidməz. Səs gələr o da qorxar onnan. Ona görə də on gün ya­nunda saxlı­yır­san. Sora aparıb qüsulun verirsən, gətirirsən. Uşa­ğın çiləsi çı­xır, sora yuyundurursan, zənəni də uşağı da yuyundurursan. Mö­lud qüsulu verillər uşağa 40 günündə. 40 günündə uşağın suyu başınnan töküllər. Deyillər, mölud qüsu­lu verirəm, vacib qürbətən iləllah. Onnan sağ cinahınnan tö­kül­lər suyu, sol cina­hın­nan töküllər suyu üç dəfə. Olur tər-təmiz.
Göbəkdüşmə
Elə ki uşağ güc eliyirdi, şələ götürürdü, başdıyırdı ağ­rı­mağa, onda bilirsən ki, göbəyi düşüb. Görürsən ki, sanci doğ­ra­yır aparillar göbəkçəkənin yanına. Göbəkçəkən də barma­ğı­nı sa­lır, ağır-ağır bırır-bırır, görürsən göbək atır, biyaz da bı­ran­nan sora bi dənə balaca kartofdan, soğannan qoyursan ora, mö­hkəm bağlayırsan. 2, 3, 5 saatdan sora gorürsən göbək düş­dü ye­rinə. Hə, deyirsən, bala, 2 saatdan sora çay iç, çörək ye. Sora aç.
* * *

Hamiləlikdə 40 gün deyərdilər ki, doğan qadının qəbri acıq olur. Bu 40 günü onu evdə bəsdiyirdilər, uşağı da bi yerə getdi, qırxlıyaruğ. Biri dualı gəlib həyətə girəndə də tez üs­tünə tor atarduğ, tənzif atarduğ. Ələyi gətirib su çiliyərdük, qırxlıyarduğ uşağı da, qadını da.

Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə