Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə7/57
tarix26.09.2017
ölçüsü2,37 Mb.
#1735
1   2   3   4   5   6   7   8   9   10   ...   57

4.4. Pambığça



Bax, mənim nənəm birinci dəfə ailə qurub, onun yol­da­şı, molla Dəyyan, İranda darulfunu qutarıb. Həm təbib olub, həm də alim olub. Nənəm 5 il nişannı olub, onun yolun göz­diyib. O, həmin adam gəlib, 30 yaşında rəhmətə gedib. Bir dənə oğlu da var imiş, o da ölüb. Molla Dəyyan şura höku­mə­ti vaxtı qorxudan ölüb, onu qızıl kəmərbənd üstündə şuranın adamları başının üstündə tapança tutmaqla ölümlə qorxu­dub­lar, o da cəmi yeddi gün yaşayıb, sora da ölüb.

Sora bu kişi ölənnən sora nənəm hələ cavan gəlin imiş də. Qaynatası qalıbmış hələ. Kişi deyib ki, bı gəlin evdən get­sə, mənim bağrım çatdıyar. Mamamın da, atasının arvadı ölüb­müş. Nənəmi alıblar qaynına. Sözümün canı nədi, mənim yadımdadı kətdə, kimin uşağının ağzı belə pıçılğan olurdusa, yəni pambığça deyirüy e, bax helə. Ağzın içərisi belə səpirdi ye, ağappağ olurdu. Hə, nənəmin də uzun xinalı hörüyləri var idi, qıpqırmızı. O uşağları gətirirdilər onun ynına, inanın Al­la­ha, nənəm belə saçın yuyuardı, həmin uşağın ağzına 3 gün, 3 dəfə çəkərdi, uşağı götürüb aparırdılar. Onnan da uşağ 3 günə sağalırdı. O vaxt deyirdilər ki, qaynına gedən adam, o saçıy­nan uşağın ağzına çəkərsə, o sağalar. Bax mən bunun şahidi ol­muşam, sağalırdı da uşağ. Tək mənim nənəm yox eee, bü­tün qaynına gedənnərə ayid idi bu deyim. Elə bizim kənddə qay­nına gedən başqa arvadda da pambığça xəstəliyini, ağız yaralarını sağaldırdılar. Nənəm nə falçı idi, nə də baxıcı.

Söyləyicilər:


Gülcahan Ələkbərova, doğum tarixi 1927, təhsili yoxdur, Qızılagac kəndi

Rübabə Ələkbərov, doğum tarixi 1929, təhsili 7-illik, Qızılağac kəndi

Fatma (Pərzad) Tağıyeva, doğum tarixi 1938, təhsili 7-illik, Gəyəçöl kəndi

Güləsər Dadaşova, doğum tarixi 1942, təhsili 7-illik, Musaküçə kəndi

Həsən Əhədov, doğum tarixi 1935, təhsili ali, Həsənli kəndi

Zəhra Bədəlova, doğum tarixi 1931, təhsili orta, Hişkədərə kəndi

Mədinə Həsənova, doğum tarixi 1941, 7-illik, Xirmandalı kəndi

Həlimə Rzayeva (həbəçi), doğum tarixi 1924, təhsili yoxdur, Digah kəndi

İpək Quliyeva, doğum tarixi 1924, təhsili 7-illik, Səmidxan kəndi

İmanqulu Məmmədov, doğum tarixi 1949, təhsili ali, Səmidxan kəndi

Mərziyyə Məmmədova, doğum tarixi 1951, təhsili orta, Səmidxan kəndi

Rəfayıl Vahabov, doğum tarixi 1944, təhsili ali, Göylənni kəndi

Rəxşəndə Məmmədova, doğum tarixi 1936, təhsili 7-illik, Şərəfə kəndi

Şövkət Hüseynova, doğum tarixi 1962, təhsili ali, I Məhəmməd Şıxlar kəndi

Mirbacı Əliyeva, doğum tarixi 1954, təhsili orta, Qəriblər kəndi

Ədibə Əliyeva, doğum tarixi 1964, təhsili ali, Şərəfə kəndi

Toplayıcılar:


Füzuli Bayat

Nuridə Muxtarzadə

5. İNANCLA BAĞLI MÜALİCƏLƏR



Bax meşədi burda, gedmişüg ova. Yolu itirdim. Mən in­di bilməliyəm ki, hansı tərəfdən gəlmişəm. Mən necə bunu öy­rənə bilərəm?

İt hürən tərəfə getməlisən.

– Yox, it filan yoxdu orda.

Ağajdarın yarpağınnan bilmək olar.

– Yox.

Hə, bəs necə?

Demək, gün dəyən tərəfdə, mamır olmur. O, kölgə tərəf­də mamır olur. Mamırı gördün ki, bu tərəfdə, demək, sən əks tərəfdən gəlmisən.
* * *

Dayım cindardu. Dayım şirinliyə eliyərdi. Uşağ düşən­də, eliyəndə dua yazardı. Məndə iki dənə düşüb.

Didi, sən gəlginən dua yazım, tay sənə zaval olmaz. On­nan o dua yazdı, o qızım qaldı.

Cümə axşamlar ruhlar evə gəlir. Əgər xoş danuşdun, gül­dün, xoş gedəcək. Vuruşmə oldu, qavğa oldu, söyə-söyə gedəcək.
* * *

Təzə gəlin gətdüy. Mebelin güzgüsü bir az çəkiş vuran­da sındı. Mənə dedi, qizə, güzgü sınanda neçə dənə qızın bəx­ti açıldı. Uşağa nəzər dəgəndə xəmiri yumağ-yumağ eliyib di­var­lara vururlar. Quru unu da divarlara səpirlər. Uşağa nə­zər dəgəndə xəmir divara yapışır, düz çövürürük başına, sancağ yaxasına vururq.

* * *

Bir dənə uşağım var idi. Uşağ balnisadan gəldi, dedi, çat­dıyıb ölərəm. Dedim, a kişi, sən get molannın yanına. Kişi dedi ki, bu uşağ nəzərə gəlib. O getdi nəzər duası yazdırdı, uşağ dirildi.
* * *

Uşağın başının altına yumurta qoyardılar. Başına bir san­­cağ vurardılar. Gözmuncuğu vururdular göz dəyməsin, de­yə. Göz var idi, indi də var.
* * *

Nəzər var. Mənim iki qardaşımı nəzər vurdu. Nəzərdən Allahın xəbəri yoxdu. Nəzər mundardı. Nəzərdən qurtarmaq üçün dua yazırlar. Qabağ bizdə seyid çox idi. Üzərliy yan­dı-rırıq bayramda. Nalı vurarsan pol, bərk olar. Gecə güzgüyə baxarsan şeytan səni azdırar, dəli olarsan. Gecə incil altından keçmək olmaz. Haran ağrıyır, hərəkətin yoxdu, get göy söyü­dü qucağla denən ki, düzgünnüyümü verirəm sənə düzgün­nü­yüvü ver mənə. Üç dəfə o söyüd yanacağ sən diriləcəysən.
* * *

Qabağ oğlan uşağını ocağa tos tutarmışlar, ya səkiyə bir belə üstünə su səpirsən. Yeyərdilər düyünü, bir qırağa tökər­dilər. Deyərdilər, onda toyuğun da payı var. Biz yeyərdik həmişə, süfrəni aparıb həyətə çırpardığ. Həyəti süpürüb küncə yığarsan a o, kifirlikdi. Qədimdə deyərdilər, süpürgəynən sü­pü­rüb küncə yığma-cinlər yığılar ora.
* * *

Uşağa nəzər dəyəndə, gedirsən baxıcıya, duva yazdı­rır­san.
* * *

Qurban olduğum, övladları, insanları dünyaya gətirəndə deyir, mənim nəzərdən xəbərim yoxdu. Özüzü nəzərdən qo­ru­yun. Nəzər belədi ki, bəzən o körpə uşaqları cox görsətmirlər. Onun başına duz cövürəsən, sora üzərrikdən soğanın qabı­ğın­dan, bir az pambıq yandırırsan ki, uşağın başından getsin bu. Ən cox duz yaxşıdı, duz çox qəşəngdi. Duzu sora oda atma ha, ayağının birini qapının bu tərəfinə qoy, birini bu tərəfinə. Ayağının arasından cillə qoy getsin.
* * *

Caduda ən təsirri yol canavar əlidir. Canavar çəngi var, onnan da su tökə bilərsən başına. Onu lap heç nəyə ümüd gəl­mi­yənnərə eliyillər. Buna qurd əli də deyillər. Bi də bi şey də var, məsəl, bu qurd əlini iki nəfərin ortasınnan kecirtsən, o iki adam məhv oldu demək. Elə bil yoldaşunnan səən aronnan ke­cirtsəm, vəssalam məhv oldun. Bu da ancağ pisdiyə eli­yənnər də olub.

İndi bu canavar çəngi zad eləmillər.


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə