Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə8/57
tarix26.09.2017
ölçüsü2,37 Mb.
#1735
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

Qorxuluğun götrülməsi 1



Qorxuluğçun mən adətən, suyun içinə şamı əridib tökü­rəm, o damcılar töküldükcən hansısa duaları oxuyuram. Nə­dən qorxubsa həmin şəkil əmələ gəlir o suda. Həmin qorxuluğ da çıxır insanın canınnan. Həm oxunan duaların köməyiynən, həm də orda alınan şəkil nədən qorxduğunu bildirir, ona qarşı on­da nəsə yaranır.

Qorxuluğun götrülməsi 2



Bizdə belə şeyləri nənəm eliyərdi. Nənəm bizim qorxu­lu­ğumuzu götürməy üçün deyərdi, gözüvüzü yumun. Yumar­duğ, qəfildən bir stəkan suyu tökərdi üstümüzə, biz də diksi­nərdüy, onnan da qorxuluğumuz gedərdi. Heç bizim xəbəri­miz olamazdı yee, mamam deyərdi gizdincə ona ki, gecə bəs filankəs qorxub, o da qəfil eliyərdi.

­

Qorxuluğun götrülməsi 3



Uşağ möhkəm qorxur, səmə kimi olub, gətiriblər yanı­ma. Dedim:

– Mənə qara gəncə verün, duz verün, un verün.

Unu 3 dəfə vururam qoşa kürəginin ortasına. Boş unu, apa­rıram onu qarannığda evin 4 küncünə vururam. Sora vuru­ram onun kürəginə yenə. Onnan da o qorxuluğu götdüm. O uşağın adını deyirəm 4 dəfə. Deyirəm, onun qorxusun göt­düm, onun qorxusun götdüm, onun qorxusun götdüm, onun qor­xusun götdüm. Həmən o qara gəncəni də 3 dəfə onun ba­şına atıram, götürürəm.

Ruh ölçmə 1



Evinnən beblə çörək aparırsan o ruh ölcənə. O ölçür. Nə­sə deyir yavaş-yavaş, onnan o duzu, çörəgi zad eliyir, nə bilim, balaca belə qaşıxdı nədi, onda belənçig zad eliyir. Bir-bir ölənnərin adını cəkir. Kimin ruhu tutub onun adına quran oxuyur, ya halva boyun alır. Elə olur gedirsən, deer, məsəl də­dəən rufu tutub, ya qoca babanın rufu tutub səni, halvıya. Mütləq gəlib gərək halva çalasan. 5-6 evə də paylıyasan, özün də yeyəsən. Məsəl ruf tutub nəyə-süddü plov balıxnan. Gərək bişirəsən. Ruh elə belə dəyil ee, elə ölşdüm yeri get. Nəyə tu­tubsa, onu da bişirirsən. Axşamçağı günortadan xeyləm sora ada­mı qızdırma tutur. Ruhun özü ümumiyyətlə, mal gələn vax­tı, çox vaxt axşamçağı tutur.

Ruh ölçmə 2



Ruh tutanın əlində taxta qaşığdı, bir də ki, təsbehdi. Ya təsbehnən, ya da ki, taxta qaşığın ucuna ip bağlıyıllar, onunla ruh tutullar. Sora, məsələn, gəlib deyillər ki, üç gündü bu adam qızdırır, hər gün günortadan sora. Bunun ruhunu ölç­məy lazımdı. Oturursan, məsələn sən də oturursan, indi kim ba­carır də, onun rufun ölçür. Ölçənnən sora deyir ki, hə, atası tutub, ya babası tutub, ya kimsə tutub, deyir ona. Sora bir də eli­yir, məsələn, deyir ki, yasın oxutdur və yaxud nə bişirir­sənsə bişir, adamın adını çək, ehsannığa duz at qazana.

O adam o yeməkdən yeyir və yaxud isə yasın oxutdurur, ruf onnan çıxır, gedir. Amma ruh tutmağ yüz faiz var. Bizim bu ocağımızda var. Məsələn, bir də görürsən ki, kənddəndi bir nəfər Bakıda yaşıyır, zəng eliyir ki, 3 gündü qızmadan dayana bilmir. Həkim-zad da işdiyir üstündə, heç bir şey olmur. Onun rufun ölçməy lazımdı. Biz onu eliyürüy. Qaynanamın qayna­nasında ruh tutma var idi, sora qaynanamda, qaynanam da rəh­mətə gedəndə, dedi, mən sənə verirəm, sən eliyərsən. Rufu belə ölçürəm. Təsbehi belə tuturam əlimdə, əyər adamı ruh tu­tubsa, təsbeh yellənir. Amma tutmayanda yellənmir. Ruf tu­tan adam xəstə olur, qızması olur, titrətmə götürür, özü də gü­nortadan sora olur.

Ruh ölçmə 3



Qaşığı boğazınnan ipnən bağlıyıllar, yeməy yeyən yeri qalır aşağıda. Tutullar o ipdən qaşığ qalır tam sakit vəziy­yət­də. Məsələn, kimsə də qızdırıb, titrədib, amma əsasən günor­ta­dan sora olur bu hallar. Hə, ölçən adam astaca qaldırır, dayandırır belə qaşığı, deyir, bu filankəsin, məsəlçün babası­nın ruhu tutub, nənəsinin, kiminsə də ölənnərinin ruhunun adını çəkir. Əgər tərpənmədisə, başqa qohumunun adını deyir. Belə-belə addarı çəkir, kiminki tutubsa, bi də görürsən bı qaşığ belə-belə gedir. Məsələn, xorəyə tutub, yasinə tutub, ər­rəh­mana tutubsa, o yellənir, ya tutmuyubsa yellənmir. Adam var ruh tutur aylarnan. Gündüz o malariya adam kimi yaxşı olur, axşama dönəndə titrətmə qızma gəlir. Bax, mənim özü­mə bir gündə 3 dəfə ruh ölşdürüblər. Bacım ölşdü özü də. Bi dəfə plova tutmuşdu, bi dəfə də yasinə. Axşama yenə qızmam qalxdı, Allah, dilim söz tutmur, nə haldayam. Da yoldaşım dedi ki, əşi, bı ruh tutma döör. Qaynanam dedi, bala, yo elə gi­nə də ruh tutub mını. Da o qədər bezdi ki, dedi kim tutubsa, söyəcəm onu. Bı yoldaşımın da cavan qardaşı rəhmətə get­miş­di. Bacım ölşdi ruhu, dedi Rauf tutub, ərrəhmana. Qar­daşının adı Rauf idi. Bı götürüb qardaşımı da gəlib bizə otur­dular başımın üstündə. Ölüyə oxunan kimi, ərrəhman oxu­dular. Sora öyrəndim ki, Rauf tutub. Allah rəhmət eləsin ona. Ər­rəhman qutaran kimi durdum ayağa, keşdim kuxnaya baş­dadım iş görməyə. Bax, and olsun Allaha. Necə olub danış­dım, yəni ruhtutma var. Bir gündə 3 dəfə olub bu şey.

Ruh ölçmə 4



Adətən günortadan sora insannarda qızma, titrətmə olur. Ona adətən primitiv bir şey kimi baxırığ, amma onun da ça­rəsi var. Heç həkim də ona dava dərman eliyə bilmir. Bu dər­mannan keçmir. Onda bilirüy ki, hə o adamı ruh tutub. Onun xüsusi metodu var, onnan ölçülür. Qaşığnan da ölçülür, sap əyi­rənnən də ölçülür. Orda bir-bir ölülərin adı çəkilir, o za­man o qaşığ onun hərəkətində bildirir ki, həmən adamın rufu­du tutan. Sora bilirüy ki, ehsana tutub, ya yasınə tutub.

Göbəkdüşmə



Adamda halsızdığ, hərəkətsizdiy yaranır, başgicəllənmə verir. Elə bil ki, mədədə sallanma gedir. Urək-göbəy deyilir o aşağı düsüb elə bil. Hə onu götürəndə məsəl, adicə əlimnən, o mənim əlimdəki hissiyyatdı. O çırpıntını harda dayandıracam. Həmin çırpıntı dayanannan sora göbəkdüşmə götrülmüş olur. Onu bağlıyırsan, 3 gün sora öz yerinə tam oturur. Sora o dö­yün­tülər dayanır. Başgicəllənmə, ürəybulanma hamısı daya­nır. Əlnən göbəyin aşağı tərəfinnən asta-asta yuxarı qaldırı­ram onu. Axırda o belə barmağnan burulur, saxlıyıram. Yay­lığ­nan bağlıyırsan ki, o sürüşməsin aşağı.
Ərizə yazdırma

Gəlirsən, məsələn deyirsən, Miri, mənə ərizə yaz, məsələn filankəs xəstədi, ya instituta girmək istiyirəm. On iki imama, ağam Əbəlfəzil Abbasa, Həzrəti Əliyə, 5 kimsənəyə, bi­ların hansına istəsən, ərizə yazdırırsan filan arzum qəbul olun­sun, boyun alırsan. Mən də yazıram. Amma o ərizələr axar suya atılmalıdı. Məsələn, Viləş cay da var ha ora olmaz. Çünki ordan atarsan gedir ilişər o yanda kola-kosa mındar­ra­nar. O ərizə mütləq gedib yiyəsinə çatmalıdı. Onu gərək evdə saxlayıb dusdağ eləmiyəsən. Bi də onu yazdıran şəxsin inamı olmalıdı. Hal-hazırda nə qədər ərizəm var suya atılası.
Qələm çalma

Məsələn biri gəlir deyir, xəstəyəm qızmam düşmür. Həkimə gedirəm düşmür. Mən də baxıram ki, qorxubsan. Du­va yazıram onnan da qorxuluğu götrilir. Özü də ananın adına ya­zılır. Gedib buları yerbəyer eliyirsən, onnan da düzəlirsən. Bu falçı başqadu, falçılığ deyil a bu. Amma biz Qurannan eli­yi­rüg, məəm ağam bax Qurannan qız bəxti açardi, o hay duva bas­dı­rıblar get çıxard zad elə, yox o bizdik döyirdi. Mən özüm də qorxuluğu götürürəm, məsələn biri gəlib ki, bəxtim ya­tıb, ona yazıram, o qədər qızdar ərə gedib ha mənim əlimnən.
Qələm vurma
Sora biz qələm də vururuğ. Atam da eliyirdi, bacım da eliyir. Da haralardan ona görə bizə zənglər gəlmir. Mövsüm qardaşım da yazır. Özü də bı günah deyil haaa. Özü də bı qə­ləmvurma ananın adıynan olur. Atanın adını yazmıllar. Bi qo­hum­muz var idi, bi gün Sumqayıtdan zəng vurdu ki, ağa, uşağ düşüb partdamıya, gecəni səhərə kimi yatmıyıb, çır-cır çağı­rır. Atam da qələm vurdu. Onnan da yaxşı olmuşdu uşağ.
* * *

Bizim bu Şəfəq helə xəstə olardı, çox tez-tez xəs­tələ­nər­di. Day həkimlərdə, çöpçilərdə qalmışdüy. Bi dəfə bu yenə çərşəmbə vaxtı xəstə olur, dedim mən bu gecə bi fel işdə­də­cəm. Heç kimin xəbəri yoxdu. Birdən götürdüm yekə bir na­ta­raz baltamız var, onu, gəldim, cumdum bu uşağın üstünə. Kö­­pəy­in qızı sağalırsan sağal, yoxsa səni vurub öldü­rəcəm. Elə bil xəstəliyi qorxuzdum da. Onnan da Şəfəqin xəstəliyi getdi.

O biri ili getdim qonşuya. Oların da 13 dənə uşağı var evdə. Ordan ora süfrəni düzüblər. Gör indi qonşuya balteynan getməy nə olar. Balteynən necə girmişəm evə, qızzar da qalıb da evdə, getmiyiblər ərə. Balteynən qızzarın üssünə elə cum­dum ki, qız, bu il gedirsən get, getmirsən səni indi balteynən doğ­rıyacam. Olar da qorxdular durdular ayağa, ay Allah, bu kimdi? Dəli oldular. Dedim az mənəm qorxmuyun.

Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə