108
badda Məryəm, Qımırbazarda Firdovs, Əmbərçayda Güllü, Ço-
bankolda Nigar, İlisuda Şirincan...
1960-cı illərdə aşığın şeirlərini toplamaq məqsədilə Qax
rayonunda olarkən yaşı yüzü addamış Aşıq Məhəmmədlə gö-
rüşdük.
O, Molla Cümənin müasiri olmuş, məclislərində iştirak
etmişdir, onun şeirlərini əzbərdən bilirdi. O, dedi ki, Molla
Cümə tez-tez aşağıdakı bayatını çağırmağı sevirdi:
İlisuda olaydım,
Şüşələrə dolaydım.
İlisu qızlarının
Nişanlısı olaydım.
Molla Cümənin ən çox təriflədiyi gözəllərdən biri
Nigardır. Nigar gözəl, ürəyi açıq, qonaqpərvər idi. Saza, sənətə,
el aşıqlarına böyük hörməti olmuşdur. Çobankola gələndə
Molla Cümə bu ailənin qonağı olarmış. Molla Cümə bir neçə
mahnısında Nigarı xatırlamış və nəhayət ona üç şeir həsr elə-
mişdir. Şeirlərin birincisi beş bənddən ibarət müxəmməsdir.
Burada Nigar elimizin ən ulu, müqəddəs, ad-sanını özündə
yaşadan bənzərsiz bir gözəl kimi təriflənir.
Hər dəfə Zaqatalaya yolu düşəndə Molla Cümə bu ailə-
yə baş çəkərdi. Yenə bir gün Nigarı, onun anası Ayşaxatını
yoluxmaq üçün onlara gəlir. Bu zaman Ayşaxatın pəncərədən
görür ki, Molla Cümə həyət qapısını açıb içəri girir. Özünü
saxlaya bilmir, dizlərinə döyə-döyə, başının tükünü yola-yola
aşığın qabağına yüyürür. Molla Cümə o saat işin nə yerdə
olduğunu bilir. Ayşaxatına ürək-dirək verir, elə bu anda ikinci
bir şeir Molla Cümənin başında dolanır. “Tək düşmüşdün Ço-
bankola ay Nigar” deyən aşıq vaxtsız dünyadan köçmüş bu el
qızına ağı oxuyur:
Ərə getdin, yaman dərdə tuş oldun,
Boylanmadan sağa-sola, ay Nigar.
109
Ər evində Nigarın qısa ömrü xoş keçməmişdir.
Gəlin oldun, hərgiz yetmədin başa,
Dağ düyünüm qoydun dosta-sirdaşa.
Anan Ayşaxatın dönüb bayquşa
Ağlar, deyər: aman bala, ay Nigar.
Molla Cümə həyatla vaxtsız vidalaşan bu el gözəlinin
faciəsini üzün illər unuda bilməmişdir. Nəhayət, bizə məlum
olan üçüncü şeirində yenə Nigarı xatırlamışdır. “Ay ağalar
gəldi, düşdü yadıma:” “Viran qaldı gözəl bağı Nigarın” sonra:
Molla Cümə ağlar, eylər ahu-zar
Getməz sinəsindən dağı Nigarın.
Balakən rayonunun İtitala kəndində Aşıq Məhəmməd
Həsrətov dedi ki, Molla Cümə bu üçüncü şeiri Nigarın qəbri
üstündə demişdir.
Elin qız-gəlinləri saysız-hesabsızdır, biri-digərindən gö-
zəldir. Hər bir gözəllə rastlaşanda aşığa elə gəlir ki, daha ondan
gözəli yoxdur.
Molla Cümənin elin dərdini və sevincini bölüşdüyü,
elin gözəllərini elə car elədiyi “sazının qotazını da üç gözəl, üç
mehriban asıbdır”.
Kəhrəbası, göz muncuğu olanı,
Zeynəb adlı bir növcavan asıbdı.
Yaşıl muncuq üstə olan qotazı,
Xumar gözlü o Tükəzban asıbdı.
Ta ölüncə sazda saxla yadigar
Canım alan Bədircahan asıbdı.
El gözəlləri Molla Cümənin dadlı, duzlu məclisini həs-
rətlə gözləyirmişlər. Çünki aşıq gözəllik və gənclik nəğməkarı
110
olmuşdur. Bir dəfə Zaqatalanın kəndlərindən birində aşıqlar
məclisi olur. Qızlar küləfirəngiyə toplaşıb mübahisə edirlər.
Molla Cümə bu məclisə gəlib, ya gəlməyib? Onların bu nara-
hatlığını evin içərisində aşığın qulağı çalır. Elə bu zaman gö-
zəllərdən ən cəsarətlisi yoxlamaq üçün bir anlığa qapını açıb
baxır, gözləri Molla Cümənin gözlərinə sataşır, sevinir, qapını
örtüb rəfiqələrini muştuluqlayır. “Gəlib-gəlmədiyini bildi qa-
yıtdı” misrası ilə bitən mahnı ordaca dünyaya gəlir və məclisdə
oxunur. Məclis qızışandan sonra Molla Cümə bir anlığa gözü
çaldığı gözəlin yadda qalan xarici görünüşünü də mahnıya
salır.
Qızılgül tək açılıb
Qarşımıza çıxıbsan.
Kirpiklərin ox edib
Bağrımıza çaxıbsan.
Qola qolbax sarıyıb
Ələ xına yaxıbsan.
Şümşad qələm barmağa
Gümüş üzük taxıbsan.
Minə kəmər bağlayıb
İncə belin sıxıbsan...
El sənətkarının gözəllərə həsr etdiyi mahnılarından gül-
çiçək, bənövşə qoxusu gəlir, baharın təravəti duyulur. Molla
Cümə el içərisində ağıllı, kamallı, vəfalı, sədaqətli, gül çöhrəli
gözəllər gördükdə ilhama gəlmişdir.
Şəninə tərif dediyi gözəllərin aşıq həm də xarici görü-
nüşünü təsvir edir. El qızlarına zinət verən, onları daha da
gözəlləşdirən geyimini də öz tərifinə əlavə edir.
Başında kalağayı
Baftası ləçək bacına.
Saçları güləbatın
111
Teli quyrum çək bacına.
Qabağı ayna kimi
Yanağı çiçək bacına.
Him vurub qaş oynadan
Sığalı birçək bacına.
Molla Cümə el gözəllərini üzü, qaşı, xalından başla-
yaraq əyninə geydiyi bütün paltarları və bər-bəzəyi ilə birlikdə
çox ustalıqla öz şeirlərinə salır. Bizə belə gəlir ki, bu şeirlər
əsasında bütün hərtərəfliliyi ilə, yəni zahiri və mənəvi məziy-
yətlərilə Azərbaycan gözəlinin portretini çəkmək olar.
Güləbətin zülflərini
Qulaq dibində burursan.
Şahmar kimi birçəklərin
Yaraşmış yanağa Məryəm.
Yaxud:
Belində gümüş kəmər
Yaxasında düyməsi xub.
Ayağında kişmir tuman
Taftalı yun geyməsi xub.
İnsanın hər şeyi gözəl olmalıdır tezisini də Molla Cümə
şeirlərində təsdiqləyirdi.
Molla Cümə el qız və gəlinlərini xarici görünüşüncə
gözəl və mənəviyyatca isə təmiz istəyirdi. Aşıq şirin dilliliyi
gözəllərin ən ümdə keyfiyyətlərindən biri kimi tərifləyirdi.
Şəhdi şəkər bal sayaq
Danış şirin dilli yar.
Dostları ilə paylaş: |