153
Əhmədov Məhəmməd Əhməd oğlu (Aşıq Məhəmməd)
Qaxda yaşayırdı, 100-dən artıq yaşı vardı. Gözləri yaxşı gör-
mürdü. ən çox Molla Cümədən şeir bilir, çoxlu xatirələr
söyləyirdi. Molla Cümənin apardığı məclislərdə iştirak etmişdi.
Çox qocaldığından Molla Cümənin bir sıra şeirləri və bir çox
şeirlərin də bəzi bəndləri yadından çıxmışdı. Molla Cümə
haqqında danışmağı xahiş etdikdə aşağıdakı sözləri dedi:
“Ortaboylu, dolubədənli adam idi, kiçik saqqalı olardı, iri, qara,
aralı qaşları var idi, ağbəniz idi. “Özünün yaxşı səsi yox idi,
bütün saz havalarından xəbərdar olmasına baxmayaraq, yaxşı
saz çala bilmirdi. Onun sazı ürəyi olubdur. Maşa, odun, xəncər
götürüb coşar və oxuyardı, özü də həmişə şagirdləri ilə olardı,
nə görsə, nədən təsirlənsə, o saat şeir deyərdi, şagidləri də
yadda saxlar və sonra oxuyardılar. Bir milyon da versələr,
Molla Cümə xoşu gəlməyən yerdə oxumazdı, deyərdi ki, mənə
həqiqi insanlar məclisi lazımdır. Xoşuna gələn məclisdə isə
hətta təmənnasız nə qədər desən, oxuyardı. Aşağıdakı bayatını
çox xoşlayar, və tez-tez deyərdi.
İlisuda olaydım,
Şişələrə dolaydım,
İlisi qızlarının
Nişanlısı olaydım.
Onun şagirdlərindən Aşıq İsmayıl məşhur idi. 1925-ci
ildə Ağamalı oğlu böyük olanda İsmayılı Zaqataladan Bakıya
Təbriz qəstininə aparıblar”. Aşıq Məhəmməd Molla Cümənin
ölümü haqqında belə dedi: “Molla Cümənin özü ilə bərabər üç
yoldaşı da gedirmişlər, çiynində sazı olub, tüfəng bilib vurub
öldürüblər, öldürənlər isə erməni soldatları idi, tanımayıblar”.
Qax rayonu, Zərnə kəndi, Əfəndiyev Zeynalabdin. Özü
şeir də qoşur, yaxşı saz çalır, sazın müşayiətilə şeirləri ifa edir.
Ümumiyyətlə, Şəki-Zaqatala zonasının aşıqları haqqında yaxşı
məlumatı var. Ən çox sevdiyi sənətkar Molla Cümədir. Onun
154
çoxlu şeirlərini bilir. Xüsusilə, divanilərini həm əzbərdən
söyləyir və həm də saz havası ilə ifa edir. Zeynalabdin dayı
dövlət qulluğunda çalışırdı. Uzun illər Qax rayonunda icraiyyə
komitəsinin sədri olmuşdur. Zeynalabdin dayının dediklərin-
dən: “Molla Cümə Qax rayonunun Ləkit kəndində Dağıstanın
Saxur kəndindən olan Aşıq Hüseynlə təsadüfən rastlaşmış, bir
gecə-gündüz deyişmişlər. Hüsen Savadsız olub, çobanlıq eylə-
yirmiş, Molla Cümə ona deyir ki, sən haqq aşığısan”.
Zeynalabdin dayının dilindən qoşmalar, divanilər, müx-
əmməsləri yazıya aldıq. Biz Zeynalabdin dayı ilə söhbətə baş-
layandan bir az sonra Əbdülmənaf da gəlib çıxdı. Əfəndiyev
Əbdülmənaf Zeynalabdin dayının qardaşıdır. Zərnədə kolxozda
hesabdar işləyir. Hər iki qardaş aşıq sənətinin vurğunudurlar.
Ancaq Əbdülmənaf dayı Molla Cümə şeirlərini daha çox və
daha dəqiq bilir, hafizəsi çox itidir.
Mustafayev İdris. Şəki rayonunun Aşağı Göynük kən-
dində yaşayırdı. 100-dən çox yaşı vardı. İcraiyyə komitələri
yaradılanda yer quruluşu vəkili olmuşdur. İdris dayı Molla
Cümənin, necə deyərlər, yaxın adamı, dostu olmuşdur. O, aşı-
ğın yalnız şeirlərini deyil, onun həyatı, fəailiyyəti haqqında da
çoxlu faktları bilir. Molla Cümənin cənazəsini tapıb basdıran
da İdris dayı olmuşdur.
Şəki rayonunun Aşağı Göynük kəndində Həşimov Meh-
rəli Seydəli oğlu, 85 yaşı vardı, kolxozçu idi. Aşıq sənətini,
ədəbiyyatı sevən bir adamdır. Molla Cümənin çoxlu şeirlərini
yadında saxlamışdır.
Zaqatala rayonunun Kəpənəkçi kəndində Aşıq Murtuzəli.
O başqa aşıqlarla bərabər, Molla Cümənin də şeirlərini bilir və
oxuyur. Yaxşı saz çalır. Gənc ikən Molla Cüməni öz kənd-
lərində görmüş və ona “Xoş gəldin” rədifli bir qoşma həsr
etmişdir. Aşıq Murtuzəli əhvalatı özü belə nəql eləyir. “Dedilər
ki, Molla Cümə kəndimizə gəlir. Hazırlaşdıq ki, onun qabağına
gedək, aşığı qarşıladıq. Əynində qara haşiyəli ağ kürk, kürkün
altında da kiçik saz var idi. Çox gümrah idi və tez-tez yeriyirdi.
155
Axşam məclisdə mən əvvəlcədən tələsik qoşub hazırladığım
aşağıdakı qoşmanı sazı çala-çala oxudum:
Göydən əmr olunub düşübsən yerə,
Allahın şöləsi, nuru, xoş gəldin!
Dünyanın hər üzü bəyandır sənə,
Yüz min sirrin qır açarı, xoş gəldin!
Ustalar ustası, mollalar başı,
Elminin müştağı, alim yoldaşı,
Ölkənin dildarı, ellər sirdaşı,
Şəkistanın şah sərkarı, xoş gəldin!
Oxudun tərkibi – nəhvi-sərfində,
Otuz cüzv Qurandır təkrar dilində,
Yüz on dörd kitabdan xəbər verəndə
Haqq rəsulun qələndəri, xoş gəldin!
Murtuzəliyəm, yalvarıram mən sağa,
İstəyirəm yol-ərkanı qanmağa,
Mən sənə qul olum, sən mənə ağa,
Ol üstümün havadarı, xoş gəldin!
Molla Cümə məni dinlədi və dedi: “Oğul, Allahdan qeyri
heç kəsə qul olma. İnsan heç vaxt insana qul olmamalıdır”.
Aşıq Murtuzəli sözünü belə yekunlaşdırdı: “Cümə kimi şair,
söz deyən dünya – aləmə az-az gəlir. Çox savadlı, elmli bir
insan olub. O kişi dünyanın altını da bilirdi, üstünü də”.
Balakən rayonunun İtitala kəndində Aşıq Məhəmməd
Həsrətov. Məhəmməd Əli oğlunun 75 yaşı vardı. Əvvəllər
kolxozda işləmiş, sonra yaşı çox olduğu üçün işdən çıxmışdır.
O, Zaqatalanın Tala kəndində olan aAşıq Dibronun (Kamal)
şagirdi olmuşdur. Bir müddət mədrəsədə oxumuşdur. Sərbəst
oxuyub yaza bilirdi. 1928-ci ildən sonra müstəqil olaraq aşıqlıq
Dostları ilə paylaş: |