40
Mövlüd Yarəhmədov yazır ki, İbrahim Əfəndinin mək-
təbində Molla Cümə və Əfəndinin qızı arasında məhəbbət
macərası başlayıb. Onun yazdığına görə, guya bu məhəbbətə
İbrahim Əfəndi icazə verməmiş, Molla Cümə də onun qızının
adını gizlətmiş və İsmi-Pünhan adlandırmışdır. Guya qızın da
adı Mərziyə olub. Bütün bu məlumatların heç birisinin şifahi,
yaxud yazılı mənbəsi olmayıb və göstərilməyib də.
M.Yarəhmədov Molla Cümənin həyatı haqqında çox
ziddiyyətli, əsası olmayan mülahizələr söyləyir. Məsələn, mə-
qalələrin birində yazır ki, İsmi Pünhanı zorla Paşa bəyə ərə
verirlər. Mən özümün əldə etdiyim əlyazmalarının birində
Molla Cümənin Paşa bəyə həsr elədiyi şeiri tapdım. Şeir belə
başlayır:
Gün tək şölə salıb dünyaya çıxdın,
Mis yerinə qızıl tökdün, Paşa bəy.
Şeir qoşma üstündədir, beş bənddir. Son misraları
belədir:
İrazıdır səndən Cümə qardaşın,
Yüz ilən könlümü tikdin, Paşa bəy.
M.Yarəhmədov kitabın müqəddiməsində isə yazır:
“Yuxarıda deyildiyi kimi, zorla bir Göynüklüyə ərə verirlər.”
Daha sonra M.Yarəhmədov daha qəribə və mənasız fikirlər
söyləyir. Məsələn, o deyir ki, “İbrahim Əfəndi Molla Cümənin
qızına olan məhəbbətini hiss eləyərək aşığı hücrədən qovur”.
Guya sonra baş Göynükdə olan daha iki mədrəsənin sahibləri
Əbdürəhman Əfəndi, Şeyx Həmid Əfəndi də Molla Cüməni
mədrəsələrindən qovurlar. Belə məsuliyyətsiz fikirlər böyük
aşığımıza yaraşmır. O, lap cavan vaxtlarından elin, camaatın
sevimlisi olub, Molla Cümə çox ağayana, tərbiyəli, ağıllı,
xoşxasiyyət bir şəxs idi. M.Yarəhmədovun heç bir məsuliy-
yətsiz böhtanları ona yaraşmır. Mövlüd Yarəhmədovdan başqa
İbrahim Əfəndinin məktəbinin Marsan kəndində olmasını heç
kəs yazmamışdır. Molla Cümənin bir müxəmməsi var. “Baxın”
rədifli çox yüksək bədii keyfiyyətlərə malik əsərdir. M.Yarəh-
41
mədov yazır ki, Molla Cümə bu şeirində göstərir ki, guya İsmi
Pünhan, yəni İbrahim Əfəndinin qızı bir gün geyinib-kecinib
Göynüyə gedir. Aşıq Göynük camaatına müraciət edir ki, onu
yaxşı qarşılasınlar. Əslində isə belə deyil. Əvvələn, Molla
Cümə ilə görüşməyi qadağan elədiyi qızını, yəni İsmi Pünhanı
İbrahim əfəndi eləcə Göynüyə yola salmazdı. İkincisi, M.
Yarəhmədovun bəhs elədiyi müxəmməs İsmi Pünhan deyil, bir
nəfər ağıl-kamal mücəssəməsi olan qəşəng, səliqəli geyinmiş
cavana həsr olunub. Müxəmməsdə belə misralar var:
Rəhmət ol atasına,
Qoymuş dala böylə pusər.
Yaxud,
Olaydı dostum mənim,
Ya da ola bəradərim.
Tərif edilən bu şəxs heç bir zaman İsmi Pünhan – gözəl
ola bilməzdi, gənc oğlandı. Mövlüd Yarəhmədovun daha bir
şifahi, yaxud yazılı mənbəyə əsaslanmayan şübhəli bir müla-
hizəsi var. O yazır: “Molla Cümə 1882-ci ildə rəcəb ayında
Zöhrə ilə ailə həyatı qurmuşdur”. Düzünü deyim ki, mən 30-40
ildir Molla Cümə yaradıcılığı ilə məşğul oluram, iki il Şəki-
Balakən rayonlarını, kəndlərini gəzmişəm, sorğular aparmışam,
böyük aşığın Zöhrə ilə evlənməsini eşitməmişəm. Məsələ bura-
sındadır ki, aşığın şeirlərində onun şəxsi ailəsi haqqında, ömür
yoldaşına olan məhəbbəti haqqında nişanələr yoxdur.
Bizə o məlumdur ki, Molla Cümənin bir neçə övladı
olub, ancaq iki uşağı qalıb, oğlu Həsən və qızı Reyhan xanım.
Həsən 1919-cu ildə vəba xəstəliyindən vəfat edib. Reyhan
xanım isə son dövrlərə qədər yaşayıb. Molla Cümə öldürülən
vaxtı Reyhan xanımın 12 yaşı olub. Mən iki il hər dəfə Baş
Göynükdə 3 gün Reyhan xanımın qonağı olmuşam. Molla
Cümə arvadına müraciətlə gözəl bir şeir qoşub. Bu şeir aşığın
böyük və keşməkeşli həyatının bədii salnaməsi, həm də ictimai
əhəmiyyətə malik bir yadigarıdır.
42
Böyük sənətkarın həyatı ilə əlaqədar olaraq daha hansı
məlumatlar var? Molla Cümənin oğlu Həsənlə bağlı bir əhvalat
olub. Aşıq bu hadisəyə müəyyən bir şeir də həsr eləyib. Şeir tez
bir zamanda el arasında yayılıb. Məsələ belə olub: Həsən çox
şən, istiqanlı, hörmətcil, tərbiyəvi bir oğlan olub. Yoldaşları ilə
həmişə yaxşı rəftar eləyərmiş. Bir gün yoldaşları ilə evə gəlir
ki, yeyib-içib şənlənsinlər. Evdə isə təmir işləri gedirmiş. O,
yoldaşlarını qonaq eləyə bilmir, həyətdəki atı minib çıxır. Ata-
anasının isə onun hərəkətlərindən xəbəri olmur. Bir neçə gün o,
evdə görünmür. Ata-anası çox narahat olurlar. Bir neçə gündən
sonra xəbər gəlir ki, Həsəni Balakəndə çayxanada görüblər.
Deməsən, o, atı minib Şəki, Qax, Zaqataladan keçib Balakənə
gedib çıxır. Pulu qurtarır, atı satıb özünə ayaqqabı və arxalıq
alır. Bu hadisəyə Molla Cümə bir şeir həsr eləyib. Mən o şeiri
yoxlayıb, müqayisələr aparıb aşığın külliyatına daxil eləmişəm.
Maşallah, ay oğul, yaxşıdır zəndin,
Bir arxalıq bir cüt çustnan bəzəndin,
At getsə də dost və aşna qazandın,
Hər kənddən bizlərə bir qonaq oldu.
Arvadına müraciətlə dediyi şeirdən başqa Molla Cümə
yaradıcılığında ailəsinə, ömür yoldaşına olan sonsuz məhəb-
bətinə həsr elədiyi şeirə rast gəlmədim. İki il gəzdiyim rayon
və kəndlərdə də bu barədə eşitmədim. Molla Cümə böyük
aşıqdır, eşqi, məhəbbəti ilahidən alıb. Bütün yaradıcılığı boyu
deyir ki, eşq fədaisidir. Allah-Taala ona eşq verməklə onun
boynuna böyük yük qoyub. O, bu böyük yükü, ilham və mə-
həbbəti daşıyır. Ancaq bütün yaradıcılığı boyu şahidi oluruq ki,
o, nakam aşiqdir. Öz əsl məhəbbətini görə bilməmişdir, bu cə-
hətdən Molla Cümə böyük qürurla təsvir edir ki, o, Kərəm,
Məcnun, Fərhad kimi nakam aşiqdir. Nakamlıq onun üçün
xoşbəxtliyə çevrilmişdir. Bütün yaradıcılığında dinləyicilərdən
üzr istəmişdir ki, onu qınamasınlar, onun özünün heç bir güna-
hı yoxdur. Allahın bəxş etdiyi məhəbbəti ona layiq bir qüvvədə
yerinə yetirir.
Dostları ilə paylaş: |