88
“Hophhopnamə”ni Şəki rayonu Aşağı Göynük kənd orta
məktəbinin müəllimi Vədud Salman oğlu Hacıyev saxlamışdır.
Əsas sahibi isə Vədud müəllimin atası Salman Hacalı oğludur.
(O, 1943-cü ildə vəfat etmişdir). Salman Molla Cümə ilə 20
ildən artıq dostluq etmişdir. Özü də savadlı olmuşdur.
Vədud müəllimin dediyinə görə, Salman hər dəfə Molla
Cümənin xahişi ilə “Hophopnamə”ni də götürüb onlara getmiş,
daha bir neçə nəfər ziyalının iştirakı ilə kitabı oxuyub diqqətlə
qulaq asmışlar. Molla Cümə Salmanı səbirsizliklə gözlərmiş.
Çünki əvvəllər şifahi olaraq eşitdiyi, sevdiyi Sabir şeirlərini
indi əyani şəkildə oxumaq, görmək onun üçün əvəzi olmaz bir
mənəvi nemət idi. Ona görə də Salman “Hophopnamə”sini gö-
türüb evə yola düşəndə Molla Cümə kitabı bir daha əlinə alar,
həm minnətdarlıq əlaməti, həm də xatirə olaraq səhifələrin ağ
yerlərinə şeirlərini öz dəst-xətti ilə yazarmış, “Hophopnamə”də
ağ yer qalmamış, Molla Cümə şeirləri Sabir satiralarına
qaynayıb-qarışmışdır.
“Hophopnamə”də şeirlərin, demək olar ki, hamısı Molla
Cümənin öz dəsti-xətti ilə yazılıb, ancaq digər şəxs tərəfindən
yazılan şeirlər də vardır, bunlar da yenə Molla Cüməyə
məxsusdur. Maraqlıdır ki, kitabın lap əvvəllərində böyük bir
şeirin altında Rəşid bəy Əfəndizadənin imzası vardır.
Tapılan hər bir yeni əlyazması bu maraqlı şəxsiyyətin
tərcümeyi-halının müəyyən bir sahəsini aydınlaşdırmağa kö-
mək edir.
Molla Cümənin iki övladı olmuşdur. Oğlu Həsən və son-
beşiyi Reyhan, 1914-cü ildə aşıq əldə olan şeirlərinin seçilmiş
nümunələrini səliqə ilə bir dəftərə köçürmüş, oğlu Həsənə
yadigar vermiş və dönə-dönə tapşırmışdı ki, “yazdığım bu
dəftəri, saxla yadigara Həsən”. Dəftərin ilk səhifəsindəki mü-
xəmməsdə aşıq həm özü haqqında yazmış, həm də oğluna
məsləhətlər vermişdi. O, Həsənə demişdi ki, bu dəftəri diqqətlə
oxu, cildə çək, göz bəbəyi kimi qoru.
89
1919-cu ildə Həsən 26 yaşında ikən vəba xəstəliyindən
vəfat etmişdir. Bu hadisə qoca aşığı sarsıtmışdır. “Hophop-
namə” nin səhifələrində indiyə qədər heç bir əlyazmasında
olmayan, hətta şifahi dildə də rast gəlmədiyimiz bir şeir var.
Forma etibarı ilə də maraqlı olan həmin şeiri, bizcə, aşıq
oğlunun ölümü münasibəti ilə söyləmişdir.
Qeydlərimizin sonunda demək istəyirəm ki, Molla
Cümənin əsərlərinin bütün mövcud əlyazmaları əsasında geniş
şəkildə nəşrinin vaxtı çatmışdır. Aşağıda əlyazmasında olan,
aşığın indiyə qədər çap edilməmiş şeirlərindən bir neçəsini
oxuculara təqdim edirik.
Bayatılar
Aşiqəm, çəkən dərdi,
Çəkdikcə çəkən dərdi,
Yüz dəvə çəkə bilməz,
Bir canım çəkən dərdi
Aşiqəm, al qaranı yaz,
Qələm al qaranı yaz,
Əvvəl dəftər başına,
Mən bəxtiqaranı yaz.
Aşiqəm, gül əsəndə,
Darışıb güləsən də,
Bülbülün bağrı çatlar
Yel dəyib gül əsəndə.
Dağı qar qucar yatar,
Sonanı sar qucar yatar,
Cəfanı bülbül çəkər
Gülü xar qucar yatar.
90
Mən aşiqəm bir az gül,
Bir az nərgiz, bir az gül,
Çünki sən çox gülmüsən
Xətrim üçün bir az gül.
1976
Molla Cümənin əlyazmaları
Klassik Azərbaycan aşıq poeziyasının görkəmli nüma-
yəndələrindən olan Molla Cümə həyatı, yaradıcılığı, poetik
aləmi etibarilə maraqlı şəxsiyyət olmuşdur. O, müəyyən savad
görmüş, ərəb, fars dillərini, klassik Azərbaycan aşıq və yazılı
poeziyamızı dərindən bilmişdir. Şeirlərini müxtəlif zamanlarda
yazıya köçürən Molla Cümənin ədəbi irsi yalnız Sovet haki-
miyyəti illərində toplanıb, çap edilib oxuculara çatdı-rılmışdır.
Hazırda da aşığın şeirləri xalq içərisində dildən-dilə gəzmək-
dədir. Biz aşığın şeirlərini toplamaq məqsədilə bir neçə dəfə
ekspedisiyaya getmiş, onun anadan olduğu və fəaliyyət göstər-
diyi Şəki, Qax, Zaqatala, Balakən rayonlarının kəndlərini do-
laşmışıq. Yaşlılarla, aşıqlarla, hətta Molla Cüməni görən, məc-
lislərində iştirak edənlərlə söhbətlər aparmış, onların dilindən
çoxlu şeirlər, xatirələr yazmışıq. Belə səfərlər zamanı Molla
Cümənin müxtəlif formalı şeirlərindən ibarət dörd əlyazmasını
əldə etmişik. Həmin əlyazmalar haqqında oxuculara məlumat
vermək istəyirik.
Birinci əlyazmasını fərdi ekspedisiya zamanı Qax rayo-
nunun İlisu kəndində Yunis Təhməzovdan almışıq. 92 səhifə-
dən ibarət olan bu əlyazmada aşığın 200-ə qədər şeiri toplan-
mışdır.
91
İri həcmli mühasibat dəftərindən ibarət həmin əlyazma-
dan məlum olur ki, Yunis dayıda Molla Cümənin müxtəlif
illərdə əldə etdiyi şeirləri olub. O, şeirləri səliqə ilə həmin
dəftərə köçürmüşdür. Əlyazması bu sözlərlə başlayır: “Rəh-
mətlik Molla Cümənin qəlbindən süzülən müxəmməs, təcnis,
təxmis, divani, qafiyə, kötəlləmə, əvvəl-axır... həmin dəftərə
yazıldı.
Bunları yazdım burda qalmaq üçün,
Oxuyanlar bir dua qılmaq üçün”.
Şeirlər şəkillər üzrə düzülmüş, nömrələnmişdir. Əlyaz-
ması müxəmməslə başlayır. Sonra isə təcnislər gəlir. Dəftərdə
təcnisin bir çox nümunələri verilib. Təcnislərdən biri belə ad-
lanır: “Təcnis dodaqdəyməz, özü də yedəkləmə, əlif əvvəl-
axır”. Bu, forma etibarilə çox maraqlı, müəmmalı şeirdir.
Şeirin qurtaracağında bu sözlər yazılmışdır: “Afərin o adama
ki, bu təcnisi oxuyub mənasın bilə, bilməyən qanmaza heyfdir,
heyf”.
Molla Cümənin əlyazmaları içərisində bayatılar da var-
dır. Vərəqlərin kənarında ağ yerlərdə həmişə haşiyələrdə yazı-
lan bayatılara burada xüsusi səhifə ayrılmışdır. Onlar aşağıdakı
şeir parçası ilə başlayır:
Xuda çatmaz dada Molla Cümə,
Yetməzsən murada Molla Cümə,
Sirrini vermə yada Molla Cümə,
Cəfan gedər bada Molla Cümə.
Sonra isə bayatılar verilmişdir. İlk bayatı belədir:
Əzizim yüzdə donar,
Tellər də yüzdə donar,
Məhəbbət gözdə olar
Görməsə yüz də donar.
Dostları ilə paylaş: |