92
Əlyazmasının sonunda digər aşıqların şeirlərindən və mə-
həbbət dastanlarından nümunələr də vardır. Bunlara Şair, Sa-
lah, Yusif, Heydər, Şeyda, Musa, Donu, Rəcəb (Ehraklı), Ca-
mal (Qax rayonunun Zəyəm kəndi), Məhəmməd (Varxiyanlı)
və digər aşıqların şeirlərini, “Abbas və Gülgəz”, “Əsli və
Kərəm”, “Novruz və Qəndab” dastanlarından mahnıları misal
göstərmək olar.
Ekspedisiyaların birində Zaqatalanın Kəpənəkçi kəndinin
sakini Aşıq Murtuzəli ilə tanış olduq. Aşıq Murtuzəli Molla
Cüməni görmüş, məclislərində iştirak etmiş, hətta ona bir şeir
də ithaf etmişdir. Həmin qoşmanı aşıq Murtuzəli sazın müşa-
yiəti ilə oxudu və bizə təqdim etdi. O, Molla Cümənin çoxlu
şeirlərini əzbərdən bilirdi. Aşıq Murtuzəli Molla Cümənin uzun
illər qoruyub saxladığı bir əlyazmasını da bizə təqdim etdi. Bu
əlyazma yarımçıqdır, bir hissəsi qopub düşmüşdür. Burada
qoşma, gəraylı, divani, təcnis, müxəmməs, müxtəlif biçimli
şeirlər, bayatılar toplanmışdır, yüzdən artıq şeir vardır. Görü-
nür, əlyazması həcmcə böyük olmuşdur. Səkkiz vərəqi qalmış
əlyazmasında şeirlər səliqə ilə, tuşla, xüsusi xətlə köçürül-
müşdür. Əvvəlki əlyazmasından fərqli olaraq burada şeir şəkil-
lərinin sırası gözlənilməmişdir. Qoşma daha çoxdur. Əlyaz-
masının haşiyələrində ağ yerlərdə Molla Cümənin qoşduğu
bayatılardan nümunələr də vardır. Əlyazmasına sonralar müx-
təlif xətlə aşığın şeirləri yazılmış adi kağızdan ibarət daha 18
səhifə əlavə edilmişdir. Bu şeirlər içərisində Molla Cümənin
Aşıq Könül ilə deyişməsi də vardır. Həmin deyişmə əlimizdə
olan dörd əlyazmasından yalnız ikisində verilmişdir. Burada
aşıq müxtəlif şeir şəkilləri üstündə öz könlü ilə deyişir.
Aşıqların dediyinə görə, bu, Molla Cümənin düzəltdiyi maraqlı
bir dastandır ki, hələlik ondan 80 bənd şeir parçası qalmışdır.
Molla Cümənin Aşıq Könül ilə deyişməsinin başqa bir
variantını ekspedisiya zamanı Balakən rayonunun İtitala kən-
dində Aşıq Məhəmməd Həsrətovun dilindən yazıya almışıq.
93
Deyişmənin sonu Molla Cümənin qələbəsilə başa çatır. Hər iki
sənətkar bir dost kimi ayrılırlar. Əlbəttə, Molla Cümənin sənət-
kar dünyasını öyrənmək üçün bu parçaların da nəşrinin mühüm
əhəmiyyəti ola bilər.
Molla Cümənin şeirlərini toplamaq üçün getdiyimiz eks-
pedisiyaların birində Şəkinin Baş Göynük kəndində aşığın qızı
Reyhan xanımın qonağı olduq. Üç gün ətraf kəndləri dolaşdıq.
Şifahi dildən aşığın çoxlu şeirlərini yazıya aldıq. Reyhan xa-
nımla söhbətdən aydın oldu ki, evində atasının bir neçə əl-
yazması olmuşdur. O, hətta xatırlayır ki, 1930-cu illərin əvvəl-
lərində məşhur Azərbaycan folklor toplayanı Hümmət Əlizadə
bir neçə gün onlarda oturmuş, əlyazmaları üzərində işləmiş,
lazım olan şeirləri yazıb aparmışdır. Dönə-dönə tapşırmışdı ki,
əlyazmalarını qoruyub saxlasınlar. Reyhan xanımın dediyinə
görə, Böyük Vətən müharibəsi ərəfəsində Şəkidə vəzifədə olan
şəxslərdən biri onlara gəlmiş, əlyazmasını tələb etmiş və zorla
alıb aparmışlar. Aşığın qızı belə bir əlyazması da təqdim etdi.
Ancaq o, orijinal deyildir, adi mürəkkəblə ümumi dəftərə səliqə
ilə köçürülmüşdür. 122 səhifədədir. Bizə görə dəftər təxminən
1940-1950-ci illərdə yazılmışdır. Əlyazmasının 19-cu səhifə-
sində oxuyuruq: “Bu dəftər yazıldı 1333-cü ildə. Katibi Molla
Cümə ibn Salah. Mərhum Aşağı Layısqi.
1333-cü ili hicri miladi tarixə çevirdikdə 1914-cü il
alınır. Görünür, həmin dəftər əsasında bir neçə variant mey-
dana gəlmişdir. Belə ki, əlyazmasının üzünü köçürənlər, onda
aşıq tərəfindən qoyulan tarixi də yazıb saxlamışlar. Reyhan
xanımın bizə verdiyi dəftər də aşığın öz xətti ilə yazdığı həmin
əlyazmasının üzündən köçürülmüş variantdır. Ancaq orijinalı
indiyə qədər dəqiqləşdirilmənişdir. Deyilənə görə, bu əlyazma-
sı vaxtilə respublika Əlyazmaları İnstitutuna satılmışdır. An-
caq biz onu görməmişik, kim bilir bəlkə o da başqa bir varian-
tıdır.
Əlimizdə olan dördüncü əlyazması Şəkinin Aşağı Göy-
nük kənd orta məktəbinin müəllimi B.Hacıyevin bizə təqdim
94
etdiyi M.Ə.Sabirin 1914-cü ildə İsa bəy Aşurbəyovun mətbəə-
sində buraxılan “Hop-hopnamə”sidir. Kitabın bütün səhifə-
lərində ağ yerlərə Molla Cümənin şeirləri yazılmışdır. Bir sıra
səhifələrində hətta şeirlərin yazılma tarixi də vardır (1918,
1919 və s.). Müqayisələr göstərir ki, “Hophopnamə”nin səhi-
fələrində olan şeirlər daha dəqiq və kamildir. Bizdə olan bütün
əlyazmalarını diqqətlə nəzərdən keçirən mərhum akademik
Həmid Araslı da bunu təsdiq etdi. Hacıyevin dediyinə görə,
atası Salman Rzaqov (o, 1943-cü ildə vəfat etmişdir), 20 ildən
artıq Molla Cümə ilə dostluq etmişdir. S.Rzaqov özünəməxsus
olan “Hop-hopnamə”ni o zamanın ziyalılarını, dostlarını başına
toplayıb oxuyarmış, Molla Cümə də belə məclislərin daimi
qonağı imiş. O, hər dəfə “Hop-hopnamə”yə qulaq asandan
sonra öz əlilə kitabın səhifələrindəki ağ yerlərdə şeirlərdən
birini yadigar olaraq və həm də minnətdarlıq əlaməti kimi ya-
zırmış.
“Hop-hopnamə”nin səhifələrində ağ yer yoxdur. Molla
Cümənin şeirləri Sabir satiralarına qaynayıb qarışmışdır. Ümu-
miyyətlə, həmin kitabın səhifələrində Molla Cümənin 150-ə
yaxın şeirləri vardır. Biz bu əlyazmaları üzərində iş aparmış və
aşığın şeirlərini çapa hazırlayarkən onları əsas götürmüşük.
Müşahidə göstərir ki, əlimizdə olan dörd əlyazmasında Molla
Cümənin əksər əsərləri toplanmışdır. Hazırda aşığın bütün
əsərlərininş qeyd və şərhlərlə çapı ümdə vəzifə kimi qarşıda
dayanmaqdadır. Bizcə, Molla Cümənin əsərlərinin külliyyatı-
nın hazırlanmasında bunların mühüm rolu olacaqdır. Əlyazma-
larının səhifələrində aşığın indiyə qədər heç yerdə çap olun-
mamış xeyli şeirləri də vardır. Onlardan birini oxuculara təq-
dim edirik.
Dostları ilə paylaş: |