122
qoxu hiss edirlər, şübhələnirlər, kəndə səs düşür, gedib baxır-
lar, bir neçə insan cənazəsi tapırlar. Onlar bir-birinin üstünə
qalaqlanıb. Molla Cümə də onların arasındadır”. İdris dayı
göstərir ki, Molla Cüməni yolun alt tərəfində şəxsən mən özüm
bax bu əllərimlə basdırmışam. Özü də üzü aşağı yatdırılmışdı.
Bir neçə yerdən qılınc yarası vurulmuşdu, sifəti tanınmaz ol-
muşdu, aşığı yalnız paltarlarından tanıdıq. İdris Mustafayev
davam edir ki, kəndin bu mötəbər adamlarını aparan və məhv
edən o zaman müxtəli yollarla, hətta orduya belə soxulan, özü
də əslən Şəkinin Səbətli kəndindən olan ermənilər idilər. Onlar
Molla Cüməni tək aparmağa ehtiyat etmiş, çünki bu müəyyən
şübhə doğura bilərdi, bir çox işlərin üstünü açardı, həm də xalq
buna qətiyyən icazə verməzdi. Ona görə də kəndin ən hörmətli
adamlarından-qocalardan bir neçəsini seçmiş və aldadıb aşıqla
birlikdə aparıb tələf etmişlər. Beləliklə, 1920-ci ilin may ayında
Mola Cümə vəhşicəsinə öldürülmüş, qəbri də Aşağı Layisqidə
yolun kənarındadır.
Şəkidə Molla Cümənin qızı Reyhan xanımın bağışladığı
əlyazmasında bu barədə aşağıdakı sözlər yazılmışdır: “1920-ci
ildə bolşeviklər Nuxaya gəldiyi vaxt Nuxa, Zaqatala arasında
hərbi gedişat sürətlənirdi. Şuranın gəldiyi bütün ətrafa, kənd-
lərə yayılır və bütün camaat, əhali qaçmağa başlayır. Bu xəbəri
eşidən Aşağı Layisqi kəndindən dəxi olanlar başlayır. Molla
Cüməyə bu xəbər çatınca heç yerə tərpənməyir; “getməyin, bu
hökumət ancaq biz kəndlilərindir” deyə hərəkət göstərməyir və
öz qonşularını da qaçmağa qoymayır. Bundan bir az qabaq
erməni-müsəlman ziddiyyəti olduğu da məlum idi. Odur ki,
həmin Aşağı Layisqi kəndinə gəlmiş Qırmız Ordu arasındakı
ermənilər kənddə dayanmış Molla Cüməni, təxminən səkkizə
qədər qaçmamış olan qonşularını tutub kənddən üç verst uzaq-
da öldürürlər ki, Molla Cümə də gözlənilmədən ağır bir ölümə
məhkum olmuşdur”. Gətirilən iqtibasda bir sözü oxuya bilmə-
dik, əlyazmasında demək olar ki, pozulub, bütün səylərimiz bir
nəticə vermədi, yerinə nöqtələr qoyduq. Bu söz bizcə addır,
123
özü də yer adıdır, yəni həmin ermənilərin mənsub olduğu
yerin-kəndin adıdır, bir az da dəqiq desək, bizcə Şəkinin ermə-
nilər yaşayan kəndlərindən birinin adıdır. Qızı Reyhan xanımın
dilindən atasının ölümü haqqında məlumatı biz 1962-ci ildə
almışıq, əlyazmasından isə bir neçə ay bundan əvvəl tapmışıq.
Diqqət edilərsə o qədər rəvayətlər içərisində ən çox bir-birinə
yaxın olan və Reyhan xanımla əlyazmasında qalmış məlu-
matdır. Nəhayət, əlyazmasının “bundan bir az qabaq erməni-
müsəlman ziddiyyəti olduğu da məlum idi” ifadəsinə diqqət
yetirək. Aydındır ki, Molla Cümə kəndin bir neçə hörmətli
adamı ilə bu ziddiyyətin qurbanı olmuşdur. Əsgər paltarına
girmiş ermənilər belə bir fürsətdən istifadə edərək intiqam
almış, çoxdan izlədikləri görkəmli sənətkarı qətlə yetirmişlər.
1993-cü il
BÖYÜK SƏNƏTKARIMIZA ƏBƏDİ
HEYKƏL UCALDAQ
Şəki Şəhər İcra hakimiyyətinin başçısı Nəzir Əhmədov,
Azərbaycan Yazıçılar Birliyi Şəki Şəhər Filialının sədri Teymur
Xəlilov, Azərbaycan Respublikası Elmlər Akademiyası Şəki
etnoqrafiya qrupunun rəhbəri Hacı Sabir Əfəndi, “Şəkinin
səsi” və “İpəkçi” qəzetlərinin baş redaktoru, respublikanın
əməkdar jurnalisti Salis Məmmədov cənablarına
Hörmətli həmyerlilərim!
Ömrümün 35 ilinin böyük aşığımız, ölməz sənətkarımız
Molla Cümənin yaradıcılığına həsr etmişəm. 1961-62-ci illərdə
iki il Şəki, Qax, Zaqatala, Balakən rayon və kəndlərini qarış-
qarış gəzmişəm, aşığın saysız-hesabsız şeirlərini şifahi dildən
toplamışam. Mola Cümənin dord əlyazmasını əldə etmişəm,
124
şeirlərindən ibarət iki kitabını (1966, 1983) və aşığın həyatı və
sənəti haqqında 20-dən çox məqalə nəşr etdirmişəm.
Mən belə hesab edirəm ki, aşığın demək olar ki, bütün
əsərləri əlimdə olan əlyazmalarındandır. Bütün illər ərzində
dörd müxtəlif xətlə yazılmış (ərəb əlifbası ilə) əlyazmaları
üzərində iş aparmışam. Bəzi şeirlərinin oxunmasına 1-2 ay vaxt
sərf etmişəm. Nəhayət, 35 illik zəhmətim başa yetişmişdir:
Molla Cümənin bütün əsərlərini oxuyub başa çatdırmış, lüğət
tərtib etmiş, mifoloji surətlərin mənalarını açmışam, otuz
müəllif vərəqi həcmində kitabı hazırlamışam. Böyük zəhmət,
əziyyətlər, maddi və mənəvi çətinlikləri dəf edərək kitabı mət-
bəədə yığdırmışam. O zamandan iki ilə qədər vaxt keçmişdir.
İndi mən heç nə eləmək iqtidarında deyiləm, kağızın olmaması
bəhanəsilə kitab-mənim otuz beş illik zəhmətim məhv olmaq
qorxusu qarşısındadır. Hər yerdən əlim üzülüb, üzümü Sizə
tuturam, gəlin fikirləşək: nə yolla biz bu kitabı Şəki camaatına
çatdıra bilərik. Mən təmənnasız olaraq əlyazmamı da şəkililərə
hədiyyə verə bilərdim.
Molla Cümənin (qoca yaşlarında vəhşicəsinə qətlə
yetirilmiş bu böyük insanın) külliyyatı hər bir şəkilinin evini
bəzəməlidir. Mən Sizə, Şəkinin bütün imkanlı adamlarına, xey-
riyyəçilərinə, ümumiyyətlə bütün Şəki camaatına müraciət edi-
rəm. Kağız əldə eləmək üçün vəsaiti nə yolla əldə edə bilərik?
Gəlin, birlikdə bu kitabı məhv olmaqdan xilas edək, bu kitabın
capı ilə şəkililər elə bil şəhərin mərkəzində öz böyük sənət-
karlarına əbədi heykəl ucaltmış olacaqlar.
Salis, əzizim, Sizə qardaş deyim, bala deyim, fikirləşin,
məsləhətləşin-bu işi biz nə yolla başa çatdıra bilərik. Sizə
zəhmət olmasa, mənim bu yazımı qəzetinizin səhifələrində çap
edib bütün Şəki camaatına çatdırın. Mən Sizə böyük ümidlər
bəsləyirəm. Mən xəstəyəm, şəhərdən çıxa bilmirəm, yoxsa gə-
lib Sizinlə görüşərəm.
Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm.
Hörmətlə:
Dostları ilə paylaş: |