Мащмуд Няъяф оьлу Фятийев 5 май 1937-ъи илдя Жданов индики



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə1/54
tarix01.08.2018
ölçüsü1,59 Mb.
#60558
  1   2   3   4   5   6   7   8   9   ...   54


Мащмуд Няъяф оьлу Фятийев 5
май 1937-ъи илдя Жданов (индики
Бейляган)  районунун II Шащ-
севян кяндиндя  анадан  олмуш-
дур. 1960-ъы илдя Азярбайъан Дюв-
лят  Университетинин Шяргшцнаслыг
факцлтясини  битирмишдир. 1971-74-
ъц иллярдя Яфганыстанда тяръцмя-
чи, 1974-84-ъц  иллярдя  Азярбай-
ъан ССР Али вя Орта Ихтисас Тящ-
сили Назирлийиндя чалышмышдыр. Азяр-
байъан Дювлят Педагожи Коллеъи-
нин  мцяллими,  филолоэийа  елмляри
намизядидир. 


AZƏRBAYCAN  MİLLİ  ELMLƏR  AKADEMİYASI 
akad.Z.M.BÜNYADOV  adına  ŞƏRQŞÜNASLIQ  İNSTİTUTU 
 
 
 
 
 
MAHMUD  NƏCƏF  oğlu  FƏTİYEV 
 
 
 
 
SALMAN   SAVƏCİNİN 
HƏYAT   VƏ   YARADICILIĞI 
 
 
 
   
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – «Elm» – 2009
 
2
 
  
Unudulmaz müəllimim professor Mübariz Əlizadənin  
və həyat yoldaşım Sima xanımın xatirəsinə  
ithaf edirəm. 
 
 
 
E l m i  r e d a k t o r u: 
 
Əlyar Səfərli 
AMEA-nın müxbir üzvü 
 
 
 
Mahmud Fətiyev. Salman Savəcinin həyat 
və yaradıcılığı. Bakı, «Elm», 2009, 228  səh. 
 
ISBN 978-9952-453-33-1 
 
Monoqrafiyada XIV əsrdə yazıb-yaratmış Azərbaycan  şairi Salman 
Savəcinin həyat və yaradıcılığı tədqiq olunur.  
 
 
4603000000 
655 (07) - 2009 
 
 
 
 
 
 
 
 
 
«Elm» nəşriyyatı, 2009  


 

 
 
 
 
GİRİŞ 
 
Yaxın  Şərq  ədəbiyyatının inkişafında azərbaycanlı 
sənətkarların böyük tarixi xidmətləri olmuşdur. Lakin bu ədəbi 
simaların  əksəriyyəti mövcud ictimai-siyasi mühitin təsiri 
altında doğma dillərində yazıb-yarada bilmədiklərindən öz milli 
ədəbiyyatından təcrid olmuş,  ədəbi irsi lazımi səviyyədə 
araşdırılıb öyrənilməmişdir. Bu baxımdan Azərbaycan 
ədəbiyyatı tarixində fars dilində yazıb-yaratmış XIV əsrin 
istedadlı  şairi Salman Savəcinin (1300-1377) həyatı  və  ədəbi 
irsi diqqəti cəlb edir. 
Zəngin yaradıcılıq diapozonuna və fövqəladə istedada 
malik olan, qələmə aldığı misilsiz sənət inciləri dövrünün 
görkəmli  şəxsiyyətləri, söz ustaları  tərəfindən yüksək 
qiymətləndirilən Salman Savəcinin həyat və yaradıcılığının el-
mi araşdırması olduqca əhəmiyyətlidir. Azərbaycan ədəbiyyatı 
tarixində XIV əsr ədəbi mühiti o qədər zəngin və çoxcəhətlidir 
ki, S.Savəcinin həyat və yaradıcılığının monoqrafik tədqiqatı bu 
mühitin mühüm problemlərinin üzə çıxarılması deməkdir. 
İndiyədək diqqət xaricində qalmış S.Savəcinin ədəbi irsinin 
sistemli  şəkildə araşdırılması bu baxımdan xüsusi maraq 
doğurur. Nizami ədəbi məktəbinin XIV əsr davamçılarından 
biri kimi də S.Savəcinin ədəbi irsi müasir Azərbaycan ədəbiy-
yatşünaslığı üçün mühüm əhəmiyyət kəsb edir. 
Mənşəcə azərbaycanlı olan Salman Savəci fars dilində 
yazıb-yaratmışsa da həyatı daim Təbriz mühiti, doğma Azər-
baycanla bağlı olmuşdur. 
 
4
Monoqrafiyada S.Savəcinin həyatı  və  bədii irsini 
araşdırmaqla qüdrətli bir şairin həyatı və bədii irsi ilə əlaqədar 
faktiki materialların təhlilə cəlb edilməsi nəzərdə tutulmuşdur. 
Bu dediklərimizlə  əlaqədar materiallardan əlavə, mövzu ilə 
bağlı tarixi, elmi, ədəbi qaynaqlar toplum halında tədqiqatın 
predmeti kimi götürülmüşdür. 
Araşdırma Salman Savəci haqqında mövcud olan ədəbi-
elmi məxəzləri, onların özəl xüsusiyyətlərini müəyyən-
ləşdirmək,  şairin  ədəbi-ictimai mühiti və  həyatı haqqında 
indiyədək Azərbaycan  ədəbiyyatşünaslığına məlum olmayan 
məqamları  dəqiqləşdirmək və aydınlaşdırmaq,  ədəbi-bədii irsi 
haqqında ətraflı məlumat vermək məqsədi daşıyır. Bunun üçün 
tədqiqatçının üzərinə aşağıdakı vəzifələr düşür: 
– Salman Savəcinin həyatını  və onu görkəmli  ədəbi sima 
kimi tanıtdıran poetik yaradıcılığını  səciyyələndirən  əsas 
əlamətləri öyrənmək; 
– müasiri olan söz sənətinin görkəmli sənətkarları sırasında 
tutduğu mövqeyi araşdırmaq; 
– onu öz dövründə  və sonralar söz sənəti sahəsində tanıt-
dıran və məşhurlaşdıran lirik şeirlərinin araşdırılmasında şairin 
ümumiyyətlə  bədii irsində  nəzərə çarpan bir sıra xarakterik 
cəhətlərə işıq salmaq; 
– Nizami Gəncəvi  ədəbi məktəbinin XIV əsrdə davamçısı 
kimi  şairin epik əsərləri haqqında ilkin dolğun məlumat 
vermək, bu əsərlərin Azərbaycan  ədəbiyyatı tarixində tutduğu 
mövqeyi və təsir dairəsini müəyyənləşdirmək; 
–  əsərlərinin janr-poetik xüsusiyyətlərini ümumiləşdirmək 
və s.  


 

Azərbaycan  ədəbiyyatşünaslığında bu tədqiqatın mövzusu 
tamamilə yenidir. Orta əsrin fars dilli Azərbaycan ədəbiyyatının 
görkəmli simalarından olan Salman Savəcinin həyatı  və yara-
dıcılığı bu vaxtadək nəinki monoqrafik planda ayrıca tədqiqat 
obyekti olmuşdur, əksinə onun ədəbi-bədii irsindən nümunələr 
belə  mənsub olduğu xalqın dilinə  tərcümə edilməmiş, nəşr 
olunub geniş oxucu auditoriyasına çatdırılmamışdır. Yalnız 
İran, hind, rus və  Qərbi Avropa tədqiqatçıları  şairin yara-
dıcılığının bəzi məqamlarına toxunmuşlar; Savəcinin poetik irsi 
bütövlükdə monoqrafik tədqiqatdan kənarda qalmışdır. 
Tədqiqat işinin elmi yeniliyi bilavasitə onun orijinal 
obyekti və predmeti ilə bağlıdır.  İlk dəfə olaraq bizim 
tərəfimizdən Salman Savəcinin həyat və yaradıcılığının poetik 
xüsusiyyətləri sistemli şəkildə araşdırılaraq fars dilli 
Azərbaycan  şairinin milli-bədii düşüncə  tərzi, estetik idealı 
aşkarlanır. 
Tədqiqat  işində ilk olaraq:  
– Salman Savəci haqqında mövcud olan ilkin ədəbi-elmi 
məxəzlər, onların poetik-nəzəri xüsusiyyətləri elmi 
araşdırmanın predmeti olmuşdur; 
–  şairin poetik dünyası,  ədəbi-ictimai mühiti və  həyatı 
bilavasitə onun öz əsərləri əsasında öyrənilərək dəyərləndirilir; 
– Salman Savəcinin bədii irsinin janrlar üzrə  təsnifatı 
aparılmış,  şairin klassik lirik şeirin müxtəlif janrları: qəzəl, 
qəsidə və s. ədəbi formalarda onu öz dövründə məşhurlaşdıran 
özünəməxsus səciyyəvi cəhətlər aşkarlanmış, bu təsnifat fəsillər 
üzrə  cəmləşdirilmiş, hər fəsil yarımfəsillər və  bəndlərlə ayrıca 
şəkildə elmi-nəzəri və bədii cəhətdən təhlil edilmişdir; 
– Salman Savəciyə müasirlərinin və sonrakı dövr Yaxın 
Şərq  ədəbiyyatının görkəmli söz ustalarının, eləcə  də bir çox 
 
6
azərbaycanlı müəlliflərin verdikləri dəyərli qiymətlər, onların 
tarixi funksional mövqeləri açıqlanmışdır; 
– Nizami ədəbi məktəbinin təsiri altında qələmə aldığı 
epik-lirik «Cəmşid və Xurşid» və lirik-romantik «Fərağnamə» 
poemalarının ideya-bədii özəllikləri öyrənilərək təhlil edilmiş, 
təsir dairəsi açıqlanmışdır. 
Milli  ədəbiyyatımızın yeni bir nümayəndəsinin həyat və 
yaradıcılığının monoqrafik araşdırılması çağdaş Azərbaycan 
şərqşünaslıq elmi üçün də aktual bir problemdir. 
S.Savəcinin həyat və yaradıcılığının öyrənilməsi, onun 
yaradıcılığının elmi təsnifatı, poetik səciyyəsi və s. geniş 
aspektli tədqiqat predmetinə çevrilmədən ətraflı, doğru-düzgün 
elmi təsəvvür ortaya çıxa bilməz. Buna görə  də Salman 
Savəcinin həyat və yaradıcılığının monoqrafik planda tədqiqi 
müasir Azərbaycan  ədə-biyyatşünaslığı üçün mühüm elmi 
əhəmiyyət kəsb edir. 
Əsər Salman Savəcinin həyat və yaradıcılığının monoqrafik 
araşdırılması sahəsində ilk tədqiqat işi olduğundan gələcəkdə 
bu sahədə, həm də şairin yaşayıb-yaratdığı dövrə aid aparılacaq 
digər elmi işlər üçün əsas nəzəri mənbələrdən biri hesab edilə 
bilər. Eyni zamanda bu əsərin əsas elmi mündəricə və nəticələ-
rindən Azərbaycan ədəbiyyat tarixinin XIV əsrdəki durumunun 
öyrənilməsində, ali məktəblərin filologiya fakültələrində 
ədəbiyyat tarixinin, seçmə fənlərin tədrisində, orta məktəblərin 
ədəbiyyat dərsliklərinin uyğun bölmələrinin dolğun  şəkildə 
tərtibində istifadə oluna bilər.  
Həmçinin, Azərbaycan  ədəbiyyatı ilə bağlı sistemli 
nəşrlərin hazırlanmasında da bu tədqiqatın materiallarından 
faydalanmaq olar.  
Tarixi-mədəni  şəraitin diktəsi ilə fars dilində yazıb-


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə