Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə63/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   59   60   61   62   63   64   65   66   ...   159

Renessans dövründə maşınqayırma 

204 

 

Aqostino Ramelli ( 1530



1590) 



 

A

qostino  Ramelli  (  ital.  Agostino 



Ramelli)  1531-ci  ildə  İtaliyanın  Ponte 

Treza  şəhərində  anadan  olmuşdur 

(şəkil  1.154).  1555-ci  ilə  qədər  Gian 

Giakomo  de  Mediçiyə  (1495

1555) 


xidmət etmişdir. Özünün yazdığı kimi, 

bu  dövrdə  Ramelli  riyaziyyat  və 

memarlıq  üzrə  təhsil  alır.  Mediçinin 

hökmdarının  yanında  çalışan  Ramelli 

çox  ehtimal  ki,    Gian  Giakomonu  bir 

çox döyüşlərdə müşaiyət edib.  

Ramelli 

daha 


sonra 

Fransaya 

Enriko  von  Anjousun  (1551

1589) 



yanında  xidmət  etmək  üçün  dəvət  alır.  1574-cü  ildə  Enriko  Fransanın 

şahı  olur  və  Enriko  III  adını  daşıyır.  Bundan  sonra  Ramellinin  sarayda 

mövqeyi  möhkəmlənir.  1588-ci  ildə  Ramellinin  möhtəşəm  əsəri 

“Müxtəlif  və  qabiliyyətli  maşınlar”  (ital.  Le  diverse  ed  artificose 



machine  de  lcapitano  Ramelli)  böyük  formatda  Parisdə  çap  olunur. 

Kitabın  yüksək  keyfiyyətdə  tərtibi  Ramellinin  malik  olduğu  maliyyəyə 

dəlalət edir. Kitab italyan və fransız dilində yazılmış, bir hissəsi onun öz 

ixtirası  olan  195  cizgidən  ibarət  maşın  və  mexanizmləri  əhatə  edir. 

Kitabda  110  nasos,  25  dəyirman,  10  kran,  ağır  yükü  çəkmək  üçün  7 

mexanizm,  15  körpü  növü,  düşmən  səddini  keçmək  üçün  14  tərtibat  və 

mərmiləri atmaq üçün avadanlıqlar təsvir olunmuşdur [1.90].  

Ramellinin  kitabı  renessans  dövrünün  mühəndislik  bəhrələrindən 

olub, uzun müddət Avropada mexanikanın inkişafına təkamül vermişdir. 

O, Aqrikolanın “De Re Metallica (1556)“ kitabı ilə birlikdə ixtiralar və 

maşınlar  haqqında  məlumat  verərək  böyük  təsirə  malik  olub,  renessans 

dövründə ən çox surəti çıxarılan kitab idi.  

Ramelli haqqında bizə gəlib çatan, Filippo Pigafettaya məxsus  qeyd- 

 

  Şəkil 1.154. Aqostino Ramelli. 




Renessans  dövründə maşınqayırma 

 

205 

  

lər  1590-ci  ilə  təsadüf  edir.  Orada  Ramellinin  mühasirədə  olan  Parisin 



müdafiə  olunmasında  iştirakından  söhbət  açılır.  Ancaq  bundan  sonra 

Ramellinin  harada  yaşaması  və  vəfat  etməsi  haqqında  məlumat  yoxdur 

[1.90]. 

Ramellinin  kitabına  ümumilikdə  nəzər  saldıqda,  onun  bir  çox 

maşınlarının  mürəkkəb  olduğu  nəzərə  çarpır.  Buna  görə  də,  o,  bir  çox 

mütəxəssislər tərəfindən “Mürəkkəb  maşınların  dostu” adlandırılmışdır. 

Bu  onunla  əlaqədar  idi  ki,  Ramelli  nə  mühəndis,  nə  də  ki,  texniki  sahə 

üzrə  alim  idi.  O,  yazdığı  kitabı  maşınqayıranlardan  çox  texnika 

həvəskarları  üçün 

nəzərdə 


tutmuş- 

dur.  Bu  renessans 

dövründə 

saray 


əyanları 

üçün 


xarakterik idi.  

Ramellinin 

kitabında 

təsvir 


olunan  maşınların 

kinematikasına  

nəzər 

saldıqda 



məlum  olur  ki, 

onların 


çoxu  

praktiki  əhəmiy- 

yəti  olan  funk- 

siyalara 

malik- 

dir.  O  da  məlum  olur  ki,  bu  maşınların  çoxu  artıq  Leonardo 



məktəbindən  məlum  idi.  Ona  görə  də,  mexanizmlərdən  yalnız  3-ü  yeni 

adlandırıla  bilər  [1.45].  Bu  maşın  və    mexanizmlərdən  maşın- 

qayırmanın tarixi baxımından maraqlı olan bir neçəsinə nəzər salaq. 

Şəklil  1.155-də  təsvir  olunmuş  metal  dəstəklərlə,  əl  ilə  hərəkət 

etdirilən dəyirman onun etdiyi ixtiralardandır.  

Şəkil 1.156-da sonsuz zəncirlə işləyən  çarx ona  qədər  məlum  olan 

 

Şəkil 1.155. Dəyirman.             Şəkil 1.156. Zəncir             



 

çarxı. 



Renessans dövründə maşınqayırma 

206 

 

çarxların təkmilləşdirilmiş forması idi.  



Adi halda, ayaqla fırlanan 

çarxları,  işçilər  ayaq  üstə 

duraraq 

öz 


ağırlıqlarının 

təsiri ilə fırladırdılar. Bu çox 

çətin  və  zəhmətli  bir  iş  idi. 

Ramellinin  təklifinə  görə, 

işçi  çarxın  üzərində  oturaraq 

ayaq  əzələlərinin  köməyi  ilə 

çarxı  fırladırdı.  Şəkil  1.157-

də  göstərilmiş  maili  çarx  isə 

daha 

asan 


fırlana 

bilən 


mexanizmə malikdir. İşçi maili müstəvidə yeriyərək, öz ağırlığının təsiri 

ilə çarxı nisbətən asan fırladırdı.  

Ramellinin  hərəkət  mexanizmlərindən  dişli  çarx  ötürmələrini  qeyd 

etmək  olar.  Bucaq  altında  işləyən  dişli  çarxlarla  bərabər,  Ramelli 

fırlanma  hərəkətini  irəli-geri  hərəkətinə  çevirən  mexanizmlərə  xüsusi 

maraqla yanaşır. 

Şəkil 1.158, a-da təsvir olunmuş mexanizmdə yarısı dişlərlə örtülmüş 

çarx fırlandıqda, növbə ilə gah sağdakı, gah da soldakı  dişlərlə  təmasa 

 

 

 



 

 

 



 

 

 



 

a)

 



b) 

Şəkil 1.158. Dişli çarx ötürməsi. 

 

Şəkil 1.157. Ayaqla fırladılan çarx. 




Renessans  dövründə maşınqayırma 

 

207 

 

girir. Nəticədə, yönəldicilər üzərində yerləşmiş çərçivə irəli-geri hərəkət 



edir. 

Əgər  fırlanma  hərəkətini  baş  müstəviyə  ötürərək  irəli-geri  hərəkətə 

çevirmək lazım gələrsə, onda Ramelli şəkil 1.158 b-də təsvir edilən dişli 

çarx  ötürməsindən  istifadə  edir.  Bu  ötürmədə  yarısı  dişlərlə  örtülmüş 

çarx  üfiqi  vəziyyətdə  yerləşmiş  valın  üzərindəki  dişlərə  ardıcıl  olaraq 

ilişərək, valı gah bu, gah da digər tərəfə döndərir.  

Dişli  çarx  ötürmələrini  su  nasoslarında  tətbiqi  şəkil  1.159,  a-da 

verilmişdir. Yanaşı yerləşdirilmiş nasosların oxu, üzərində dişli daraqlar 

olan  lövhəyə  birləşdirilir.  Bu  lövhələr  uc  tərəfdən  bir-biri  ilə  çarxa 

dolanmış  zəncirlə  əlaqələndirilir.  Lövhələrin  üzərindəki  dişlər  aparıcı 

valın üzərindəki dişli çarxlarla əlaqələndirilir. Val döndükdə o, hərəkəti 

nasosun oxuna ötürərək onları ardıcıl olaraq yuxarı-aşağı hərəkət etdirir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

a) 


 

 

 



b) 

Şəkil 1.159. Su nasosları. 

 

Ramellinin  mexanizmlərində  vintin  tətbiqinə  də  böyük  yer  verilir. 



Sonsuz vint və daraqlı lövhələr ilişməsinə bu gün də tez-tez rast gəlinir. 

Bu  ilişmə  texnikanın  tarixində  ən  qədim  ötürmələrdən  sayılır.  Bu 

ötürmələrdən  Ramelli  su nasoslarında  istifadə etmişdir. Şəkil 1.159, b- 



Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə