Maşınqayırmanın tarixinə dair



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix15.07.2018
ölçüsü3,03 Mb.
#55964
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

Antik dövrdə maşınqayırma 
57
 
fektiv tətbiq olunmasından xəbər verir.  
Tarixi mənbələrin yazdığına görə, Arximed həm də optika ilə məşğul 
olub.  Onun  haqqında  mövcud  olan  əfsanəyə  görə,  ona  Sirakusinin 
müdafiəsi  zamanı  romalıların  gəmilərini  uzaq  məsafədən  cilalanmış, 
bürüncdən  olan  parabolik  güzgülərin  köməyi  ilə  yandırmaq  nəsib  olub 
(şəkil  1.26).  Tarixi  dəlillərə  görə  Arximed  düz,  qabarıq  və  çökük 
güzgülərin  xassələrinə  yaxşı  bələd  olub,  işığın  sınmasına  aid  sınaqlar 
aparıb. Lakin  optika haqqında onun  yazdığı “Katoptrika” adlı  əsər bizə 
gəlib çatmamışdır.  
 Arximed  Evkliddən  və  başqa  alimlərdən  fərqli  olaraq  antik  dövrdə 
nadir  hallarda  yada  salınırdı.  Arximedin  əsərlərinin  bizə  qəlib  çatması 
VI-IX  əsrlərdə  Konstantinopolda  onun  işinə  olan  marağın  sayəsində 
olmuşdur.  V  əsrdə  yaşamış  bir  riyaziyyatçı  onun  üç  əsərini  yenidən 
baxaraq  təhlil  etmişdir.  IX  əsrdə  Konstaninopolda  riyaziyyat  elmini 
təlim  edən  Lev  Fassalonski  Arximedin  işlərinin  toplanması  ilə 
maraqlanır.  Bundan  sonra  Arximed  Yaxın  Şərq  riyaziyyatçılarına 
məlum olur və bir neçə dəfə ərəb dilinə tərcümə olunur.  
Latın dilli alimlər Arximed haqqında ilk dəfə olaraq, XII əsrdə onun 
“Çevrənin  ölçülməsi”  əsərinin  ərəb  dilindən  latın  dilinə  tərcümə 
edildikdən  sonra  xəbər  tuturlar.  Qerard  Kremonskiyə  mənsub  olan  ilk 
tərcümə  ondan  sonrakı  300  ildə  Arximedin  işlərinin  Avropada 
araşdırılmasında  əsas  rol  oynayır.  Ərəb  riyaziyyatçılarından  Banu 
Musanın  tərcüməsi  avropalılar  üçün  maraq  doğurub.  Bundan  sonra 
müxtəlif  avropalı  alimlər  müxtəlif  vaxtlarda  Arximedin  işlərinə 
müraciət  etmişlər.  1269-cu  ildə  bizanslı  Merbekili  Vilhelm  (ingl. 
Willhem van Moerbeke)
 
 Arximedin bütün işlərini birbaşa qədim yunan 
dilindən  latına  tərcümə  edir.    1544-cü  ildə  Merbekili  Vilhelmin  işləri 
yenidən  toplu  şəklində  çap  etdirilir.  Bundan  sonra  Arximedin  şöhrəti 
getdikcə artır və alimlər arasında özünəlayiq  yer tutmağa başlayır. Belə 
ki,  onun  işləri  bir  çox  alimlərin,  o  cümlədən  Simon  Stevin  və  Qalileo 
Qaliley kimi dahi alimlərin formalaşmasında böyük rol oynamışdır.  
 


Antik dövrdə maşınqayırma 
58 
 
Isgəndəriyyəli Ktesibios  ( b.e.ə. 
ΙΙΙ
 əsr) 
 
Y
unan  mühəndisi  və  ixtiraçısı  Ktesibios  (yun.  Ctesibios),  b.e.ə. 
ΙΙΙ
 
əsrdə 
Ι
  və 
ΙΙ
  Ptolomeyin  dövründə  yaşayaraq  İsgəndəriyyənin  Musey 
məktəbində  fəaliyyət  göstərmişdir.  Əslində  Ktesibios  etdiyi  ixtiralarına 
görə  antik  dövrün  birinci  yunan  alimi  idi.  Arximedlə  eyni  vaxtda 
yaşamış,  istedadlı  ixtiraçının  etdiyi  texniki  yeniliklər  Arximedin 
işlərindən  əvvəl  işıq  üzü  görmüşdür.  Buna  baxmayaraq  mütəxəssislər 
tərəfindən  o,  yunan  riyaziyyatçıları  və  mühəndisləri  arasında 
Arximeddən sonra ikinci yerə qoyulur.  
Ktesibiosun  havanın  elastikliyi  haqqında  apardığı  işlər  texniki 
elmlərin  inkişafında  çox  mühüm  rol  oynamışdır.  Ona  görə  də,  onu 
“pnevmatikanın  atası”  adlandırırlar.  Sıxılmış  havanın  ilk  dəfə  elmi 
araşdırılması  və  praktiki  tətbiq  olunması  onun  adı  ilə  bağlıdır. 
Ktesibiosun  sıxılmış  hava  haqqında  apardığı  elmi  işləri  təsvir  edən 
“Pnevmatika”  əsəri  və  başqa  dəyərli  yazıları  bizə  gəlib  çatmamışdır. 
Ktesibiosun  işləri  haqqında  məlumatlara  yalnız  ondan  sonra  yaşamış 
antik dövrün alimlərinin işlərində rast gəlinir. 
Ktesibios  Musey  məktəbində  riyaziyyatın  və  mexanikanın  təməlini 
qoyanlardan  sayılır  və  o,  bu  məktəbin  əsas  “beyinləri”ndən  hesab 
edilirdi.  Apardığı  elmi  işlər kimi, onun  özünün həyatı  haqqında da bizə 
çox  az  məlumat  gəlib  çatmışdır.  Onun  atasının  bərbər  olması  və  b.e.ə. 
285-222 ci illərdə İsgəndəriyyədə yaşaması  məlumdur [1.44, 1.45].  
“Pnevmatika  “  əsərində  o,  havanın  materiya  olması  barədə  fikir 
yürüdür.  Bu  ideyanın  əsasında  Ktesibios  ilk  ixtirası  olaraq  atasının 
bərbərxanasında  sıxılmış  hava  ilə  işləyən  “tənzimlənən  güzgünü”,  yəni 
yuxarı  və  aşağı  hərəkət  edə  bilən  guzgunu  düzəldir.  Güzgünü  hərəkət 
etdirən  mexanizmin  görünməməsi  üçün  o,  tavanda  kərənin  altinda 
yönəldici  bir  agac  lövhə  yerləşdirir.  Ağacın  uclarına  diyircəklər 
bərkidılir.  Sonra  bir  ucundan  güzgü  asılmış  ip  bu  diyircəklərdən 
keçirilərək  aşağıya  dartılır.  Onun  ucuna  qurğuşundan  hazırlanmış 
silindrik yük bağlanır. Bu yük silindrik  borunun  içərisində  yerləşdirilir 


Antik dövrdə maşınqayırma 
59
 
və  hər  iki  tərəfdən  kip  bağlanır.  Güzgünün  vəziyyətini  dəyişmək  üçün 
onu  yuxarıya  və  ya  aşağıya  hərəkət  etdirərək  yükün  vəziyyəti 
dəyişdirilirdi.  Güzgünün  hərəkəti  zamanı  Ktesibios  maraqlı  bir  hadisə 
müşahidə edir. Yük borunun içərisində hərəkət edən zaman boru kifayət 
qədər  kip  olmadığından  sıxılmış  hava  xaricə  çıxmağa  cəhd  edir  və  bu 
zaman  borunun  uc  hissəsində  müxtəlif  səslər  yaradır.  Bu  ideya  onu 
pnevmatik  işləyən  musiqi  aləti

su  orqanının  ixtirasına  gətirib 
çıxarmışdır [1.45].       
Su  orqanından  başqa  onun    işlərinə  silindrik  kolbalarla    və  təzyiqlə 
işləyən nasoslar, ventil, müxtəlif su saatının konstruksiyaları, katapultlar 
və başqa döyüş maşınları da aiddirlər.   
Müasir 
tədqiqatçılar 
Ktesibiosu 
”Antik 
dövrün 
Edissonu” 
adlandırırlar. Ktesibiosun üç əsas ixtirası ona şöhrət gətirmişdir: 
-
 
sorucu nasos, 
-
 
su saatı, 
-
 
su orqanı. 
Sorucu nasos hal-hazırda da müxtəlif sahələrdə tətbiq olunmaqdadır. 
Bu nasos və su orqanının işləmə prinsipləri haqqında Heronun işlərində 
ətraflı məlumat verildiyindən burada onlar təhlil olunmur (bax səh. 72). 
Su orqanları haqqında sadəcə olaraq onu demək lazımdır ki, Ktesibiosun 
bu ixtirasında ilk dəfə olaraq dəmir yaylardan istifadə edilmişdir.  
Ağacların  və  heyvan  buynuzlarının  yay  effekti  insanlara  qədimdən 
məlum idi. Bu effekt ox atan kamanlarda, katapultlarda istifadə edilirdi. 
Ktesibios isə ilk dəfə olaraq metaldan yay kimi istifadə etmişdir. Dəmir 
yayların  məlum  olmasına  baxmayaraq  antik  dövrdə  onlar  uzun  müddət 
geniş tətbiq tapmamışlar. Bunun əsas səbəbi onların  elastikliyinin aşağı 
olması  idi.  Yalnız  çox  az  dəmirçi  dəmirin  lazımi  mexaniki  xassələrini 
əldə  etmək  üçün  termiki  emala  uğradılma  üsuluna  bələd  idi.  Termiki 
emala uğradılmamış yaylar tezliklə sınıb sıradan çıxırdı.  
Bundan  əlavə  Ktesibios  katapultlarda  da  bürüncdən  hazırlanmış 
yaylardan istifadə etmişdir. Bu katapultların qolları adilərdə olduğu kimi 
iplə  qabağa gərilmirdi. Onlar  dönə bilən formada hazırlanırdılar. Qollar 


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə