May 2018-ci IL, bazar Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi inkişaf yolu



Yüklə 258,22 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü258,22 Kb.
#68364


9

27 may 2018-ci il, bazar

Azərbaycan Xalq Cümhuriyyətinin 

iqtisadi inkişaf yolu

AXC-nin həyata keçirdiyi islahatlar xalqın  

güzəranını yüksəltməyi nəzərdə tuturdu

 

ˆ

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 



yaradılması xalqımızın tarixinə şanlı hadisə kimi daxil olmuşdur. Cəmi 

23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik 

dövlət kimi tarixə düşən AXC xalqımızın qədim dövlətçilik ənənələrini 

yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarını 

yarada bildi. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş 

AXC demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi 

quruculuq və sair sahələrdə gördüyü işlərlə Azərbaycan xalqının tarixində 

parlaq səhifə yazmışdır. 

AXC-nin həyata keçirdiyi islahatlar, 

xüsusən sosial-iqtisadi sahədə görülən işlər 

əhalinin yaşayışına müsbət təsir etmişdi. 

Çünki AXC hakimiyyətdə olduğu sosial-iqti-

sadi sahədə bir sıra demokratik qərarlar qəbul 

etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti 

Ensiklopediyasında qeyd olunduğu kimi, 

bu qərarlardan bir hissəsi mövcud dönəmin 

çətinliyi, Çar Rusiyasının müdaxilələrindən 

dolayı gecikmiş, yaxud həyata keçməmişdir. 

İstiqlalın görkəmli lideri olan Məhəmməd 

Əmin Rəsulzadə sosial ədalətsizliyin ara-

dan qaldırılmasının başlıca vəzifə olduğunu 

bildirərək, Cümhuriyyətdə iqtisadi islahatların 

nə qədər vacib olduğunu “Fikri, milli və siyasi 

istiqlalların kökü iqtisadi istiqlaldır” fikri ilə 

ifadə etmişdir.

Xalq Cümhuriyyəti bolşevik fikrindən 

fərqli olaraq özəl mülkiyyəti, yəni fabrik, 

zavod, torpaq, istehsal əraziləri üzərində 

özəl mülkiyyəti dəstəkləmiş və bunun əksinə 

siyasətin “insanların şəxsi təşəbbüs qüvvəsini 

zorla əlindən almaq” kimi qiymətləndirmişlər. 

Bununla bərabər, AXC özəl mülkiyyətə hədd 

qoymaq və istifadə edilməyən özəl mülkiyyəti 

yeni sahiblərinə vermək prinsipini də müdafiə 

etmişdir. Başqa sözlə “hər kəs əkib-becərə 

bildiyi qədər torpaq (özəl mülkiyyətə) sahəsinə 

sahib olmalıdır” deyən AXC, bu qərarla in-

sanlar arasındakı maddi uçurum fərqini aradan 

qaldırmağa çalışmışdır.

Bununla bərabər AXC dövlət mülkiyyətini 

də müəyyən etmiş və bu mülkiyyət dövlət, 

bələdiyyə mülkiyyəti şəklində ayrılmışdır. 

Bəhs olunan mülkiyyətə - yeraltı qaynaqlar

dəmir yolu, su, teleqraf, işıq və sair bunun kimi 

sosial rifahı yüksəltməyə xidmət edən sahələr 

daxil edilmişdir.

AXC-nin iqtisadi  

inkişaf strategiyası

Cümhuriyyətin iqtisadi vəziyyəti yaxşı-

laşdırmaq üçün birbaşa müdaxilələrindən ən 

önəmlisi yeni pul vahidinin dövriyyəyə bura-

xılması və gömrük fəaliyyətinin yaxşılaşdırıl-

ması olmuşdur. “Bakı bonu” adlı yeni kağız 

pullar milli valyutanın möhkənləndirilməsi, 

onun alıcılıq qabiliyyətinin yüksəldilməsi 

məqsədini güdürdü. Bəhs edilən zamanda 

keçmiş dövrlərdən qalma yüksək inflyasi-

ya da diqqətçəkici idi və AXC bu məqsədlə 

maliyyə, vergi, bank-kredit sistemi, 1919-cu 

ilin sentyabrında isə AXC Dövlət Bankını 

yaratdı. Dövlət ayrıca xammal ixracatında 

yaranmış çətinlikləri ortadan qaldırmaq və 

xəzinə gəlirlərini yüksəltmək üçün ixrac olunan 

hər xammal üçün 25 faiz gömrük rüsumu da 

nəzərdə tutmuşdu. 1920-ci ilin fevral ayında 

qəbul edilmiş yeni gömrük qaydaları daxili 

bazarı tənzimləmək, idxal və ixrac disbalan-

sını ortadan qaldırmaq məqsədini güdmüşdür. 

AXC hətta, 200-dən çox ölkəyə gömrüksüz 

idxal olunan mal siyahısını müəyyənləşdirmiş 

və xarici sərmayədarları ölkəyə çəkmək üçün 

onlara endirimli Bakı bonları təklif etmişdir. 

Göründüyü kimi, AXC-nin maliyyə və gömrük 

siyasətində təktərəfli deyil, həm daxili, həm də 

xarici bazarı nəzərə alacaq şəkildə müəyyən 

edilmiş, ixracatı xammaldan hazır məhsullara 

yönəltmək üçün xarici sərmayədarlara cəlbedici 

təkliflər irəli sürülmüşdür. Cümhuriyyətin 

gömrük siyasətindəki diqqətəlayiq qərarlardan 

biri də gömrük qadağalarının əsaslandırılması 

olmuşdur. Yəni, hər hansı bir məhsulun xaricə 

satılması və ya idxal edilməsinə qoyulmuş 

qadağalarda məhsulların əhali üçün nə qədər 

gərəkli olduğu diqqətə alınmışdır. Nəticədə, ilk 

olaraq konyak, üzüm və digər spirtli içkilərin 

ixracatına icazə verilmişdir (Cümhuriyyətdən 

öncə qadağan edilmişdir). Əhalinin gəlirlərini 

yüksəldən yeni qanunu hökumət, “əhali üçün 

spirt ancaq texniki və tibbi məqsədlər üçün va-

cibdir. İxracatına icazə verilən konyakın spirt-

lilik dərəcəsi 85 faiz, digərləri isə 40-45 faizə 

qədərdir. Bundan dolayı bu məhsulların xaricə 

satışı heç bir mənfi təsiri ortaya çıxarmır” fikri 

ilə əsaslandırmışdır.

Cümhuriyyətin ixrac olunan mallar qar-

şılığında xəzinəyə qarşılıqsız 25 faiz ödəməsi 

qərarı isə gəlir əldə etmək, həm də riski ortadan 

qaldırmaq məqsədi güdürdü. Çünki, bəhs olu-

nan illərdə qonşu ölkələrin əksəriyyəti xarici 

ticarətdə “əmtəə mübadiləsi”nə (malın malla 

dəyişimi) üstünlük verirdilər. Azərbaycanın 

azad ticarətə (valyuta qarşılığında) keçmiş ol-

ması mal qıtlığı yaradacaq, ölkədə hər şey ixrac 

ediləcəkdi. Bu isə valyuta bolluğu yaradacaq 

və ancaq qiymət artımını qaçılmaz edəcəkdir. 

Bundan dolayı 25 faizlik gömrük rüsumu zəruri 

addım idi.

Yuxarıda da bəhs edildiyi kimi, 

Cümhuriyyət dönəmində inflyasiya yüksək 

idi və günü-gündən yüksələn qiymətləri 

insanların yaşam standartlarını endirirdi. Bu 

məqsədlə AXC 1918-ci il 3 iyun, 21 sentyabr, 

13 oktyabr, 1919-cu il 10 fevral, 21 aprel, 

1920-ci il 5 yanvar tarixli qərarlarla hökumət 

qulluqçularının maaşı (iki il müddətində 6 

ayrı qərarla) artırıldı. Bundan başqa, həmin 

illərdə “Qulluqçulara müavinət verilməsi”, 

“Maaşlara müvəqqəti əlavələr” kimi qanunlar 

da qəbul edilmişdir. Nəticə etibarilə 1919-cu 

il iyun tarixli qərarla minimum əməkhaqqı 

yüksəldilmişdir.



Milli hökumətin maliyyə siyasəti 

XIX-XX əsrin əvvəllərində Azərbaycan 

Rusiya imperiyasının tərkib hissəsi olduğundan 

onun iqtisadi həyatı bilavasitə həmin ölkə ilə 

sıx bağlı idi. Digər qonşu ölkələrdə sənaye 

inkişaf etmədiyindən Azərbaycan ehtiyac 

duyduğu sənaye və fabrik məmulatlarını əsasən 

Rusiyadan əldə edirdi. Lakin həmin dövrdə 

çarizmin Rusiya imperiyası ərazisində yürütdü-

yü mürtəce hakim millətçilik siyasətinin təsiri 

altında böyüməkdə olan rus sənaye kapitalı bü-

tün Cənubi Qafqaza, o cümlədən Azərbaycana 

öz sənayesini yaymağa və inkişaf etdirməyə 

ixtiyarı olmayan, Rusiyaya özünün müxtəlif 

növ xammalını göndərərək oradan fabrik 

məmulatlarını idxal etməyə möhtac qalan bir 

müstəmləkə kimi baxırdı. Yeri gəlmişkən, qeyd 

edək ki, XIX əsrin sonu XX əsrin əvvəllərində 

Azərbaycandan Rusiyaya əsasən neft və neft 

məhsulları, həmçinin pambıq, balıq, düyü, 

şərab, meyvə, xam ipək, gön-dəri, xalça və s. 

göndərilir, oradan isə taxıl, kartof, çay, qənd, 

bitki yağları, manufaktura malları, dəmir, meşə 

tikinti materialları, sement, aptek, kimyəvi mal-

lar gətirilirdi. 

Rusiya ilə əmtəə mübadiləsi başlıca olaraq 

Vladiqafqaz dəmir yolu vasitəsilə həyata 

keçirilirdi. Neft və neft məhsulları isə əsasən 

dənizlə Həştərxana daşınırdı. Məsələn, 1916-cı 

ildə Bakı rayonundan aparılan və ümumi həcmi 

408,8 milyon pud olan neft məhsullarının 

366,4 milyon pudu Xəzər dənizi vasitəsilə 

daşınmışdır ki, bu da Xəzər dənizi vasitəsilə 

daşınan bütün əmtəə mallarının 89,6 faizini 

təşkil etmişdir. 

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı 

məhsulları da əsasən dənizlə və dəmir yolu 

vasitəsilə daşınırdı. Azərbaycanı Rusiya və 

digər xarici ölkələrlə əlaqələndirən əsas yol-

nəqliyyat xətləri - Qara və Xəzər dənizləri, 

Vladiqafqaz və Zaqafqaziya dəmiryolları, 

eləcə də Volqa çayının su-nəqliyyat xətti 

olmuşdur. Qışda Volqa çayında naviqasiya 

dayandırıldıqdan sonra isə Volqa çayının su-

nəqliyyat xəttini Vladiqafqaz dəmir yolu xətti 

əvəz edirdi.

Azərbaycan Rusiya və Qərbi Avropa 

ölkələri ilə əlaqəni Qara dəniz vasitəsilə 

(əsasən Batum və Poti vasitəsilə) yarada bilirdi. 

Zaqafqaziya dəmir yolu xətti Qara və Xəzər 

dənizlərini əlaqələndirməklə yanaşı Vladi-

qafqaz dəmir yolu ilə də qovuşaraq fasiləsiz 

dəmir yolu xətti yaradırdı. Zaqafqaziya dəmir 

yolu xətti özunun yolayrıcıları (Culfa-Təbriz) 

vasitəsilə İranla, (Gümrü-Sarıqamış) vasitəsilə 

isə Türkiyə ilə əmtəə mübadiləsini mümkün 

edirdi. Beləliklə, Azərbaycan Şərqlə, eləcə də 

Şərqin Qərblə ticarət əlaqələrində böyük tranzit 

yolu rolunu oynayırdı.

Cümhuriyyət hökuməti tərəfindən ölkədəki 

maliyyə məsələlərinə də diqqət yetirilirdi. 

Hökumətin 3 mart 1919-cu il tarixli qərarı ilə 

Bakı bonunun Zaqafqaziya bonuna sərbəst 

dəyişdirilməsinin elan edilməsi maliyyə 

nazirinə tapşırıldı. Daha sonra hökumətin 26 

may 1919-cu il tarixli qərarı ilə Azərbaycan 

Dövlət Bankı təsis edildi. Hökumətin 26 may 

1919-cu il tarixli digər qərarı ilə Maliyyə 

Nazirliyinə 250 manatlıq pul nişanının burax-

masına icazə verildi.

Ölkənin iqtisadi inkişafı ilə bağlı 

məsələlər Azərbaycan Parlamentində də 

müzakirə edilərək müvafiq qanunlar qəbul 

edilirdi. 1919-cu il dekabrın 11-də Azərbaycan 

Respublikası ərazisindən xarici ölkələrə xam-

malın ixrac edilməsinin yeni şərtləri haqqında 

Azərbaycan Parlamenti tərəfindən qanun 

qəbul edildi. Həmin qanunda göstərilirdi ki, 

Azərbaycan Respublikasının ərazisindən xam-

malı, yəni pambıq, ipək, barama, həmçinin 

tam emal edilməmiş gön, dəri və başqa 

xammalı sərbəst surətdə ixrac etmək istəyən 

şəxs və təşkilatlar bütün xammalın 25 faizini 

pulsuz olaraq xəzinəyə təhvil verməlidir. Bu 

şərti yerinə yetirmiş eksportçu təşkilatlar və 

şəxslər müəyyən etdikləri xammalı şərbəst 

surətdə xaricə ixrac edə bilərlər. 

Cəmi iki ilə yaxın yaşamış AXC zəngin 

dövlət quruculuğu təcrübəsi, iqtisadi islahatla-

rı ilə milli dövlətçilik tarixində silinməz izlər 

qoymuşdur. Az bir zamanda atılan sosial-iq-

tisadi addımlarla əhalinin rifahı yüksəlmişdir. 

AXC xalqın qəlbində azadlıq və istiqlal duy-

ğularını gücləndirməklə respublikanın gələcək 

müstəqilliyi üçün etibarlı zəmin yaratmışdır. 

Rövşən ATAKİŞİYEV,   

“Xalq qəzeti”

 

ˆ

Azərbaycan Xalq Cümhuriyyəti hökumətində 



9 nazirlikdən biri də Daxili İşlər Nazirliyi (DİN) idi. 

İlk daxili işlər naziri, eyni zamanda, Baş nazir olan 

F.X.Xoyskinin bu iki vəzifəni öz üzərinə götürməsi 

isə o vaxtkı ağır, mürəkkəb şəraitdə həmin nazirliyin 

olduqca məsuliyyətli qurum olması ilə bağlı idi.

Daxili İşlər Nazirliyi ilk gündən ölkədə 

daxili sabitliyi və hüquq normalarına riayət 

etmək, milliyyətindən və dinindən asılı olma-

yaraq, bütün vətəndaşların həyatını, əmlakını 

və hüquqlarını qorumaq, cinayətkarlıqla 

mübarizə aparmaq, Milli Ordu, təhlükəsizlik 

qüvvələri ilə bərabər ərazi bütövlüyümüzin 

və suverenliyimizin qorunmasında təcavüzkar 

qüvvələrə qarşı mübarizə aparmaq kimi 

məsələləri qarşıya mühüm vəzifə kimi qoy-

muşdu. 


Azərbaycan Xalq Cümhuriyyəti ölkədə 

anarxiyanın və xaosun hökm sürdüyü bir 

şəraitdə məhz DİN vasitəsilə cinayətkar 

ünsürləri təcrid etməklə qısa bir zamanda 

dövlət icra aparatının fəaliyyətinin bütün gücü 

ilə bərpasına nail oldu. Bu dövrdə DİN qarşı-

sında duran başlıca vəzifələrdən birini – idarə 

orqanlarını milliləşdirmək, hərbi təlim görmüş 

adamlardan ibarət kadr ehtiyatı hazırlamaq 

vəzifəsini uğurla reallaşdırdı. 

Burada bir tarixi faktı da xatırlat-

maq istərdim. 1918-ci il iyunun 23-də 

AXC hökuməti Nazirlər Şurasının sədri 

F.X.Xoyskinin məruzəsi üzrə “Mövcud Rusiya 

və Zaqafqaziya qanunlarının müvəqqəti sax-

lanması və hökumət tərəfindən bunun müvafiq 

nəşri haqqında” qərar qəbul edilib. Elə həmin 

gün “Azərbaycan Cümhuriyyəti Daxili İşlər 

Nazirliyinin hazırlığı haqqında” hökumət 

tərəfindən icbari qərar qəbul olunub. 1918-ci 

il iyunun 23-də daxili işlər naziri B.Cavanşirin 

əmri ilə peşəkar hərbçi kadrlardan biri, pol-

kovnik İbrahim ağa Vəkilov Gəncənin birinci 

qubernatoru təyin edilib. 

Xatırladaq ki, o dövrdə çar üsul-

idarəsindən qalma quberniya idarəçiliyinə 

qubernator, onun müavini, qəza müfəttişləri, 

tərcüməçilər, xüsusi işlər üzrə məmurlar və 

s. vəzifələr daxil idi. Quberniyanın inzibati, 

o cümlədən polis aparatı və bütün hökumət 

idarələri, həmçinin mülki hakimiyyət quber-

natorun səlahiyyətində və şəxsi nəzarətində 

idi. Gəncə qubernatoru kimi görülən işlər 

barədə daxili işlər naziri B.Cavanşirə vaxtaşırı 

raport göndərən İ.Vəkilov bu vəzifəyə təyin 

edildikdən sonra gənc müstəqil hökumətin 

əleyhinə olan qüvvələrə qarşı qətiyyəti və 

təsirli tədbirlər həyata keçirirdi. İ.Vəkilov Go-

ranboyda, onun ayrı-ayrı kəndlərində sığınacaq 

tapan daşnak tör-töküntülərinə divan tutub, 

onları tərksilah edirdi.

1918-ci il iyunun 24-də AXC hökuməti 

“Hökumət müəssisələrinin öz vəzifələrini tərk 

etmiş qulluqçuları haqqında” müvafiq qərar 

qəbul etdi. Qərarda Daxili İşlər Nazirliyinə 

çarizmin devrilməsindən (fevral, 1917) sonrakı 

dövrdə Azərbaycanın hökumət idarələrində 

xidmət edən, lakin üzürsüz işə çıxmayan 

qulluqçulara, o cümlədən DİN orqanların-

dakı əməkdaşlara iyulun 1-dən işə çıxmaq 

təklif olundu, eyni zamanda, bu qərarla yeni 

yaradılacaq müstəqil polisin tərkibinə daha çox 

azərbaycanlı kadrların yerləşdiriləcəyi haqqın-

da xəbərdarlıq edildi. Qərarda, həmçinin əhalisi 

1 milyon 64 min 647 nəfər olan Yelizavetpol 

quberniyasının Gəncə, Zəngəzur, Cəbrayıl, 

Cavanşir, Qazax, Şuşa, Cavad, Nuxa və Ərəş 

qəzalarında yeni əsaslarla dövlət hakimiyyəti 

orqanlarının (o cümlədən, polisin) yaradılacağı 

bildirildi.

Azərbaycan hökumətinin 24 iyun 1918-ci 

il tarixli qərarına uyğun olaraq, Gəncə şəhər 

milisi şəhər 

özünüidarəsinin 

tabeçiliyindən 

çıxarılaraq, yerli 

ümumi inzibati 

hakimiyyətin 

sərəncamına keçi-

rildi. Hökumətin 

1918-ci il 25 

iyun tarixli qərarı 

ilə Azərbaycan 

ərazisindəki bütün 

dəmir yollarının mühafizəsi də Daxili İşlər 

Nazirliyinə tabe edildi. Azərbaycan hökuməti 

1918-ci il 27 iyun tarixli başqa bir yeni qərarı 

ilə Göyçay qəza milisinə 35 min rubl kredit 

ayırdı.

Xatırladaq ki, 2 iyul 1918-ci il tarixdə isə 



müstəqil Azərbaycan polisinin yaranmasını 

hüquqi cəhətdən özündə təsbit edən dövlət qa-

nunvericilik aktı imzalandı. Bununla da Gəncə 

quberniyasında müstəqil polisin yaradılması re-

allaşdırıldı, eyni zamanda, sənəddə yeni ştatlar 

və əmək haqqının artırılması öz ifadəsini tapdı. 

Həmin vaxt polisin yaradılması üçün sosial 

baza da var idi. Belə ki, vaxtı ilə Bakıda və 

Azərbaycanın digər yerlərində xidmət edən 

sabiq polis və burjua milisi əməkdaşları 

ölkənin paytaxtı sayılan Gəncəyə top-

laşmışdılar. F.Xoyski və B.Cavanşir ilk 

müstəqil polis orqanlarını yaradarkən, 

həm də digər millətlərdən olan sədaqətli 

və peşəkar kadrlardan da istifadə etməyi 

düşünmüşdülər. 

Qərara görə, quberniyanın şəhər və 

qəzalarında polis rəisləri, onların böyük 

və kiçik köməkçiləri, sahə və şəhər polis 

pristavları və milis nəfərləri vəzifələri təsis 

olundu. Beləliklə, 2 iyul 1918-ci ildə yeni 

ştat tarifi üzrə Gəncə şəhər polisi polis-

meyster, böyük və kiçik köməkçidən, 7 

pristavdan, onların 7 köməkçisindən, 36 

nəfər polis, 80 nəfər piyada milis və 20 atlı 

milis nəfərindən ibarət yaradıldı. 

AXC Daxili İşlər Nazirliyi ilk dövrlərdə 

hələlik həm polis, həm də milis təşkilati for-

malarından istifadə edirdi ki, bu da o dövrün 

saxlanmaqda davam edən inzibati orqanlarının 

təşkili və təcrübəsinin labüd zəruruliyi ilə 

əlaqədar idi. F.X.Xoyski Azərbaycan poli-

sinin ilkin yaranması və təşəkkülü prosesi-

ni xarakterizə edərək, 1918-ci il dekabrın 

7-də Azərbaycan Parlamentinin açılışında 

hökumətin hesabat məruzəsində deyib: 

“Fəaliyyətimizin ötən ilk 6 ayı ərzində müm-

kün olan hər şeyi etdik ki, ölkəni anarxiya və 

xaos vəziyyətindən çıxaraq, biz qayda-qanunu 

bərpa etdik, polisi təsis etdik”.

Azərbaycan Xalq Cümhuriyyəti 

hökumətinin qərar və sərəncamları üzrə 

Daxili İşlər Nazirliyi, onun mərkəzi aparat-

ları və yerli polis orqanları təşəkkül taparaq, 

ölkədə bir inzibati hakimiyyət vahidi kimi 

rolunu getdikcə artırırdı. 1918-ci il iyunun 

30-da Azərbaycan hökumətinin “Şəhər 

özünüidarəçiliyində Daxili İşlər Nazirliyinin 

və polisin səlahiyyətlərinin artırılması haq-

qında” qərarı bu məsələdə mühüm rol oynadı. 

Belə ki, həmin qərarla DİN-ə şəhərlərdə 

mövcud özünüidarə sisteminin bərpası üçün 

tədbirlər görmək tapşırılmışdı, Ağdaş, Salyan, 

Bərdə, Qazax qəzalarında və digər bölgələrdə 

özünüidarə sistemi olmayan yerlərdə isə ayda 

300 manat məvaciblə rəis, xidmət müdiri və 

mühafizəçi ştatları yaradılmışdı.

Daxili işlər naziri B.Cavanşirin başçılıq 

etdiyi mərkəzi icraedici-inzibati təşkilat – DİN, 

onun yuxarı və aşağı vəsilələri, orqanları 

tədrici inkişaf yolu keçməklə, yeni struktur 

dəyişikliklərinə məruz qalır, təkmilləşirdi. 

Məsələn,1918-ci il iyulun 15-də Azərbaycan 

Nazirlər Şurasının qərarı və daxili işlər naziri 

B.Cavanşirin müvafiq əmri ilə DİN-in yanında 

birbaşa hökumətə tabe olmaqla Fövqəladə 

Təhqiqat Komissiyası (FTK) yaradıldı və ona 

əslən Gəncədən olan nüfuzlu bir şəxs –Moskva 

Universitetinin məzunu, hüquqşünas Ələkbər 

bəy Xasməmmədov (1893-1925) sədr təyin 

edildi. Yaxud, hökumətin 1918-ci il 31 avqust 

tarixli başqa bir qərarı ilə DİN-in Xüsusi 

İstintaq Komissiyası fəaliyyətə başladı, bu qu-

ruma 1918-ci ilin mart soyqırımı, Zəngəzurda 

və Qarabağda azərbaycanlılara və ümumən 

müsəlmanlara qarşı erməni quldur dəstələri 

tərəfindən törədilən cinayətləri təhqiq etmək 

tapşırıldı.

O dövrdə Azərbaycan Cümhuriyyəti 

Daxili İşlər Nazirliyinin səlahiyyətlərini 

genişləndirməyi, təsir dairəsini gücləndirməyi 

də diqqət mərkəzində saxlayırdı. 1918-ci il 

avqustun 11-də Azərbaycan hökuməti və Daxili 

İşlər Nazirliyinin vətəndaşların Milli Orduya 

çağırışı ilə əlaqədar birgə yeni bir sərəncam 

imzalaması da bunun nəticəsi idi. Beləliklə, 

həmin sərəncamın müvafiq bəndinə əsasən, 

hərbi xidmətə çağırış prosesinin icrası daxili 

işlər nazirinə tabe edildi.

Bu gün Azərbaycanda mövcud olan ictimai-

siyasi sabitlik respublikamızın müstəqillik tarixi-

nin ən mühüm nailiyyətlərindən biridir. Təbii 

ki, sabitliyin əldə olunması o qədər də asan başa 

gəlməmişdir. Ölkəmiz öz dövlət müstəqilliyini 

bərpa etdikdən sonra çox böyük çətinliklərlə 

üzləşmişdi. Həmin dövrün çətinliklərinin əsas 

hissəsi məhz Azərbaycan polisinin üzərinə 

düşürdü. Qarabağ müharibəsinin ilk illərində 

Azərbaycanın nizami ordusu yox idi, ona görə 

də ön cəbhədə torpaq uğrunda polis vuruşurdu, 

şəhidlər verirdi. Qanunsuz silahlı dəstələrlə polis 

mübarizə aparırdı.

Ulu öndər Azərbaycan polisinin 

bu dövrdəki xidmətlərini çox yüksək 

qiymətləndirmişdir: “Azərbaycan polisi 

şanlı bir tarix keçibdir. Xüsusən, 1988-ci 

il hadisələri başlanandan sonra, Qarabağ 

müharibəsində Azərbaycan polisinin 932 nəfər 

əməkdaşı şəhid, 681 nəfəri isə əlil olubdur. 

Eyni zamanda, 67 nəfər polis əməkdaşı Milli 

Qəhrəman adına layiq görülübdür. Bu, böyük 

rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət 

nümunəsidir.” 

Ölkə daxilində hakimiyyət uğrunda gedən 

mübarizənin yaratdığı vətəndaş qarşıdurması, 

xarici qüvvələrin dəstəklədiyi Ermənistanın 

Azərbaycana qarşı təcavüzü yeni yaranmış 

respublikanı uçuruma doğru sürükləyirdi. Belə 

bir zamanda, dövlətçilik, müstəqillik təhlükə 

altında qalanda xalqın təkidli tələbi ilə ulu 

öndər Heydər Əliyevin hakimiyyətə qayıdışın-

dan, yəni 1993-cü ilin iyun ayının 15-dən sonra 

xaosdan qurtuluşa keçidin əsası qoyuldu, 

ölkənin ictimai-siyasi həyatında və krimi-

nogen durumda köklü müsbət dəyişikliklər 

baş verdi. İntensiv surətdə həyata keçirilən 

tədbirlərdən biri də hüquq-mühafizə, o 

cümlədən daxili işlər orqanlarının sıralarının 

saflaşdırılması, dövlətə, xalqa sədaqətli şəxsi 

heyətin formalaşdırılması, peşə borcunu, 

qanunun aliliyini hər şeydən üstün tutan 

əməkdaşların xidmətə cəlb edilməsi idi.

Ulu öndər 1994-cü il aprelin 29-da 

nazirliyin rəhbər heyətinin iştirakı ilə 

keçirilən müşavirədə xidməti fəaliyyətdə 

yol verilmiş nöqsan və çatışmazlıqları açıq 

şəkildə qeyd edərək, onların tez bir zamanda 

aradan qaldırılması üçün dəyərli tapşırıq və 

tövsiyələrini verdi. Onun şəxsi nəzarəti ilə 

qısa müddətdə bu vəzifələr reallığa çevrildi. 

Ümummilli liderin 1994-cü ilin avqust ayında 

imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin 

gücləndirilməsi, qanunçuluğun və hüquq 

qaydasının möhkəmləndirilməsi tədbirləri 

haqqında” fərman isə bu sahədə fəaliyyətin 

təşkilati-hüquqi bazasının və gələcək uğurla-

rın möhkəm təməlini qoydu. Eyni zamanda, 

mötəbər beynəlxalq təşkilatların, Avropa 

ekspertlərinin rəyləri nəzərə alınmaqla “Polis 

haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haq-

qında” qanunlar, “Azərbaycan Respublikasının 

Daxili İşlər Nazirliyi haqqında” və “Daxili 

işlər orqanlarında xidmət keçmə haqqında” 

əsasnamələr qəbul edildi.

Ümummilli lider Heydər Əliyev 

tərəfindən daxili işlər orqanlarının fəaliyyəti 

ilə bilavasitə bağlı olan, o cümlədən insan 

hüquq və azadlıqlarının həyata keçirilməsi 

mexanizmlərini tənzimləyən 34 qanun, 

100-dən çox fərman və sərəncam imzalandı. 

Nazirlik sistemində islahatlar aparılaraq yeni 

qurumlar yaradıldı.

Məhz Heydər Əliyevin rəhbərliyi altında 

hüquq-mühafizə orqanları respublikada tüğ-

yan edən mütəşəkkil cinayətkarlığa, sabit-

lik üçün təhlükə doğuran zərərli meyillərə 

qarşı uğurlu mübarizəyə, qanunsuz silahlı 

birləşmələrin zərərsizləşdirilməsinə başladılar. 

Vətəndaşlarımızın dinc, rahat yaşamaları üçün 

lazım olan şərait yarandı, onların dövlətə, 

hüquq-mühafizə orqanlarına inamı daha da art-

dı, ictimai-siyasi, həmçinin kriminogen durum 

nəzarətə götürüldü.

Sabitliyin bərqərar edilməsi isə, öz 

növbəsində, islahatların aparılmasına, iqti-

sadiyyatın bərpasına və inkişaf etdirilməsinə 

əlverişli zəmin yaratdı. Xarici neft şirkətlərinin 

Azərbaycana inamını artırdı və həmin ilin sent-

yabrında respublikamızda iqtisadi tərəqqiyə yol 

açan “Əsrin müqaviləsi” imzalandı.

Lakin həyat göstərdi ki, Heydər Əliyevin 

milli maraqlarımızın təmin edilməsindəki 

qətiyyətli mövqeyi və yorulmaz fəaliyyəti 

ölkənin xaricində və daxildə olan 

düşmənlərimizi olduqca narahat edir. Onlar 

necə olursa-olsun Azərbaycanı bu yoldan 

döndərmək üçün müxtəlif vasitələrə əl atmağa 

başladılar. 

Məqsəd respublikadakı mövcud ictimai-

siyasi sabitliyi pozmaq, süni qarşıdurmalar 

yaratmaq və son nəticədə ölkəni müstəqil 

inkişaf yolundan döndərmək idi. Ancaq ümum-

milli liderimiz 1994-cü ilin oktyabr və 1995-ci 

ilin mart aylarında baş verən dövlət çevrilişinə 

cəhdlərin qarşısını öz zəkasının, müdrikliyinin 

gücü, onu dəstəkləyən xalqının əzmi və iradəsi 

ilə aldı. Müstəqilliyimiz qorunub saxlandı, 

silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə 

birdəfəlik son qoyuldu. 

1992-ci illə müqayisədə 2002-ci ildə 

ölkədə qeydə alınan cinayətlərin açılma-

sı 67 faizdən 94,8 faizə yüksəlmiş, ümumi 

cinayətlərin sayı 30,9 faiz, o cümlədən qəsdən 

adam öldürmələr 2,7 dəfə, quldurluq və soy-

ğunçuluqlar 3,7 dəfə, oğurluqlar 5,2 dəfə, odlu 

silahın tətbiqi ilə törədilən cinayətlər 7,2 dəfə, 

nəqliyyat vasitələrinin oğurluğu 25 dəfə, habelə 

bağlı qalmış cinayətlər 13 dəfə azalmışdı. 10 il 

ərzində daxili işlər orqanları tərəfindən əllərdə 

qanunsuz saxlanılan 30 mindən artıq silah 

yığılmışdı. 

Hələ hadisələrin ən qaynar dövründə 

–1994-cü il aprelin 29-da DİN-in rəhbər 

işçilərinin iştirakı ilə keçirilən müşavirədə ulu 

öndər Heydər Əliyev vurğulamışdı ki, “Daxili 

İşlər Nazirliyinin hər bir əməkdaşının sosial 

müdafiəsini təmin etməliyik. Bu əməkdaşlar 

ilk növbədə öz vəzifə borclarını şərəflə yerinə 

yetirməlidirlər, ikinci növbədə isə onların 

mənafeyi müdafiə olunmalıdır”.

Göründüyü kimi, ölkənin müqəddəratının 

həll olunduğu bir vaxtda belə Heydər Əliyev 

daxili işlər orqanları əməkdaşlarının qayğısına 

qalır və onların himayədarı olduğunu konkret 

qərarları ilə sübut edirdi. Onun xüsusi qayğısı 

sayəsində, 1993-cü illə müqayisədə 2003-

cü ildə nazirliyin büdcəsi 6 dəfə artmış, bu 

dəyişikliyin əsas qayəsini əməkdaşların sosial 

sosial müdafiəsinin gücləndirilməsi, xidmət 

şəraitinin yaxşılaşdırılması, yeni informasiya 

texnologiyalarının tətbiqi və sair təşkil edirdi. 

Bundan başqa, Daxili İşlər Nazirliyinin 300-

dən çox əməkdaşı və hərbi qulluqçusu ölkənin 

yüksək dövlət mükafatları ilə təltif edilmiş, o 

cümlədən “Milli Qəhrəman” 

adına, orden və medallara 

layiq görülmüşdü.

Bütün bunlar yalnız 

Heydər Əliyevin po-

lad iradəsi, fenomenal 

peşəkarlığı, qətiyyəti və 

yüksək idarəçilik bacarığı 

sayəsində mümkün olmuş-

dur. Daxili işlər orqanla-

rının fəaliyyətini düzgün 

istiqamətə yönəldən, onu 

xalqa və dövlətə xidmət 

üçün səfərbər edən ulu 

öndərimiz nəticədə istəyinə 

çatdı: daxildən saflaşan, 

təmizlənən daxili işlər 

orqanları və Daxili Qoşunlar 

Prezidentin inamını doğrultdu və ölkədə həyata 

keçirilən uğurlu islahatların təhlükəsizliyinin 

təminatçılarından biri oldu. 

Respublika daxili işlər orqanlarının 

əməyini daim yüksək qiymətləndirən ulu 

öndər Heydər Əliyev 2002-ci ildə polisin peşə 

bayramında şəxsən iştirak edərək xidməti 

fəaliyyətlə bağlı dəyərli fikirlər söylədi. Eyni 

zamanda, nöqsanları göstərib tövsiyələrini 

verdi, vəzifələri müəyyənləşdirdi və nitqini bu 

sözlərlə bitirdi: “Daxili İşlər Nazirliyi, polis 

Azərbaycan dövlətçiliyinin keşiyində durub, 

bundan sonra da duracaqdır. Bir daha deyirəm, 

mən Azərbaycan Prezidenti kimi, Ali Baş Ko-

mandan kimi sizə etibar edirəm, sizə inanıram, 

sizə arxalanıram”.

Heydər Əliyev ideyalarına ən çətin 

məqamlarda sadiq olan Azərbaycan poli-

si bu gün möhtərəm Prezidentimiz, Silahl 

Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 

rəhbərliyi altında ağır, məsuliyyətli və həm 

də şərəfli vəzifələrinin öhdəsindən bacarıqla 

gəlir, dövlət başçısının onlara göstərdiyi qayğı 

və etimadı vicdanlı və layiqli xidmətləri ilə 

doğruldurlar.

Azərbaycan Respublikasının Prezidenti 

İlham Əliyev polis orqanlarının fəaliyyətinə 

yüksək qiymət verərək qeyd etmişdir ki, 

“Azərbaycan polisi çox mühüm funksiyanı icra 

edir. Hər bir müstəqil dövlət üçün onun daxili 

işlər orqanları xüsusi əhəmiyyətə malikdir. 

Azərbaycanda ictimai-siyasi sabitliyin, asayişin 



qorunmasında polisin rolu çox yüksəkdir”.

Ülviyyə VAHİDQIZI, 

“Xalq qəzeti”

Məqalə İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan 

edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda 

müsabiqəyə təqdim edilir.

Yazı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində Azərbaycan polisinin 

100 illik yubileyinə həsr olunmuş müsabiqəyə təqdim edilir.

Azərbaycan polisinin 

yaranma tarixi və təşəkkülü

Yüklə 258,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə