Мцгяддимя



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə29/29
tarix18.06.2018
ölçüsü0,78 Mb.
#49796
1   ...   21   22   23   24   25   26   27   28   29

Aytən Quliyeva

 

 



86 

Türkiyədə rektorla görüşmək istəyən azərbaycanlı qəhrəmana 

bu görüş heç bir şəkildə qismət olmur. Cəmiyyətdə “ziyalı” sa-

yılan müxtəlif insanlar ona boş vədlər verir. Hekayənin qayəsini 

il

k baxışda şəxsi görünən bu davranışların ciddi mənalandırılıb, 



ya

lançı insanların səyi, əməyi nəticəsindən iki dost xalqın mü-

nasi

bətlərinin soyuya biləcəyinin təşvişi təşkil edir. “Azərbaycan 



və Türkiyə arasında bu gün böyük tarixi-siyasi, mədəni, iqtisadi 

qüv


vələrin yarandığı dövrdə Türkiyədə azərbaycanlıların portre-

ti

ni ləkələyən azərbaycanlılar, Azərbaycanda türklərin etnik-tari-



xi 

rəmzlərini korlayan türkiyəlilər çalışırlar. Anar bu hekayədə 

Əli Kərim demişkən, “yumorun əzəməti” ilə belələrini çıxılmaz 

vəziyyətdə qoyur” (40). 

Anarın hekayələrinin başlıca məziyyətlərindən biri cəmiyyət 

və insan üçün  vacib olan humanizm ideyalarının yüksək sənət-

kar

lıqla  əks  olunmasıdır.  Görkəmli  sənətkarın  bütün hekayələ-



rin

də məzmun və forma vəhdəti, məna yığcamlığı, daxili lako-

nizm güclüdür. Bütün bu xüsusiyyətlər onun hekayələrini, ədə-

biy


yat  tarixində  önəmli  yer  tutmasına,  sevilməsinə,  oxucuların 

dərin marağını qazanmasına səbəb olmuşdur.  



 

 

 

 

 


Anar – 75  

 

87 



 

 

 

 

 

NƏTİCƏ 

 

Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Anar təkcə zəngin 

bədii yaradıcılığı ilə  deyil, sözün geniş mənasında elm, mədə-

niy


yət və ictimai fikrimizin bütün sahələrini əhatə edən çoxcə-

hətli səmərəli fəaliyyətilə Azərbaycan söz sənətinin öncül sima-

la

rındandır.  O,  hələ  Sovet  ədəbiyyatının  yüksəlişi  illərində  bö-



yük məhrumiyyətlərə dözərək əsl milli, həqiqi, həyati ədəbiyyat 

munələri yaratmağı bacarmışdır. Təkcə yeni nəsri, yaxud ədə-



biy

yatı deyil, bütövlükdə yeni düşüncə tərzini, yeni baxışlar sis-

temini 

formalaşdıranlardan  olmuşdur.  “Elə  yazıçılar  vardır  ki, 



sa

dəcə istedadlı, orijinal əsərlər yaradır, əsərləri və yaradıcılıqla-

rı ilə ədəbiyyatın inkişafına, müasir vəzifələrinin gerçəkləşməsi-

nə bu və ya digər dərəcədə təsir göstərə bilirlər. Və şübhəsiz, bu 

cür yazıçıların əsərləri də, bütövlükdə yaradıcılıqları da ədəbiy-

yat  tarixində,  ədəbi  prosesdə  müəyyən  izlər  buraxır.  Lakin  elə 

yazıçılar da olur ki, onların ədəbiyyata, sənətə gəlişi ilə ədəbiy-

yatda,  sənətdə  bütöv  bir  mərhələ  başlanır,  yeni  cərəyan—fikir, 

düşüncə məktəbi formalaşır və özünü təsdiq edir—ədəbiyyatda, 

bədii fikirdə yeni dəyərlər, prinsiplər, görüşlər, zövqlər doğurur. 

Ədəbiyyat  sanki  başqalaşır,  yenidən  doğulur.  Çağdaş  Azər-

baycan ədəbiyyatında bu cür yazıçılardan biri Anardır—desəm, 

yəqin ki, səhv etmərəm” (71,160).  

Anarın müasir nəsrimizin inkişafında, yeni ruhlu ədəbiyyatın 

ya

ranmasında,  lirik-psixoloji  üslubun  daha  da  qabarıq  şəkil  al-



ma

sında xidmətləri əvəzsiz olmuşdur. Onun süjet qurmaq baca-

rığı, xarakter yaratmaq məharəti, hadisələrlə xarakterləri bağla-



Aytən Quliyeva

 

 



88 

maq tərzi yüksək qabiliyyətə malik yazıçı təfəkküründən xəbər 

verir.  

Anar yaradıcılığı Azərbaycan ədəbiyyatında müasirlik və ta-

ri

xiliyin  vəhdəti  baxımından    yüksək  mövqedə  dayanıb. Onun 



əsərlərinin, demək olar, hamısında qüdrət, aydınlıq və müdriklik 

şahidə olunur.  



Qeyd olunduğu kimi, Anar ədəbiyyatımızda çoxşaxəli yaradı-

cılıq yoluna malik bir sənətkardır. Bu yaradıcılığın mərkəzində 

isə heç şübhəsiz, nəsr dayanır. Anar nəsrində hekayə xüsusi əhə-

miy


yət kəsb edir.   

“Azərbaycan hekayəsinin qədim tarixi vardır. Bir çox xalqla-

rın ədəbiyyatında olduğu kimi, Azərbaycan ədəbiyyatında da he-

ka

yənin  əsas  janr  mənbəyi  şifahi  xalq  yaradıcılığı  olmuşdur” 



(63,5). 

“Hekayə ən çevik və geniş yayılan bir forma kimi real həyat 

had

isələrinin kiçik bir epizodunu əks etdirmək baxımından fərq-



lənir. Hekayədə hər hansı bir insanın başına gələn xarakterik və 

ti

pik hadisə obrazın daxili aləmini açmaq üçün vasitəyə çevrilir” 



(30,111).  

“Ən əski dövrlərdən hekayə geniş yayılan, həm nəzm, həm də 

nəsrlə yazılan janrlardan biri olmuş, onun bədii üsulları tez mü-

əyyənləşmişdir. Hekayə dinamik formadır, quruluşu sadə, nağıla 

bənzərdir” (39,290).  

Anar oxucusuna kiçik, lakonik hekayələri ilə sanki ibrət dərsi 

ve

rir, onun mənəvi-əxlaqi cəhətdən inkişafına, zənginləşməsinə 



səbəb  olur.  Onun  kiçik  həcmli  hekayələri  böyük  mətləblərin 

uğurlu daşıyıcısı olmağı bacarır.  

Anar  nəsrinin  təsir  qüvvəsi  haqqında  görkəmli  ədəbiyyatşü-

nas R. Ulusel 

yazır: “Onun nəsri yaradıcılığındakı poetik təka-

lün  ritimlərini  sanki  bir-birindən  doğulan,  fəqət  ayrı-ayrı 



dün

yalardan keçən  əsərlərin ümumi arxitektonikasında aydınca 




Anar – 75  

 

89 



b

əlirləmək  olur.  Yazıçının  daim  gərilən üslubu, birərli-analitik 

t

əhkiyəsi, öz daxili enerjisinə güvəncli süjet, obrazyaratma çəm-



l

əri,  yorulmaz  ideya  axtarışları  onun  nəsr poetikasının  dinami-

kasını təmin edir. Anarın bir əsərindən o birinə qapı açılır. Bu 

m

ənada Anarın bütün nəsr əsərləri bütöv, sürəkli bir romandır” 



(72,21). 

Görk


əmli sənətkarın  hekayələrinin mahiyyətində  hər  şeydən 

çox mənəvi əsarətdən xilas olmaq duyğusu, insanın daxilən saf-

la

şıb həqiqətə qovuşması məsələsi, öz doğrusunu daxili dünya-



sında tapmaq  düşüncəsi  yaşamaqdadır.  Bu  hekayələrdə  insan 

psixologiya

sının,  əxlaqının,  mənəvi  dünyasının  canlı  lövhələri 

yara


dılmışdır. 

Anarın “Asılqanda işləyən qadının söhbəti”, “Yaxşı padşahın 

na

ğılı”, “Molla Nəsrəddin-66” hekayələr silsiləsi, “Gürcü fami-



li

yası”, “Mən, sən, o və telefon”, “Qırmızı limuzin”, “Vahimə” 

he

kayələri  XX  əsr  Azərbaycan  hekayəsinin  klassik  nümunələri 



sırasına daxil ola bilmişdir. Xalqın mənəvi mədəniyyətini bütöv-

yü  ilə  dərk  edən  və  onun  hər  bir  zərrəsinin  dəyərini,  bilən 



Ana

rın  hekayələrində  milli  heysiyyət  ümümbəşəri  duyğularla 

bir

ləşir, qovuşur. 



Müəllif hekayələrində dövrünün həlli vacib olan problemləri-

ni, məsələlərini ortaya qoyur və bu problemləri oxucunu yorma-

dan həll etməyə çalışır. Bu hekayələrin süjetində həyatın müxtə-

lif sahələrindən götürülmüş maraqlı mövzular, dərin mənalı mət-

ləblər öz əksini tapır.  

Yazıçının hekayələri müasir dövrün mənzərəsini tam və əha-

təli şəkildə əks etdirmək baxımdan çox əhəmiyyətlidir. Bu heka-

yələr kiçik həcmli olsalar da, dövrün ümumi mənzərəsi haqqında 

oxu

cuda aydın təsəvvür yaradır. Burada insanların daxili aləmi-



nin, fərdi psixologiyasının, arzu və istəklərinin orijinal bir dillə 

açılması oxucunu heyrətləndirir.  




Aytən Quliyeva

 

 



90 

Görkəmli  sənətkarın  şirin,  cəlbedici  təhkiyə  üsulu,  maraqlı 

süjet-

kompozisiya  qurmaq  bacarığı  onun  hekayələrinin  təsir 



qüv

vəsini artırır, onları daha yaddaqalan edir. 

Sənətkarın  hekayələrinin  müsbət  qəhrəmanları  son  dərəcə 

adi, sadə, lakin mənəvi-əxlaqi cəhətdən kamil, güclü insanlardır, 

bu güc onların daxili aləmlərinin paklığından, sadəliyindən irəli 

gəlir.  


Yazıçı hekayələrində daha çox insan mənəviyyatının sirli-so-

raq


lı aləmindən xəbər verir. Bu hekayələrdə müasir insanın mə-

nəvi-əxlaqi aləmi, daxili dünyası, hissləri ciddi problem kimi bir 

növ tədqiqata cəlb edilir.  

Anarın  nəsri,  xüsusi  ilə  hekayələri  müasir  dövr  Azərbaycan 

ədəbiyyatının  aktual  problemləri,  ideya-mövzu  və  əsas  istiqa-

mətləri haqqında ümumiləşdirici fikir söyləmək, “yeni nəsr” an-

la

yışının mahiyyətinə aydınlıq gətirmək baxımından xüsusi əhə-



miy

yət kəsb edir. 

“Anar elə yazıçı, elə yüksək səviyyəli milli ziyalıdır ki, hansı 

zir


vədə görünməsindən asılı olamayaraq, xalqımız ondan həmişə 

da

ha böyük sənət zirvələrinin fəth olumasını umur, gözləyir. Bu-



nun

la  belə,  bir  yaradıcı  şəxsiyyət  və  milli  ziyalı  kimi  Anar  öz 

əsərləri ilə ədəbiyyatda və ictimai mühitdə həmişə yeni zirvə ki-

mi görünür” (42). 

Sənətkar hekayələrində təkcə mövzü istiqamətlərinə görə de-

yil, Azərbaycan ədəbi dilinin inkişaf qanunauyğunluqlarına, sö-

zün semantik məna xüsusiyyətlərinə və imkanlarına vaqif bir sə-

nətkar kimi təsdiqlənir. 

F.  Sadıq  yazır:  “Anar—deyilən  də,  gözümün  qabağına  bir 

A

na  yol  gəlir.  Bu  yol  “Keçən  ilin  son  gecəsi”ndən  baş  alıb, 



“Otel otağı”na gəlib çıxır. Bu yolda böyük-kiçik  yüzlərcə yol və 

cığır kəsişir. Bu yolu ayaq üstə təsəvvür edə bilsəydik, qollu-bu-

daq

lı, çoxşaxəli bir ağaca bənzəyərdi. Bir ağac—bir orman! Bu 




Anar – 75  

 

91 



yo

lu ləngərli, dolu, uzun bir çaya da oxşatmaq olar. Dağlardan, 

dərələrdən, düzlərdən keçib, dənizə yaxınlaşanda neçə-neçə ki-

çik çaylara bölünən, delta yaradan bir çaya!” (69). 

Anar  nəinki  Azərbaycanda,  həm  də  Türk  dünyasında  özünə 

la

yiqli yer tutan, Azərbaycan mənəviyyatını, milli-əxlaqi düşün-



cə tərzini dünyaya çatdıran yazıçı, mütəfəkkir və ictimai xadim-

dir. O, əsərlərində milli dəyərlərimizi daim yüksəkdə saxlayan, 

Azərbaycan ədəbiyyatı və mədəniyyətini dünya standartları sə-

viy


yəsinə qaldırmağa nail olan qüdrətli yazıçıdır.  

Anar hekayələrində çağının ən aktual problemlərini qaldırdı-

ğından, ən həssas nöqtələrinə toxunduğundan bu əsərlər təbii ki, 

müx


təlif növlü polemikaya, marağa səbəb olur. Onun  yaradıcı-

lığı  haqqında  Azərbaycanda  və  dünyanın  müxtəlif  ölkələrində 

ya

zılan  çoxsaylı  məqalələr,  aparılan  tədqiqatlar  da  bu  marağın 



nəticəsidir.  

 

                     

 


Aytən Quliyeva

 

 



92 

 

 

 

İstifadə olunmuş ədəbiyyat 

 

1.

 



Abdullayev C. 

M  və  b.  Azərbaycan  sovet  ədəbiyyatı.  Bakı: 

Maarif, 1988 

2.

 



Abdullayev C. 

M və b. Müasir Azərbaycan ədəbiyyatı. II cilddə. 

Bakı: BDU, II c, 2007 

3.

 



Axundov  A.  Ədibin  dil  qayğıları.  “Ədəbiyyat”  qəzeti,  1998,  3 

iyul 


4.

 

Allahverdiyev M. Keçən ilin son gecəsi. “Bakı” qəzeti 1969, 13 



yanvar 

5.

 



Anar. Seçi

lmiş əsərləri. VI cilddə Bakı: Nurlan, I c, 2003 

6.

 

Anar. Seçilmiş əsərləri. VI cilddə Bakı: Nurlan, IVc, 2004 



7.

 

Anar. Adamın adamı. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1977 



8.

 

Anar. Dünya bir pəncərədir. Bakı: Gənclik, 1986 



9.

 

Anar. Otel otağı. Bakı: Gənclik 1995 



10.

 

An



ar. Sizi deyib gəlmişəm. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 

1984  


11.

 

Anar. Şəhərin yay günləri. Bakı:Yazıçı. 1992 



12.

 

Anar. Şəhidlər dağı. Bakı: Gənclik 1995 



13.

 

Andaç F. Uzağı yaxın qılan bir yazar:Anar. “525-ci qəzet”, 2001, 



10 fevral 

14.


 

Atay A. Be

ş katlı evin Altıncı katındakı adam: Anar. Bengü 2008 

15.


 

Aytmatov Ç. Tale müasirim. “Ədəbiyyat qəzeti” 2005, 9 sentyabr 

16.

 

Azərbaycan Sovet ensiklopediyası. Bakı:1980, IIIc 



17.

 

Babullaoğlu  S.  Az-çox  həqiqəti  yalnız  yazılı  ədəbiyyat  deyir. 



“Yeni Azərbaycan” qəzeti, 2006, 4 mart 

18.


 

Bəşirov S. 60-cılar nəsrinin etik problemləri. Bakı: Elm, 2006 

19.

 

Bəşirov S. Anar. Bakı: Bayatı, 1994 



20.

 

Cahangir Ə. Ağ saç, qara saç. Bakı: Nurlan, 2006 



21.

 

Cəfərov N. Anar. Bakı: Bakı AzAtaM, 2004 



22.

 

Cəfərov  N.  Türk  Oğuz  şeirinin  tarixinə  fundamental  baxış. 



“Xalq” qəzeti 2001, 16 may 

23.


 

Eldar


qızı  Z.  Anarın  ekran  əsərlərində  mənəvi  problemlər. 

/Qobustan/ 2001, №1  




Anar – 75  

 

93 



24.

 

Eldar



qızı Z. Anarın hekayələrində ssenari elementləri. /Qobustan/ 

2003,№1 


25.

 

Əfəndiyev A. Müdriklik səlahiyyəti. Bakı: Gənclik, 1976 



26.

 

Əhmədov T. Azərbaycan Sovet yazıçıları. Bakı: Önər, 1995 



27.

 

Əlibəyli  B.  İblis  yaxud  repressiya  olunmuş  tarixin  panoramı. 



“525-

ci qəzet”, 2007, 18 avqust 

28.

 

Əlibəyli B. Onuncu portret. Bakı: Nurlan,  2008 



29.

 

Əliyev  K.  Tarazlıq  anı.  “Azərbaycan  müəllimi”qəzeti,  1989,  7 



aprel 

30.


 

Əliyev  M.  Ədəbiyyat  nəzəriyyəsinin  əsasları.  Bakı:  Elm  və 

Təhsil, 2009 

31.


 

Əliyev N. Həqiqi reallığa canatımı, yaxud Zen-Buddizmin başlıca 

prinsipi nəyi öyrədir?. /Mütərcim/ 1993, №3 

32.


 

Əliyeva N. Anar-şəxsiyyət və sənətkar. Bakı: Təhsil, 1999 

33.

 

Əliyeva  Z.  Anar  yaradıcılığı  Türkiyə  ədəbi  mühitində. 



/Azərbaycan/ 2008, №12 

34.


 

Əliyeva Z. Anar yaradıcılığı Türkiyə və Rusiya ədəbi mühitində. 

“Kredo” qəzeti 2006, 20 mart 

35.


 

Əsədullayev  S.  Müasir  nəsrin  inkişaf  meylləri.  /Azərbaycan/ 

1971, №8 

36.


 

Əsədullayeva  S.  Anarın  hekayələrinin  janr  və  xarakter 

mənzərəsinə bir nəzər.  “525”-ci qəzet” 2006, 9 iyun 

37.


 

Əsgərova  S. Anarın dili. Bakı: Nurlan, 2002 

38.

 

Friderike B. Altıncı mərtəbənin hikməti. /Azərbaycan/ 1981, №9 



39.

 

Hacıyev A. Ədəbiyyatşünalığın əsasları.  Bakı: ADPU, 2010 



40.

 

Hacıyev  T.  Yeni  ədəbiyyat  yaranır.  “Xalq”  qəzeti 1997, 26 



sentyabr 

41.


 

Hacıyev T. Şeirimiz, nəsrimiz, ədəbi dilimiz. Bakı: Yazıçı, 1990 

42.

 

Həbibbəyli İ. Ədəbiyyatımızda Anar zirvəsi. www.Lit.az  



43.

 

Həsənov H. Anar. “Yeni Azərbaycan” qəzeti 2002, 11 yanvar 



44.

 

Hüseyn  M.  Yeni  mərhələ,  yeni  vəzifələr...  /Azərbaycan/  1962, 



№7 

45.


 

Hüseynov  A.  Müasirlik  problemi  və  nəsrin  axtarışları. 

/Azərbaycan 1977, №6 

46.


 

Hüseynov A. Müxtəlifliyin birliyi. Bakı: Yazıçı, 1983 

47.

 

Hüseynov A. Nəsr və zaman. Bakı: Yazıçı, 1980 



48.

 

Hüseynov  Ə.  Nəsrin  ekran  imkanları.  “Azərbaycan  gəncləri” 



qəzeti, 1990, 9 avqust 


Aytən Quliyeva

 

 



94 

49.


 

Hüseynov Ə. Baxmış bu müsəlmanlara. “Ədəbiyyat və incəsənət” 

qəzeti 1988, 19 avqust 

50.


 

Xəlilov Q. Təbiilik əsas şərtdir. “Bakı” qəzeti 1978, 16 yanvar 

51.

 

Xəlilov Q. Həyat və idrak. Bakı: Yazıçı, 1980 



52.

 

Xəlilov P. Satirik qələmin gücü. “Ədəbiyyat və incəsənət” 1978, 



4 noyabr 

53.


 

Xəyal S. Anlanılmamaq dərdi. Bakı: Nurlan, 2003 

54.

 

Xəyal S. Ziyalı sənətkar. Bakı: “MBM”, 2012 



55.

 

İmanov M. Müasir Azərbaycan nəsrində psixologizm. Bakı: Elm, 



1991 

56.


 

İsrafilov  İ.  Yazı  stolundan  ürəklərə  kimi.  “Ədəbiyyat”  qəzeti 

1998, 20 mart 

57.


 

Qara


yev Y. Meyar şəxsiyyətdir. Bakı: Yazıçı, 1988 

58.


 

Quliyev H. Nəsrin başlıca vəzifəsi. /Azərbaycan/ 1976, №10 

59.

 

Quliyev H. Yaradıcılıq axtarışları. Bakı: Gənclik, 1977 



60.

 

Məhərrəmov  A.    Klassik  ənənələrin  müasir  yolu.  /Ulduz/  1987, 



№1 

61.


 

Məmməd  A.  Ağ  limanlar  və  qırmızı  gəmilər.  “Ədəbiyyat  və 

incəsənət” qəzeti 1971, 17 aprel. 

62.


 

Məmmədquluzadə C. Əsərləri. IV cilddə, Bakı: Öndər, I c, 2004  

63.

 

Məmmədov A. Azərbaycan hekayəsi. Bakı: Yazıçı, 1984 



64.

 

Məmmədov C. Obrazlarla təklikdə. /Ulduz/ 1979, №11 



65.

 

Məmmədzadə Ə. Zamanla üz-üzə. /Azərbaycan/ 1990, №1 



66.

 

Peyzel  M.  Yazıçı  gərək  inandıra  bisin.  “Bakı”  qəzeti  1988,  26 



mart 

67.


 

Pənah G. Anar və folklor. Bakı: Elm 2007 

68.

 

Rüstəmxanlı  S. Mənəvi varislik. “Ədəbiyyat və incəsənət” qəz., 



1988, 18mart  

69.


 

Sadıq F. Anar deyiləndə. “Ədəbiyyat” qəzeti, 1998, 20 mart 

70.

 

Salamoğlu  T.  Ən  yeni  Azərbaycan  ədəbiyyatı  məsələləri.  Bakı: 



Səda,  2002 

71.


 

Samanov Ş. Kamillik. /Azərbaycan/ 1998, №3-4 

72.

 

Ulusel.  R  Qlobal  düşüncə  məkanında  Azərbaycan  ədəbiyyatı 



Anar yaradıcılığı ilə. Bakı: Elm, 2005 

73.


 

Vəliyev  K.  Qara  saçlı  ağsaqqal.  “Kommunist”  qəzeti  1988,  15 

mart   

74.


 

Zeynal  V.  Ulu  Qorqudumuz  Azərbaycan  ekranına  doğru 

addımlayır. “Azərbaycan” qəzeti 2000, 30 yanvar  



Anar – 75  

 

95 



 

 

 



 

 

MÜNDƏRİCAT 

 

 

Sona XəyalAnar yaradıcılığına bir baxış .............................. 3 

Giriş ............................................................................................ 7 

Anarın həyat və yaradıcılığına

 

bir nəzər .............................. 10 



Anar

ın ilk hekayələrində

 

ədəbi qəhrəmana yeni     



münasibət ................................................................................. 28 

Məhəbbət motivli hekayələr ................................................... 51 

Anar

ın hekayələrində tənqid hədəfləri ................................. 64 

Anar

ın hekayələrində insan və cəmiyyət probleminin            

b

ədii əksi .................................................................................. 77 

Nəticə ........................................................................................ 87 

İstifadə olunmuş ədəbiyyat ..................................................... 92 

 



Aytən Quliyeva

 

 



96 

 

 

 

 

 

 

 

AYTƏN QULİYEVA 

 

 



ANAR YARADICILIĞINDA 

MƏNƏVİ-ƏXLAQİ PROBLEMLƏR 

 

 

 

 

 

 

 



 

 

Нашир: Ъейщун Ялийев 



Корректор: Цлвиййя Щадийева 

Бядии редактор: Афяр Фяттащова 

Техники редакторлар: Цлви Ариф, Асим Сяфяров 

Дизайнер: Ирадя Ящмядова 

Операторлар: Мялащят Гулийева, Тярлан Гулийева 

 

 



__________________________________________________ 

Йыьылмаьа верилмишдир: 12.08.2013 

Чапа имзаланмышдыр: 03.10.2013 

Тираж 300; ш.ч.в. 6 

«МБМ» няшриййатынын мятбяясиндя  

чап олунмушдур



 

Document Outline

  • ANAR YARADICILIĞINA BİR BAXIŞ
  • GİRİŞ
  • ANARIN HƏYAT VƏ YARADICILIĞINA
  • BİR NƏZƏR
  • ANARIN İLK HEKAYƏLƏRİNDƏ
  • ƏDƏBİ QƏHRƏMANA YENİ MÜNASİBƏT
  • MƏHƏBBƏT MOTİVLİ HEKAYƏLƏR
  • ANARIN HEKAYƏLƏRİNDƏ
  • TƏNQİD HƏDƏFLƏRİ
  • ANARIN HEKAYƏLƏRİNDƏ İNSAN VƏ
  • CƏMİYYƏT PROBLEMİNİN BƏDİİ ƏKSİ
  • NƏTİCƏ
  • İstifadə olunmuş ədəbiyyat

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə