Мцгяддимя



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix18.06.2018
ölçüsü0,78 Mb.
#49796
1   2   3   4   5   6   7   8   9   ...   29

Aytən Quliyeva

 

 



hat


lıq, sevinc, şadlıq hissi gerçəkliyin səciyyəvi cəhətlərini əks 

etdirir. 

Beləliklə, bütün bu amillər Anarın hekayə yaradıcılığını mə-

nəvi-əxlaqi problemlər konteksində tədqiqat obyektinə çəkməyə 

ki

fayət qədər imkan verir və mövzunun aktuallığını şərtləndirir.  



Anar ədəbiyyatdakı ilk addımlarından etibarən tənqid və ədə-

biy


yatşünaslığın diqqətini cəlb etmişdir. Onun yaradıcılığı haq-

qında görkəmli ədəbiyyatşünas və tənqidçilərimizdən Məmməd 

Arif, 

Qulu Xəlilov, Şamil Salmanov, Yaşar Qarayev, Asif Əfən-



di

yev, Həsən Quliyev, Tofiq Hacıyev, Akif Hüseynov və başqa-

la

rı  ədəbi-elmi fikirlərini  söyləmişlər.  Sabir  Bəşirovun  “Anar”, 



Nurlana 

Əliyevanın “Anar şəxsiyyət və sənətkar”, Sevinc Əsgə-

rova

nın “Anarın dili”, Sona Xəyalın “Anlanılmamaq dərdi”, Ni-



za

mi Cəfərovun “Anar”, Rahid Uluselin “Qlobal düşüncə məka-

nında  Azərbaycan  ədəbiyyatı  Anar  yaradıcılığı  ilə”,  Əsəd  Ca-

hangirin 

“Ağ saç, qara saç”,  Gülxani Pənahın “Anar və folklor”, 

Bəsti Əlibəylinin “Onuncu portret” kimi kitablarında Anar yara-

dıcılığı monoqrafik araşdırma predmetinə çevrilmişdir. 

Sənətkar və onun çoxşaxəli yaradıcılığı haqqında həm Azər-

bayca

nda, həm də Rusiyada, Türkiyədə və Avropanın bir çox öl-



kələrində saysız-hesabsız fikirlər, mülahizələr söylənilib, məqa-

lələr yazılmışdır. 

Bu monoqrafiyada 

Anarın hekayə yaradıcılığı ilk dəfə olaraq 

mənəvi-əxlaqi problemlər kontekstində təhlil edilmişdir. Yazıçı-

nın hekayələri ədəbiyyatşünaslığın və ədəbi tənqidin daim diq-

qət mərkəzində olsa da, indiyə qədər yeni baxış bucağına əsasən 

mo

noqrafik  araşdırma  predmeti  olmamışdır.  Anarın  hekayələ-



rin

də  qoyulan  mənəvi-əxlaqi  problemlər  haqqında  ilk  tədqiqat 

işi olan bu kitabda qəhrəmanların keçirdiyi mənəvi təkamül pro-

sesi iz


lənilmişdir. Monoqrafiyada Anarın hekayələrindəki mənə-

vi-


əxlaqi problemlər magistr rakusundan sistemli şəkildə araşdı-

rılmış, mövzu ilə əlaqədar olan elmi ədəbiyyatla qarşılaşdırılmış, 

prob

lemin toxunulmamış məqamları üzə çıxarılmışdır. 



Tədqiqatın  əsasını  Anarın  yaradıcılığında önəm  kəsb  edən 


Anar – 75  

 



“San

dıq  hekayələri”,  “Keçən  ilin  son  gecəsi”,  “Asılqanda  işlə-

yən qadının söhbəti”, “Gürcü familiyası”, “Mən, sən, o və tele-

fon”, “Molla Nəsrəddin-66”, “Qırmızı limuzin”, “Vahimə” və s. 

he

kayələri təşkil edir. 



Monoqraf

iyada  qaldırılan  problemlərin  həlli  forma  və  məz-

mun vəhdəti prinsipi ilə təhlil edilmişdir. Bununla əlaqədar ola-

raq, yeri gəldikcə problemə digər metodların, ədəbi cərəyanların 

ya

radıcılıq imkanlarından çıxış edilərək yanaşılmış, çağdaş ədə-



biyyat

şünaslığın ədəbi-elmi fikrinin təcrübəsindən istifadə edil-

mişdir. 

Məqsədimiz tədqiqat üçün aktual olan problemin obyektiv el-

mi-

nəzəri təhlilini, analizini vermək, Anarın hekayə yaradıcılığı-



nın ədəbiyyat tariximizdə yerinin, rolunun nədən ibarət olduğu-

nu araşdırmaq və sənətkarın  hekayələrində mənəvi-əxlaqi prob-

lem

lərin əhəmiyyəti haqqında fikir formalaşdırmaqdır. 



Tədqiqatın məqsədinə uyğun olaraq aşağıdakı vəzifələrin həl-

li vacib hesab edilmişdir: tədqiq edilən problem baxımından el-

mi-

metodik  ədəbiyyatı  öyrənmək,  Anarın  hekayə  yaradıcılığı 



haq

qında  ədəbi  tənqidin  fikirlərini  müstəviyə  çıxarmaq,  onları 

qar

şılaşdırmaq,  hekayələrin  ideya-bədii  xüsusiyyətlərini  aydın-



laşdırmaq, hekayələrdə obrazın tipik mənəvi düşüncə tərzini təh-

lil  obyektinə  çevirməklə,  mənəvi-əxlaqi problemlərin  yazıçının 

dün

yagörüşündə xüsusi maraq və məqsəd kəsb etdiyini izah et-



mək,  hekayələrin  Azərbaycan  nəsri  tarixində  yerini  və  rolunu 

əyyənləşdirmək. 



Tədqiqat işindəki təhlil və qənaətlər Anarın hekayə yaradıcı-

lığı ilə maraqlanan oxucular, tədqiqatçılar üçün faydalı ola bilər. 

Bu

rada  irəli  sürülən  müddəalar  müasir  dövr  ədəbi  prosesinin 



axa

rının  müəyyən  istiqamətdə  dərk  edilməsi  baxımından  əhə-

miy

yət  kəsb  edir.  Tədqiqatda  irəli  sürülən  mülahizələr  ümum-



təhsil məktəblərinin ədəbiyyat dərslikləri və proqramlarının ha-

zırlanması işində mənbə kimi yararlı ola bilər. 




Aytən Quliyeva

 

 



10 

 

 



 

 

 

 

ANARIN HƏYAT VƏ YARADICILIĞINA 

BİR NƏZƏR 

 

Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrin-



dən biri də Anardır. O, ədəbiyyata gəldiyi ilk dövrlərdən əsərləri 

ilə oxucuların qəlbində özünə yer tapan, getdikcə püxtələşən qə-

ləmi ilə bu yeri möhkəmləndirən, ədəbiyyat tariximizdə özünə-

məxsus və dəyərli iz qoyan bir sənətkardır. Əsl istedad sahibi ol-

du

ğunu  nəsrində,  dramaturgiyasında, publisistikasında, kino-



dramatur

giyasında, elmi məqalələrində və lirikasında dönə-dönə 

is

batlamış,  ədəbiyyatımızda Anar imzasının,  Anar  möhrünün 



xüsusi yeri, möv

qeyi olduğunu təsdiqləmişdir. Yazı mədəniyyə-

ti, dil-üslub k

eyfiyyəti,  sənətkarlıq  xüsusiyyətləri  onun bütün 

əsərlərində  yüksək  səviyyədədir.  Anarın  şəxsində  oxucu  mütə-

fəkkir simalı, universal yaradıcılıq qabiliyyətinə malik bir ədiblə 

üz

ləşir.  Yazıçının  yaradıcılığı  öz  əhatəliliyi,  zənginliyi,  bədii 



siql

əti  ilə  daim  diqqət  mərkəzində  olmuş,  cəmiyyətimizin,  de-

mək olar ki, hər bir üzvü tərəfindən sevilmiş, rəğbətlə qarşılan-

mışdır.   

Anarın bir yazıçı kimi ilk xoşbəxtliyi ondadır ki, Azərbaycan 

xal


qının iki böyük şairi: Rəsul Rza və Nigar Rəfibəyli kimi şəx-

siy


yətlərin  müqəddəs  sənət  ocağında  dünyaya göz açmışdır. 

Ana


rın atası Rəsul Rza və anası Nigar Rəfibəyli XX yüz il Azər-

baycan 


ədəbiyyatı klassikləri sırasına daxil olmuşdur. Görkəmli 

şairimiz Rəsul Rza Azərbaycan ədəbiyyatında sərbəst vəznin ya-

ra

dıcılarından biridir. 



Anar Azərbaycanın iki köklü soyunun yetirməsidir. Ana ba-

ba

sı Xudadat bəy Rəfibəyli 1918-1920-ci illərdə fəaliyyət göstə-




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə