Мцгяддимя



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə4/29
tarix18.06.2018
ölçüsü0,78 Mb.
#49796
1   2   3   4   5   6   7   8   9   ...   29

Anar – 75  

 

11 



rən  Azərbaycan  Demokratik  Cümhuriyyətinin qurucularından 

bi

ri olmuşdur. O, Gəncədə ilk müstəqil Azərbaycan Cümhuriy-



yəti qurulan zaman Fətəli xan Xoyskinin hökumətində ilk səhiy-

yə naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzi-

fəsinə təyin edilmişdir. Nigar xanımın ulu babası Əliəkbər bəy 

Rəfibəyli Azərbaycanın ilk siyasi partiyası olan “Difai” partiya-

sının yaradıcılarından biridir. Anar ata tərəfdən isə Bayat boyu, 

Şahsevən tayfasından olan Məmmədxanlılar nəslindəndir. Azər-

baycan tarixin

də önəmli rol oynamış nəsillərin davamçısı oldu-

ğunu  Anar  öz  yaradıcılığı,  ictimai  fəaliyyəti  ilə  daim  təsdiqlə-

mişdir. Bu önəmli fəaliyyəti Ulu öndərimiz Heydər Əliyev belə 

qiy

mətləndirir:  “Repressiya qurbanı  olmuş  Xudadat  bəy  Rəfi-



bəylinin qızı Nigar xanım Rəfibəyli böyük bir yol keçmiş, Azər-

bay


can mədəniyyətinin inkişaf etməsi uğrunda çalışmışdır. O, öz 

həyat yoldaşı—Azərbaycanın böyük şairi Rəsul Rza ilə birlikdə 

Azərbaycan ədəbiyyatının yüksəlməsində xüsusi rol oynamışdır 

və məmnunam ki, onların övladı, Azərbaycanın böyük yazıçısı, 

Ya

zıçılar Birliyinin sədri hörmətli Anar da əcdadlarının, anası-



nın,  atasının  işini  davam  etdirir  və  Azərbaycan  ədəbiyyatının, 

mədəniyyətinin inkişafına öz xidmətlərini göstərir”(34). 

Anar Rəsul oğlu Rzayev 1938-ci ildə mart ayının 14-də Bakı 

şəhərində anadan olmuşdur. O, onillik musiqi məktəbini gümüş 

me

dalla bitirdikdən sonra Azərbaycanın seçilən təhsil ocağı  Ba-



kı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur. Bura-

da təhsilini başa vurduqdan sonra Moskvada Ali ssenari (1962-

1964)  və  rejissor  (1970-1972) kurslarını  bitirir.  Fəal  yaradıcı 

hitdə böyüyən Anar 1960-cı ildə Nizami muzeyində kiçik el-



mi işçi, 1961-62-ci illərdə Dövlət Radio və Televiziya Komitə-

sin


də redaktor işləyir.  

O, 1964-


cü ildən Azərbaycan Yazıçılar Birliyinin, habelə Ki-

nematoqraflar 

İttifaqının, Jurnalistlər Birliyinin, Teatr Xadimləri 

İttifaqının  üzvü  olmuşdur. 1987-ci ildə  Yazıçılar  İttifaqının  bi-

rinci katibi seçil

mişdir.  Teymur  Əhmədov  Anarın  bioqrafiyası 

haq

qında  geniş  məlumat  verərək  yazır:  “Anar  ictimai  əsaslarla 




Aytən Quliyeva

 

 



12 

Azərbaycan Teatr Cəmiyyətinin sədrinin birinci müavini vəzifə-

si

ni daşımışdır (1976-1983). Asiya və Afrika ölkələri ilə respub-



lika  həmrəylik  komitəsinin  sədri  (1983-cu  ildən),  Azərbaycan-

Türkiyə Dostluq Cəmiyyətinin sədri (1993-cü ildən) seçilmişdir. 

Azərbaycan ədəbiyyatı və incəsənəti ensiklopediyasının baş re-

daktorudur (1993-cü il

dən). Keçmiş ümumittifaq Yazıçılar İtti-

fa

qının İdarə heyətinin katibi olmuşdur. ...Türkiyədə İstanbul şə-



həri Memar Sinan Universitetində  Azərbaycan  ədəbiyyatı  tari-

xin


dən mühazirələr oxumuşdur” (26,44). 

O, 1989-


cu ildə SSRİ xalq deputatı, SSRİ Ali Sovetinin üzvü, 

1995 və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisi-

nin üzvü, MM-

in elm, təhsil, mədəniyyət  komissiyasının sədri 

se

çilib. Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə gö-



rə  1976-cı  ildə  Əməkdar  incəsənət  xadimi  adına, 1980-ci  ildə 

Azərbaycan Dövlət mükafatına layiq görülmüş, 1998-ci ildə "İs-

tiq

lal" ordeni ilə təltif edilmişdir. 



A

nar  müstəqillik  illərindən—1991-ci  ildən  bu  günə  qədər 

Azərbaycan  Yazıçılar  Birliyinə  sədrlik  edir.  O,  yazıçıların  IX 

qu

rultayında  yekdilliklə  Yazıçılar  Birliyinin  sədri  seçilmişdir. 



Anar Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik etdiyi illərdə mə-

dəniyyətimiz  və  ədəbiyyatımız  üçün  əvəzsiz  işlər görmüşdür. 

Onun  rəhbərliyi  ilə    Yazıçılar  Birliyinin  tabeliyində  "Tərcümə 

və  Ədəbi  Əlaqələr  Mərkəzi",  "Dədə  Qorqud  Ensiklopediyası" 

ya

radılmış, "Ədəbiyyat və İncəsənət" qəzeti "Ədəbiyyat qəzeti" 



adıyla Mədəniyyət Nazirliyinin ortaq nəşri olmaqdan çıxarılaraq 

yal


nız Yazıçılar Birliyinin orqanı olmuş, "Qobustan" toplusu da 

Ya

zıçılar Birliyinin orqanına çevrilmişdir.  



Anarın  çoxmiqyaslı  və  çoxistiqamətli  fəaliyyətində,  birinci 

növ


bədə,  onun  ədəbi  yaradıcılığı  diqqəti  cəlb  edir.  Sənətkarın 

Bakıda,  Moskvada,  Türkiyədə,  İranda,  Almaniyada,  İsveçrədə, 

Pol

şada, Çexoslovakiyada, Macarıstanda, Bolqarıstanda, Estoni-



ya

da, Gürcüstanda, Qazaxıstanda, Tacikistanda 60-a yaxın kitabı 

çap olunub. Ayrı-ayrı hekayə, pyes və məqalələri dünyanın bir 

sıra mətbuat orqanlarında ingilis, fransız, alman, ispan, benqal, 




Anar – 75  

 

13 



türk, macar, rumın, bolqar dillərində dərc edilib. 

Görkəmli  sənətkarımız  ədəbi  fəaliyyətə  1960-cı  ildə  “Azər-

baycan” jur

nalının 12-ci nömrəsində çap olunan “Keçən ilin son 

ge

cəsi”, “Bayram həsrətində” hekayələri ilə başlamışdır. İlk he-



ka

yələri ilə yazıçı çağdaş Azərbaycan nəsrinə yeni bir ab-hava 

gətirmiş, yazıları haqqında mətbuatda müsbət fikir və mülahizə-

lər söylənilmişdir. 

Anarın ilk kitabı 1961-ci ildə işıq üzü görmüşdür. Bu, Anarın 

gör


kəmli  ədəbiyyatşünas  Araz  Dadaşzadə  ilə  birlikdə  tərcümə 

et

diyi böyük Hind yazıçısı və mütəfəkkiri Robindranat Taqorun 



“Bağban”  kitabıdır.  Bundan  sonra  Anar  “Bayram  həsrətində” 

(1963), “Ya

ğış kəsdi” (1968), “Ağ liman” (1970), “Molla Nəs-

rəddin-66”  (1970),  “Adamın  adamı”  (1977),  “Macal” (1973), 

“Beşmərtəbəli  evin  altıncı  mərtəbəsi”  (1982),  “Dədə  Qorqud” 

(1983),  “Sizi  deyib  gəlmişəm”  (1984),  “Dünya  bir  pəncərədir” 

(1986), “Seçil

miş  əsərlər” iki cilddə  (1988),  “Sizsiz”  (1992), 

“Şəhərin yay günləri” (1992), “Şəhidlər dağı” (1995), “Otel ota-

ğı” (1995), “Min beş yüz ilin Oğuz şeiri” (1999), “Dünya ədə-

biy

yatından  tərcümələr”  (2000),  “Mübarizə  bu  gün  də  var” 



(2002), “Ağ qoç, qara qoç” (2003), “Azərbaycançılıq haqqında 

şüncələr” (2003),  “Əsərlər” altı cilddə (2003-2006) və s. ki-



tabla

rını nəşr etdirmişdir. Bütün bu kitablar Anarın ədəbi-bədii 

ir

sinin olduqca zəngin və janr baxımından rəngarəngliyinin əya-



ni sübu

tudur. O, şeir yaradıcılığı ilə məşğul olmuş, hekayə, po-

vest, roman, dram yaz

mış, bir sıra tərcümələr etmişdir. 

Anarın  yaradıcılığında  povest  janrı  önəmli  yerlərdən  birini 

tut


maqdadır. Onun elə ilk iri həcmli əsəri də “Ağ liman” povesti 

ol

muşdur. Bu povest Anar yaradıcılığında yeni bir səhifənin baş-



lan

ğıcıdır. “Ağ liman” romanı 1966-cı ildə “Azərbaycan” jurna-

lında çap olunanda  ədəbi  mühitdə  sanki  “partlayış”  oldu.  Tən-

qidçi


lərin müxtəlif əks fikirləri, baxışları bir həqiqəti təsdiq edir-

di ki, ədəbiyyatımıza insana həyan olan, mənəvi dayaq olan əsər 

gəlib”(73).  

S. Əsədullayev “Müasir nəsrin inkişaf meylləri” adlı məqalə-




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə